Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   37   38   39   40   41   42   43   44   45

2014v4 

90 


 

Maddә 7. Qanun qarşısında bәrabәrlik prinsipi 

7.1.  İnzibati xәta törәtmiş  şәxslәr irqindәn, milliyyәtindәn, dinindәn, dilindәn, cinsindәn, mәnşәyindәn,  әmlak 

vәziyyәtindәn, qulluq mövqeyindәn, әqidәsindәn vә digәr hallardan asılı olmayaraq qanun qarşısında bәrabәrdirlәr. 

Bu maddәdә nәzәrdә tutulmuş әsaslara görә heç kәs inzibati mәsuliyyәtә cәlb oluna vә inzibati mәsuliyyәtdәn azad 

oluna, yaxud heç kәsә inzibati tәnbeh tәtbiq oluna vә ya daha yüngül inzibati tәnbeh tәtbiq edilә bilmәz. 



7.2. Hüquqi şәxslәr mülkiyyәt formasından, olduqları yerdәn, tәşkilati-hüquqi formalarından vә tabeliyindәn asılı 

olmayaraq inzibati mәsuliyyәtә cәlb olunurlar. 

 

Maddә 8. Tәqsirsizlik prezumpsiyası prinsipi 

8.1. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllә ilә nәzәrdә tutulmuş qaydada 

sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) 

qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsiri olmayan hesab edilir. 

8.2. İnzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. 

8.3. İnzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә olan şübhәlәr onun xeyrinә hәll olunur. 

 

Maddә 9. Әdalәtlilik prinsipi 



9.1. İnzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә

onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. 



9.2. Bir inzibati xәtaya görә heç kәs iki dәfә inzibati mәsuliyyәtә cәlb oluna bilmәz. 

 

Maddә 11. Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin qüvvәsi 



11.1. Azәrbaycan Respublikasında inzibati xәtalar haqqında işlәr üzrә icraatın aparılması, inzibati xәtalar haqqında 

işlәr üzrә qәrarların qәbul vә icra edilmәsi hәmin vaxtda qüvvәdә olan Azәrbaycan Respublikasının inzibati xәtalar 

qanunvericiliyinә uyğun olaraq hәyata keçirilir. 

11.2. İnzibati xәtalara görә mәsuliyyәti yüngüllәşdirәn vә ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyә 

qüvvәsi vardır, yәni hәmin aktlar onların qәbul edildiyi vaxtadәk törәdilmiş xәtalara da şamil edilir. 



11.3. İnzibati xәtalara görә mәsuliyyәt müәyyәn edәn vә ya mәsuliyyәti güclәndirәn normativ-hüquqi aktların geriyә 

qüvvәsi şamil edilmir. 

 

Maddә 36. İnzibati mәsuliyyәtә cәlb etmә müddәtlәri 

36.1.  İnzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn  әn geci iki ay keçәnәdәk verilә bilәr. Gömrük qaydaları, 

әtraf mühitin qorunması qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә maliyyә, 

vergilәrin vә rüsumların ödәnilmәsi qaydaları  әleyhinә  olan  inzibati  xәtalara görә inzibati tәnbeh inzibati xәtanın 

törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr.  



36.2. Davam edәn inzibati xәtalara görә inzibati tәnbeh onun aşkara çıxarıldığı gündәn  әn geci iki ay keçәnәdәk 

verilә bilәr. 



36.3. Cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati 

xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam 

verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr. 

36.4. On altı yaşından on sәkkiz yaşınadәk olan yetkinlik yaşına çatmayanın törәtdiyi inzibati xәta haqqında iş 

yetkinlik yaşına çatmayanların işlәri vә hüquqlarının müdafiәsi üzrә komissiya tәrәfindәn qanunvericiliklә müәyyәn 

edilmiş qaydada müvafiq dövlәt orqanına qaytarıldıqda, inzibati tәnbeh hәmin iş qaytarıldığı gündәn әn geci iki ay 

keçәnәdәk verilә bilәr.  



 

415.5. İnzibati xәta haqqında iş üzrә icraat dayandırıldıqda bu Mәcәllәnin 36.1-ci maddәsindә nәzәrdә tutulmuş 

müddәtlәrin axımı dayanır. İnzibati xәta haqqında iş üzrә icraatın müddәtinin axımının dayandırılması bir ildәn artıq 

davam edә bilmәz. Hәmin müddәt bitdikdә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. 

 

Maddә 37. Şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәmiş sayılması üçün tәlәb olunan müddәt 

Barәsindә inzibati tәnbeh tәtbiq olunmuş  şәxs tәnbehin icrasının qurtardığı gündәn etibarәn bir il әrzindә yeni 

inzibati xәta törәtmәmişsә, o, inzibati mәsuliyyәtә cәlb edilmәmiş sayılır. 

 

Maddә 38. Vurulmuş әmlak zәrәrinin әvәzinin ödәnilmәsi 

38.1. Hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işә baxarkәn vurulmuş әmlak zәrәrinin әvәzinin 

ödәnilmәsi barәdә mübahisә olmadıqda, inzibati tәnbeh tәtbiq etmәklә eyni vaxtda vurulmuş  zәrәrin  әvәzinin 

ödәnilmәsi barәdә mәsәlәyә dә baxa bilәr. 

38.2. Vurulmuş  әmlak zәrәrinin vә ya mәnәvi zәrәrin  әvәzinin ödәnilmәsi barәdә mübahisә olduqda inzibati xәta 

nәticәsindә vurulmuş әmlak zәrәrinin vә ya mәnәvi zәrәrin әvәzinin ödәnilmәsi mәsәlәsi Azәrbaycan Respublikasının 

qanunvericiliyinә uyğun olaraq hәll edilir. 

 



2014v4 

91 


 

Maddә 386. Sübutlar 

386.1. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli 

olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik 

mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. 

386.2. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş 

şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati 



xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. 

386.3. Qanuna zidd olaraq әldә edilmiş sübutların istifadә edilmәsinә yol verilmir. 

Document Outline

  • 1 FƏSİL
    • Maddə 1. Əsas anlayışlar
    • Maddə 2. Qanunun təyinatı
    • Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik
    • Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri
    • Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri
    • Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri
  • 2 FƏSİL
    • Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri
    • Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
    • Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
    • Maddə 10. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
    • Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
    • Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
    • Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
    • Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması
    • Maddə 15. Yol hərəkətinin nizama salınması
    • Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili
    • Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması
    • Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi
    • Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
    • Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili
    • Maddə 21.  Ətraf mühitin mühafizəsi
    • Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları
    • Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi
    • Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili
    • Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi
    • Maddə 26. Layihə və elmi işlərin aparılması
  • 3 FƏSİL
    • Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
    • Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
    • Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı
    • Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi
    • Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması
    • Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası
  • 4 FƏSİL
    • Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ
    • Maddə 34. Sürücülük vəsiqəsi
    • Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması
  • 5 FƏSİL
    • Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları
    • Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri
    • Maddə 38. Velosipedçinin vəzifələri
    • Maddə 39. Mal-qara ötürənlərin vəzifələri
    • Maddə 40. Piyadanın vəzifələri
    • Maddə 41. Sərnişinin vəzifələri
    • Maddə 42. Hərəkətə başlama, manevr etmə
    • Maddə 43. Avtomagistrallarda hərəkət
    • Maddə 44. Dəmiryol keçidlərində hərəkət
    • Maddə 45. Yaşayış zonalarında hərəkət
    • Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər
    • Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər
    • Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri
    • Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi
    • Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi
    • Maddə 51. Ötmə və qarşılıqlı keçmə
    • Maddə 52. Dayanma və durma
    • Maddə 53. Parklanma
    • Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması
    • Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması
    • Maddə 56. Adamların daşınması
    • Maddə 57. Yüklərin daşınması
    • Maddə 58. Nizamlayıcının siqnalları
    • Maddə 59. Svetoforun siqnalları
    • Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi
    • Maddə 61. Yol nişanları
    • Maddə 62. Xəbərdarlıq nişanları
    • Maddə 63. Üstünlük nişanları
    • Maddə 64. Qadağan nişanları
    • Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları
    • Maddə 66. Məlumatverici-göstərici nişanlar  
    • Maddə 67. Servis nişanları
    • Maddə 68. Əlavə məlumat nişanları
    • Maddə 69. Yolun nişanlanması
    • Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması
    • Maddə 71. Yol işlərində olunan işarələr
    • Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları
    • Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi
    • Maddə 74. Xüsusi siqnalların tətbiqi
    • Maddə 75. Yolayrıcılarının keçilməsi
    • Maddə 76. Nizamlanan yolayrıcıları
    • Maddə 77. Nizamlanmayan yolayrıcları
    • Maddə 78. Sürmə təlimi
  • 6 FƏSİL
    • Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət
  • 7 FƏSİL
    • Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi
    • Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri
    • Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri
  • 8 FƏSİL
    • Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi
    • Maddə 87. Qanunun qüvvəyə minməsi
  • 1 SAYLI ƏLAVƏ
    • I. Tormoz sistemləri
    • II. Sükan idarə mexanizmi
    • III. Xarici işıq cihazları
    • IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları
    • V. Təkərlər və şinlər
    • VI. Mühərrik
    • VII. Konstruksiyanın digər ünsürləri
  •  2 SAYLI ƏLAVƏ
    • Nizamlayıcının siqnalları
  • 3 SAYLI ƏLAVƏ
    • Nəqliyyat svetoforları
  • 4 SAYLI ƏLAVƏ
    • I. Xəbərdarlıq nişanları
    • II. Üstünlük nişanları
    • III. Qadağan nişanları
    • IV. Məcburi hərəkət istiqaməti nişanları
    • V. Məlumatverici-göstərici nişanlar
    • VI. Servis nişanları
    • VII. Əlavə məlumat nişanları (lövhəciklər)
  • 5 SAYLI ƏLAVƏ
  • 6 SAYLI ƏLAVƏ
    • Yol işlərində istifadə olunan işarələr
  • 7 SAYLI ƏLAVƏ
    • Nəqliyyat vasitələrinin tanınma nişanları
  • 8 SAYLI ƏLAVƏ
    • Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə