281
üçün üstümə atıldı, sonra əllərini stola döyə-döyə xırıltılı
səslə dedi ki, Latunskini zəhərləyəcək.
Ġvan tutulmuĢdu, ancaq heç nə demədi.
– Fərəhsiz, sevincsiz payız günləri gəldi. Roman
yazılmıĢdı, daha baĢqa bir iĢimiz yox idi, sobanın
böyründəki xalırun üstündə oturub, alova baxmaqla
günümüzü keçirirdik. Ġndi bir yerdə əvvəlkindən az olurduq.
O, gəzməyə gedirdi. Mənim isə həyatımda, çox vaxt olduğu
kimi, yenə qəribə hadisə baĢ verdi... Gözlənilmədən özümə
dost tapdım. Bəli, bəli, təsəvvür edin, mən, ümumiyyətlə,
adamayovuĢmazam, qəribə xasiyyətim var: adamlarla çətin
dil tapıram, heç kimə inanmıram, hamıdan Ģübhələnirəm.
Ancaq təsəvvür edin, bununla belə, heç fərqinəvarmadığım
düz-əməlli görkəmi də olmayanın biri qəfildən ürəyimə yol
tapır və hamıdan da çox xoĢuma gəlir.
Hə, bax, o lənətə gəlmiĢ vaxtlarda bağçamızın qapısı
açıldı, yadımdadır, xoĢ payız havası idi. O, evdə deyildi.
Doqqazdan bir adam girdi. Hansı iĢ üçünsə mənim
evtikənimin yanına gəlmiĢdi, sonra bağçaya düĢdü və necə
oldusa, söhbətimiz tutdu. Özünü jurnalist kimi təqdim elədi.
downloaded from KitabYurdu.org
282
Təsəvvür edin, bu adam o qədər xoĢuma gəldi ki, yenə
hərdən onu xatırlayıram, ondan ötrü darıxıram. Getdikcə lap
tez-tez yanıma gəlməyə baĢladı. Bildim ki, subaydır,
yaxınlıqda, təxminən, belə bir mənzildə yaĢayır, 150 yeri
darısqaldır və sairə. Nədənsə məni öz evinə dəvət etmirdi.
Arvadımın ondan heç xoĢu gəlmədi. Ancaq mən onun
tərəfini saxladım. Arvadım isə dedi:
– Özün bilərsən, ancaq sənə deyirəm ki, bu adam
məndə çox pis təəssürat oyadır.
Mən güldüm. Hə, əslində, ondan niyə xoĢum gəlmiĢdi?
Məsələ belədir ki, ümumiyyətlə, içində, öz qutusunda
sürprizi olmayan adam maraqsızdır. Aloizinin (hə, yadımdan
çıxmıĢdı deyəm ki, yeni tanıĢımın adı Aloizi Moqanç idi) öz
qutusunda belə sürprizi var idi. O vaxta qədər də
görməmiĢdim, əminəm ki, bundan sonra da Aloizi kimi
ağıllı adama rast gəlməyəcəyəm. Qəzetdə hansısa məqalənin
məğzini baĢa düĢmürdümsə, Aloizi bir anın içində izah
eləyirdi, özü də hiss olunurdu ki, bu, onun üçün adi bir
Ģeydir. Həyati hadisələr və məsələlər barədə yenə onun kimi.
Ancaq bunlar heç, Aloizi ədəbiyyata olan həvəsi ilə məni
downloaded from KitabYurdu.org
283
məftun etmiĢdi. O, romanı əvvəldən axıradək mənə
oxutmayana qədər rahat olmadı, özü də roman haqqında
xeyli tərifli fikirlər söylədi, ancaq redaktorun roman
barədəki bütün qeydlərini, orada iĢtirak edibmiĢ kimi, çox
dəqiqliklə təkrar elədi. Bu qeydlər yüzə-yüz eyni idi.
Bundan baĢqa, o, tamamilə dəqiq izah etdi ki, niyə romanım
çap oluna bilməz, mən də onun düz dediyini anladım. O,
açıq-aydın deyirdi: filan fəsil gedə bilməz...
Məqalələrin
ardı-arası
kəsilmirdi.
Əvvəl-əvvəl
gülürdüm. Ancaq məqalələrin sayı artdıqca, mənim onlara
münasibətim də dəyiĢməyə baĢladı. Ġkinci mərhələ təəccüb
mərhələsi
idi.
Sərt,
hədələyici
tərzdə
yazılmasına
baxmayaraq, bu məqalələrin, demək olar, hər sətrində
riyakarlıq, inamsızlıq hiss olunurdu. Mənə elə gəlirdi – və
mən bu fikri özümdən qova bilmirdim – məqalə müəllifləri
demək istədiklərini demirlər, onların qəzəbi də məhz buna
görədir. Sonra isə, təsəvvür edin, üçüncü – qorxu mərhələsi
gəldi. Məqalələrdən yox, baĢa düĢün, baĢqa Ģeylərdən, bu
məqalələrə, romana qətiyyən dəxli olmayan Ģeylərdən
qorxmağa baĢladım. Misal üçün, qaranlıqdan qorxmağa
downloaded from KitabYurdu.org
284
baĢladım. Bir sözlə, ruhi xəstəlik mərhələsi baĢladı.
Yatmazdan əvvəl kiçik otaqda iĢığı söndürən kimi mənə elə
gəlirdi pəncərədən – halbuki pəncərə bağlı idi – çox uzun və
soyuq caynaqları olan sprut
19
sürünüb içəri girir. Beləcə,
iĢıqda yatası oldum.
Sevgilim çox dəyiĢmiĢdi (əlbəttə, sprut haqqında ona
danıĢmamıĢdım, ancaq halımın yaxĢı olmadığını görürdü),
arıqlamıĢdı, rəngi solmuĢdu, gülməyi yadırğamıĢdı və elə
hey xahiĢ edirdi ki, romandan parça çap etdirməyi məsləhət
gördüyü üçün onu bağıĢlayım. Deyirdi ki, hər Ģeyi atıb, yüz
mindən qalan pulla cənuba, Qara dənizə gedim.
O, dediyindən əl çəkmirdi, mən isə mübahisə etməmək
üçün (ürəyimə dammıĢdı ki, Qara dənizə gedə
bilməyəcəyəm) yaxın günlərdə gedəcəyimə söz verdim.
Ancaq o dedi ki, bileti özü alacaq. Mən bütün pullarımı,
yəni on min rubla yaxın pulu çıxarıb ona verdim.
– Niyə belə çox? – o təəccübləndi.
19
Sprut – başıayaqlılar sinfinə aid dəniz heyvanı
downloaded from KitabYurdu.org
285
Dilimi sürüdüm ki, oğrulardan qorxuram və xahiĢ
edirəm, mən gedənə qədər pulları saxlasın. O, pulu götürüb
əl çantasına qoydu, məni öpüĢlərə qərq edərək dedi ki, belə
vəziyyətdə məni qoyub getməkdənsə, ölmək yaxĢıdır, ancaq
onu gözləyirlər, getməyə məcburdur, sabah gələcək.
Yalvardı ki, heç nədən qorxmayım.
Oktyabrın ortaları idi. ġər qarıĢmıĢdı. O getdi. Mən
divana uzanıb, iĢığı yandırmadan yatdım. Sprutun içəridə
olduğu duyğusu ilə oyandım. Qaranlıqda əl havasına axtarıb,
iĢığı birtəhər yandırdım. Cib saatı gecə ikini göstərirdi.
Üzgün yatıb xəstə oyanmıĢdım. Mənə birdən elə gəldi ki,
payız zülməti ĢüĢəni sındırıb otağa axır və indi bu zülmətdə
boğulacağam. Artıq özümü idarə eləyə bilmirdim.
QıĢqırdım, ağlıma gəldi ki, kiminsə, heç olmasa, yuxarıdakı
evtikənin yanına qaçım. Dəli kimi özümlə mübarizə
aparırdım. Sobanın yanına çatıb, ocağı qalamağa güc
tapdım. Odunlar çırtıldamağa baĢlayanda, elə bil, bir az
yüngülləĢdim... Artırmaya qaçaraq iĢığı yandırdım, bir ĢüĢə
ağ çaxır tapıb ağzını açdım, ĢüĢəni baĢıma çəkdim. Qorxum
bir balaca azaldı – o qədər ki, evtikənin üstünə qaçmayıb,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |