Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə43/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   151

 

216 


çəkilmiĢdi, ancaq inzibatçının əhvalı pozuldu, çünki havanın 

hətta  tufanqabağı  qaralmasına  baxmayaraq,  divarların  artıq 

kömürlə, karandaĢla yazıldığını görmək olurdu. 

– Bu  nə  murdarlıqdır!..  –  inzibatçı  elə  bu  sözləri 

demiĢdi ki, qəfil arxadan mırıltı eĢitdi. 

– Sizsiniz, Ġvan Savelyeviç? 

Varenuxa diksinib çevrildi və qarĢısında sifətdən piĢiyə 

oxĢayan tösmərək bir adam gördü. 

– Tutaq ki, mənəm, – Varenuxa kinli-kinli cavab verdi. 

– Çox,  çox  xoĢdur,  –  piĢiyə  bənzər  gonbul  adam  cır 

səslə  dedi  və  qəfil  dönüb  Varenuxanın  qulağının  dibinə  nə 

təhər  vurdusa,  kepkası  baĢından  uçub,  tualetin  deĢiyində 

yoxa çıxdı. 

Gonbulun zərbəsindən tualet bir anlığa iĢıqlandı, ildırım 

çaxdı. Sonra bir də göy guruldadı və inzibatçının qarĢısında 

balacaboy,  ancaq  enlikürək,  bir  gözü  titəli,  köpək  diĢləri 

uzun,  kürən  bir  adam  peyda  oldu,  həmin  adam,  görünür, 

solaxay idi və inzibatçının o biri qulağının dibindən iliĢdirdi. 

Yenə  göy  guruldadı,  tualetin  taxta  damına  Ģıdırğı  yağıĢ 

tökdü. 


downloaded from KitabYurdu.org


 

217 


– Siz  nə  edirsiniz,  yoldaĢla...  –  ağlı  baĢından  çıxan 

inzibatçı  ümumi  tualetdə  adama  hücum  edən  quldurlara 

"yoldaĢlar"  sözünün  heç  cür  uyğun  gəlmədiyini  o  dəqiqə 

anlayıb  xırıldadı:  –  vətənda...  –  bu  cür  adlandırılmağa  da 

layiq olmadıqlarını baĢa düĢdü və hansınınsa üçüncü zərbəsi 

ona nə təhər dəydisə, burnunun qanı büzməli üst köynəyinə 

fıĢqırdı. 

– Portfelindəki  nədir,  müftəxor?  –  piĢiyə  oxĢayan 

bağırdı, – teleqramlardır? Bəs sənə xəbərdarlıq etməmiĢdilər 

ki,  onları  heç  hara  aparmayasan?  Səndən  soruĢuram, 

xəbərdarlıq etmiĢdilər? 

– EtmiĢdələ...  dilər...  dələr...  –  nəfəsi  boğula-boğula 

cavab verdi. 

– Buna  baxmayaraq,  dabanına  tüpürdün?  Portfeli  bura 

ver,  alçaq!  –  sonradan  peyda  olan  adam  telefonda  eĢitdiyi 

həmin tın-tın səslə qıĢqırdı və portfeli Varenuxanın titrəyən 

əlindən dartıb aldı.  

Hər  ikisi  inzibatçının  qoltuğuna  girdi,  onu  bağdan 

çıxardıb  Sadovaya  küçəsi  ilə  qaçmağa  baĢladılar.  Əməllicə 

tufan  qalxmıĢdı,  navalçalardan,  damlardan  Ģırıltı  ilə  axan 

downloaded from KitabYurdu.org



 

218 


köpüklü 

su 


gurultu-uğultu 

qopararaq 

kanalizasiya 

deĢiklərinə  tökülürdü,  darvazaların  altından  sel  gedirdi. 

Sadovaya  küçəsində  heç  kim  gözə  dəymirdi,  Ġvan 

Savelyeviçin  köməyinə  çatası  adam  yox  idi.  ġimĢəyin 

iĢıqlandırdığı  quldurlar  bulanıq  sel-suyun  üstündən  atıla-

atıla, bir saniyənin içində yarımcan inzibatçını sürüyüb 302-

bis  №-li  binaya  gətirdilər,  öz  tuflilərini  və  corablarını 

əllərində  tutan  iki  ayaqyalın  qadının  divara  sığındığı  həyət 

darvazasından  içəri  soxuldular.  Sonra  altıncı  çöl  qapısına 

tərəf götürüldülər və az qala, havalanmıĢ Varenuxanı beĢinci 

mərtəbəyə  qaldırıb,  onun  yaxĢı  bələd  olduğu  Styopa 

Lixodeyevin mənzilinin yanqaranlıq dəhlizinə atdılar. 

Hər  iki  quldur  o  saat  yoxa  çıxdı,  onların  əvəzinə 

dəhlizdə kürən, gözləri fosfor kimi iĢıq saçan lümlüt bir qız 

peyda oldu. 

Varenuxa  anladı  ki,  baĢına  gələnlərin  ən  dəhĢətlisi  elə 

budur  və  inildəyib  divara  tərəf  sıçradı.  Qız  isə  inzibatçıya 

lap  yaxınlaĢıb,  əlini  onun  çiyninə  qoydu.  Varenuxanın 

saçları  biz-biz  oldu,  çünki  hətta  islanmıĢ  soyuq  köynəyin 

üstündən belə bu əlin buz kimi soyuq olduğunu duydu. 

downloaded from KitabYurdu.org



 

219 


–  Qoy  bir  səni  öpüm,  –  qız  nəvaziĢlə  dedi  və  o,  iĢıq 

saçan  gözləri  düz  öz  gözlərinin  önündə  gördü.  Bu  vaxt 

Varenuxa huĢunu itirdi və öpüĢü hiss etmədi. 

 

 



XI fəsil 

ĠVANIN ĠKĠLƏġMƏSĠ 

 

Hələ bir saat əvvəl may günəĢinin iĢığında göz oxĢayan 



Ģam meĢəsi bozardı, qaraldı və yoxa çıxdı. 

Bayırda  selləmə  yağıĢ  tökürdü.  Hərdən-hərdən  ĢimĢək 

çaxırdı,  göy  guruldayırdı,  xəstənin  otağı  ani  olaraq 

iĢıqlanırdı. 

Ġvan  çarpayıda  oturub,  köpüklənən  bulanıq  çaya  baxa-

baxa  sakitcə  ağlayırdı,  hər  dəfə  ildırım  çaxanda  yanıqlı-

yanıqlı  inildəyib,  əlləriylə  üzünü  örtürdü.  Tufandan  əvvəl 

otağa  dolan  külək  Ġvanın  yazdığı  vərəqləri  döĢəməyə 

dağıtmıĢdı. 

ġairin qorxunc məsləhətçi haqqında ərizə yazmaq cəhdi 

boĢa  çıxdı.  Praskovya  Fyodorovna  adlı  gonbul  feldĢerdən 

downloaded from KitabYurdu.org




 

220 


karandaĢ  qırığı  və  kağız  alan  kimi  iĢgüzarcasına  əlini-əlinə 

sürtüb,  tələsik  masanın  arxasına  keçdi.  Əvvəlini  çox  cəld 

yazdı: 

"Milisə.  Massolitin  üzvü  Ġvan  Nikolayeviç  Bezdomnı 



tərəfindən. Ərizə. Dünən axĢam mən mərhum M.A.Berliozla 

Patriarx gölünə gəldim..." 

O saat da Ģair dolaĢıb qaldı,  ən baĢlıcası da "mərhum" 

sözünə  görə.  Nəsə  cəfəng  bir  Ģey  alınırdı:  necə  axı  – 

mərhumla  gəldim?  Mərhumlar  gəzmir!  Doğrudan  da,  nə 

desən olar, elə bilərlər dəliyəm! 

Ġvan 

Nikolayeviç 



belə 

düĢünüb, 

yazdıqlarını 

düzəltməyə  baĢladı.  Bu  cür  alındı:  "...sonradan  ölmüĢ 

M.A.Berliozla..."  Yenə  müəllif  razı  qalmadı.  Ġkinci  dəfə 

üstündə  iĢləyəsi  oldu,  bu,  əvvəlkilərdən  də  pis  çıxdı: 

"...tramvayın ahına düĢən Berliozla..." – bu yerdə heç kimin 

tanımadığı  eyni  soyadlı  bəstəkar  Berlioz yada  düĢdü,  əlavə 

etməli oldu: "...bəstəkarla yox..." 

Bu  iki  Berliozun  arasında  girinc  qalan  Ġvan  hamısını 

qaralayıb,  oxucunun  diqqətini  tez  çəkmək  üçün  nəsə  ən 

təsirli  yerdən  baĢlamaq  qərarına  gəldi  və  yazdı  ki,  piĢik 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə