Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə24/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   151

 

119 


sakitlik  lazımdır.  Ġndi  yoldaĢlar  sizi  yatmağa  aparar  və  hər 

Ģey yadınızdan çıxar... 

– Sən, – Ġvan diĢini qıcırdıb onun sözünü kəsdi, – baĢa 

düĢürsən  ki,  professoru  tutmaq  lazımdır?  Nə  çərənləyib 

zəhləmi tökürsən?! Gic! 

– BağıĢlayın, yoldaĢ Bezdomnı, – bu iĢə baĢ qoĢduğuna 

görə artıq peĢman olmuĢ həmin Ģəxs pörtüb geri çəkildi. 

– Yox,  kimi  də  olsa,  səni  bağıĢlamaram,  –  Ġvan 

Nikolayeviç kinli-kinli dedi. 

Sifəti əsəbdən əyildi, Ģamı tələsik sağ əlindən sol əlinə 

keçirib,  qolunu  gendən  hərlədi  və  mərhəmətli  Ģəxsin 

qulağının dibinə iliĢdirdi. 

Bu  yerdə  baĢa  düĢdülər  ki,  Ġvanı  tutmaq  lazımdır  və 

onun üstünə tökülüĢdülər. ġam söndü, yerə düĢən eynək bir 

anda  tapdandı.  Ġvan  hətta  bulvardakıların  diqqətini  çəkən 

dəhĢətli  bir  nərilti  qoparıb  müdafiə  olunmağa  baĢladı. 

Stolların  üstündən  tökülən  qab-qacaq  cingildədi,  qadınlar 

qıĢqırıĢdı. 

downloaded from KitabYurdu.org



 

120 


Ofisiantlar  Ģairi  dəsmalla  bağladıqları  vaxt  soyunub-

geyinmə  otağında  yelkənli  gəmi  komandiri  ilə  qapıçı 

arasında söhbət gedirdi. 

– Sən görmədin ki, o, alt tumanındadır? – dəniz qulduru 

onun üstünə bozardı. 

– Axı,  Arçibald  Arçibaldoviç,  –  qapıçı  qorxa-qorxa 

cavab verdi, – əgər onlar Massolitin üzvüdürlərsə, mən necə 

buraxmaya bilərəm? 

– Sən görmədin ki, o, alt tumanındadır? – dəniz qulduru 

təkrar etdi. 

– BağıĢlayın, Arçibald Arçibaldoviç, – qapıçı qızardı, – 

mən  nə  eləyə  bilərəm?  BaĢa  düĢürəm  ki,  eyvanda  xanımlar 

əyləĢib... 

– Xanımların bu iĢə dəxli yoxdur, xanımların nə vecinə, 

– dəniz qulduru qapıçını gözləriylə yeyirdi, – ancaq milisin 

dəxli  var!  Adam  alt  tuman-köynəyində  Moskvanın 

küçələriylə  vur-tut  bir  halda  gedə  bilər,  onda  da  milisin 

müĢayiətilə və yalnız bir yerə – milis Ģöbəsinə! Sən isə əgər 

qapıçısansa, bilməlisən ki, bu cür adamı görəndə bir an belə 

gecikmədən fit çalmalısan. EĢidirsən? 

downloaded from KitabYurdu.org



 

121 


Ağlı  baĢından  çıxmıĢ  qapıçı  eyvandan  gurultu,  qab-

qacaq səsi, qadınların qıĢqırtısını eĢidirdi. 

– Buna  görə  indi  sənə  nə  cəza  verək?  –  dəniz  qulduru 

soruĢdu. 

Qapıçının  sifəti  yatalağa  tutulmuĢ  xəstənin  sifəti  kimi 

bomboz  oldu,  gözləri  ölgünləĢdi.  Ona  elə  gəldi  ki,  dəniz 

quldurunun  ortadan  ayrılaraq  daranmıĢ  qara  saçları 

alovlanan  ipək  kimi  iĢıldadı.  NiĢastalı  yaxalı,  frak  yoxa 

çıxıb,  qurĢağından  tapançanın  dəstəyi  göründü.  Qapıçı 

özünü  gəminin  for-marsa-reyindən

15

  asılmıĢ  təsəvvür  etdi. 



Özünün  bayıra  çıxmıĢ  dilini,  çiyninə  düĢmüĢ  cansız  baĢını 

öz  gözləriylə  gördü,  hətta  gəmiyə  çırpılan  dalğaların  səsini 

eĢitdi. Qapıçının dizləri qatlandı. Bu yerdə dəniz quldurunun 

ona rəhmi gəldi və sərt baxıĢlarını yumĢaltdı. 

– Bax ha, Nikolay! Axırıncı dəfə olsun. Restoranda boĢ 

yerə bizə belə qapıçı lazım deyil. Get kilsədə qarovulçu iĢlə. 

– Bunları deyib, komandir cəld, dəqiq və aydın əmrlər verdi: 

                                                 

15

For-marsa-rey – gəminin burnu tərəfdən birinci dorağacındakı ikinci yelkənin 



asılması üçün üfüqi tir 

downloaded from KitabYurdu.org




 

122 


–  Bufetdən  Panteleyi.  Milisioneri.  Protokol.  MaĢın. 

Psixiatriyaya. – Və əlavə etdi: – Fit ver! 

On  beĢ  dəqiqə  keçmiĢ  təkcə  restoranda  yox,  hətta 

bulvarda,  pəncərəsi  restoranın  bağına  baxan  evlərdə  son 

dərəcə  heyrətlənmiĢ  adamlar  Panteleyin,  qapıçının,  milisin, 

ofisiantın  və  Ģair  Ryuxinin  kukla  kimi  bələnmiĢ  bir  gənci 

Qriboyedovun qapısından çıxardığını gördülər. Bu gənc göz 

yaĢlarından  boğula-boğula  məhz  Ryuxinə  tüpürməyə 

çalıĢaraq bağırırdı: 

– Alçaq! 

Sifətindən  zəhrimar  yağan  sürücü  motoru  iĢə  saldı. 

Yaxınlıqdakı  faytonçu  atı  cuĢa  gətirmək  üçün  yasəmən 

rəngli cilovu onun sağrısına vuraraq qıĢqırdı: 

– Cıdır  atım  indi  olaydı  da!  Mən  onunla  ruhi 

xəstəxanaya adam aparmıĢam! 

Bu  qeyri-adi  hadisəni  müzakirə  edən  adamların  hay-

həĢiri ətrafı baĢına götürmüĢdü; bir sözlə, hamının diqqətini 

çəkən  bu  murdar,  iyrənc  qalmaqal  yalnız  yük  maĢını 

Qriboyedovun  qapısından  bədbəxt  Ġvan  Nikolayeviçi, 

downloaded from KitabYurdu.org




 

123 


milisioneri,  Panteleyi  və  Ryuxini  götürüb  aparandan  sonra 

sona çatdı. 

 

 

 



 

VI fəsil 

ġĠZOFRENĠYA – BELƏCƏ DƏ DEMĠġDĠLƏR 

 

Moskva ətrafında, çay kənarında bu yaxınlarda tikilmiĢ 



məĢhur psixiatriya klinikasının qəbul otağına ağ xalatlı, sivri 

saqqallı  kiĢi  daxil  olanda  gecə  saat  ikinin  yarısı  idi.  Üç 

sanitar  divanda  oturan  Ġvan  Nikolayeviçdən  gözünü 

çəkmirdi.  Çox  həyəcanlanmıĢ  Ģair  Ryuxin  də  buradaydı. 

Ġvan  Nikolayeviçin  bağlandığı  dəsmallar  divanın  üstünə 

atılmıĢdı. Onun əl-qolu açıq idi. 

Ġçəri  girən  adamı  görəndə  Ryuxinin  sifəti  ağardı  və 

öskürüb, çəkinə-çəkinə dedi: 

– Salam, həkim. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə