Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

2014v4 

53 


 

- bu Qanunun 37-ci maddәsinin III hissәsindә  nәzәrdә tutulmuş hallarda bu nәqliyyat vasitәsindәn istifadә 

etmәk zәrurәti yarandıqda.  

Qeyd:  Nәqliyyat vasitәsi bu Qanunun 37-ci maddәsinin I hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulmuş  sәnәdlәrin 

yoxlanılması mәqsәdilә yalnız stasionar postlarda dayandırıla bilәr. Nәqliyyat vasitәsinin dayandırılması fit vә jezllә 

işarә vermәklә  vә ya sәsgüclәndirici cihaz vasitәsilә  nәqliyyat vasitәsini idarә edәn  şәxsin aydın görә  vә ya eşidә 

bilәcәyi şәkildә tәlәb edilmәlidir. Nәqliyyat vasitәsinin dayandırılması tәlәbi sürücü tәrәfindәn yerinә yetirilmәdikdә, 

pozuntunun vaxtı, yeri, xarakteri, nәqliyyat vasitәsinin markası, rәngi, hәrәkәt istiqamәti, dövlәt qeydiyyat nişanı vә 

digәr mühüm әlamәtlәri göstәrilmәklә müvafiq icra hakimiyyәti orqanının digәr әmәkdaşlarına radio-cihaz vasitәsilә 

mәlumat verilir vә bundan sonra yazılı formada müvafiq raport tәrtib edilir. Nәqliyyat vasitәsinin qanunsuz әlә 

keçirilmәsi (qaçırılması) vә ya sürücünün cinayәt törәtmәkdә şübhәli olması barәdә dәqiq mәlumat olduqda, yaxud 

nәqliyyat vasitәsinin sürücüsü öz hәrәkәtlәri ilә insan hәyatına vә sağlamlığına real tәhlükә yaratdıqda, nәqliyyat 

vasitәsinin dayandırılması  tәlәbini yerinә yetirmәyәn sürücünün nәqliyyat vasitәsi tәhlükәsizlik  şәrtlәrinә  әmәl 

edilmәklә vә müvafiq icra hakimiyyәti orqanının yuxarı vәzifәli şәxsinә radio-cihaz vasitәsilә mәlumat verilmәklә tәqib 

edilә bilәr, hәmin nәqliyyat vasitәsinin dayandırılmasına başqa imkan olmadıqda isә bu mәqsәdlә  mәcburi 

dayandırma vasitәlәrindәn istifadә edilә bilәr.  

3) nәqliyyat vasitәsi dayandıqda ona yaxınlaşır, özünü nәqliyyat vasitәsinin sürücüsünә tәqdim edir vә bundan 

sonra ona dayandırılmanın sәbәbini bildirәrәk ondan bu Qanunun 37-ci maddәsinin 1-ci hissәsinin 1-ci bәndindә 

göstәrilәn sәnәdlәri tәqdim etmәyi tәlәb edir; 



Qeyd: Azәrbaycan Respublikası Prezidentinin, Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının, Azәrbaycan 

Respublikası Baş Nazirinin, Azәrbaycan Respublikasının  İnsan hüquqları üzrә müvәkkilinin (ombudsmanın), 

Mәhkәmә-Hüquq Şurasının üzvlәrinin vә Azәrbaycan Respublikası hakimlәrinin şәxsiyyәti, hәmin şәxslәrin xidmәti vә 

şәxsi nәqliyyat vasitәlәri toxunulmaz olduğuna görә onların yoxlanılmasına vә ya inzibati qaydada tutulmasına yol 

verilә bilmәz.  

4) nәqliyyat vasitәsini idarә edәn  şәxsin sәnәdlәri qaydasındadırsa vә o, yol hәrәkәti qaydalarını 

pozmamışdırsa, ona hәrәkәti davam etmәyә icazә verir

5) nәqliyyat vasitәsini idarә edәn şәxs müәyyәn edilmiş hәrәkәt sürәtinin hәddini saatda 10 kilometrdәn çox 

aşdıqda, sürәtölçәnin göstәricisi vә pozuntunun baş verdiyi tarix barәdә ölçmә cihazının göstәricilәrinin uçotu 

kitabında müvafiq qeyd aparır (әgәr sürücü müәyyәn edilmiş hәrәkәt sürәtinin hәddini saatda 10 kilometrdәn çox 

aşaraq, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  әmәkdaşının dayanmaq tәlәbini yerinә 

yetirmәkdәn boyun qaçırıbsa, onu mәsuliyyәtә cәlb etmәk üçün pozuntunun yeri vә tarixi, sürәtölçәnin göstәricisi, 

nәqliyyat vasitәsinin markası, rәngi vә qeydiyyәt nişanı göstәrilmәklә, bu barәdә  tәrtib olunmuş raportu nәqliyyat 

vasitәsinin dövlәt qeydiyyatı üzrә daimi uçota alındığı yerә göndәrir). 

6) aşkar edilmiş yol hәrәkәti qaydalarının pozuntusu faktı üzrә inzibati xәta haqqında protokol tәrtib edir 

(qaydanı bir neçә şәxs pozmuşdursa, onlardan hәr biri barәdә ayrıca inzibatı protokol tәrtib edir). 

7) qaydanı pozan şәxs yol-nәqliyyat hadisәsi yerini tәrk etmişsә, bu haqda şahidlәr barәdә  mәlumatları 

göstәrilmәklә raport tәrtib edir vә onu tabeçilik üzrә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının 

yuxarı vәzifәli şәxsinә tәqdim edir; 

8)  şәxsin alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin 

istifadә edilmәsi nәticәsindә  sәrxoş  vәziyyәtdә  nәqliyyat vasitәsini idarә etdiyini müәyyәn etmәk üçün texniki 

vasitәlәrdәn istifadә edir vә ya onun tibbi müayinәdәn keçirilmәsini tәşkil edir.  



Qeyd: Nәqliyyat vasitәsini idarә edәn şәxs onun sәrxoş vәziyyәtdә olub-olmamasının müәyyәn edilmәsindәn imtina 

etdikdә vә ya onun sәrxoşluq әlamәtlәri özünü aşkar büruzә verdikdә, belә şәxs mәcburi qaydada tibbi müayinәdәn 

keçirilir. 

9) dayandırılmış  nәqliyyat vasitәsini idarә edәn şәxsdә  vә ya onunla birlikdә gedәn sәrnişinlәrdәn hәr hansı 

birindә sürücülük vәsiqәsi, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi, habelә  hәmin nәqliyyat vasitәsini idarә 

etmәk hüququ verәn digәr әsas olmadıqda; nәqliyyat vasitәsinin saxlanılması barәdә mәhkәmә vә ya müvafiq icra 

hakimiyyәti orqanının qәrarı olduqda; nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanları vә ya onlardan biri olmadıqda 

(saxta vә ya qeyri-standart olduqda); dayandırılmış nәqliyyat vasitәsinin mühәrrik, ban vә şassi nömrәsi onu idarә 

edәn  şәxs tәrәfindәn tәqdim edilmiş  nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindәki rәqәmlәrә uyğun 

gәlmәdikdә; dayandırılmış nәqliyyat vasitәsi alkoqol, narkotik vasitәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin 

istifadә edilmәsi nәticәsindә  sәrxoş  vәziyyәtdә olan şәxs tәrәfindәn idarә  olunduqda vә onunla birlikdә gedәn 

sәrnişinlәrdәn birindә sürücülük vәsiqәsi olmadıqda; nәqliyyat vasitәsindә normativ tәlәblәr pozulmaqla avadanlıq 

quraşdırıldıqda vә ya dәyişdirildikdә, nәqliyyat vasitәsinin ban şüşәlәrinә qanunla tәtbiqinә icazә verilmәyәn örtüklәr 

çәkildikdә, nәqliyyat vasitәsi müvafiq icazә olmadan xüsusi sәs (çoxavazlı) vә ya sayrışan işıq siqnalları ilә  tәchiz 

edildikdә, nәqliyyat vasitәsi yol hәrәkәtindә  iştirakdan kәnarlaşdırılır vә göstәrilәn sәbәblәr aradan  götürülәnәdәk 

müvәqqәti olaraq Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının mühafizә olunan duracaqlarında 

saxlanılması üçün nәqliyyat vasitәlәrini müәyyәn edilmiş qaydada oraya göndәrir (nәqliyyat vasitәsinin saxlanılması 

iki nüsxәdә olan aktla rәsmilәşdirilir, onun birinci nüsxәsi inzibati protokola әlavә edilir, surәti isә nәqliyyat vasitәsini 

idarә edәn şәxsә verilir); 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə