Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

118

Şirin x

anım Kərimbə

yli Şadiman



ÇƏKDİ YAZIQ MİLLƏTİNİN AĞRISIN 



 Böyük Vətəndaş 

 Mirzə Ələkbər Sabirə 

Çəkdi yazıq millətinin ağrısın,

Haqqına şam etdi sözün doğrusun,

Cəhd elədi dərdü-qəmə bağırsın,

Tapmadı ahına qanan çağırsın,

Qəlbi gördü yaraları Sabirin.

Sözü gəzdi haraları Sabirin?

Etdi ağıl cövhərinə cəfanı,

Ürəyindən əksiltmədi vəfanı,

Yazdığına gözləmədi səfanı,

Bulmadılar ciyərinə şəfanı,

Uddu bəxti qaraları Sabirin,

Sözü gəzdi haraları Sabirin?

Qələmini kağıza yar eylədi,

Şeirləri aləmə car eylədi,

Haqqı yaman nahaqqı kar eylədi,

Beyitləri hər misra bar eylədi,

Dərdi üzdü çaraları Sabirin,

Sözü gəzdi haraları Sabirin?

Ölkəsinin qəflətinə ağladı,

Sağalmayan illətinə ağladı,

Ac-yalavac millətinə ağladı,

Ömrü boyu zillətinə ağladı,

Artdı şeir sıraları Sabirin,

Sözü gəzdi haraları Sabirin?

Dərdi bişdi sabun ilə tiyanda,

Haqq nazilir, üzülməyir hər yanda,

Baş ağrıyır hər bəlanı duyanda,

Bu minvalla təmizliyə uyanda,

Təbi pozdu araları Sabirin,

Sözü gəzdi haraları Sabirin?

Xalqa yanan misrasını dil etdi,

Beyti hikmət bağçasına gül etdi,

Qanmayanlar gözlərinə tül etdi!

Nadan əhli külliyatın kül etdi,

Ahı qarsdı qoraları Sabirin,

Sözü gəzdi haraları Sabirin?



119

    Y

ol gedirik

Kim deyər ki, «Hophopnamə» yuxlayıb?



Fəryad ilə naqisləri oxlayıb,

Ürəklərdə hörmətini saxlayıb,

Ey Şadiman, misrasını qoxlayıb,

Bükər könül xaraları Sabirin,

Sözü gəzdi haraları Sabirin?

 

06.06.2009 

BÖYÜK ƏMƏLLƏRİN YAŞAR ELLƏRDƏ 

Məşhur xeyriyyəçi Bakı milyonçusu

Zeynalabdin Tağıyevin ruhuna…

Böyük əməllərin yaşar ellərdə,

Adın nəsil-nəsil gəzər dillərdə,

Sən xalqın, millətin dayağı oldun,

Bu ana Vətənin mayağı oldun.

Yurduna sərf etdin varı, sərvəti,

Künclərə dürtmədin pulu, dövləti.

Atalıq eylədin imkansızlara,

 Fəqir-füqəraya çox kamsızlara.

Çəkdin şollar suyun Bakıya bir vaxt,

Su deyən dilləri eylədin xoşbaxt

O qız gimnazyanın adı ucaldı,

Mövhumat üstündə qələbə çaldı.

Teatr, dəyirman, fabrika açdın,

Millətin qəlbində günəştək saçdın.

İlahi tökdükcə başına pulu,

Sən onun əyilib olmadın qulu…!

Millət atasıtək tanındı adın,

Ucuz təriflərə əsir olmadın.

Şimaldan cənuba gəzdi sorağın,

Yandı məmləkətdə qeyrət çırağın.

Tikdiyin binalar Bakının gözü,

Hər biri tarixdi bunların özü.

 ***

Ey Vətən aşiqi, millət dayağı,

Varmı xeyriyyəçi səninsayağı?

Sərf etsin varını, pulunu elə,

Həkk olsun əbədi ağıza, dilə.

Sən ellər atası, ellər sevinci,

Millətin içində parlayan inci.

Pulunla, varınla öyünmədin heç,

Yabançı hisslərlə döyünmədin heç.

Vətənə xidmətdə oldun əbədi,

Qurdun könüllərdə sevda mə’bədi.



120

Şirin x

anım Kərimbə

yli Şadiman



 ***

İmperya çökəndə istiqlal gəldi,

Bayraqlı ulduzlu pak hilal gəldi,

Fəqət bu səadət çəkmədi uzun,

Keçdi caynağına ölkə quduzun…

Vətənin üstünü aldı fəlakət,

Bir gün yasa batdı ana məmləkət.

Torpaq da, diyar da çox qanlar içdi…

Qırmızı terrorun əlinə keçdi.

Varını taladı gədə-güdələr,

Elə çalışdılar zülüm edələr.

Mərdəkanda bağa sığındın o vaxt,

Qaldın cəlladların əlində bivaxt.

Canına toxunub dəyməsələr də,

Üzdə mənliyini əyməsələr də,

Könlünün sutunu uçdu töküldü,

Bütün diləklərin içdən töküldü.

Sən atıb getmədin yurdu, Vətəni,

Qucdu ana torpaq müqəddəs təni.

Məzarın Mərdəkan elində yatır,

İşığın günəşin özünə çatır.

Bir el atasıtək dillərdə qaldın,

Tarixin özünə sən zəfər çaldın.



 

03.11.2004

 AH, YAZIQ MƏMLƏKƏT, 

 AH, YAZIQ VƏTƏN…

Ah yazıq məmləkət, ah yazıq Vətən,

Könlümün içində eşq ilə bitən,

Adın rüşvətlə talanıb gedir,

Ürəyin ağrıyla bulanıb gedir.

Əzabdan o yana yolun yoxmu heç?!

Varsa müsibətdən bir qurtulub keç.

Dilin haqq arayır cəllad əlində,

Gözlərin boğulur kədər selində.

Rüşvət sevgisiylə çırpınır başlar,

Göydən başımıza tökülür daşlar.

Hər gün aldadan kim, hər gün alan kim?

Kim-kimə oğrudur, kim-kimə məhkum?

Qanuna zülm edən yalançı hakim,

Qanun can verərkən olarmı həkim?

Bizim ağlımıza kim deyəcək can?

Bizim içimizdə şahdı həyacan!

İşimiz rüşvətsiz keçmir heç yerdə,

Yaxşı vərdiş etdin, ey Vətən, dərdə.

Rüşvət beynimizin həyat qurşağı,




121

    Y

ol gedirik

Rüşvətlə oxşanır bağça uşağı!



Məktəbdə rüşvətlə bilik alırlar,

Rüşvətlə elimli adam olurlar.

Ali məktəb pulla açır qoynunu,

Rüşvətlə fırladır iblis oynunu!

Rüşvətin quludur bütün məmləkət,

Vətən, bundan böyük yoxdu fəlakət!

Beyini rüşvətə qul olan millət,

Kimsədən diləyə bilməz ədalət.

Biz haqqı rüşvətlə əsir etmişik,

Bütün zehnimizi yesir etmişik.

Rüşvətlə maşınlar, evlər alınır,

Rüşvətlə saraylar, mülklər salınır.

Rüşvətə əyilir ağlımız hər gün,

Rüşvət almayana deyirlər miskin.

Vəzifə kürsüsü ona yad olur,

Hər gün təmizliyi bir fəryad olur.

Rüşvətin dəlisi olan millətin,

Tanrı azaltmayıb heç vaxt zillətin.

Əsir torpağımız yağı əlində,

Ölünün, dirinin ağı dilində,

Pulla düzəldirik hər işimizi,

Rüşvətə qul etdik vərdişimizi!

Sonra da yapışıb mikrafonlara,

Tele-radioyla girdik donlara,

Ekrana rəng verib düşdük anlara…

 ***

Ziyalı deyərək sinə yırtırıq,

Kütlənin gözünə hey kül atırıq.

Kütləsə fəxr edir bizlə hər zaman,

Bizə səcdə edib, gətirir iman.

Ey şair, ey alim, ey boyalı baş!!!

Vətənin gözündən seltək axır yaş!

Bu yaşlar içində boğulur millət,

Bütün yer üzünə dağılır millət!…

 ***

Dünyaya göz açır rüşvətlə körpə,

Rüşvət yatmır daha heç sapa-ipə.

Ölüyə, diriyə rüşvətdi əlac,

Ölkə başdan-başa rüşvətə möhtac.

Rüşvət verməyənə iş yox, peşə yox,

Rüşvət verənəsə bir əndişə yox.

İblisə, şeytana qul olub qaldıq,

Özmüzü iblisin gününə saldıq.

Ürəyin içində bu dərdlər bitən,

Çarə yox nə sənə, nə mənə Vətən…

 

11.04.2007



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə