YüKSƏk məDƏNİYYƏTƏ malik olan xalq həMİŞƏ İRƏLİ gedəCƏK, HƏMİŞƏ yaşayacaq, HƏMİŞƏ İNKİŞaf edəCƏKDİR



Yüklə 2,12 Mb.
səhifə4/12
tarix18.04.2018
ölçüsü2,12 Mb.
#39377
1   2   3   4   5   6   7   8   9   ...   12
7.Mərkəzin nizamnamə kapitalı və əmlakı

Mərkəzin nizamnamə kapitalı və əmlakı aşağıdakılardan ibarətdir:

  • Komitə tərəfindən Mərkəzə təhkim edilən əmlakdan;

  • Görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirdən;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər: mənbələrdən daxil olan vəsaitlərdən.

  • Mərkəzi nizamnamə kapitalı onun təsisçisinin payı hesabına yaradılır.

  • Mərkəzin nizamnamə kapitalı 200 (iki yüz) manat təşkil edir və təsisçiyə məxsus olmaqla 200 (yüz) manat olan 1 paydan ibarətdir.

  • Mərkəzin nizamnamə kapitalına təsisçinin payını qoyma müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

8.Mərkəzin hüquqları;

Mərkəz: vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:



  • Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda qüvvədə olan qanunvericiliyə və bu Nizamnaməyə zidd olmayan əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək;

  • ölkədaxili və xarici banklarda hesablaşma, valyuta, tranzit və digər hesablar açmaq;

  • Komitənin razılığı ilə beynəlxalq Layihələrin həyata keçirilməsində, qrantlar alınmasında, tender və müsabiqələrdə iştirak etmək.

9.Uçot və nəzarət

Mərkəz yerinə yetirdiyi işləri nəzərə alaraq müstəqil surətdə öz fəaliyyətini planlaşdırır. Mərkəz öz fəaliyyətinin nəticələrinə görə mühasibat və statistik uçot və hesabat aparır.



10. Sığorta, vergi və əmək münasibətləri

Mərkəzin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası onun öz mülahizəsi ilə, Azərbaycan Respublikası qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulmazsa, həyata keçirilir.Mərkəzin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının qanunvericilik normaları ilə tənzimlənir. Mərkəz işçilərin dövlət sosial təminatı üzrə ayırmaları Azərbaycan Respublikasının müəssisə və təşkilatları üçün nəzərdə tutulmuş dərəcələr üzrə həyata keçirir.

Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir. Mərkəzdə işəgötürmə və işdən azadetmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla, əmək müqavilələri ilə tənzimlənir. Mərkəzin işçilərinin əmək haqqı, pensiya təminatı məsələləri, məzuniyyətlərin verilməsi qanunvericilik və bağlanan əmək müqavilələri əsasında həll edilir.

11.Mərkəzin yenidən təşkili , ləğv

olunması və digər şərtlər
Mərkəzin yenidən təşkili və ləğv olunması fəaliyyəti aşağıdakı hallarda dayandırılır:

a) təsisçinin qərarı əsasında;



b) məhkəmənin qərarı əsasında və;

v)Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.

Mərkəzin ləğv edilməsi təsisçi tərəfdən yaradılmış ləğvetmə komissiyası tərəfındən, Mərkəzin müflis olması zamanı isə məhkəmənin və ləğvetmə komissiyasının qərarları əsasında və kreditorların tələblərinin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş növbəlilik əsasında həyata keçirilir. Ləğvetmə komissiyasının üzvləri Mərkəzə, onun təsisçisinə, həm də üçüncü şəxslərə vurduğu zərərə görə Azərbaycan Respublikasının, mülki qanunvericiliyinə müvafiq olaraq əmlak məsuliyyəti daşıyırlar.



Digər şərtlər

Mərkəzin fəaliyyəti ilə əlaqədar olan, lakin Nizamnamə ilə tənzimlənməyən məsələlər təsisçinin qəbul etdiyi qərarla və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. Nizamnamə dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir.




Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

Kafedra:Yerquruluşu

Fənn: Daşınmaz əmlakin qiymətləndirilməsi və qeydiyyatının əsasları

Mühazirə:5.

Dövlət əmlakının özəlləşdirilməsi. Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti


B\m:Əliyeva D.T.


GƏNCƏ-2017

PLAN:


1. Dövlət əmlakının özəlləşdirilməsi;

2.Özəlləşdirilən müəssisə və obyektin start (satış) qiyməti: 3.Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsəd və prinsipləri;

4.Alıcılar tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları;

5.Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti və bu qiymətin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar.;

6.Müəssisənin maliyyə asılılığı əmsalı;

7.Əsas vəsaitlərin balans dəyəri inventarlaşdırmanın nəticələri bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyəri.



İstifadə edilmiş ədəbiyyat

1.“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan


Respublikasının Qanunu, 16 may 2000-ci il.

2.Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq


sahələrinin satılması qaydaları haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr 659 № Fərmanı)

3.Azərbaycan Respublikasında dövlət əmlakının


özəlləşdirilməsinin II Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 № Fərmanı.

4.Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin


qiymətinə tətbiq edilən əmsallar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 № qərarı.

5.Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında 158 № 23 iyul 1998-ci il tarixli Qərar.

6.Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqların kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə.

7.Sovxoz, kolxoz və digər kənd təsərrüfat müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə.

8.Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqların özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə.

9.Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 93 № 27 aprel 1998-ci il tarixli Qərar.

10.Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqındaƏsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 № Fərmanı ilə təsdiq edilmişdir).

1. Dövlət əmlakının özəlləşdirilməsi
Respublikamızda yaranmiş böhran vəziyyətini aradan qaldırmaq, iqtisadiyyatı yüksəltmək üçün özəlləşdirmə mexanizminin hazırlanması və bunun tədrisən həyata keçirilməsi obyektiv zərürət kimi meydana cıxmışdır. Elə buna görə də Azərbaycana 1992-ci ilin axırlarında “Özəlləşdirmə haqqında” Qanun qəbul edilmiş və həmin qanuna əsasən ilk növbədə taksi maşınlarının özəlləşdirrilməsi təmin edilmişdir. Özəlləşdirmənin bu ilkin mərhələsi respublika iqtisadiyyatinda elə bir rol oynamasa da, hər halda əhali arasında belə bir prosesin mümkünlüyü haqqında inam yaratmışdır. Uzun illər totalitar Sovet rejimində təkmilliyətçilik vərdişlərinə yiyələnmiş əhalidə mülkiyyətin digər formalarında mövcudluğu və həmin mülklərə yiyələnməık inamini yaratmaq olduqca vacib məsələlərdən biri olmuşdur. Deməli özəlləşdirmənin həyat vəsiqəsi almaq üçün onun hüquqi bazaya malik olması mühüm məsələ kimi qarşıda durmuşdur. Belə bir hüquqi bazanın yaradılmasında 1995-ci ilin iyul ayının 21-də Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətin özəlləşdirilməsinin Dövlət proqramının Dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının alıcıların mülkiyyətinə verilməsidir, dövlət əmlakının özəlləşdirilməsi üçün açıq elan edilmə anı-dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. Son illər ölkəmizdə bazar iqtisadiyyatına keçilməsi ilə əlaqədar olaraq mühüm iqtisadi proseslərdən biri özəlləşdirmədir. Özəlləşdirmə dövlətin mülkiyyət hüququnun dəyişməsi formasıdı. Özəlləşdirmə bazar yönümlü dövlət müəssisələrinin (yəni bir sıra strateji obyektlər istisna olmaqla) və ona məxsus xidmət sahələrinin tamamilə və ya qismən şəxsi mülkiyyətə verilməsi prosesidir. Özəlləşdirmədə əsasən iki üsuldan istifadə edilir:


  • standart

  • qeyri-standart.

Hərrac, tender, birbaşa və qismən kapitalla satış
üsulları standart üsula, çek, vauçer, sertifikat və kuponlar tətbiq
edilməsi ilə özəlləşdirmə qeyri-standart üsula aid edilir.

Ölkəmizdə özəlləşdirmə Qanuna uyğun olaraq aşağıdakı


formalar
üzrə aparılır:

  • əvvəllər icarəyə verilmiş əmlak İİN-nin (İqtisadi İnkişaf
    Nazirliyi) razılığı ilə icarəçiyə satılır;


  • kiçik müəssisələr əmək kollektivinə satılır;

  • orta və iri müəssisələr çek və pul hərraclarına çıxarılır;

  • açıq və qapalı tipli səhmdar cəmiyyətlər yaradılır.

Özəlləşdirmə proqramına görə müəssisələrin aşağıdakı formaları müəyyən edilib:

  • kiçik müəssisələrin özəlləşdirilməsi;

  • orta və iri müəssisələrin özəlləşdirilməsi;

  • səhmdar və payçı bankların özəlləşdirilməsi;

  • sahə və sahələrarası investisiya fondlarının səhmlərinin
    satışı.


Bu zaman müəssisələr işçilərin sayına görə təsnifləşdirilir:

        • Sənayedə 50, 51-300,

  • tikintidə 300-dən çox 25, 26-150,

  • nəqliyyatda 150-dən çox, 15, 16-75, 75-dən çox,

  • ticarət və xidmət sahəsində 10, 50 vo 50-dən çox olan işçilər müvafiq surətdə kiçik, orta və iri müəssisələr hesab olunurlar.


2.Özəlləşdirilən müəssisə və obyektin start (satış) qiyməti

Dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisə və obyektlərin start (satış) qiymətini və ya dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədilə onların əmlakının, habelə birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının qiymətləndirilməsi qaydalarını müəyyən edir.

Özəlləşdirilən müəssisə və obyektin start (satış) qiyməti və ya dövlətmüəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı,onun balans aktivlərinin ümumi dəyəri ilə balans öhdəliklərinin ümumi dəyərinin fərqinə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə müəyyənedilir.

Birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının inventarizasiya olunaraq qiymətləndirilməsi nizamnamə kapitalında iştirak payına uyğun olaraq və müəssisə tərəfindən təqdim olunmuş son balansın məlumatları əsasında aparılır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı təqdim edilmiş son balansın məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:



Nk = (Ad - Öd) x Ma x Xə x Gə x Zə

Kiçik döviət müəssisəsinin start (satış) qiyməti təqdim edilmiş son balansın məlumatları əsasmda aşağıdakı qayda ilə müəyyən edilir:



Kq = (Ad - Öd) x Ma x Gə x Yə

Dövləf müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsi (fılial, istehsal sahəsi, sex və s.) ayrıca özəlləşdirildikdə, onun start (satış) qiyməti və ya nizamnamə kapitalı özəlləşdirmə anına tərtib olunmuş bölünmə balansının (bölünmə aktının) məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:



Sq = (Ad - Öd) x Ma x Yə

İcarəyə verilmiş və ya istifadəsiz olan daşmmaz dövlət əmlakmm start (satış) qiyməti aşağıdakı qayda ilə müəyyən edilir:



İq = İd x Yə

burada:


Nk - səhmdar cəmiyyətinin nizamnamə kapitalı;

Kq - kiçik dovlət müəssisəsinin start (satış) qiyməti;

Sq - dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsinin start (satış) qiyməti;

İq - icarəyə verilmiş və ya istifadəsiz olan daşmmaz dövlət əmlakmm start (satış) qiyməti;

Ad - müəssisənin balans aktiviərinin ümumi dəyəri;

Öd - müəssisənin balans öhdəliklərinin ümumi dəyərı;

Ma - müəssisənin maliyyə asılilığı əmsalı;

Xə - müəssisənin yerli xammalla təchiz olunma əmsalı;

Gə - müəssisənin gəlirlilik əmsalı;

Zə - müəssisənin zona əmsalı;

Yə - müəssisənin (obyektin) ycrləşmə əmsalı;

İd - icarəyə verilmiş və ya istifadəsiz olan daşmmaz dövlət əmlakının müəssisəninmühasibat uçotu məlumatlarma əsasən hesablanmış qalıq dəyəridir.

3.Dövlət əmlakının özəlləşdirilməsinin əsas

məqsəd və prinsipləri

Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:


  • özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;

  • dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması;

  • sağlam rəqabət mühitinin formalaşdırılması;

  • özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması.

  • torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla); i

  • dövlət mənzil fondunun özəlləşdirilməsi;

  • faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.


4.Alıcılar tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları.

Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşagıdakılar çıxış edir:



  • Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlıgı molmayan şəxslər Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər, xarici hüquqi şəxslər;

Dövlət əmlakının özəlləşdirilməsi zamanı aşagıdakılar alıcı kimi cıxış edə bilməzlər:

  • Səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən coxu dövlət mülkiyyətində olan hüquqi şəxslər,icra hakimiyyəti orqanları, bələdiyyə orqanları.

Yerli investorların dövlət əmlakının özəlləşdirilməsinin bütün forma və üsullarında məhdudiyyətsiz iştirak etmək hüququ vardır.

Xarici investorlar dövlət əmlakının özəlləşdirilməsi prosesində Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər. Dövlət özəlləşdirmə çeklərinin tədavüldə olduğu müddətdə xarici investorlar dövlət özəlləşdirmə çeklərindən dövlət özəlləşdirmə opsionaları təqdim etməklə istifadə edirlər.

Dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonrakı müddətdə xarici investorların özəlləşdirmədə iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılıq hüququnun sübut edilməsi vəzifəsi alıcının üzərinə düşür.



Alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət əmlakının özəlləşdirilməsi zamanı müəyyən edilmiş qaydada özəlləşdirmə prosesinin təşkili üçün məsləhətçi cəlb edilə bilər.



5.Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti bu qiymətin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi torpaqların özəlləşdirilməsini torpağa xüsusi mülkiyyət hüququnun yaranmasının əsaslarına daxil etməsə də, ona yalnız torpaq döyriyyəsinin növmüxtəlifliyi kimi baxaraq, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsini xüsusi mülkiyyət hüququnun yaranmasının əsaslarından biri kimi araşdırmaq olar.Dövlətin və bələdiyyənin mülkiyyətində olan əmlakın özəlləşdirilməsi dedikdə, dövlətin və bələdiyyənin əmlakının özəlləşdirilməsi haqqında qanunla nəzərdə tutulmuş qaydada vətəndaşların və hüquqi şəxslərin mülkiyyətçi olaraq mülkiyyətinə bu əmlakın verilməsi başa düşülür. Bu anlayış dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların özəlləşdirilməsinə də aiddir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa görə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı onların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürüldükləri ölçüdə verilir. Bu zaman mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı həmin torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnaməni vətəndaşlara, onların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında verir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə həmin torpaqların üzərindəki tikililər, ağaclar və digər obyektlərlə birlikdə əvəzsiz olaraq verilir. Kolxozların, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla) özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlardan bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Bələdiyyənin ehtiyat fonduna isə kolxoz və sovxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5%-dən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarla birlikdə ayrılır. Kolxoz və sovxozların ərazisindən yardımçı kənd təsərrüfatı üçün nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarələrə və təşkilatlara vaxtilə verilmiş torpaqlar Azərbaycan Rsepublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. İqtisadi azadlıq və sosial adalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə nail olmaq, nəticə etibarı ilə xalqın maddi rifahını yüksəltmək məqsədi ilə həyata keçirilməyə başlayan torpaq islahatı öz başlanğıcını «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun qəbul olunduğu vaxtdan götürmüşdür. Bu islahat MDB məkanında analoqu olmayan, çoxyönlü bir proses kimi təqdim olunaraq, ölkəmizin kənd təsərrüfatının inkişafında qazanılmış uğurların əsas səbəbi kimi araşdırılmış və onun üç mühüm fərqləndirici xüsusiyyəti göstərilmişdir:
1.Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda torpaq vətəndaşlara pulsuz verilmişdir. Bunun nəticəsində 3 milyon 300 min adam torpaq mülkiyyətçisinə çevrilmişdir. Bu isə güclü mülkiyyətçilər sinfinin yaranmasına və yeni əkinçilik münasibətlərinin formalaşmasına gətirib çıxarmış, torpaqdan rasional və məhsuldar istifadə edilməsini şərtləndirmiş, torpağa qayğıkeş münasibəti zəruri etmişdir.

2.Ən yararlı və keyfiyyətli torpaqlar özəlləşdirilmişdir. Yəni, başqa MDB ölkələrindən fərqli olaraq vətəndaşlara az yararlı və yararsız torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə onların mülkiyyətində olan torpaq sahələrinə müstəsna hüquqlar: alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vəsiyyət, girovqoyma və verilir ki, bu da Azərbaycanda torpaq islahatlarının başqa SSRİ respublikalarında olduğu kimi formal şəkildə deyil, əsaslı, fundamental şəkildə aparıldığını sübut edir.

3.Yaşayış yerindən və şəxsiyyətindən asılı olmayaraq, ölkə ərazisində yaşayan bütün vətəndaşlara torpaqdan istifadə və torpağı icarə hüququ verilir, eyni zamanda Azərbaycanın istənilən vətəndaşı torpağın alqı-satqı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və bağlaşmaların bağlanmasında iştirak edə bilər. Torpaq mülkiyyətçisinə çevrilmiş 3 milyon 300 min subyektlə yanaşı, əhalinin qalan hissəsi də torpaq vətəndaşlıq münasibətlərindən kənar edilmir. Yəni Azərbaycan Respublikasının istənilən vətəndaşı ölkədə Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədi ilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməyə aşagıdakılar aiddir:

1.Bu Əsasnamə Azərbaycan Respublikasının Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnaməyə və qüvvədə olan digər müvafiq hüquqi-normativ aktlara uyğun olaraq hazırlanmış və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətini müəyyən edir;


2.Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələri onların texniki pasportlarında göstərilmiş tikinti, qurğu və bilavasitə müəssisə və obyektlərin fəaliyyəti üçün zəruri olan infrastrukturunun altında yerləşən torpaq sahələri (bundan sonra «tikinti və infrastruktur altındakı torpaq sahələri») və müəssisənin özəlləşdirilməsi anında «tikinti və infrastruktur altındakı torpaq sahələri» kateqoriyasına aid edilməyən torpaq sahələri (bundan sonra «sərbəst torpaq sahələri») kimi iki hissəyə bölünür;
3.Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün

  • Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya,

  • Sumqayit və Gəncə şəhərləri 6 zonaya,

  • Naxçıvan, Xankəndi, Əli-Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya,

  • Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya,

  • digər rayon mərkəzlərinin 2 zonaya bölünərək müvafiq zona əmsalları tətbiq edilir;

4.Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi torpaq sahələrinin sərhədlərini Dövlət Tikinti və Arxitektura Komitəsi,
və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir;

5.Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altında yerləşən torpaq sahələrinin


normativ qiyməti «Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti»nə uyğun olaraq müəyyən edilir;
6.Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir;
7.Tikinti və infrastruktur altındakı torpaq sahələrinin normativ qiyməti həmin zonada yerləşən sərbəst torpaq sahələrinin normativ qiymətinin 50 faizi həcmində müəyyən edilir;
8.Torpaq sahələrinin icarə haqqının məbləği, şərtləri və vaxtı
«İcarə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq icarəverən ilə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələrinin dövlət mülkiyyətində olmasını nəzərə alaraq illik icarə haqqı həmin torpağın normativ qiymətinin 1/20 misli həcmində müəyyən olunur. Torpaq sahələrinin icarəyə verilməsində tətbiq olunan normativ qiyməti torpaq vergisindən az olduqda icarə haqqının qiyməti torpaq vergisi səviyyəsində müəyyən olunur.



6. Müəssisənin maliyyə asılılığı əmsalı

Müəssisənin maliyyə asılılığı əmsalı qiymətləndirmə anına


onun maliyyə vəziyyətini xarakterizə edir və təqdim edilmiş son
balansın məlumatları üzrə kreditor borclarının (bank kreditləri,
kreditorlarla hesablaşmalar və sair kreditorlar) onun qiymətləndirilən aktivlərinin dəyərinə (özəlləşdirilən müəssisənin əmlakının tərkibindən çıxarılan əmlakın dəyəri nəzərə alınmamaqla) olan nisbəti əsasında müəyyən edilir. Müəssisənin maliyyə asılılığı əmsalı müəyyən edilərkən qanunvericiliyə əsasən silinməsi nəzərdə tutulan borclar nəzərə alınmır. Lakin, həmin borcların uçotdan silinməsi müvafiq qaydada rəsmiləşdirilənədək müəssisənin balansında qeyd olunur. Müəssisənin yerli xammalla təchiz olunma əmsalı onun yerli xammaldan (və ya idxal olunan xammaldan) asılılığını xarakterizə edir və istifadə olunan yerli xammal növlərinin (xammal, yarımfabrikat, komplektləşdirici məmulat və s.) ümumilikdə istifadə olunan xammal növlərinə olan nisbəti kimi müəyyən edilir.Müəssisənin gəlirlilik əmsalı onun fəaliyyətinin rentabellik səviyyəsini xarakterizə edir və müəssisənin balans mənfəətinin onun qiymətləndirilən əsas vəsaitlərinin dəyərinə olan nisbəti kimi müəyyən edilir. Müəssisənin zona əmsalı və müəssisənin (obyektin) yerləşmə əmsalı müəssisə və obyektin yerləşdiyi əraziyə görə şərti müəyyən olunmuş əmsallardır.Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymət-ləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.
7.Əsas vəsaitlərin balans dəyəri inventarlaşdırmanın nəticələri bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin

qalıq dəyəri
Özəlləşdirilən dövlət müəssisəsinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən əmlakın tərkibində göstərilən balans öhdəlikləri ilə yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən, özəlləşdirilməsi qadağan olunmuş əmlakın, dövlət mülkiyyətində saxlanılan, habelə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafıq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq аyrıса Özəlləşdirilən əmlakın dəyəri də çıxılır.

Əsas vəsaitlər onların balans dəyərindən qiymətləndirmə dövrünə amortizasiya normaları əsasında köhnəlmə məbləği çıxılmaqla müəyyən edilmiş qalıq dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlərin (daşınmaz və daşınmaz əmlakın) bu qayda ilə hesablanmış dəyəri qiymətləndirmə dövrünə eyni və ya analoji növlü əsas vəsaitlərin qiymətlərinə uyğun gəlmədikdə (az və ya çox olduqda), müəssisənin özəlləşdirmə komissiyası qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəssisənin əmlakının qiymətləndirilməsini təşkil edir. Bu halda, əsas vəsaitlərin dəyərini bazar prinsipləri əsasında müəyyən etmək məqsədilə aparılan qiymətləndirmə müəssisə rəhbərinin və ya özəlləşdirmə komissiyasının təşəbbüsü ilə qanunvericiliyə uyğun olaraq qiymətləndiricilər və maliyyə məsləhətçiləri tərəfındən həyata keçirilir.

Həmin məqsədlə müəssisə ilə qiymətləndiricilər arasında müqavilə bağlanılır. Qiymətləndiricilər (hüquqi və fıziki şəxslər) dövlət əmlakının düzgün qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq olaraq məsuliyyət daşıyırlar.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin əmlakı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təkrar qiymətləndirildikdə, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndiricilərlə (maliyyə məsləhətçiləri ilə) müqavilə bağlanılır. Bu halda qiymətləndiricilərə xidmət haqqı "müvəffəqiyyətə görə ödəniş" prinsipi əsasında dövlət əmlakının alıcısının vəsaiti hesabına və ya dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qanunvericiliklə müəyyən edilmiş ayırmalar hesabına həyata keçirilir.

İnventarlaşdırma nəticəsində qalıq kimi aşkar edilmiş, lakin mühasibat uçotunda əks etdirilməyən əsas vəsaitlərin balans dəyəri olaraq qiymətləndirilir.Normativ istismar müddəti bitmiş, lakin istifadəyə yararlı olan əsas vəsaitlərin və уа onların ayrı-ayrı hissələrinin (detallarının, qovşaqlarının və s.) gələcəkdə istifadə olunmaq dərəcəsi nəzərə alınmaqla qalıq bərpa dəyəri müəyyən edilir. Istifadəyə yararlı olan əsas vəsaitlərin qalıq bərpa dəyəri fıziki və mənəvi aşınma vəziyyəti nəzərə alınmaqla müəssisənin özəlləşdirmə komissiyası tərəfındən qiymətləndirilir.

Az qiymətli və tez köhnələn əşyaların dəyəri onların balans dəyərindən hesablanmış köhnəlmə çıxılmaqla müəyyən edilir. Uzunmüddətli maliyyə qoyuluşları balans dəyəri üzrə qiymətləndirilir. Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyəri aşağıdakı qaydada müəyyən edilir:

Qd = K x Sü x Bə x Hə x Mə x Aə

Burada:

Qd - bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyəri;

K-özəlləşdirmə zamanı 1kv.m sahənin qəbul edilən normativ dəyəri;

Sü - qiymətləndirilən ümumi sahə;

Bə - biha əmsalı;

Hə - hündürlük omsalı;

Mə- mərtəbəlilik əmsalı;

Aə - bina və tikilinin köhnəlmə əmsalıdır.

Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyərinin müəyyən edilməsi üçün tətbiq edilən əmsallar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən müəyyən edilir.



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

Kafedra:Yerquruluşu

Fənn: Daşınmaz əmlakin qiymətləndirilməsi və qeydiyyatının əsasları

Mühazirə: 6.



Dövlət əmlakının bələdiyələrə verilməsi Qaydası


B\m:Əliyeva D.T.


GƏNCƏ-2017

PLAN:

  1. Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi ;

  2. Bələdiyyə əraziləri və torpaqları haqqında;

  3. Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətlər;

  4. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları;

  5. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri;

  6. Satışa çıxarılan torpaq sahələrinin qiyməti;

  7. Bələdiyyə torpaqlarından istifadə edilməsinin ümumi qaydaları.


ISTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1.Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999.

2.Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001.

3.”Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında»” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Bakı, 2002.

4.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı, 2001.

5.”Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı, 1999.

6.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları.

7. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə 226 Saylı 23 dekabr 2000-ci il tarixli Qərar.

8.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu, 29 iyun 2001-ci il.

9.Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı”nın 1-ci bəndinin cədvəl hissəsinin I-1-ci (Bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının aparılması) və I-2-ci (Torpaq sahələrinin inventarlaşdırılması) bölmələri.



1. Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi

  “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında»” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq aparılır:



  1. Bu Əsasnamə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.

  2. Əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir.

  3. Dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən əvəzsiz olaraq həyata keçirilir.

  4. Bələdiyyənin mülkiyyətinə verilən əmlakın yerləşdiyi torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi “Torpaq islahatı haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və Azərbaycan Respublikasının digər qanunlarına, normativ hüquqi aktlarına və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

  5. Bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərin, binaların, tikililərin, qeyri-yaşayış sahələrinin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

  6. Bələdiyyənin mülkiyyətinə ilk növbədə onların fəaliyyətinin təmin edilməsi üçün zəruri olan inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

  7. Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda, onların müraciəti əsasında verilir.

  8. Bələdiyyə mülkiyyətinə daşınmaz dövlət əmlakının verilməsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrində müvafiq qeydiyyatlar aparılmaqla və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə, Dövlət Statistika Komitəsinə və Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verməklə həyata keçirilir.

  9. Bələdiyyələr onların mülkiyyətinə verilən dövlət əmlakı üzərində mülkiyyət hüququnu aşağıdakı qaydada əldə edirlər:

Bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edirlər; ərizəyə bələdiyyə qurumunun statusunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

 Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi daxil olmuş müraciətlərin əsaslığını yoxlayır.

Müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 10 gün ərzində müvafiq akt tərtib edilir.

Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi mülkiyyət şəhadətnaməsinin verilməsi yolu ilə rəsmiləşdirilir. Mülkiyyət şəhadətnaməsi dövlətin adından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilir. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu tutulur.



Bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Bələdiyyələrin ümumi istifadə obyektlərinə mülkiyyət hüququ həmin obyektlərin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən təhvil-təslim aktı əsasında qəbul edildiyi andan yaranır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin icrası zamanı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı”nın 1-ci bəndinin cədvəl hissəsinin I-1-ci (Bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının aparılması) və I-2-ci (Torpaq sahələrinin inventarlaşdırılması) bölmələri tətbiq edilir.

2.Bələdiyyə əraziləri və torpaqları haqqında

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyə əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.


     İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

   Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:



  • torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi;

  • torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması;

  • torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi;

  • torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;
    müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:

  1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;

  2. Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;

  3. Yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək;

  4. Bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq;

  5. İctimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;

  6. Bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;

  7. Hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək;

  8. Bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;

  9. Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək;

  10. Bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək;

  11. Öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək;

  12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir.

3.Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətlər

  Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.


   Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir.Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir.Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları dövlət, ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri alına bilər.Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər.



4.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları
    Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
   1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
  2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
    3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar;
    4.qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.

Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir:



  • fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına;

  • fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;

  • sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

 Müvafiq inzibati-ərazi vahidi daxilində adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyələr torpaq sahəsinin ilk növbədə öz ərazilərində yaşayan vətəndaşlara və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilərlər.

Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin

normaları


    Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:Fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən ;

  • 1-4-cü zonalar üzrə - 0,04 hektaradək,

  • 5-8-ci zonalar üzrə - 0,05 hektaradək,

  • 9-12-ci zonalar üzrə - 0,06 hektaradək,

  • Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək,

  • digər rayon mərkəzlərində -0,08 hektaradək,

  • qəsəbə və kəndlərdə - 0,12 hektaradək;

  • fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;

  • kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək;

  • yararsız torpaqlardan - 600 mislinədək;

  • sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə;

  • Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların yararlı hala salınmış hissəsi;

  • Qeyri-kənd təsərrüfatı məqsədləri üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş torpaq sahəsinin ayrılma məqsədi üzrə faktiki istifadə olunan hissəsi.

5.Bələdiyyə torpaqlarının satışının

xüsusiyyətləri

Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə