Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə42/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   151

 

211 


– Əfsus  ki,  yoxdur!  Yoxdur!  –  dəstəkdəki  adam 

qıĢqırdı, – gedib. 

– Bəs hara gedib? 

– ġəhər kənarına, maĢınla gəzməyə. 

– N... necə? Gə... gəzməyə?.. Bəs nə vaxt qayıdacaq? 

– Dedi ki, təmiz hava alıb qayıdacaq! 

– Belə...  –  Varenuxa  çaĢdı,  –  mersi.  Zəhmət  olmasa, 

müsyö  Volanda  çatdırın  ki,  onun  çıxıĢı  bu  gün  üçüncü 

hissədədir. 

– BaĢ  üstə.  Əlbəttə.  Mütləq.  Təcili.  Hökmən. 

Çatdıraram,  –  dəstəkdəki  adam  sözləri  bir-birinin  dalınca 

üyüdüb-tökdü. 

– Sağ olun, – Varenuxanın matı-qutu qurudu. 

– XahiĢ  edirəm,  –  dəstəkdəki  adam  dedi,  –  mənim  ən 

xoĢ,  ən  odlu-alovlu  salamlarımı,  arzularımı  qəbul  edəsiniz! 

Müvəffəqiyyətlər! Uğurlar. XoĢbəxtlik. Salamat qalın! 

– Əlbəttə!  Mən  axı  demiĢdim!  –  inzibatçı  həyəcanla 

qıĢqırdı.– Yalta-zad nədir, o, Ģəhər kənarına gedib! 

downloaded from KitabYurdu.org



 

212 


– Əgər  belədirsə,  –  hirsindən  rəngi  qaçmıĢ  maliyyə 

direktoru  dedi,  –  bu  artıq,  doğrudan  da,  murdarlıqdır,  buna 

baĢqa ad vermək olmaz! 

– Xatırladım!  Xatırladım!  PuĢkində  "Yalta"  adında 

ətqutabı  satılan  bir  yer  açılıb!  Hər  Ģey  aydındır!  Oraya 

gedib, keflənənə qədər içib, indi oradan teleqram vurur! 

– Bu  daha  ağ  oldu,  –  Rimskinin  yanağı  səyridi, 

hirsindən  gözləri  alıĢıb-yanırdı,  –  eybi  yox,  bu  gəzinti  ona 

baha baĢa gələcək, – birdən duruxub əlavə etdi: – Bəs onda 

cinayət axtarıĢ idarəsi... 

– BoĢ Ģeydir! Onun öz hoqqalarıdır, – coĢmuĢ inzibatçı 

onun sözünü kəsib soruĢdu: – Məktubu aparım? 

– Hökmən, – Rimski cavab verdi. 

Yenə qapı açıldı və həmin qadın içəri girdi... "Odur!" – 

Rimski nədənsə qüssə ilə fikirləĢdi. Və hər ikisi poçtalyonun 

qarĢısına getdi. 

Bu dəfə teleqramda belə yazılmıĢdı: 

"Təsdiqə  görə  sağ  olun  təcili  mənim  üçün  cinayət 

axtarıĢ  idarəsinə  beĢ  yüz  rubl  yollayın  sabah  Moskvaya 

uçuram Lixodeyev". 

downloaded from KitabYurdu.org



 

213 


– O, dəli olub... – Varenuxa mızıldadı. 

Rimski  isə  açarlarını  cingildədib  seyfdən  pul  çıxardı, 

beĢ  yüz  rubl  saydı,  zəng  vurub,  pulu  xidmətçiyə  verdi  və 

onu teleqrafa yolladı. 

– BağıĢla,  Qriqori  Daniloviç,  –  Varenuxa  öz  gözünə 

inanmadı, – məncə, nahaq yerə pul göndərirsən. 

– Pul geri qayıdacaq, – Rimski astadan dedi, – ancaq o, 

bu  gəzintiyə  görə  cavab  verməli  olacaq,  –  sonra 

Varenuxanın  portfelinə  iĢarə  etdi,  –  get,  Ġvan  Savelyeviç, 

ləngimə. 

Varenuxa qoltuğunda portfel qaçaraq kabinetdən çıxdı. 

O,  aĢağı  mərtəbəyə  düĢdü,  kassanın  ağzında  uzun 

növbə  düzüldüyünü  görüb,  kassir  qadından  bir  saat  sonra 

anĢlaq  olacağını  öyrəndi,  çünki  camaat  əlavə  vurulan 

afiĢaları  görən  kimi  axıĢıb  gəlməyə  baĢlamıĢdı;  kassirə 

tapĢırdı  ki,  loja  və  parterdəki  otuz  ən  yaxĢı  yerə  bilet 

satmasın,  kassadan  tələsik  çıxıb,  yolüstü  zəhlətökən 

kontramarkaçılardan  canını  birtəhər  qurtarıb,  kepkasını 

götürmək  üçün  öz  kabinetinə  baĢ  vurdu.  Bu  vaxt  telefon 

zəng çaldı.  

downloaded from KitabYurdu.org



 

214 


– Bəli! – Varenuxa qıĢqırdı. 

– Ġvan  Savelyeviç?  –  dəstəkdəki  adam  burnunda 

danıĢaraq, iyrənc bir səslə soruĢdu. 

– O,  teatrda  yoxdur!  –  Varenuxa  elə  bunu  demiĢdi  ki, 

dəstəkdəki adam onun sözünü kəsdi: 

– Özünüzü  gicliyə  vurmayın,  Ġvan  Savelyeviç,  mənə 

qulaq asın. O teleqramları heç hara aparmayın və heç kimə 

göstərməyin. 

– Kimdir  danıĢan?  –  Varenuxa  bağırdı,  –  vətəndaĢ,  bu 

hoqqalara  son  qoyun!  Sizi  elə  bu  saat  taparlar!  Sizin 

nömrəniz? 

– Varenuxa,  –  həmin  iyrənc  səs  dedi,  –  sən  rus  dilini 

bilirsən? Teleqramları heç hara aparma. 

– Aha, demək, siz sakitləĢmək istəmirsiniz?  – inzibatçı 

hirslə  qıĢqırdı,  –  di  özünüzdən  küsün!  Bunun  altını 

çəkərsiniz,  –  o,  yenə  hərbə-zorba  gəlmək  istədi,  ancaq 

susdu, çünki hiss etdi ki, dəstəkdə onu daha eĢidən yoxdur. 

Bu  vaxt  kabinet,  nədənsə,  çox  tez  qaranlıqlaĢmağa 

baĢladı. Varenuxa qapını arxasınca çırpıb, yan qapıdan yay 

bağına tərəf qaçdı. 

downloaded from KitabYurdu.org



 

215 


Ġnzibatçı  həyəcanlı  idi  və  enerjisi  aĢıb-daĢırdı.  Bu 

həyasız zəngdən sonra Ģübhə etmirdi ki, xuliqan dəstəsi nəsə 

hoqqa  çıxarır  və  bu  murdar  hoqqalar  Lixodeyevin  qeyb 

olması ilə bağlıdır. Ġnzibatçı yaramazlan ifĢa etmək istəyilə 

alıĢıb-yanırdı, nə qədər qəribə olsa da, içində xoĢ bir duyğu 

yaranmıĢdı.  Adam  diqqət  mərkəzində  olmağa,  hara  isə 

sensasiyalı xəbər aparmağa can atanda belə olur. 

Yolunu  kəsirmiĢ  kimi,  xəbərdarlıq  edirmiĢ  kimi  bağda 

külək  əsib  qumu  onun  gözünə  doldurdu.  Ġkinci  mərtəbədə 

pəncərə elə çırpıldı ki, az qaldı ĢüĢələri tökülsün, ağcaqayın 

və cökə ağaclarının baĢı həyəcanla yırğalandı. Hava qaraldı 

və  sərinləĢdi.  Ġnzibatçı  gözlərini  silib  baxdı  ki,  Moskvanın 

üstü  ilə  aĢağıdan  qara,  ortası  sarımtıl  bulud  sürünür. 

Uzaqlardan xırıltı, gurultu eĢidildi. 

Varenuxa nə qədər tələssə belə, montyorun lampaya tor 

çəkib-çəkmədiyini yoxlamaq istəyi onu bir saniyəlik də olsa

yay tualetinə tərəf qaçmağa məcbur etdi. 

Varenuxa  tirin  yanından  ötüb,  sıx  yasəmən  kollarının 

arasındakı  mavi  rəngli  tualetə  girdi.  Montyor  səliqəli 

adammıĢ,  kiĢi  bölməsinin  tavanındakı  lampaya  metal  tor 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə