Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   37   38   39   40   41   42   43   44   45

2014v4 

85 


 

152.2.  Nәqliyyat vasitәsini idarә etmә hüququ olmadan nәqliyyat vasitәsinin idarә edilmәsinә görә - 100 manat 

miqdarında cәrimә edilir. 



152.3. Bu Mәcәllәnin 152.2-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn 

tәkrar törәdilmәsinә  vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ mәhdudlaşdırılmış  şәxs tәrәfindәn nәqliyyat 

vasitәsinin idarә edilmәsinә görә - 200 manat miqdarında cәrimә edilir. 

152.4. Bu Mәcәllәnin 152.2-ci maddәsindә  nәzәrdә tutulmuş  xәta nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına 

yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn  şәxsә maddi zәrәr vurulmasına görә - 400 manat 

miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin  şәxsiyyәti nәzәrә alınmaqla 1 ayadәk 

müddәtә inzibati hәbs tәtbiq olunur. 

 

Maddә 152-1. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini 

alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr 

maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsi 

152-1.1.  Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik 

vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması  nәticәsindә 

sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - 300 manat miqdarında cәrimә edilir+5 bal vә ya nәqliyyat vasitәlәrini idarә 

etmә hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. 



152-1.2.  Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan vә  nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn

psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә 

idarә edәn  şәxs tәrәfindәn bu Mәcәllәnin 151.2 vә ya 151.3-cü maddәlәrindә  nәzәrdә tutulmuş  xәtaların 

törәdilmәsinә görә - nәqliyyat vasitәlәrini idarә etmә hüququ bir il müddәtinә mәhdudlaşdırılmaqla 400 manatdan 

500 manatadәk miqdarda cәrimә edilir. 

152-1.3. Bu Mәcәllәnin 152-1.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә - nәqliyyat vasitәlәrini idarә etmә hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla 

dörd yüz manatdan beş yüz manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ iki il 

müddәtinә  mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin  şәxsiyyәti nәzәrә alınmaqla on beş 

günәdәk inzibati hәbs tәtbiq olunur. 

152-1.4. Bu Mәcәllәnin 152-1.1-ci, 152-1.2-ci vә ya 152-1.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә 

zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn  şәxsә maddi zәrәr 

vurulmasına görә - nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә  mәhdudlaşdırılmaqla 700 manat 

miqdarında cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә  mәhdudlaşdırılmaqla işin 

hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş gündәn bir ayadәk müddәtә inzibati hәbs 

tәtbiq olunur.  



 

Maddә 152-2. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxs tәrәfindәn nәqliyyat vasitәsini 

alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr 

maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsi 

152-2.1. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik 

vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması  nәticәsindә 

sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - 500 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu 

törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. 



152-2.2. Bu Mәcәllәnin 152-2.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә - 700 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu 

törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 15 gündәn 1 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. 

152-2.3. Bu Mәcәllәnin 152-2.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının 

pozulması  nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn 

şәxsә maddi zәrәr vurulmasına görә - 800 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu 

törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 1 aydan 2 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. 



 

152-3. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün 

idarә etmә hüququ olmayan şәxsә verilmәsi 

152-3.1. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün idarә etmә 

hüququ olmayan şәxsә verilmәsinә görә - fiziki şәxslәr 60 manat miqdarında, vәzifәli şәxslәr 200 manat miqdarında, 

hüquqi şәxslәr 2000 manat miqdarında cәrimә edilir. 

152-3.2. Bu Mәcәllәnin 152-3.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr 100 manat miqdarında, vәzifәli şәxslәr 300 manat miqdarında, 

hüquqi şәxslәr 3000 manat miqdarında cәrimә edilir. 

152-3.3. Bu Mәcәllәnin 152-3.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının 

pozulması  nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə