Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   2   3   4   5   6   7   8   9   ...   42

 
16 
Beləliklə  tarixi  qaynaqların  xronoloji  analizi  bu  sözün  etimoloji 
dinamikasının Vrkan-Varkan-Qorqan-Gürgan şəklində, ərəbcə cürcan-
cürcaniyyə,  latınca 
hyrcania,  qədim  yunan  transkripsiyasında  isə 
hrcania  formasında  olduğunu  göstərir.  Onu  da  qeyd  etmək  lazımdır 
ki,  Hirkan  sözünün  çox  maraqlı,  yerli  etimoloji  izahı  da  mövcuddur. 
Bir sıra mütəxəssislər bu sözün talış dilində “hırkan” – “dumanlı yer” 
mənasını  daşıdığını  bildirirlər.  Həqiqətən  də  rütubətli  subtropik 
əraziyə aid olan bu yerlər ilin əksər günləri dumanlı olur. 
Talış  meşələri,  talış  ərazisi  və  talış  sözlərinin  etimologiyasına 
gəldikdə  bu  haqda  çox  müxtəlif  fikirlər  mövcuddur.  Bir  sıra  tarixi 
mənbələr və müasir tədqiqatçıların fikirlərinə əsasən 
(Гумилев Л.Н., 
1991.,  Миллер  Б.В., 1953) demək  olar  ki,  eramızdan  əvvəl  I 
minillikdə  Xəzərin  cənub  bölgəsində  qərbdən  şərqə  doğru  kaspilər, 
kadusilər,  gellər,  deyləmlər  və  hirkanlılar  məskunlaşmış,  sonrakı 
dövrlərdə  burada  üç  ərazi  formalaşmışdır:  kadusilər,  gellər  və 
deyləmlərin  yaşadığı  Deyləm  (təxminən  indiki  İRİ  Gilan  vilayəti), 
Təbəristan (təxminən indiki İRİ Mazandaran vilayəti) və «canavarlar 
ölkəsi»  olan  Gürgan  (təxminən  indiki  İRİ  Gülüstan  vilayəti).  Elmi 
mənbələr  kadusi,  gel  və  deyləm  tayfalarından  müasir  gilanlıların 
yarandığını  bildirir.  Hal-hazırda  İRİ  Gilan  vilayətinin  qərb  hissəsində 
kompakt yaşayan talışların dili gilan dilinə (gilaki dilinə) çox yaxındır. 
Cənubi  Azərbaycanda  talışların  başlıca  məskənlərinin  Gilan  vilayəti, 
onun  Xəmsəyi  Təvaleş  adlandırılan  əraziləri  olduğu,  buradakı 
Kəngərud,  Əsalem,  Talış,  Dolab,  Şəmdərmin  və  Masal 
məntəqələrində  talışların  əhalinin  xeyli  hissəsini  təşkil  etdiyi  bildirilir 
(Cavadov  Q.C., 2004).  Bir  çox  mütəxəssislər  talış  sözünün  qədim 
Deyləmin  «Tabalis»  adlı  ərazisindən  yarandığını  bildirirlər.  Seyid  Əli 
ibn 
Kazımbəy 
«Cəvahirnameyi-Lənkəran» 
əsərində 
yazır: 
«…«Qamus»  kitabında  talış  sözü  «Təyalisə»  şəklində  qeyd  edilir. 
Talış  Təyalis  formasından  ixtisara  düşərək  «Talıs»  şəklini  almış  və 
yerə  görə  uyğunlaşdırılmışdır.  Buradan  məlum  olur  ki,  Təbalis  Gilan 
ərazisindədir.  Doğrudan  da,  Gilan  Deyləm  ölkəsinin  şimalında 
yerləşir.  Talış  da  onun  bir  hissəsidir…».  Hal-hazırda  İRİ  Gilan 
vilayətində  talışların  yaşadığı  Tavaliş  adlı  ərazi  (rayon)  mövcuddur. 
Ərəb  mənbələrində  Talış  ərazisi  «Tablistan»  adlandırılır.  Digər 
tərəfdən talışların dağda və aranda məskunlaşması və talış ərazisinin 
dağ  və  ovalıq  hissələrə  şamil  edilməsi  bu  əhalinin  qədim  dövrlərdə 
mövsümdən asılı olaraq yarım-köçəri, sonralar isə oturaq həyat tərzi 
keçirdikləri bildirilir.  


 
17 
Talış  ərazisinin  coğrafi,  iqtisadi  və  siyasi  tarixi  barədə  dəyərli 
məlumatlar verən əsərlərdən biri yuxarıda qeyd edildiyi kimi XIX əsr 
görkəmli  azərbaycan  tarixçisi  Seid  Əli  ibn  Kazımbəyin  1869-cu  ildə 
fars  dilində  yazdığı  «Cəvahirnameyi-Lənkəran» («Lənkəran 
cəvahirinə  aid  kitab»)  əsəridir.  Əsərdə  Talışın  mahalları,  təbii 
sərvətləri,  iqlimi,  tarixi  abidələri,  talış  xanlarının  şəcərəsi  haqqında 
maraqlı məlumatlar verilir.  
Sonralar Gilan əyalətinə qatılan Talış Şah İsmayıl Xətai dövründə 
(XVI  əsrin  əvvəlləri)  Səfəvi  dövlətinin  əsas  əyalətlərindən  biri 
olmuşdur. Talış feodalları şaha ən yaxın və etibarlı arxa olduqlarından 
sarayda böyük nüfuza malik idilər.  
Mənbələrdə Şah İsmayıl Xətainin ustaclu, rumlu, şamlı, zülqədər, 
əfşar, qacar və təkəli tayfalarından olan nüfuzlu türk-qızılbaş əmirləri 
ilə yanaşı talış tayfasından olan Dədə bəy Talışın (Əbdüləli bəy Dədə) 
da  adı  çəkilir.  Şahın  ən  sevimli  müəllimi  də  bu  yerlərdən  idi.  Şah 
İsmayıl  Xətainin  ətrafında  olan  talış  əmirləri  Bayandur  xan,  saray 
əmiri  Həmzə  Soltan,  Hacı  Üveys  Soltan,  Şuragöl  və  Alaşkert  hakimi 
Qara  xan  və  Alpaut  İbrahim  xəlifə  olmuşlar.  I  İsmayılın  Gilanda 
olduğu  dövrlərdə  onun  həyatını  xilas  etmiş, «Səfəviyyə»  təriqətinin 
yayılmasında  böyük  xidmətləri  olmuş  Hüseyn  bəy  Lələ  sonralar  şah 
tərəfindən «vəkalət-i nəfs-i nəfis-i hümayun» yəni «əlahəzrətin şəxsi 
müavini»  vəzifəsinə  təyin  olunmuş,  Mövlana  Şəmsəddin  Gilani  isə 
Səfəvilər dövlətinin ilk sədri – dini idarə rəhbəri olmuşdur. Bəzi tarixi 
məlumatlara  əsasən  Şah  İsmayıl  Xətainin  ulu  babası-sülalənin 
yaradıcısı  olan,  müasirləri  tərəfindən  «pir-i  türk»  adlandırılan  Şeyx 
Səfiəddin  də  özünün  gənclik  illərini  Talışda  keçirmiş,  müəllimi  Şeyx 
İbrahim  Zahidə  olan  ehtiramını  daim  saxlamışdır.  Qaynaqlar  onun 
oğlu Şeyx Heydərin (1460-1488) ilk müdafiəçilərinin məhz rum, talış 
və qaracadağ tayfalarının olduğunu bildirir (Əfəndiyev O.Ə., 1993).  
Sonralar  Şah  hökuməti  buraya  milliyətcə  talış  olan  Sarı  Xanı 
göndərir və bu vilayəti ona bağışlayır.  
Nadir  Şah  Əfşarın  dövründə  Talışı  vilayət  hakimi  idarə  edirdi. 
Tarixi məlumatlara görə, talış xanları sülaləsinin banisi Səfəvi nəslinə 
mənsub  olan  Ərdəbilli  Seyid  Abbas  olmuşdur.  Nadir  şah  rəsmi 
fərmanla Seyid Abbası talışın nəsli hakimi elan etmişdir. 1747-ci ildə 
Nadir  şah  öldürüldükdən  sonra  Talış  digər  xanlıqlar  kimi  müstəqil 
xanlıq olmuşdur.  
Mirzə  Əhməd  Mirzə  Xudaverdi  oğlu  «Əxbərnamə  (Talış  xanlığı 
tarixindən)»  əsərində  bildirir  ki,  ilk  Talış  xanının  atası  ehtiyac 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə