Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   37   38   39   40   41   42   43   44   45

2014v4 

83 


 

 Nәqliyyat vasitәsinin qabaritindәn kәnara çıxan yükün tanınma nişanı 

 

 Tәhlükәli yük aparan avtomobilin tanınma nişanı 



 

 Azәrbaycan Respublikası nәqliyyat vasitәlәrinin beynәlxalq yol hәrәkәtlәrindә fәrqlәnmә nişanı 

 

 Qәza dayanacağı nişanı 



 

 Tәcrübәsiz sürücü 

 

 Uzunluğu 24 m-dәn artıq olan nәqliyyat vasitәlәri tәrkibinin tanınma nişanı 



 

 

 



 

 

 



 

 

8 SAYLI ӘLAVӘ 



Yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtalar 

Maddә 151. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn yol hәrәkәti qaydalarının pozulması 

151.1. Yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat 

vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi vә ya piyada keçidlәrinin keçilmәsi, habelә aramәsafәsi, 

yedәyә alma, yük daşıma, sürmә  tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә,  әks istiqamәtli hәrәkәt zolağına 

çıxmadan ötmә  vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә  vә qanunla nәzәrdә tutulmamış hallarda 

yolun çiyini ilә  hәrәkәt edilmәsinә, nәqliyyat vasitәlәrindәn bayıra hәr hansı  әşya atmağa görә - 40 manat 

miqdarında cәrimә edilir.  



151.2. Svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 

 3.1 


“Giriş qadağandır” yol nişanı tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya 

manevr etmә, yol ayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, habelә 

adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 

 1.1, 

 1.3 vә 


 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә 

dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә - 60 manat miqdarında cәrimә edilir + 3 bal. 



151.3. Dәmiryol keçidlәrinin keçilmә qaydalarının pozulmasına, qәza şәraitinin yaradılmasına, yәni hәrәkәtin başqa 

iştirakçılarının sürәti vә  hәrәkәtin istiqamәtini mәcburi dәyişmәsinә  sәbәb olan pozuntular törәdilmәsinә, yol 

nәqliyyat hadisәsi yerindәn yayınmağa, yaxud Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı 

әmәkdaşının nәqliyyat vasitәsini saxlamaq tәlәbinin yerinә yetirilmәmәsinә görә - 80 manat miqdarında cәrimә edilir 

+ 4 bal. 



2014v4 

84 


 

151.3-1. Birtәrәfli hәrәkәt yollarında müәyyәn edilmiş  hәrәkәt istiqamәtinin  әksinә  hәrәkәt etmәyә, habelә 

 1.1, 


 1.3 vә 

 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrini pozmaqla nәqliyyat 

vasitәsini tam olaraq әks istiqamәtli nәqliyyat axınının hәrәkәt zolağına keçirәrәk nәqliyyat axınına әks istiqamәtdә 

hәrәkәt etmәyә görә - 100 manat miqdarında cәrimә edilir + 4 bal. 



151.3-2. Avtomagistrallarda vә 

 

5.3 nişanı ilә  işarә olunmuş yollarda texniki sürәti 50 km/saatdan az olan 



nәqliyyat vasitәlәrinin hәrәkәt etmәsinә, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtomobillәrinin 

ikinci zolaqdan sonrakına keçmәsinә, geriyә dönmәyә, geriyә  hәrәkәt etmәyә  vә sürmә  tәlimi keçmәyә görә - 

yüz manat miqdarında cәrimә edilir + 4 bal. 

151.4. Bu Mәcәllәnin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151.5-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 151-4-

cü, 152-1.1-ci, 155.3-cü, 156-cı  vә 158-1.3-cü maddәlәrindә müәyyәn edilmiş balla qiymәtlәndirilәn xәtaları 

törәtmәklә sürücülәr tәrәfindәn bir il әrzindә 20 vә daha çox bal toplanmasına görә - nәqliyyat vasitәlәrini idarә 

etmә hüququ altı ay müddәtinә mәhdudlaşdırılır.  



151.5. Bu Mәcәllәnin 151.1-151.3-2-ci, 151-1-ci vә 151-3-cü maddәlәrindә  nәzәrdә tutulmuş  xәtalar nәticәsindә 

zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә görә - 200 manat miqdarında cәrimә edilir+5 

bal vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 ilәdәk müddәtә mәhdudlaşdırılır. 

 

Qeyd: Sürücülük vәsiqәsi idarә etdiyi nәqliyyat vasitәsinin kateqoriyasına uyğun olmayan sürücü bu Mәcәllәdә 



nәzәrdә tutulmuş balla qiymәtlәndirilәn xәtaları törәtdikdә, o, nәqliyyat vasitәsini idarә etmә hüququ olmadan 

nәqliyyat vasitәsinin idarә edilmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilir vә ona törәtdiyi xәtaya müvafiq bal tәyin 

edilir. 

 

Maddә 151-1. Yolda müәyyәn edilmiş hәrәkәt sürәti hәddini aşma 



151-1.1. Yolda müәyyәn edilmiş  hәrәkәt sürәtini 10-20 km/saat hәddindә  aşmağa görә - 10 manat miqdarında 

cәrimә edilir. 



151-1.2. Yolda müәyyәn edilmiş  hәrәkәt sürәtini 20-40 km/saat hәddindә  aşmağa görә - 50 manat miqdarında 

cәrimә edilir + 2 bal. 



151-1.3. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 40-60 km/saat hәddindә aşmağa görә - 150 manat miqdarında 

cәrimә edilir + 3 bal. 



151-1.4. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 60 km/saat hәddindәn artıq aşmağa görә - 250 manat miqdarında 

cәrimә edilir + 4 bal. 

 

Maddә 151-2. Tәhlükәsizlik kәmәrlәrindәn, motodәbilqәlәrdәn, işıq cihazlarından vә  sәs 

siqnallarından istifadә qaydalarının pozulması 

151-2.1. Motodәbilqә taxmadan vә ya onu düymәlәmәdәn motosikleti idarә etmәyә, yaxud motodәbilqәsi olmayan 

vә ya onu düymәlәmәyәn sәrnişinlәri motosikletdә daşımağa görә - 40 manat miqdarında cәrimә edilir. 



151-2.2. İşıq cihazlarından vә sәs siqnallarından istifadә qaydalarını pozmağa görә - 30 manat miqdarında cәrimә 

edilir. 


151-2.3. Tәhlükәsizlik kәmәrini bağlamadan nәqliyyat vasitәsini idarә etmәyә görә - 40 manat miqdarında cәrimә 

edilir. 


 

Maddә 151-3. Piyada keçidindә piyadaya yol verilmәmәsi 

Piyada keçidindә  nәqliyyat vasitәlәrinin hәrәkәti nizamlayıcı  tәrәfindәn vә ya svetofor vasitәsilә nizamlanmırsa, 

hәmin piyada keçidinә daxil olmuş  vә ya daxil olmaqda olan piyadaya sürücü tәrәfindәn nәqliyyat vasitәsini 

dayandıraraq yol verilmәmәsinә görә - 50 manat miqdarında cәrimә edilir. 

 

Maddә 151-4. Keçid üstünlüyü hüququna malik olan nәqliyyat vasitәlәrinә yol verilmәmәsi vә ya 

mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt edilmәsi 

Xüsusi sәs, qırmızı vә ya göy sayrışan işıq siqnalı verәn, keçid üstünlüyü hüququna malik olan nәqliyyat vasitәlәrinә 

yol verilmәmәsinә vә ya belә nәqliyyat vasitәsinin müşayiәt etdiyi mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt 

edilmәsinә görә - 100 manat miqdarında cәrimә edilir +3 bal. 

 

Maddә 152. Nәqliyyat vasitәlәrini idarәetmә hüququ olmayan şәxslәr tәrәfindәn nәqliyyat 

vasitәlәrinin idarә edilmәsi 

152.1. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxsin nәqliyyat vasitәsindә olması halları istisna olmaqla nәqliyyat 

vasitәsinin etibarnamә olmadan idarә edilmәsinә görә - 40 manat miqdarında cәrimә edilir. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə