Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   37   38   39   40   41   42   43   44   45

2014v4 

86 


 

şәxsә maddi zәrәr vurulmasına görә - fiziki şәxslәr 180 manat miqdarında, vәzifәli şәxslәr 500 manat miqdarında, 

hüquqi şәxslәr 5000 manat miqdarında cәrimә edilir. 

 

Maddә 152-4. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini sәrxoş 

vәziyyәtdә olan şәxsә verilmәsi 

152-4.1. Sәrxoş vәziyyәtdә olduğunu bilә-bilә nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat 

vasitәsini idarә etmәk üçün hәmin şәxsә verilmәsinә görә - fiziki şәxslәr 100 manat miqdarında, vәzifәli şәxslәr 300 

manat miqdarında, hüquqi şәxslәr 3000 manat miqdarında cәrimә edilir. 

152-4.2. Bu Mәcәllәnin 152-4.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr 200 manat miqdarında, vәzifәli şәxslәr 400 manat miqdarında, 

hüquqi şәxslәr 4000 manat miqdarında cәrimә edilir. 

152-4.3. Bu Mәcәllәnin 152-4.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının 

pozulması  nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn 

şәxsә maddi zәrәr vurulmasına görә - fiziki şәxslәr 300 manat miqdarında, vәzifәli şәxslәr 600 manat miqdarında, 

hüquqi şәxslәr 6000 manat miqdarında cәrimә edilir. 

 

Maddә 152-5. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә 

etmәk üçün idarә etmә hüququ olmayan vә sәrxoş vәziyyәtdә olan şәxsә verilmәsi 

152-5.1.  Nәqliyyat vasitәsini idarә etmә hüququnun olmadığını  vә  sәrxoş  vәziyyәtdә olduğunu bilә-bilә  nәqliyyat 

vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün hәmin şәxsә verilmәsinә görә - 

fiziki şәxslәr 200 manat miqdarında, vәzifәli şәxslәr 400 manat miqdarında, hüquqi şәxslәr 4000 manat miqdarında 

cәrimә edilir. 



152-5.2. Bu Mәcәllәnin 152-5.1-ci maddәsindә  nәzәrdә tutulmuş  xәtanın il әrzindә inzibati tәnbeh almış  şәxs 

tәrәfindәn tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr 300 manat miqdarında, vәzifәli şәxslәr 600 manat miqdarında, 

hüquqi şәxslәr 6000 manat miqdarında cәrimә edilir. 

152-5.3. Bu Mәcәllәnin 152-5.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtaların törәdilmәsi vә yol hәrәkәti qaydalarının 

pozulması  nәticәsindә  zәrәr çәkәn  şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn 

şәxsә maddi zәrәr vurulmasına görә - fiziki şәxslәr 400 manat miqdarında, vәzifәli şәxslәr 800 manat miqdarında, 

hüquqi şәxslәr 8000 manat miqdarında cәrimә edilir. 

 

Maddә 153. Piyadalar vә yol hәrәkәtinin başqa iştirakçıları  tәrәfindәn yol hәrәkәti qaydalarının 

pozulması 

153.1. Piyadalar tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına, yәni: 

153.1.1. piyada svetoforlarına vә nizamlayıcının işarәlәrinә riayәt edilmәmәsinә; 

153.1.3. yolda yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinin qarşısına qәflәtәn çıxılmasına; 

153.1.4. qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı qoşulmuş nәqliyyat vasitәsi yaxınlaşan zaman 

hәrәkәt hissәsinin tәrk edilmәmәsinә görә - 20 manat cәrimә edilir.  

153.1-1. Piyadalar tәrәfindәn yolun hәrәkәt hissәsinin, dәmir yol keçidinin müәyyәn olunmayan yerdәn keçilmәsinә 

görә - 20 manat miqdarında cәrimә edilir. 



153.2.  Sәrnişinlәr tәrәfindәn nәqliyyat vasitәsinә minmә  vә düşmә qaydalarının pozulmasına, tәhlükәsizlik 

kәmәrinin bağlanılmamasına, motodәbilqәnin geyilmәmәsinә, nәqliyyat vasitәsindәn bayıra hәr hansı әşya atmağa 

vә ya sürücünü nәqliyyat vasitәsini idarә etmәkdәn yayındırmağa görә - 30 manat miqdarında cәrimә edilir.  

153.3. Velosipedçilәr vә moped idarә edәn şәxslәr tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına, yәni: 

153.3.1. svetoforların vә nizamlayıcının işarәlәrinә riayәt edilmәmәsinә; 

153.3.2. sәrnişin vә ya nәqliyyat vasitәsinin idarә edilmәsinә mane olan yükün daşınmasına; 

153.3.3. yol nişanlarının vә ya yolun hәrәkәt hissәsinin nişanlanması tәlәblәrinin pozulmasına; 

153.3.4. sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla idarә edilmәsinә;  

153.3.5. nasaz, müәyyәn olunmuş qaydada tәchiz edilmәdәn velosipeddәn istifadә etmәyә; 

153.3.6. piyadaların hәrәkәtinә maneә yaradılmasına; 

153.3.7. üstün hәrәkәt keçidi olan nәqliyyat vasitәlәrinә yol verilmәmәsinә görә - 40 manat miqdarında 

cәrimә edilir.  

153.4. At arabalarını (kirşәni) idarә edәn vә mal-qara ötürәnlәr tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına, 

yәni: 


153.4.1 .mal-qaranın yolda nәzarәtsiz qoyulmasına; 

153.4.2. mal-qaranın asfalt vә sement-beton örtüklü yollarda ötürülmәsinә; 

153.4.3. işıq әks etdirәn qurğularla tәchiz edilmәmiş at arabalarının (kirşәnin) sürülmәsinә; 

153.4.4. at arabalarını (kirşәni) idarә edәrkәn svetofor vә ya nizamlayıcının işarәlәrinә, habelә yol nişanları 

vә ya yol nişanlanması tәlәblәrinә riayәt edilmәmәsinә; 



2014v4 

87 


 

153.4.5. mal-qaranı vә at arabasını (kirşәni) sutkanın qaranlıq vaxtı vә ya mәhdud görünmә şәraitindә dәmir 

yollarının, yolların bu mәqsәd üçün xüsusi olaraq ayrılmayan yerlәrindәn keçirilmәsinә görә - 40 manat miqdarında 

cәrimә edilir. 



153.5. Bu Mәcәllәnin 153.3-cü vә 153.4-cü maddәlәrindә  nәzәrdә tutulmuş  xәtaların yol hәrәkәti iştirakçıları 

tәrәfindәn alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә 

edilmәsindәn sәrxoş vәziyyәtdә törәdilmәsinә görә - 70 manat miqdarında cәrimә edilir. 

153.6.  Bu Mәcәllәnin 153.3-153.5-ci maddәlәrindә  nәzәrdә tutulmuş  xәtalar nәticәsindә  zәrәr çәkәn  şәxsin 

sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә  vә ya zәrәr çәkәn  şәxsә maddi zәrәr vurulmasına görә - 80 

manatdan 100 manatadәk miqdarda cәrimә edilir.  

 

Maddә 154.  Nәqliyyat vasitәlәrinin dövlәt qeydiyyatının aparılması, texniki baxışın keçirilmәsi, 



nәqliyyat vasitәsinin sazlığı haqqında sәnәdin vә sürücülük vәsiqәsinin verilmәsi qaydalarının 

pozulması 

154.1. Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya sürücülәri tәrәfindәn müәyyәn edilmiş qaydada vә müddәtdә nәqliyyat 

vasitәsini dövlәt qeydiyyatından vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçirmәdәn idarә etmәyә 

vә ya dövlәt qeydiyyatından keçirilmiş  nәqliyyat vasitәsi icarә müqavilәsi (notarius tәrәfindәn tәsdiq edilәn 

müqavilәlәr istisna olmaqla) әsasında başqa şәxsә verildikdә onu tәkrar dövlәt qeydiyyatından keçirmәmәyә, yaxud 

nәqliyyat vasitәsinin geri qaytarılması barәdә öhdәçiliyә  әmәl etmәmәyә, elәcә  dә  nәqliyyat vasitәsinin 

özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsi vә ya girov qoyulması qaydalarının pozulmasına görә - fiziki şәxslәr 50 

manat miqdarında, vәzifәli şәxslәr 100 manat miqdarında, hüquqi şәxslәr 300 manat miqdarına cәrimә edilir. 

154.2. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin vә ya 

dövlәt qeydiyyat nişanının verilmәsi ilә әlaqәdar nәqliyyat vasitәsinin sahibindәn qanunvericiliklә nәzәrdә tutulmayan 

sәnәdlәrin tәlәb edilmәsinә, nәqliyyat vasitәsinin qeydiyyata alınmasında vә ya qeydiyyatdan çıxarılmasında, habelә 

nәqliyyat vasitәlәrinә qanunla müәyyәn edilmiş hallarda texniki baxışın keçirilmәsindә vә ya texniki sazlığı haqqında 

sәnәdin verilmәsindә süründürmәçiliyә yol verilmәsinә  vә ya onların hәllindәn qanunsuz olaraq imtina edilmәsinә

elәcә dә texniki sazlığı haqqında verilmiş sәnәdin vә bu sәnәddәki mәlumatların hәqiqәtә uyğun olmamasına görә 

150 manatdan 200 manatadәk miqdarda cәrimә edilir. 

154.3. Sürücülük vәsiqәsinin verilmәsi vә ya dәyişdirilmәsi haqqında  әrizәyә baxılmamasına, habelә 

süründürmәçiliyә yol verilmәsinә, elәcә  dә yol hәrәkәti qaydaları üzrә  nәzәri vә  nәqliyyat vasitәlәrini idarәetmә 

vәrdişlәri üzrә  tәcrübi imtahanlara buraxılmasından  әsassız imtina edilmәsinә görә 200 manatdan 250 manatadәk 

miqdarda cәrimә edilir. 



154.4. Sürücülük vәsiqәsinin qәsdәn korlanmasına, yararsız hala salınmasına vә ya itirilmәsinә görә  -  40 manat 

miqdarında cәrimә edilir. 

 

Şәxs bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş nәqliyyat vasitәsini dövlәt qeydiyyatından vә ya qanunla 



müәyyәn edilmiş hallarda texniki baxışdan keçirmәdәn idarә etmәyә görә inzibati mәsuliyyәtә  cәlb olunduqda 10 

gün әrzindә nәqliyyat vasitәsini dövlәt qeydiyyatından vә ya texniki baxışdan keçirmәlidir. Bu müddәt әrzindә şәxs 

hәmin әmәlin törәdilmәsinә görә tәkrarәn inzibati mәsuliyyәtә cәlb olunmur. 

 

Maddә 155. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin istismarı qaydalarının 

pozulması 

155.1. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin istismarı qaydalarının pozulmasına, yәni: 

155.1.1.  nәqliyat vasitәsini qapıları bağlanmamış  vәziyyәtdә yerindәn törpәtmәyә  vә ya onun hәrәkәti 

zamanı qapıları açmağa; 



155.1.2. nәqliyyat vasitәsini idarә etmәkdәn diqqәti yayındıra bilәcәk söhbәtdә iştirak etmәyә; 

155.1.3. dövlәt qeydiyyat nişanlarından birinin yerindә olmamasına; 

155.1.4.  hәrәkәt zamanı sükanı  әlindәn buraxmağa, mühәrriki söndürülmüş  nәqliyyat vasitәsini  әtalәtlә 

idarә etmәyә; 



155.1.5. su vә ya palçığın yolda piyadalara, binalara vә nәqliyyat vasitәlәrinә qәsdәn sıçradılmasına; 

155.1.6.  nәqliyyat vasitәsinin tәkәrlәrindә  vә ya banında yol örtüyünü zibillәyәn palçıq varsa, yaxud 

onlardan yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, tikinti vә digәr materiallarının axması olarsa, onlarla 

örtüyü tәkmillәşdirilmiş yollarda hәrәkәt etmәyә; 

155.1.7.  hәrәkәtdә olan nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünmәsi üçün onun tәmiz 

saxlanılmasına; 



155.1.8. küçәni keçәn kor piyadanın işarәsi ilә nәqliyyat vasitәsini dayandırmamasına; 

155.1.9. yol-nәqliyyat hadisәlәri nәticәsindә  vә ya nәqliyyat vasitәsinin nasazlığı  sәbәbindәn zәdәlәnmiş 

nәqliyyat vasitәlәrinin daşınması üçün vә ya tәbii-fәlakәt yerlәrinә getmәk üçün, yaxud qanunvericilik aktı ilә nәzәrdә 

tutulmuş digәr tәxirәsalınmaz hallarda yük daşıyan nәqliyyat vasitәlәrini Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanlarının әmәkdaşlarına tәqdim edilmәmәsinә görә - 40 manat miqdarında cәrimә edilir. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə