Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   37   38   39   40   41   42   43   44   45

2014v4 

88 


 

155.2.  Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә dair tәlәblәrin 

pozulmasına, yәni: 



155.2.1. tormoz sistemi vә ya sükan idarә mexanizmi nasaz olan vә belә nasazlığın aradan qaldırılması 

mümkün olmayan nәqliyyat vasitәsinin istismarına; 



155.2.2. normativ tәlәblәr pozulmaqla avadanlığın quraşdırılmasına vә ya dәyişdirilmәsinә; 

155.2.3.  nәqliyyat vasitәsinin tam kütlәsinin vә bu kütlәnin oxlar üzrә paylanmasının, ağırlıq mәrkәzinin, 

tәkәr bazasının vә ya tәkәr düsturunun pozulmasına, yaxud tormoz vә sükan idarә sisteminin әvәz olunmasına sәbәb 

olan dәyişikliklәr edilmәsinә; 

155.2.4. nәqliyyat vasitәsinin ban şüşәlәrinә qanunla tәtbiqinә icazә verilmәyәn örtüklәrin çәkilmәsinә görә 

- 150 manat miqdarında cәrimә edilir. 



155.2-1. Mühәrrikin sәs gücünün artırılması mәqsәdi ilә nәqliyyat vasitәsinin işlәnmiş qazları xaric etmә sisteminә 

normativ tәlәblәr pozulmaqla avadanlığın quraşdırılmasına vә ya dәyişdirilmәsinә görә - 500 manat miqdarında 

cәrimә edilir. 

155.2-2. Bu Mәcәllәnin 155.2-1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә- 1000 manat miqdarında cәrimә edilir. 



155.2-3. Xarici işıq cihazları  vә ya qabaq şüşәnin  şüşә silgәclәri vә şüşәyuyanları  vә ya tәkәrlәri vә şinlәri vә ya 

mühәrriki, yaxud konstruksiyasının digәr ünsürlәri nasaz olan vә belә nasazlığın aradan qaldırılması mümkün 

olmayan nәqliyyat vasitәsinin istismarına görә - 50 manat miqdarında cәrimә edilir. 

155.3. Dövlәt qeydiyyat nişanları  vә ya onlardan birinin olmamasına, saxta vә ya mövcud standartlara uyğun 

olmayan vә ya başqa nәqliyyat vasitәlәrinә verilmiş dövlәt qeydiyyat nişanları ilә nәqliyyat vasitәlәrini idarә etmәyә 

görә - 60 manat miqdarında cәrimә edilir + 4 bal. 

155.4. Bu Mәcәllәnin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddәlәrindә  nәzәrdә tutulmuş  xәtalar 

nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә görә - 200 manat miqdarında 

cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 ildәn 2 ilәdәk müddәtә mәhdudlaşdırılır. 

155.6. Nәqliyyat vasitәsinin hәrәkәti zamanı sürücünün telefonu әldә saxlamaqla ondan istifadә etmәsinә görә - 50 

manat miqdarında cәrimә edilir. 



155.7.  Nәqliyyat vasitәlәrinin müvafiq icazә olmadan xüsusi (çoxavazlı) sәs vә ya sayrışan işıq siqnalları  vә ya 

operativ nәqliyyat vasitәlәri üçün müәyyәn edilmiş  rәnglәnmә sxemlәri, yazılar vә tanınma nişanları ilә  tәchiz 

edilmәsinә, habelә  nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünüşünü çәtinlәşdirәn örtüklәrdәn vә ya 

qurğulardan, nәqliyyat vasitәsinin sürәtini ölçmәyә maneçilik törәdәn vә ya ölçmә cihazlarının işinә mane olan 

antiradar vә digәr texniki vasitәlәrdәn, yaxud әhalinin dincliyini nümayişkaranә  şәkildә pozan sәs siqnallarından 

istifadә edilmәsinә görә - inzibati xәtanın törәdilmәsindә alәt vә ya inzibati xәtanın bilavasitә obyekti olmuş predmet 

müsadirә edilmәklә 500 manatdan 800 manatadәk miqdarda cәrimә edilir. 

 

Maddә 156. Sәrxoşluq vәziyyәtinin müayinәsindәn boyun qaçırma 

156.1. Qanunla müәyyәn edilmiş hallarda aparılması  nәzәrdә tutulan sәrxoşluq vәziyyәtinin müayinәsindәn 

nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxsin boyun qaçırmasına görә - nәqliyyat vasitәlәrini idarә etmә 

hüququ bir ildәn iki ilәdәk müddәtә mәhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadәk miqdarda cәrimә 

edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ bir ildәn iki ilәdәk müddәtә mәhdudlaşdırılmaqla işin hallarına 

görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on günәdәk inzibati hәbs tәtbiq olunur. 

156.2. Qanunla müәyyәn edilmiş hallarda aparılması  nәzәrdә tutulan sәrxoşluq vәziyyәtinin müayinәsindәn 

nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxsin boyun qaçırmasına görә - beş yüz manatdan sәkkiz yüz 

manatadәk miqdarda cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş 

günәdәk inzibati hәbs tәtbiq olunur. 

 

Maddә 156-1. Tibbi müayinәdәn keçmәyәn sürücülәr tәrәfindәn nәqliyyat vasitәlәrinin idarә edilmәsi 

Qanunvericiliklә müәyyәn edilmiş qaydada tibbi müayinәdәn keçmәyәn sürücülәr tәrәfindәn nәqliyyat vasitәlәrinin 

idarә edilmәsinә görә —30 manat miqdarında cәrimә edilir. 

 

Maddә 158-1. Dayanma, durma vә parklanma qaydalarının pozulması 



158-1.1. Dayanma, durma vә ya parklanma qaydalarını pozmağa görә - 20 manat miqdarında cәrimә edilir. 

158-1.2. Ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 

 5.12, 


 5.13 

yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanmasına vә ya durmasına görә - 40 

manat miqdarında cәrimә edilir. 



2014v4 

89 


 

158-1.3. Ümumi istifadәdә olan nәqliyyat vasitәsini sәrnişinlәri mindirmәk vә ya düşürtmәk üçün bu mәqsәdlә 

xüsusi olaraq müәyyәn edilmiş dayanacaq meydançalarından vә ya 

 5.12, 

 5.13 nişanları ilә işarәlәnmiş 



dayanacaq yerlәrindәn kәnarda dayandırmağa görә - 60 manat miqdarında cәrimә edilir + 4 bal. 

 

Maddә 158-2. Nәqliyyat vasitәsinin istifadәçisi barәdә mәlumat verilmәmәsi 

Hüquqi  şәxsin mülkiyyәtindә  vә ya istifadәsindә olan nәqliyyat vasitәsini inzibati xәtanın törәdilmәsi zamanı idarә 

edәn fiziki şәxs haqqında mәlumatı bu barәdә sorğu daxil olduğu vaxtdan 5 gün müddәtindә vermәmәsinә görә - 

hüquqi şәxs 300 manat miqdarında cәrimә edilir. 

 

Maddә 159-1. Yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә 



növündә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın icra edilmәmәsi 

Yol hәrәkәti qaydaları  әleyhinә  olan  inzibati  xәtaların törәdilmәsinә görә inzibati cәrimә növündә inzibati tәnbeh 

tәtbiq etmә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn 3 ay müddәtindә qanunla müәyyәn edilmiş  әsaslar 

olmadan icra edilmәmәsinә görә - nәqliyyat vasitәlәrini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә 

mәhdudlaşdırılır. 

Qeyd: Bu Mәcәllәnin 159-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş şәxs müvafiq cәrimәni, dәbbә 

pulunu, nәqliyyat vasitәsinin duracağa gәtirilmәsinә vә onun orada saxlanılmasına görә haqqı, inzibati xәta haqqında 

iş üzrә mәhkәmә qәrar qәbul edәnәdәk ödәdikdә inzibati mәsuliyyәtdәn azad olunur. 

 

Maddә 166.1. Xüsusi komplektlәşdirilmiş dәrman qutuları ilә tәchiz olunmayan nәqliyyat vasitәlәrini idarә etmәyә 

görә - 3 manatdan 5 manatadәk miqdarda cәrimә edilir. 



 

Maddә 253-1.3.  “İcbari sığortalar haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә mülki mәsuliyyәti icbari 

qaydada sığorta etdirmәk vәzifәsi müәyyәn edilmiş avtonәqliyyat vasitәsi sahiblәri tәrәfindәn sığortaçı ilә icbari 

sığorta müqavilәsinin bağlanmamasına görә fiziki şәxslәr 50 manat miqdarında, vәzifәli  şәxslәr 100 manat 

miqdarında, hüquqi şәxslәr 300 manat miqdarında cәrimә edilirlәr. 

 

Maddә 296-1. Avtoxuliqanlıq 

296-1.1. Avtoxuliqanlıq, yәni nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn ictimai qaydanı  vә  әhalinin dincliyini 

nümayişkaranә şәkildә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, yol hәrәkәti qaydalarının müxtәlif üsullarla 

davamlı olaraq pozulması ilә müşayiәt olunan qәrәzli hәrәkәtlәrә görә - nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 il 

müddәtinә  mәhdudlaşdırılmaqla 500 manatdan 700 manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini 

idarә etmә hüququ 1 il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә 

alınmaqla 15 gündәn 1 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. 



296-1.2. Eyni hәrәkәtlәrin il әrzindә inzibati tәnbeh almış  şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә - nәqliyyat 

vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә  mәhdudlaşdırılmaqla 750 yüz manatdan 1000 yüz manatadәk 

miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә  mәhdudlaşdırılmaqla işin 

hallarına görә, pozuntunu törәdәnin  şәxsiyyәti nәzәrә alınmaqla 1 aydan 2 ayadәk müddәtә inzibati hәbs tәtbiq 

olunur. 

 

Maddә 28. Fiziki şәxsin ona verilmiş xüsusi hüququnun mәhdudlaşdırılması 

28.2. Nәqliyyat vasitәlәrini sәrxoş halda idarәetmә halları istisna olmaqla, nәqliyyat vasitәlәrindәn әlilliyi ilә әlaqәdar 

istifadә edәn şәxslәrin nәqliyyat vasitәlәrini idarәetmә hüququ mәhdudlaşdırıla bilmәz. 



28.3. Bu Mәcәllәnin 151.4-cü maddәsindә göstәrilәn balla qiymәtlәndirilәn xәtaların yol verilmәsinә görә sürücülәr 1 

il әrzindә 20 vә daha çox bal topladıqda, inzibati cәrimә tәtbiq edilmәdәn onların nәqliyyat vasitәlәrini idarә etmәk 

hüququ mәhdudlaşdırılır. 

 

Maddә 80.2.  Әtraf mühitә tullantılarında müәyyәn edilmiş normadan artıq çirklәndirici maddәlәr olan nәqliyyat 

vasitәlәrinin istismara buraxılmasına görә - fiziki şәxslәr 500 manatdan 100 manatadәk miqdarda, vәzifәli  şәxslәr 

2500 manatdan 3500 manatadәk miqdarda, hüquqi şәxslәr 7500 manatdan 10000 manatadәk miqdarda cәrimә 

edilir. 


 

Maddә 221.2. Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının razılığı olmadan vә ya müәyyәn edilmiş 

qaydalar pozulmaqla nәqliyyat vasitәlәrindә reklamın yayılmasına görә - fiziki şәxslәr 30 manatdan 50 manatadәk 

miqdarda, vәzifәli şәxslәr 150 manatdan 200 manatadәk miqdarda, hüquqi şәxslәr 1500 manatdan 2000 manatadәk 

miqdarda cәrimә edilir.  

 

 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə