Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə49/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   151

 

246 


Faqot əzilib-büzüldü, piĢik təzim etdi, qız ĢüĢə vitrinləri 

açdı. 


– Utanıb çəkinmədən buyurun! – Faqot bağırdı. 

TamaĢaçılar  həyəcanlanmıĢdı,  ancaq  hələ  heç 

kimsəhnəyə  çıxmağa  ürək  eləmirdi.  Nəhayət,  parterdə 

onuncu  sırada  oturan  qarasaç  bir  qadın,  heç  nəyin  vecinə 

olmadığını  göstərmək  üçün,  saymazyana  gülümsəyərək 

durub yan pilləkənlə səhnəyə qalxdı. 

– Bravo! – Faqot qıĢqırdı, – ilk müĢtərini salamlayıram! 

Begemot, kreslo ver! Ayaqqabıdan baĢlayaq, madam. 

Qarasaç  qadın  kresloda  oturdu  və  Faqot  həmin  dəqiqə 

onun qarĢısındakı xalının üstünə bir yığın tufli tökdü. 

Qarasaç  qadın  tuflisinin  sağ  tayını  çıxardı,  yasəmən 

rəngdə  olanı  geyinib  baxdı,  ayağını  xalıya  döydü, dabanına 

baxdı. 

– Sıxmaz ki? – tərəddüdlə soruĢdu. 



Faqot bundan inciyərək bərkdən dedi: 

– Nə danıĢırsınız, nə danıĢırsınız!  – və piĢik pərtlikdən 

miyoldadı. 

downloaded from KitabYurdu.org




 

247 


– Mən bir cüt götürürəm, müsyö, – qarasaç qadın özünü 

sındırmadan deyib, tuflinin ikinci tayını da geyindi. 

Qarasaç  qadının  köhnə  tuflilərini  pərdənin  arxasına 

tulladılar, kürən qızın və bir neçə paltar nümunəsini çiyninə 

atmıĢ  Faqotun  müĢayiətilə  qadın  özü  də  oraya  keçdi.  PiĢik 

vurnuxurdu,  kömək  edirdi  və  daha  ciddi  görünmək  üçün 

boynundan dərzi metrəsi asmıĢdı. 

Bir dəqiqə sonra qarasaç qadın pərdənin arxasından elə 

bir  paltarda  çıxdı  ki,  bütün  parter  köks  ötürdü.  Heyrətli 

dərəcədə  gözəlləĢmiĢ  cəsarətli  qadın  güzgünün  qarĢısında 

dayanıb,  çılpaq  çiyinlərini  oynatdı,  boynunun  ardındakı 

saçlarına  toxundu  və  paltarın  arxasına  baxmaq  üçün  geri 

əyildi. 

– Firma xahiĢ edir ki, bunu xatirə kimi qəbul edəsiniz, – 

Faqot içində ətir ĢüĢəsi olan açıq futlyarı qadına verdi. 

– Mersi,  –  qadın  təkəbbürlə  cavab  verib,  pilləkənlə 

parterə  doğru  getdi.  O  getdiyi  vaxt  tamaĢaçılar  yerlərindən 

durub futlyara toxunurdular. 

Daha heç kimi saxlamaq mümkün deyildi, hər tərəfdən 

qadınlar  səhnəyə  axıĢdı.  Həyəcanlı  danıĢıqların,  gülüĢlərin, 

downloaded from KitabYurdu.org



 

248 


ah-ufların  içindən  kiĢi  səsi  eĢidildi:  "Mən  sənə  icazə 

vermərəm!"  –  və  qadın  səsi  cavab  verdi:  "Zalım,  meĢĢan, 

əlimi  qırmayın!"  Qadınlar  pərdə  arxasında  yox  olub,  öz 

paltarlarını  orada  qoyaraq, təzə  paltarda çıxırdılar. Ayaqları 

qızıl  suyuna  çəkilmiĢ  kətillərdə  yan-yana  oturan  qadınlar 

təzə  geyindikləri  tufliləri  cidd-cəhdlə  xalıya  çırpırdılar. 

Faqot  diz  üstə  durub  buynuz  dabankeĢlə  iĢləyirdi,  piĢik  bir 

yığın əl çantasını, tuflini vitrindən kətillərin yanına və geriyə 

daĢımaqdan  üzülmüĢdü,  boğazı  eybəcər  hala  salınmıĢ  qız 

gah görünürdü, gah yoxa çıxırdı və iĢ o yerə gəlib çatdı ki, 

tamam-kamal fransızca qırıldatmağa baĢladı, ən təəccüblüsü 

isə bütün qadınların, hətta fransızca bir kəlmə bilməyənlərin 

də onu ağzını açan kimi baĢa düĢməsi idi. 

Səhnəyə  soxulan  bir  kiĢi  hamını  heyrətləndirdi.  O 

bildirdi  ki,  həyat  yoldaĢı  qripdir  və  xahiĢ  edir,  arvadı  üçün 

ona  nə  isə  versinlər.  VətəndaĢ,  doğrudan  da,  evli  olduğunu 

sübut  etməkdən  ötrü  pasportunu  göstərməyə  hazır  idi. 

QayğıkeĢ  ərin  sözləri  qəhqəhəyə  səbəb  oldu,  Faqot  bağırdı 

ki, pasportsuz da ona özü kimi inanır və həmin adama iki cüt 

downloaded from KitabYurdu.org




 

249 


ipək  corab  verdi,  piĢik  öz  tərəfindən  içində  dodaq  boyası 

olan futlyar əlavə etdi. 

Gecikən qadınlar səhnəyə cumurdular, bal paltarlarında, 

əjdaha  rəsmi  olan  pijamalarda,  rəsmi  mərasimlər  üçün 

kostyumlarda,  bir  qaĢının  üstünə  endirilmiĢ  Ģlyapalarda 

səhnədən xoĢbəxtlər enirdilər. 

Faqot  elan  edəndə  ki  gec  olduğu  üçün  düz  bir 

dəqiqədən  sonra  mağaza  sabah  axĢama  kimi  bağlanır, 

səhnədə  vur-çatlasın  baĢladı.  Qadınlar  geyinib  baxmadan 

tez-tələsik  tufliləri  qapırdılar.  Biri  yel  kimi  özünü  pərdənin 

dalına  saldı,  kostyumunu  atıb  əlinə  ilk  keçəni  –  üstündə 

Ģapan-Ģapan  gülləri  olan  ipək  xalatı  əyninə  taxdı,  bundan 

baĢqa, iki ətir ĢüĢəsi də götürməyə macal tapdı. 

Düz bir dəqiqə keçmiĢ tapançadan atəĢ açıldı, güzgülər, 

vitrinlər, kətillər yoxa çıxdı, xalılar da pərdələr kimi havada 

əridi.  Sonda  dağ  kimi  qalaqlanmıĢ  köhnə  paltarlar, 

ayaqqabılar  yoxa  çıxdı  və  səhnə  yenə  öz  ciddi,  boĢ,  çılpaq 

görkəmini aldı. 

Bax, bu yerdə yeni iĢtirakçı məsələyə qarıĢdı. 

XoĢ, gur, bariton səsli adam 2 №-li lojadan israrla dedi: 

downloaded from KitabYurdu.org



 

250 


–  VətəndaĢ  artist,  hər  halda,  yaxĢı  olardı  siz  təcili 

surətdə tamaĢaçılar qarĢısında öz fokuslarınızın, xüsusilə də 

kağız  pullarla  göstərdiyiniz  fokusun  texnikasını  ifĢa 

edəsiniz.  Konferansyeni  də  səhnəyə  qaytarmağınız  yaxĢı 

olardı. Onun taleyi tamaĢaçıları narahat edir. 

Bariton  səs  baĢqa  birisinə  yox,  məhz  gecənin  fəxri 

qonağı,  Moskva  teatrlarının  akustika  komissiyasının  sədri 

Arkadi Apollonoviç Sempleyarova məxsus idi. 

Arkadi  Apollonoviç  lojada  iki  xanımın  arasında 

oturmuĢdu:  yaĢlı  olan  bahalı  və  dəblə,  cavan,  qəĢəng  olan 

isə  sadə  geyinmiĢdi.  Birincisi,  protokol  bağlananda  tezliklə 

aydınlaĢdığı  kimi,  Arkadi  Apollonoviçin  həyat  yoldaĢı, 

ikincisi  isə  onun  uzaq  qohumu,  Saratovdan  gəlib  Arkadi 

Apollonoviçlə  həyat  yoldaĢının  mənzilində  yaĢayan, 

yaradıcılığa yeni baĢlamıĢ ümidverici aktrisa idi. 

– Pardon! – Faqot cavab verdi, – üzr istəyirəm, burada 

ifĢa olunası bir Ģey yoxdur, hər Ģey aydındır. 

– Yox,  bağıĢlayın!  ĠfĢa  olduqca  vacibdir.  Bunsuz  sizin 

çox  gözəl  nömrələriniz  ağır  təəssürat  yaradacaq.  TamaĢaçı 

kütləsi izah tələb edir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə