Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 
24 

 
nümayiş-sərgi layihələrinə yardım; 

 
ətraf təbii mühitin mühafizəsi sahələrində ekoloji maarifləndirmə 
və kadr hazırlığı; 

 
ətraf  təbii  mühitin  mühafizəsi  və  davamlı  inkişafın  təmin 
olunması üzrə yerli, regional, milli və qlobal məsələlər ilə bağlı elmi 
tədqiqatlar  və  monitorinq  işlərinə  yardım  etmək  kimi  vəzifələri 
daşıyır. 
Biosfer ərazilərin yaradılmasında əsas məqsədlər aşağıdakılardır: 

 
Zəngin  təbii  və  irsi  əhəmiyyətə  malik  olan  təbii  ərazilərin 
mühafizəsi, bərpası və istifadəsi; 

 
Ərazilərin  uzunmüddətli,  davamlı  iqtisadi  və  sosial  inkişafını, 
təbii  resursların  mühafizəsi  və  bərpasını  təmin  etmək  şərti  ilə  bu 
ərazilərin rekreasiya məqsədi üçün istifadə olunması; 

 
Uzunmüddətli  ekoloji  nəzarət,  monitorinq  və  ekoloji 
tədqiqatların,  eləcə  də  ekoloji  maarifləndirmə  və  ekoloji  tərbiyə 
tədbirlərini həyata keçirir. 
Biosfer  ərazilər  anlayışının  tərifinə  və  statusuna  gəldikdə  onu 
demək olar ki, biosfer ərazilər – bioloji müxtəlifliyin davamlı balansını, 
mədəni  sərvətlərin  iqtisadi  inkişafını  və  mühafizəsini  təmin  edən, 
quru  və  su  ekoloji  sistemləri  və  ya  onların  müxtəlif 
kombinasiyalarıdır. Bu ərazilərin zonaları və təbiətdən istifadə recimi 
adətən aşağıdakı şəkildə həyata keçirilir. Əvvəldə qeyd edildiyi kimi, 
biosfer ərazilər mühafizə recimlərinə və istifadə qaydalarına görə üç 
zonaya bölünürlər: 

 
Nüvə  zonası  (core  area)  –  biosfer  ərazinin  bütün  təbii 
kompleksinin ciddi nəzarətdə saxlanılan hissəsidir. Burada müntəzəm 
olaraq  ekoloji  sistemlərin  monitorinqi,  elmi-tədqiqat  işləri  və  təbii 
proseslərin inkişafına mane olmayan digər tədbirlər həyata keçirilir; 

 
Bufer zonası (buffer area) – Həmin ərazinin nüvədən sonrakı 
və  onunla  sərhəddə  olan,  müxtəlif  təsərrüfat  formalı  ənənəvi 
fəaliyyət növlərinin icazə verildiyi hissəsidir (məhdud kənd təsərrüfatı 
fəaliyyəti sahələri, ekoloji turizm, müxtəlif elmi tədqiqat işləri və s.). 

 
Keçid  zonası  (tranzition  area)  –  Həmin  ərazinin  ekoloji 
yönümlü təsərrüfat fəaliyyətinin icazə verildiyi hissəsidir.  
Əvvəldə  qeyd  edildiyi  kimi  bəzi  ölkələrdə,  məsələn,  Qırğızıstan 
Respublikasında dördüncü zona olan sanasiya zonası mövcuddur. 

 
Sanasiya zonası – ərazinin regenerasiya və bərpa tədbirlərinin 
aparıldığı hissəsi hesab edilir. 


 
25 
Biosfer  ərazilərin  bölünməsi  xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin  xüsusiyyətlərini  nəzərə  almaqla,  hər  bir  sahəyə  uyğun 
olaraq, elmi əsaslandırılmış şəkildə həyata keçirilir.  
Nüvə zonası ərazinin ciddi mühafizə olunan və bütün landşaft və 
bioloji  müxtəlifliyin  qorunmasında  mühüm  rol  oynayan  mərkəzi 
hissəsini  əhatə  edir.  Bu  zonada  heç  bir  təsərrüfat  fəaliyyətinə  icazə 
verilmir.  Nüvə  zonasında  ətraf  təbii  mühitə  olan  təsirin  minimuma 
endirmək şərti ilə yalnız elmi-tədqiqat, təbiəti mühafizə və monitorinq 
işlərinin aparılmasına icazə verilir. 
Bufer  zonasında  ekosistemin  nüvəsinə  olan  mənfi  təsirlərin 
qarşısının alınması yolundakı müxtəlif fəaliyyət növlərinə icazə verilir. 
Bu fəaliyyətlər aşağıdakılardır: 

 
elmi-tədqiqat,  mütəxəssislərin  peşə  hazırlığı  və  tədris 
mərkəzlərinin təşkili sahəsindəki işlər; 

 
ətraf  təbii  mühitin  monitorinqi  və  ekosistemdəki  dəyişikliklərə 
nəzarət; 

 
meşə təsərrüfatı fəaliyyəti və meşə massivlərinin mühafizəsi; 

 
ərazidəki  torpaq  sahələrindən  nüvənin  bioloji  müxtəlifliyinə  və 
onun  uzunmüddətli  mühafizəsinə  zərər  yetirməmək  şərti  ilə  istifadə 
olunması; 

 
ərazidən  ciddi  nəzarət  altında  və  ekoloji  baxımdan  yol  verilən 
normalar  çərçivəsində  rekreasiya,  təbiət  qoynunda  istirahət,  turizm 
məqsədi ilə istifadə olunması; 

 
mineral sular və müxtəlif müalicəvi resurslardan istifadə; 

 
ekoloji maarifləndirmə, nümayiş (müxtəlif demonstrasiya, sərgi) 
sahələrinin  təşkili,  yeni  texnologiyalar  mərkəzinin  yaradılması, 
məqsədli  təlim  proqramlarının  və  təbiətdən  istifadə  menecmentinin 
(ekoloji menecmentin) aparılması; 
 
Bufer  zonasında  yeni  yaşayış  yerlərinin  yaradılması,  sənaye 
obyektlərinin yerləşdirilməsi və istismarı, istehsal obyektlərinin inşası 
və istifadəsi, geoloji-kəşfiyyat işlərinin   aparılması,  məqsədli  meşə 
qırıntılarının aparılması (meşəbərpa məqsədli qırıntılar istisna olmaq-
la),  əraziyə  yeni  heyvan  və  bitki  növlərinin  gətirilməsi 
(akklimatizasiyası), nüvə zonasının hidroloji reciminin və ümumilikdə 
ekosistemin  dəyişməsinə  səbəb  ola  biləcək  bütün  fəaliyyətlər 
qadağan edilir. 
Keçid zonasında əvvəlki zonalardan fərqli olaraq müəyyən istehsal 
fəaliyyətlərinə  yol  verilir.  Həmin  ərazidə  yaşayan  insanlar  ərazinin 


 
26 
davamlı  ekoloji  və  iqtisadi  inkişafını  təmin  etmək  şərti  ilə  təbii 
sərvətlərin  istehsalı  və  uzunmüddətli  istifadəsində  birgə  iştirak 
etməklə özlərinin müəyyən iqtisadi maraqlarını həyata keçirə bilərlər. 
Keçid  zonasında  şumluqlar,  kənd  təsərrüfatı,  istehsalat  və  müalicə-
sağlamlıq,  mineral  su  mənbələri  komplekslərinin,  eləcə  də  istehsal 
mərkəzlərinin eksperimental sahələrinin yerləşdirilməsinə icazə verilir. 
Keçid zonası ərazinin iri müəssisələrinin fəaliyyət göstərdiyi bələdiyyə 
qurumlarını və inzibati rayonları da əhatə edir, elm-təhsil ocaqlarının 
müxtəlif tədqiqatları aparılır. 
Sanasiya  zonasında  regenerasiya,  rekultivasiya,  eroziya  ilə 
mübarizə, otlaqların bərpası və meşəsalma tədbirləri həyata keçirilir. 
Biosfer  ərazinin  mühafizəsi  və  təbii  resurslardan  istifadə  zamanı 
zonalardan  asılı  olaraq  onlara  qanunamüvafiq  surətdə  müxtəlif 
recimlər tətbiq edilir. Təbiətdən istifadənin qaydaları və normativləri 
hər bir ölkənin öz qanunvericiliyi ilə tənzimlənir. Biosfer ərazinin idarə 
olunması müstəqil hüquqi şəxs statusuna malik olan, büdcə və digər 
mənbələrdən maliyyələşən rəhbərlik tərəfindən həyata keçirilir. 
03.06. 2004-cü  il  tarixinədək  dünyanın  97  ölkəsində  440  biosfer 
rezervat fəaliyyət göstərirdi. O cümlədən 31 ölkədən olan 225 biosfer 
rezervat  Avropa  və  Şimali  Amerikanın  payına  düşür.  Aşağıdakı 
cədvəldə bu sahədə dünyanın aparıcı ölkələrinin siyahısı verilmişdir: 
Cədvəl 2 
 
Ölkələr 
 
Rezervat
ların 
sayı, 
ədəd 
 
 
Ölkələr 
Rezervatl
arın sayı, 
ədəd 
ABŞ 
47 
  Fransa 

RF 
31 
  İtaliya  

İspaniya  
26 
  Çili 

CXR 
24 
  Polşa 

Bolqarıstan 
16 
  Kuba 

Meksika 
14 
  İndoneziya 

Almaniya 
13 
  Macarıstan  

Avstraliya  
12 
  Çexiya 

Kanada 
12 
  Avstriya  

Argentina 
11 
  Braziliya 

İran  

  Kolumbiya 

Böyük Britaniya 

  Yaponiya  



Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə