Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə50/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   151

 

251 


– TamaĢaçı  kütləsi,  –  həyasız  oyunbaz  Sempleyarovun 

sözünü  kəsdi,  –  deyəsən,  heç  nə  bildirməyib.  Ancaq  qoy 

belə  olsun,  Arkadi  Apollonoviç,  sizin  böyük  istəyinizi 

nəzərə alıb ifĢa edərəm. Bunun üçün, icazənizlə, bir dənə də 

kiçik nömrə göstərərdim. 

– Niyə də yox, – Arkadi Apollonoviç təkəbbürlə dedi, – 

ancaq mütləq ifĢası da olsun! 

– BaĢ  üstə,  baĢ  üstə.  Beləliklə,  icazənizlə  sizdən 

soruĢum,  dünən  axĢam  harada  olmusunuz,  Arkadi 

Apollonoviç? 

Bu  yersiz,  hətta,  ola  bilsin,  ədəbsiz  sualdan  Arkadi 

Apollonoviçin sifəti dəyiĢdi, həm də olduqca çox dəyiĢdi. 

– Dünən 

axĢam 


Arkadi 

Apollonoviç 

akustika 

komissiyasının iclasında olub, – Arkadi Apollonoviçin həyat 

yoldaĢı  təkəbbürlə  dedi,  –  ancaq  mən  anlamıram,  bunun 

magiyaya nə dəxli var? 

– Ax, madam, təbii ki, dəxli var, – Faqot təsdiq etdi, – 

siz  anlamırsınız.  Ġclasa  gəlincə,  siz  tamamilə  yanılırsınız. 

Həmin  iclasa  getmək  adıyla  evdən  çıxan  –  sözgəliĢi  deyim 

ki,  dünənə  belə  bir  iclas  təyin  olunmamıĢdı  –  Arkadi 

downloaded from KitabYurdu.org



 

252 


Apollonoviç akustika komissiyasının Çistıy gölü sahilindəki 

binasının  yaxınlığında  öz  sürücüsünü  buraxıb  (bütün  teatr 

susmuĢdu), avtobusla Yeloxovskaya küçəsinə, səyyar rayon 

teatrının  artisti  Militse  Andreyevna  Pokobatkoya  qonaq 

gedib və təxminən, dörd saat onun yanında olub. 

– Oy!  –  çökmüĢ  sükutda  kimsə  iztirab  dolu  bir  səslə 

bərkdən dedi. 

Arkadi Apollonoviçin gənc qohumu isə birdən vahiməli 

bir qəhqəhə çəkdi. 

– Hər  Ģey  aydındır!  –  o  dedi,  –  mən  çoxdan  bundan 

ĢübhələnmiĢdim.  Bu  fərsizin  Luiza  rolunu  necə  aldığı  indi 

mənə aydın oldu! 

Və  gözlənilmədən  bənövĢəyi  rəngli  qısa,  yoğun  çətiri 

qaldırıb Arkadi Apollonoviçin baĢına çırpdı. 

Həm də Korovyev olan əclaf Faqot qıĢqırdı: 

– Hörmətli  vətəndaĢlar,  bu  da  Arkadi  Apollonoviçin 

israrla görmək istədiyi ifĢalardan biri! 

– Yaramaz  qız,  sən nə  cürət  edib  Arkadi  Apollonoviçə 

toxunursan?  –  Arkadi  Apollonoviçin  həyat  yoldaĢı  ayağa 

qalxıb, öz nəhəng bədənini əsdirə-əsdirə qəzəblə soruĢdu. 

downloaded from KitabYurdu.org



 

253 


Gənc qohum ikinci dəfə iblisanə qəhqəhə çəkdi. 

– BaĢqalarını deyə bilmərəm, – o güldü, – ancaq mənim 

toxunmağa  cürətim  çatır!  –  və  ikinci  dəfə  Arkadi 

Apollonoviçin baĢına çırpılan çətirin Ģappıltısı eĢidildi. 

– Milis! Tutun onu! – Sempleyarovun həyat yoldaĢı elə 

dəhĢətli səslə çığırdı ki, çoxlarının ürəyi qopdu. 

Bu  yerdə  piĢik  də  rampaya  sıçrayıb,  birdən  insan  səsi 

ilə bağırdı: 

– Seans bitdi! Maestro! MarĢ guppuldat!!! 

HavalanmıĢ  dirijor  nə  etdiyini  özü  də  bilmədən 

çubuğunu  yellədi  və  orkestr  çalmadı,  hətta  guruldamadı, 

məhz piĢiyin iyrənc Ģəkildə ifadə etdiyi kimi ağla gəlməyən, 

ədəbsizlikdə tayı-bərabəri olmayan bir marĢ guppuldatdı. 

Hamıda  bir  an  elə  təsəvvür  oyandı  ki,  haçansa  cənub 

səmasındakı  ulduzların  altında,  kafeĢantanda  bu  marĢın 

mənasız, ancaq ovqat yaradan sözləri ətrafa yayılıb: 

Cənab zati-aliləri 

Sevirdi ev quĢlarını, 

Alırdı himayəsinə 

Gözəl-göyçək qızları!!! 

downloaded from KitabYurdu.org



 

254 


 

Bəlkə  də,  heç  bu  sözlər  olmamıĢdı,  elə  bu  musiqiylə 

baĢqa, lap ədəbsiz sözlər oxunmuĢdu. Əsas bu deyildi, əsas 

o  idi  ki,  bütün  bunlardan  sonra  Varyetedə  qiyamət  qopdu. 

Sempleyarovun  lojasında  milisionerlər  qaçıĢırdı,  hər  Ģeyi 

bilmək 


istəyənlər 

məhəccərə 

dırmaĢırdılar,  orkestr 

sinclərinin  cingiltisində  batan  dəli  qəhqəhələr,  hirsli 

qıĢqırıqlar eĢidilirdi. 

Səhnə birdən-birə boĢaldı, yaramaz piĢik Begemot kimi 

kələkbaz  Faqot  da  havada  əriyib  itdi,  necə  ki  bir  az  əvvəl 

üzlüyü bozarmıĢ kreslosu ilə birlikdə cadugər yoxa çıxmıĢdı. 

 

 

 



XIII fəsil 

QƏHRƏMANIN GƏLĠġĠ 

 

Deməli,  naməlum  adam  Ġvanı  barmağı  ilə  hədələyib 



pıçıldadı: "Sss!" 

downloaded from KitabYurdu.org




 

255 


Ġvan  ayağını  çarpayıdan  sallayıb boylandı.  Üzü qırxıq, 

gözləri  iztirablı,  topa  saçları  alnına  tökülmüĢ  otuz  səkkiz 

yaĢlarında  qarasaç,  sivriburun  bir  adam  ehtiyatla  eyvandan 

otağa baxırdı. 

Ġvanın  tək  olduğuna  inanandan  və  ətrafı  dinləyəndən 

sonra sirli qonaq ürəklənib otağa girdi. Ġvan onun xəstəxana 

paltarında  olduğunu  gördü.  Əynində  alt  paltarı  vardı, 

çəkələyi  yalın  ayağına  keçirmiĢdi,  boz  xalatı  çiyninə 

atmıĢdı. 

Gələn  adam  Ġvana  göz  vurdu,  açar  topasını  cibində 

gizlədib astadan dedi: "Oturmaq olar?" – baĢla razılıq iĢarəsi 

alıb kresloya çökdü. 

– Siz bura necə gəldiniz? – quru barmağın hədəsinə tabe 

olan  Ġvan  pıçıltı  ilə  soruĢdu,  –  axı  eyvanın  barmaqlığı 

qıfıllıdır? 

– Barmaqlıq qıfıllıdır, – qonaq təsdiq etdi, – Praskovya 

Fyodorovna yaxĢı insandır, ancaq əfsus ki, huĢsuzdur. Bir ay 

əvvəl  açar  topasmı  ondan  çırpıĢdırmıĢam,  buna  görə  də 

bütün  mərtəbə  boyu  uzanan  ümumi  eyvana  çıxıb,  hərdən 

qonĢulara baĢ çəkirəm. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə