Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   2   3   4   5   6   7   8   9   ...   42

 
13 
I BÖLMƏ 
 
Hirkan və onunla bağlı sözlərin etimologiyası haqqında 
 
Hirkan  –  qədim  qaynaqlarda  Hirkaniya  kimi  qeyd  edilən  ərazi  – 
Xəzər  dənizinin  cənub  sərhədlərində,  şimaldan  Xəzər  dənizi, 
cənubdan  Elburs  dağları  arasında  məskunlaşmış  çox  qədim  yerli 
(avtoxton) tayfa olan hirkanlıların adı ilə bağlıdır.  
Bu  ərazilər  haqqında  ilk  məlumatlara  qədim  Assuriya 
mənbələrində  rast  gəlinir.  Qədim  Assuriya  lövhələrindən  və  digər 
tarixi  salnamələrdən  məlum  olur  ki,  eramızdan  əvvəl  VIII  əsrdə 
Xəzərin cənub-qərb hissəsində Kaspiana,  cənubunda Midiya,  cənub-
şərqində isə Hirkaniya dövlətləri yerləşirdi 
(Всемирная История, том. 
II).  
Hirkan  ərazisi  Zərdüşt  dininin  müqəddəs  kitabı  olan  «Avesta»da 
«Vrkana» (Vehrkana) formasında baş allah  olan Hörmüzdün şəxsən 
yaratdığı  «gözəl  torpaqlar  və  ölkələr»  sırasında  qeyd  edilir. 
«Videvdat»  kitabında  Ahura  Mazdanın  16  ölkə  yaratdığı  bildirilir  ki, 
Hirkanıya  bu  sırada  9-cu  ölkə  sırasında  durur
(Avesta,  Videvdat,  I 
farqard).  Maraqlı  faktlardan  biri  də  budur  ki,  burada  xeyir  allahı 
Hörmüzdün birinci müqəddəs torpağı Araz çayının sahilində yaratdığı 
bildirilir. Mütəxəssislərin fikrincə bu Azərbaycan ərazisidir. 
Ksenofont  öz  əsərində  paytaxtı  Zadrakarta  şəhəri  olan 
Hirkaniyanın  və  Midiyanın  qonşu  dövlətlər  olduğunu,  onların  Qədim 
İran  dövləti  ilə  ittifaq  bağlayaraq  Assuriyaya  qarşı  uğurlu 
müharibələrindən  yazır.  Əsərin  bir  yerində  İran  hökmüdarı  Böyük 
Quruşun (559 – 530) Hirkan hökmüdarına təşəkkür etdiyi və onunla 
fəxr  etdiyi  bildirilir
  (History of the Persian Empire. Cyropedia. The 
Life of Kurosh The Great. Wrote by Xenophon. Book 4.-  4.5.23). 
Lakin növbəti Əhəməni hökmüdarı Daranın dövründə Hirkaniya işğal 
edilərək Qədim İran İmperiyasının bir hissəsinə – satraplığına çevrilir. 
Qədim  İran  hökmüdarı  I  Daranın  həkk  etdirdiyi  «Bisütun 
Kitabələri»nin  mixi  yazılarında  Hirkaniyanın  fəthindən  bəhs  edən 
lövhələr mövcuddur. Hirkaniyanın paytaxtı Zadrakarta isə satraplığın 
mərkəzi olub Əhəməni hökmüdarlarının yay rezidensiyasına çevrilir.  
Hirkaniya haqqında növbəti məlumatları Herodot verərək buranın 
zəngin  torpaqlara  və  irriqasiya  sistemlərinə  malik  olduğunu  bildirir. 
Nəhayət,  Hirkaniya  haqqında  sonuncu  məlumatlar  Makedoniyalı 
İsgəndərin  bu  əraziləri  işğal  etməsi  ilə  bağlıdır.  Əfsanəyə  görə 


 
14 
Makedoniyalı İsgəndər burada sədd inşa etmişdir. İndi də bu yerlər 
«Səddi İsgəndər» - «İsgəndərin səddi» adlandırılır.  
Hirkan, hirkaniya və hirkanlılar adlarına demək olar ki, bütün antik 
yunan  müəlliflərinin  əsərlərində  rast  gəlinir.  Arrian  «III  Aleksandrın 
yürüşü» (III  Kitab)  əsərində  hirkanlıların  atlı  süvarilərinin  Dara 
ordusunun  tərkibində  Makedoniyalı  İsgəndərə  qarşı  şücaətlə 
döyüşdüklərini  bildirir.  Arrian  həmçinin  Hirkaniyanın  iri  şəhər  və 
kəndlərə  malik  olduğunu,  şah  sarayının  isə  ən  böyük  şəhər  olan 
Zadrakartada  yerləşdiyini  göstərir.  Plutarx  Makedoniyalı  İskəndərin 
Hirkanaya  və  Hirkan  körfəzini  seyr  etməyə  gələrkən  hökmüdarın 
başına qəribə bir əhvalat gəldiyini qeyd edir. O, yazır: «bu yerlərdə 
yaşayan  barbarlar  ata  baxanlara  hücum  edərək  şahın  Bukefal  atını 
oğurlayırlar.  İsgəndər  qəzəblənərək  çapar  vasitəsi  ilə  atı 
qaytarmayacaqları təqdirdə bütün yerli sakinləri qadın və uşaqları ilə 
birlikdə  qılıncdan  keçirəcəyini  bildirdi.  Atı  qaytardıqdan  və  şəhərlər 
könüllü  təslim  olduqdan  sonra  İsgəndərin  qəzəbi  soyudu,  hətta 
oğrulara atı qaytardıqlarına görə ənam da verdi…» 
(Плутарх, 1990). 
Hirkan  adı  Xəzər  ətrafındakı  ərazilərin  ən  qədim  və  geniş  yayılmış 
adlarından biridir. Ptolomey, Strabon, Plutarx, Böyük Plini, Arrian və 
s. antik müəlliflərin əsərlərində Xəzər dənizinin adı Hirkan dənizi kimi 
çəkilir.  
Sonrakı  dövrlərdə  ərəb  mənbələrində  bu  yerlər  Təbəristan  və 
Curcaniyyə,  paytaxt  şəhəri  isə  Curcan  kimi  qeyd  edilir.  Məşhur 
azərbaycan  coğrafiyaçısı  və  səyyahı  Əbdürrəşid  İbn-Saleh  İbn-Nuri 
Əl-Bakuvi  (1402-1473)  özünün  məşhur  «Təlxisül  –  əsər  fi  əcaibil  – 
əqtar» («Abidələrin  xülasəsi  və  qüdrətli  hökmüdarının  möcüzələri») 
əsərində  Curcanın  Təbəristan  vilayətinin  məşhur  və  böyük  şəhəri 
olduğunu,  orada  gəmilərin  üzdüyünü,  quru  və  su  quşlarının 
məskunlaşdığı ərazi olduğunu qeyd edir 
(Абд ар-Рашид аль-Бакуви, 
1971).  İranda,  Xəzər  dənizi  sahilində  uzunluğu  təqribən  80  km,  eni 
isə 40 km olan Gürgan (Qorqan) düzənliyi mövcuddur. 
 İran-fars  mənbələrində  adı  Qorqan  (azərbaycanca  Gürgan)  kimi 
çəkilən,  Xəzər  dənizinin  cənub-şərq  sahilində  yerləşən  tarixi  vilayət 
olmuşdur.  Mənbələrdə  Xəzərin  qədimdə  «Gürgan  dənizi», «Cürcan 
dənizi», «Hirkan dənizi» adlanması Gürganla əlaqədar olduğu bildiri-
lir.  Orta  əsrlərdə  Gürgan  vilayətinin  paytaxtı  olan  Gürgan  limanı 
mühüm  ticarət  mərkəzi  və  şimala  gedən  ipək  karvanlarının  əsas 
dayanacaq məntəqəsi idi. 1930-cu ilədək Astrabad adlanan bu şəhər 


 
15 
İran İslam Respublikasının Gülüstan vilayətinin mərkəzi olub bu gün 
də Gürgan (farsca Qorqan) adı ilə yaşayır.  
Güman  etmək  olar  ki,  qədim  dövrlərdə  Xəzərin  bütün  ətrafı 
Gürgan  əraziləri  olmuşdur.  Belə  ki,  Abşeron  yarımadasında,  Zirə 
qəsəbəsindən  təqribən  5  km  şərqdə  Azərbaycanda  qədim  yaşayış 
məskəni  olan  Gürgan  ərazisi  yerləşir.  Yerli  əhali  buranı  «Şəhri 
Gürgan»  adlandırır.  Deyilənlərə  görə  Xəzər  dənizi  səviyyəsinin 
qalxması ilə əlaqədar ərazi suyun altında qalmış, əhalisi isə indiki Zirə 
kəndinə  köçmüşdür.  Sonralar  dəniz  səviyyəsinin  enməsi  nəticəsində 
bu  yaşayış  məskəni  yenidən  üzə  çıxmışdır.  Zirədən  şərqə  doğru 
gedən  qədim  yol  xalq  arasında  «Gürgan  yolu»,  yaxınlıqdakı 
üzümlüklər isə «Gürgan bağları» adlanır. Gürganda aşkar edilmiş daş 
qutu  qəbirlərdən  ibarət  qəbristan  burada  hələ  Dəmir  dövrünün 
əvvəllərindən  yaşayış  məskəni  olduğunu  göstərir 
(Асланов  Г.М., 
Голубкина Т.И., 1973). 1941-ci ildə Abşeron yarımadasını Pir-Allahı 
adası  ilə  birləşdirən  dambanın  (torpaq  bənd)  inşası  zamanı  bir  sıra 
arxeoloji obyektlər üzə çıxmışdır. Görkəmli alim xanım Aşurbəyli S.A. 
göstərir  ki,  yerli  əhali  tərəfindən  «Gürgan»  və  ya  «Əfşəran» 
adlandırılan  qədim  yaşayış  məskəni  ilə  Abşeron  mayakı  arasındakı 
ərazidə  daş  yeşiklərdə  dəfn  edilmiş  qəbirlər  tapılmışdır 
(Ашурбейли 
С.А., 1992).  Qəbirlərdən  tapılmış  boz  və  qırmızı  gildən  hazırlanmış 
qablar,  muncuqlar,  daş  lövhələrdəki  vəhşi  keçi  konturları,  obsidian 
parçaları,  bürünc  ox  ucluqları  və  digər  məişət  vasitələri  hələ 
eramızdan bir neçə min il əvvəl bu ərazilərin yüksək inkişaf səviyyəli 
həyat  məskənlərindən  olduğunu  göstərir.  Bakı  şəhəri,  Əzizbəyov 
rayonu  ərazisində  Şüvəlandan  18  km  cənub-şərqdə  Bakı-Artyom 
dəmir  yolunun  kənarında,  Xəzər  dənizi  sahilində  Gürgan  (Gürgən) 
qəsəbəsi  mövcuddur.  Abşeron  yarımadasının  şərqində,  Artyom 
adasından  cənubda  Abşeron  yaşlı  əhəngdaşılardan  təşkil  olunmuş 
Gürgan burnu yerləşir. 
L.N.Qumilyova  görə  Deyləm  sonralar  Gilan  vilayətinə  çevrilmiş, 
Hirkan  isə  öz  müstəqilliyini  XI  əsrə  qədər  qoruyub  saxlamışdır 
(Гумилев  Л.Н., 1991).  Azərbaycan  Səfəvilər  dövlətinin  dövründə 
Hirkan və Şirvan əraziləri bir canişinliyin tərkibində olmuşdur. Səfəvi 
dövlətinin  canişini  Abdulla  xan  Ustaclı  tərəfindən  İngiltərəyə  ipək 
ixracı ilə məşğul olan ingilis taciri Antoni Cenkinsona təqdim olunmuş 
1562-ci  il  fərmanında  canişin  «göyün  və  yerin  yaradıcısı  Allahın 
qüdrəti ilə təyin olunmuş və indi də səltənət sürən Şirvan və Gürgan 
hakimi» kimi təqdim olunur 
(Əfəndiyev O.Ə., 1993). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə