Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 
27 
 
 
MDB  ölkələri  içərisində  RF-dan  əlavə  aşağıdakı  dövlətlər  öz 
ərazilərində  artıq  biosfer  rezervatlar  yaratmışlar  (03.06.2004-cü  il 
tarixə olan məlumat): 


 
28 
Cədvəl 3 
 
 
Dövlət 
 
 
Biosfer rezervatlar 
 
Yaradılma tarixi 
Ukrayna 
1.
 
Çernomorski 
2.
 
Askaniya-Nova 
3.
 
Karpatı 
4.
 
Dunayski (Rumıniya ilə) 
5.
 
Cənubi Karpat (Polşa-
Slovakiya ilə birgə) 
6.
 
Şatski  
 
1984 
1985 
1992 
1998 
1998 
 
2002 
 
Belarus  
1.
 
Beryozinski 
2.
 
Beloveşskay Puşşa 
 
1978 
1993 
Qırğızıstan  
1.
 
Sarı-Çelek 
2.
 
İssık-Qul 
1978 
2001 
 
Latviya  
1. Şimali Vidzem 
1997 
 
Estoniya 
1. Qərbi Estoniya Arxipelağı 
1990 
 
Özbəkistan 
1. Çatkal Dağı 
1978 
 
Türkmənistan  
1. Repetek  
1978 
 
 


 
29 
III BÖLMƏ 
 
Hirkan Biosfer Rezervatının tarixi əsasları haqqında 
 
 
Bu  rayondakı  ilk  xüsusi  mühafizə  olunan  təbiət  ərazisi  Hirkan 
Dövlət  Qoruğu  Lənkəran  təbii  ərazisində  yerləşərək  rütubətli 
subtropik landşaftı qorumaq məqsədi ilə 1936-cı ilin dekabrında 886 
ha  sahədə  yaradılmış,  sonradan  15 000 ha  sahəyə  çatdırılmışdır. 
1951-ci ildə qoruq ləğv edilmiş, 1958-ci ildə isə Lənkəran qoruğu adı 
altında  yenidən  bərpa  edilmişdir. 1961-ci  ilin  iyununda  qoruğun 
ərazisi  azaldılaraq  3109  ha  sahəyə  endirilmiş  və  Qızıl-Ağac  Dövlət 
Qoruğunun filialına çevrilmişdir. Xanbulançay su ambarının inşası ilə 
əlaqədar  1967-ci  ilin  aprelində  qoruq  əlavə  140  ha  meşə  ərazisi 
itirmişdir.  
1969-cu ilin iyununda qoruq yenidən müstəqillik qazanaraq Hirkan 
Dövlət  Qoruğu  adlandırılmışdır.  Qoruğun  yaradılmasında  əsas 
məqsəd Lənkəran rütubətli subtropik ərazisindəki üçüncü dövr təbiət 
komplekslərinin qalıqlarının mühafizəsi idi. Keçən əsrin 90-cı illərində 
onun  sahəsi  2906  ha  olaraq  bir-birindən  təxminən  8  km  aralı  iki 
hissədən ibarət olmuş, qoruq ətrafında 2 km enində mühafizə zonası 
yaradılmışdır. Qoruğun əsas hissəsi dağlıq ərazilərdən olub 2815 ha 
(96.9%)  idi.  Dəniz  səviyyəsindən  980  m  yüksəkliyə  qədər  Talış 
dağlarının  Peştəsər  aşırımının  qalıqları  olan  Ulyası  aşırımının 
yamaclarını təşkil edirdi. Qoruğun düzənlik hissəsi 91 ha (3.1%) olub 
Lənkəran  ovalığında,  dəniz  səviyyəsindən  15  –  20  m  yüksəklikdə 
yerləşir  və  «Moskva  meşəsi»  adlanırdı.  Burada  keçmiş  SSRİ 
ərazisində  mövcud  olan  yeganə  hirkan  tipli  hündür  olmayan  relikt 
ağaclar  qorunurdu.  Aşağı  yaruslu  meşə  ərazilərində  alimlər  geniş 
tədqiqat  işləri  aparır,  Moskva  institutlarının  tələbələri  isə  praktiki 
təhsil  təcrübəsi  keçirdilər.  Bu  səbəbdən  yerli  əhali  mühafizə  olunan 
ərazinin bu hissəsini «Moskva meşəsi» adlandırmışdır 
(Заповедники 
СССР.  Заповедники  Кавказа, 1990).  Digər  mənbələr  ilk  qoruğun 
1929-cu  ildə  dəniz  sahili  ərazilərindəki  96  ha  meşəlik  sahəsində, 
dəniz səviyyəsindən 29 m aşağıdakı ərazidə yaradıldığını, 90-cı illərdə 
isə  5325  ha-ya  çatdırıldığını  bildirir 
(Сафаров  И.С.,  Олисаев  О.А., 
1991).  
2004-cü  ildən  Azərbaycan  Respublikası  Prezidentinin  09  fevral 
2004-cü  il  tarixli, 81 nömrəli  Fərmanına  uyğun  olaraq  21 435 ha 
ərazidə Hirkan Milli Parkı fəaliyyət göstərir.  


 
30 
Biosfer  Rezervatın  Hirkan  ərazisində  yaradılmasını  şərtləndirən 
əsas meyarlar aşağıdakılardır: 
1.
 
Hirkan  qoruğu  ərazisi  respublika  üzrə  təsərrüfat  fəaliyyəti 
tərəfindən ən az təsirə və transformasiyalara məruz qalmış və yüksək 
bioloji  müxtəlifliyə  malik  olan  ərazilərdən  olduğundan  biosfer 
rezervatın əsas zonasına (nüvə zonası) daha çox uyğun gəlir; 
2.
 
30  ildən  çoxdur  ki,  qoruq  ətrafında  təbiətdən  istifadəni 
məhdudlaşdıran  bufer  zonası  fəaliyyət  göstərir  (qoruğun  2  km-lik 
mühafizə zonası); 
3.
 
Etnik  rəngarəngliklə  yanaşı,  bu  sahələr ölkə  əhalisinin  yüksək 
sıxlığa malik ərazisində yerləşdiyindən belə ərazilərdə davamlı inkişaf 
problemi daha kəskin hiss olunur. Məhz ona görə də keçid zonasında 
təbiətdən  rasional  istifadə  modellərinin  hazırlanması  və  sınaqdan 
keçirilməsi çox aktualdır. 
Onu da qeyd etmək lazımdır ki, İran İslam Respublikası ərazisində 
uyğun  landşafta  və  iqlim  xüsusiyyətlərinə,  fauna  və  flora 
müxtəlifliyinə  malik  olan  qonşu  Hirkan  və  Gülüstan  milli  parkları 
fəaliyət  göstərir.  Bu  isə  gələcəkdə  sərhədyanı  biosfer  rezervat 
formalarının təsis edilməsinə real zəminlər yaradır. 
 
 
 


 
31 
IV BÖLMƏ 
 
Hirkan Biosfer Rezervatının botaniki  
tədqiqatlarının tarixi haqqında 
 
Hirkan  Biosfer  Rezervatı  ərazisinin  botaniki  tədqiqatlarının  tarixi 
XVII – XVIII əsrlərdən başlayır. Hələ 1768-1774-cü illərdə bu əraziyə 
akademik  S.Q.  Qmelinin  ekspedisiyası  gəlmiş,  buradan  xeyli  herbari 
topamışdır.  Sonralar  XIX  əsrin  30-cu  illərində  K.A.  Meyer  ərazidə 
olmuş  və  70  gün  ərzində  Talışın  düzənlik,  dağlıq  və  meşəlik 
ərazilərindən  külli  miqdarda  herbari  toplamışdır.  Yığılmış  bu  herbari 
kolleksiyaları  hal-hazırda  Sankt-Peterburq  şəhərindəki  Rusiya 
Botanika  İnstitutunda  saxlanılır.  Bu  materiallar  əsasında  botanik-
alimlər  tərəfindən  yüzlərlə  tədqiqat  işləri  aparılmış,  kitablar 
yazılmışdır.  Təkcə  A.A.  Qrossheym  1912-ci  ildən  1918-ci  ilə  qədərki 
dövrlərdə  6  dəfə  Talış  ərazisində  olmuş  və  yeni  bitkilər  aşkar 
etmişdir. A.A. Qrossheym keçmiş sovet dövründə də dəfələrlə Talışda 
və  onun  ətraf  regionlarında  olmuşdur.  Onun  bu  ərazilərdən  yığdığı 
herbari  kolleksiyası  hal-hazırda  Tbilisi  Botanika  İnstitutunda,  Sankt-
Peterburqda və Bakıda yaratdığı Botanika İnstitutunda saxlanılır. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Botanika  İnstitutu  və 
Tbilisi  Botanika  İnstitutlarındakı  herbari  kolleksiyalarında  bu  günə 
qədər saxlanılan herbarilərdə 1829-1830-cu illərdə Hansen və doktor 
Kizerinin,  Hogenekkerin  (1835),  Şmidtin  (1840),  Bunzenin  (1847), 
Zeydlinin (1855), Repmakın 1856-cı illərdə yığdıqları bitki materialları 
Talış  haqqında  yazılmış  ədəbiyyatlarda  geniş  işıqlandırılmışdır. 
Görkəmli  botanik  prof.  Q.  Radde  Tbilisi  Təbiətşünaslıq  Muzeyinin 
direktoru  olarkən  dəfələrlə  Talışda  olmuş,  buradan  müxtəlif  bitki 
kolleksiyaları toplamışdır.  
Keçən  əsrin  əvvəllərindən  başlayaraq  A.B.Şelkovnikov,  N.Lavrov, 
Y.S.Medvedyev,  N.İ.Kuznetsov,  D.İ.Sosnovski,  görkəmli  aqronom 
Dementyev,  P.Z.Vinoqradov  və  öz  dövrünün  onlarca  görkəmli 
botanikləri buraya gəlmiş, tədqiqat işləri aparmışlar. 
Keçmiş sovetlər dövründə, xüsusilə 50-ci illərdən sonra bu ərazidə 
rus  alimlərindən  A.A.Fyodorov  qardaşları,  ölkə  botaniklərindən  isə 
İ.M.İsayev, R.Rzazadə, xanım V.X.Tutayuk, A.M.Quliyev, A.P.Bandin, 
L.İ.Prilipko,  V.C.Hacıyev,  E.X.Xəlilov,  Q.Axundov,  S.Musayev, 
A.Əsgərov,  C.Əliyev,  R.Əsgərova,  V.Qəzənfərova,  V.Kərimov, 
E.Qurbanov və başqaları uzunmüddətli tədqiqatlarında bu regiondan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə