Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

2014v4 

51 


 

IV. Yanıb-sönәn sarı siqnal olduqda, svetoforlar işlәmәdikdә vә ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan 

hesab edilir vә sürücülәr nizamlanmayan yolayrıcılarını keçmә qaydalarını  vә yolayrıcında quraşdırılmış üstünlük 

nişanlarını әsas tutaraq hәrәkәt etmәlidirlәr. 

 

Maddә 76. Nizamlanan yolayrıcıları 

I. Relssiz nәqliyyat vasitәsinin sürücüsü svetoforun yaşıl işığında sola vә ya geriyә dönәrkәn, qarşıdan düzünә vә ya 

sağa gedәn nәqliyyat vasitәlәrinә yol vermәlidir. Tramvay sürücülәri dә öz aralarında bu qaydanı әsas tutmalıdırlar. 

II. Svetoforun sarı vә ya qırmızı siqnalı ilә eyni vaxtda әlavә bölmәsindә yandırılmış ox işarәsi istiqamәtindә hәrәkәt 

edәn sürücü başqa istiqamәtlәrdәn gәlәn nәqliyyat vasitәlәrinә yol vermәlidir. 

III. Svetoforun vә ya nizamlayıcının siqnalları eyni vaxtda hәm tramvayın, hәm dә relssiz nәqliyyat vasitәlәrinin 

hәrәkәtinә icazә verirsә, tramvay, hәrәkәt istiqamәtindәn asılı olmayaraq, üstünlüyә malikdir. Lakin svetoforun 

qırmızı  vә ya sarı siqnalı ilә eyni vaxtda olan әlavә bölmәsindә yandırılmış ox işarәsi istiqamәtindә  hәrәkәt edәn 

tramvay başqa istiqamәtlәrdәn gәlәn nәqliyyat vasitәlәrinә yol vermәlidir. 

IV. Svetoforun icazә siqnalı yanarkәn yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından 

asılı olmayaraq, nәzәrdә tutulan istiqamәtdә dayanmadan hәrәkәt etmәlidir, bu zaman qalan nәqliyyat vasitәlәri ona 

maneә törәtmәmәlidirlәr. Lakin, әgәr yolayrıcında sürücünün hәrәkәt etdiyi yolda qoyulmuş svetoforların qabağında 

stop-xәtlәr (

 5.33 nişanı) vardırsa, sürücü hәr bir svetoforun siqnalını әsas tutmalıdır. 

V. Svetoforun icazә siqnalı yanarkәn sürücü yolayrıcında hәrәkәti başa çatdırmaqda olan nәqliyyat vasitәlәrinә  vә 

hәmin istiqamәtin hәrәkәt hissәsindә keçidi başa çatdırmamış piyadalara yol vermәlidir. 



 

Maddә 77. Nizamlanmayan yolayrıcları 

I. Eyni әhәmiyyәtli olmayan yolların kәsişdiyi yolayrıcında, ikinci dәrәcәli yolla hәrәkәt edәn nәqliyyat vasitәsinin 

sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nәqliyyat vasitәlәrinә, onların sonrakı  hәrәkәt istiqamәtindәn asılı 

olmayaraq, yol vermәlidir. 

II. Yolayrıcında baş yol istiqamәtini dәyişirsә, baş yolla hәrәkәt edәn sürücülәr öz aralarında eyni әhәmiyyәtli yolların 

kәsişdiyi yolayrıcını keçmәk qaydalarını  әsas tutmalıdırlar.  İkinci dәrәcәli yollarla hәrәkәt edәn sürücülәr dә öz 

aralarında bu qaydaları әsas tutmalıdırlar. 

III. Eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcında relssiz nәqliyyat vasitәsinin sürücüsü sağdan yaxınlaşan nәqliyyat 

vasitәlәrinә yol vermәlidir. Tramvay sürücülәri dә öz aralarında bu qaydanı  әsas tutmalıdırlar. Belә yolayrıclarında 

tramvay, onun hәrәkәt istiqamәtindәn asılı olmayaraq, relssiz nәqliyyat vasitәlәri qarşısında üstünlüyә malikdir. 

IV. Relssiz nәqliyyat vasitәsinin sürücüsü sola vә ya geriyә dönәrkәn eyni әhәmiyyәtli yolda qarşı tәrәfdәn düzünә vә 

ya sağa hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidir. Tramvay sürücülәri dә öz aralarında bu qaydanı  әsas 

tutmalıdırlar. 

V.  Әgәr sürücü yolun örtüyünün olub-olmadığını  tәyin edә bilmirsә (sutkanın qaranlıq vaxtı, palçıq, qar vә s. 

nәticәsindә), üstünlük nişanları isә yoxdursa, o, belә hesab etmәlidir ki, ikinci dәrәcәli yoldadır. 

 

Maddә 78. Sürmә tәlimi 

I. Nәqliyyat vasitәlәrinin idarә edilmәsi üzrә ilkin tәlim bağlı meydançalarda vә ya avtodromlarda keçirilmәlidir. 

II. Yollarda sürmә tәliminә yalnız tәlim verәn şәxsin iştirakı ilә vә nәqliyyat vasitәsini sürmәyi öyrәnәn şәxsin onu 

idarә etmәkdә ilkin vәrdişi olduqda yol verilir. Nәqliyyat vasitәsini sürmәyi öyrәnәn  şәxs bu Qanunla nәzәrdә 

tutulmuş  yol hәrәkәti qaydalarını bilmәli vә onun tәlәblәrini yerinә yetirmәlidir. 

III. Sürmә tәlimi verәn şәxsin üstündә hәmin kateqoriyalı nәqliyyat vasitәsini sürmә tәlimi vermәk hüququna dair 

sәnәd vә ya azı 5 il sürücülük stajına malik olmasına, habelә müvafiq kateqoriyalı nәqliyyat vasitәsini idarә etmәk 

hüququna dair vәsiqә olmalıdır. 

IV. Sürmә  tәlimi keçirilәn mexaniki nәqliyyat vasitәsi “Tәlim nәqliyyat vasitәsi” tanınma nişanı ilә  işarәlәnmәli vә 

sürmә tәlimi verәn şәxs üçün arxanı göstәrәn güzgü vә pedallar ilә tәchiz olunmalıdır. 

V. Siyahısı müәyyәn edilmiş qaydada elan olunan yollarda sürmә tәlimi qadağandır. 



6 FӘSİL 

Yol hәrәkәti qaydalarının pozuntuları 

 

Maddә 81. Yol hәrәkәti qaydalarını pozmağa görә mәsuliyyәt 

Bu qanunla nәzәrdә tutulmuş yol hәrәkәti qaydalarının pozulmasında tәqsirli olan şәxslәr Azәrbaycan Respublikasının 

qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar.  

7 FӘSİL 

Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә nәzarәt 

 

Maddә 83. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsindә nәzarәtin hәyata keçirilmәsi 



2014v4 

52 


 

I. Bu Qanunun tәlәblәrinә ciddi әmәl etmәklә yollarda hәrәkәt tәhlükәsizliyinә  nәzarәti yalnız Azәrbaycan 

Respublikasının müvafiq icra hakimiyyәti orqanının әmәkdaşları hәyata keçirirlәr. 

II. Yollarda hәrәkәt tәhlükәsizliyinin tәmin edilmәsinә nәzarәt Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanının әmәkdaşları tәrәfindәn stasionar vә digәr postlarda, elәcә dә xüsusi avadanlığı olan nәqliyyat vasitәlәrindә 

vә ya texniki nәzarәtetmә vasitәlәrinin tәtbiqi ilә hәyata keçirilir. 

III. Müәyyәn edilmiş hәrәkәt sürәti hәddini aşmaq, texniki cәhәtdәn nasaz nәqliyyat vasitәlәrinin istismarı faktını vә 

nәqliyyat vasitәlәrinin alkoqol vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә olunması  nәticәsindә  sәrxoş 

vәziyyәtdә idarә edilmәsi halları müәyyәnlәşdirmәk üzrә  nәzarәti Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanı  әmәkdaşları yalnız xüsusi cihazlar vasitәsi ilә  hәyata keçirirlәr. (narkotik sәrxoşluq vәziyyәtinin, 

narkotik vasitәlәrin vә psixotrop maddәlәrin istehlakı hallarının müәyyәn edilmәsi üçün aparılan tibbi müayinә dövlәt 

narkoloji-tibb müәssisәlәrindә qanunvericiliklә müәyyәn edilmiş qaydada hәyata keçirilir). Belә halları 

müәyyәnlәşdirmәk üçün başqa üsullardan istifadә edilmәsi yolverilmәzdir

  



Maddә 84. Yol hәrәkәti tәhlükәsizliyinә nәzarәti hәyata keçirәn Azәrbaycan Respublikasının müvafiq 

icra hakimiyyәti orqanı әmәkdaşının vәzifәlәri 

Yol hәrәkәti tәhlükәsizliyinә  nәzarәti hәyata keçirәn Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanı әmәkdaşının vәzifәlәri aşağıdakılardır: 

1) bu Qanunu mükәmmәl bilmәk vә düzgün tәtbiq etmәk; 

2) yol hәrәkәti tәhlükәsizliyinә  nәzarәti hәyata keçirәn Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanının әmәkdaşları üçün müәyyәn edilmiş müvafiq formalı geyimdә olmaq; 

3) xidmәtdә olarkәn xidmәti vәsiqәni, xidmәti silahını,  şәxsi nömrә ilә döş nişanını, jezli, fiti, xüsusi çantanı 

(onun içindә bu Qanunun mәtnini, qәlәmi, inzibati xәtalar haqqında protokolun blanklarını, elәcә  dә inzibati 

cәrimәnin ödәnilmәsi üçün cәrimә bildiriş blanklarını) özündә saxlamaq;  

4) yol hәrәkәti iştirakçılarına qarşı  әdәb vә  nәzakәtlә  rәftar etmәk, onlarla münasibәtdә insanın  şәrәf vә 

lәyaqәtini alçaldan hәrәkәtlәrә vә sözlәrә yol vermәmәk; 

5) yol hәrәkәti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü tәqdim etmәk, dayandırmanın sәbәbini, yol 

hәrәkәti qaydalarının pozuntusu aşkar edilmişdirsә, onun mәzmununu vә  hәmin pozuntunun bu Qanunun hansı 

maddәsindә nәzәrdә tutulduğunu onlara bildirmәk, habelә inzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrardan şikayәt 

verilmәsi qaydasını izah etmәk; 

6) tәrәfindәn aşkar edilmiş yol hәrәkәti qaydalarının bütün pozuntularını qeyd etmәk, onların dәqiq uçotunu 

aparmaq vә bu barәdә tabeçilik üzrә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının yuxarı vәzifәli 

şәxslәrinә raportla mәruzә etmәk; 

6-1) tәrәfindәn aşkar edilmiş hәr bir inzibati xәtaya dair mәlumatı - müvafiq xәtanın aşkar edildiyi vaxtdan 1 

gün  әrzindә, hәmin inzibati xәta haqqında iş üzrә icraat zamanı  qәbul olunan qәrarlar vә  tәtbiq olunan inzibati 

tәnbeh tәdbirlәri barәdә  mәlumatı - müvafiq qәrar qәbul olunduğu vaxtdan 1 gün әrzindә, inzibati tәnbeh tәtbiq 

etmә haqqında qәrarın icra olunması barәdә mәlumatı - müvafiq qәrarın icrası başa çatdığı vaxtdan 1 gün әrzindә 

texniki vasitәlәrdәn istifadә etmәklә müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn müәyyәn edilmiş qaydada mәrkәzi 

mәlumat sisteminә ötürmәk; 

7) nәzarәt etdiyi yol sahәsindә yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi üçün lazımi tәdbirlәr görmәk; 

8) cinayәt törәtmiş şәxslәri tәqib etmәk, tutub saxlamaq vә müәyyәn edilmiş qaydada müvafiq dövlәt orqanına 

tәhvil vermәk (bu mümkün olmadığı halda, tabeçilik üzrә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanının yuxarı vәzifәli şәxsinә tәqibi tәşkil etmәk tәklifi ilә müraciәt etmәk). 

 

Maddә 85. Yol hәrәkәti tәhlükәsizliyinә nәzarәti hәyata keçirәn Azәrbaycan Respublikasının müvafiq 

icra hakimiyyәti orqanı әmәkdaşının hәrәkәtlәri 

Yol hәrәkәti tәhlükәsizliyinә  nәzarәti hәyata keçirәn Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanının әmәkdaşı: 

1) Qanunla ona verilmiş sәlahiyyәtlәr daxilindә öz vәzifәlәrini yerinә yetirir; 

2) nәqliyyat vasitәsini idarә edәn şәxslәrdәn aşağıdakı hallarda nәqliyyat vasitәsini dayandırmağı tәlәb edir:

  

- nәqliyyat vasitәsini idarә edәn şәxs tәrәfindәn yol hәrәkәti qaydalarının vә ya yol hәrәkәti tәhlükәsizliyinin 

tәmin edilmәsi qaydalarının pozulduğu vizual şәkildә  aşkar edildikdә  vә ya xüsusi texniki vasitәlәrdәn istifadә 

etmәklә müәyyәn olunduqda, yol hәrәkәti qaydaları  әleyhinә  olan  inzibati  xәtaların törәdilmәsinә görә inzibati 

cәrimә növündә inzibatı tәnbeh tәtbiq etmә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn 2 ay müddәtindә icra 

edilmәmәsinә görә  nәqliyyat vasitәsinin saxlanılması barәdә  mәhkәmә  vә ya müvafiq icra hakimiyyәti orqanının 

qәrarı olduqda, habelә nәqliyyat vasitәsini idarә edәn şәxs tәrәfindәn inzibati xәtanın törәdilmәsi barәdә radio-cihaz 

vasitәsilә müvafiq icra hakimiyyәti orqanının digәr әmәkdaşından mәlumat daxil olduqda;  

- nәqliyyat vasitәsi axtarışda olduqda;  

- nәqliyyat vasitәsini idarә edәn şәxs vә ya onunla birlikdә olan sәrnişin tәrәfindәn cinayәtin törәdilmәsi vә ya 

cinayәtin törәdilmәsindә şübhәlәnilmәsi haqqında dәqiq mәlumat olduqda;  



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə