32
yığdıqları herbari materialları əsasında onlarla əsərlər yazmışlar.
İbtidai bitkilərin sistematikası şöbəsinin əməkdaşlarından V.İ.Ulya-
nişev, S.Barxalov, S.A.Cəfərov, L.V.Lyubarskaya, N.İ.Qarayeva,
V.Novruzov, A. İbrahimov və başqaları göbələklər, şibyələr, mamırlar,
yosunlar və s. haqqında qiymətli materiallar toplamışlar.
33
II HİSSƏ
HİRKAN BİOSFER REZERVATININ FLORA
VƏ BİTKİ ÖRTÜYÜNÜN BİOLOCİ MÜXTƏLİFLİYİ
I Bölmə. Ərazinin fiziki-coğrafi şəraiti və əsas iqlim
göstəriciləri
II Bölmə. Ərazinin flora biomüxtəlifliyi
III Bölmə. Ərazinin endemik və relikt bitkiləri, onların
mühafizəsi («Qırmızı Kitab»lar sistemi)
IV Bölmə. Ərazininin bitki örtüyünün biomüxtəlifliyi və
meşə bitki örtüyü
V Bölmə. Friqana və ya dağ-kserofit bitki örtüyü
VI Bölmə. Bozqırlıq, çəmənlik və bozqırlaşmış
çəmənlər
VII Bölmə. Ərazinin təbiət abidələri
34
I BÖLMƏ
Ərazinin fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri
Ərazi Talış dağlarının cənub-şərq hissəsini və Lənkəran ovalığını
əhatə edir. Talış dağları ərazisinin ən yüksək hissələri Kömürköy
(2493), Qızyurdu (2433), Divanbil (981 m), Qalaqırba (928 m),
Vışnabad (848 m), Ulyası (828 m) zirvələridir. Qərbdən şərqə doğru
ərazinin relyefi kəskin enərək dağ yamacları dağətəyi və ovalıqlarla
əvəz olunur. Lənkəran ovalığı üçüncü dövr dəniz dibinin qalxması
nəticəsində yarandığından burada dəniz terrigen və karbonatlı,
vulkanogen və vulkan-çökmə süxurları geniş yayılmışdır. Yamaclar
üçün denudasion-strukturlaşmış, ovalıqlar üçün isə akkumulyativ
əmələgəlmələr xarakterikdir.
Ərazidə havanın orta illik temperaturu yüksəklikdən asılı olaraq
12-14
0
C intervalında dəyişir. Yanvar ayında havanın orta
temperaturu 1-3.7
0
C, iyulda isə 22-24.5
0
C olur. Mütləq minimum –
16
0
C, mütləq maksimum isə 38
0
C olmuşdur. Aşağı ərazilərdə 10
0
C-
dən yüksək temperatur cəmi 4275
0
C təşkil edir. İlk və son şaxtaların
orta tarixi uyğun olaraq 8 dekabr və 10 marta təsadüf edir
(Заповедники СССР. Заповедники Кавказа., 1990).
Xəzər dənizindən gələn rütubət Talış dağları tərəfindən
kondensasiyaya məruz qaldığından Lənkəran ovalığında yağıntının
miqdarı yüksək olur. Rezervat ərazisində dəniz səviyyəsindən 1000 m
yüksəklikdən başlayaraq dəniz səviyyəsindən 20 m aşağıya qədər
sahələrdə yağıntının illik miqdarı 900 – 1400 mm ətrafında dəyişir.
Yağıntının ən çox miqdarı payız aylarına (712 mm, 51%), minimal
miqdarı isə yay aylarına (166mm, 11.8%) təsadüf edir. Buxarlanma
(750-850 mm) yağıntı miqdarına nisbətən 1.2-1.6 dəfə az olur. İl
ərzində yağıntılı günlərin sayı 90-ı aşır.
Lənkəran təbii rayonu ərazisində şimaldan cənuba doğru getdikcə
düşən yağıntının miqdarı artır. Yağıntının miqdarı həmçinin yüksəklik
artdıqca dəyişir. Dəniz səviyyəsindən 500 – 600 m-dək yağıntnın
miqdarı artır, sonra isə azalmağa başlayır. Bu səbəbdən ovalıq
ərazilər boyu cənuba doğru subtropik landşaft getdikcə güclənir.
Dağlıq ərazilərdə 800 – 900 m yüksəkliklərə qədər subtropik landşaft,
daha yüksək ərazilərdə isə boreal landşaftlar üstünlük təşkil edir.
Ərazi Azərbaycan Respublikasının iqtisadi rayonlarının icmal
səciyyəsinə görə Lənkəran-Astara iqtisadi rayonuna daxildir. Qərb
35
hissəsində yerləşən Talış dağları və Lənkəran ovalığının Xəzər dənizinə
yaxınlığı burada iqlim müxtəlifliyini təmin edir. Ərazi təxminən 500 m
hündürlüyə qədər nəm subtropik iqlim ilə səciyyələnir və Orta dəniz
sahilinin nəm subtropik iqliminə oxşayır. Fəal temperaturun cəmi 3500 –
4500
0
C, şaxtasız günlərin müddəti 225-290 gün arasında tərəddüd edir.
Qış çox mülayim keçir. Orta qar örtüyü ilə örtülü günlərin sayı 10-30
arasındadır. 500 m-dən yuxarı ərazilərdə subtropik iqlimin əlamətləri
tədricən silinir və yuxarı qalxdıqca yağıntı 400-600 mm-dək azalır və
quru yay ilə mülayim-isti iqlim hökm sürür. Burada şaxtasız günlərin sayı
210-225 gün təşkil edir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir və 30-
60 gün ərzində qalır.
Biosfer Rezervatın yerləşdiyi ərazilərin əsas aqroiqlim göstəriciləri
aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 4
Əsas aqroiqlim göstəriciləri
hududlar
Yer səthinin meylliyi, (
0
)
1
0
– 20
0
Dərinlik və hündürlük şkalası, m
0 – 2493
İl ərzində ümumi günəş radiasiyası, kkal/sm
2
128 – 140
Aprel-sentyabr aylarında ümumi günəş radiasiyası, kkal/sm
2
88 – 96
Oktyabr-mart aylarında ümumi günəş radiasiyası,
kkal/sm
2
40 – 48
İl ərzində ümumi fotosintetik fəal radiasiya, kkal/sm
2
68 – 76
İl ərzində günəş parıltısının miqdarı, saat
2000 –
2400
İl ərzində atmosfer yağıntısının miqdarı, mm
200-1600
İsti dövrlərdə (aprel-oktyabr ayları) mümkün buxarlanma,
mm
200-800
İl ərzində küləyin orta sürəti, m/san
2-dən az, 2
Ərazinin vegetasiya dövrünün termik ehtiyatları isə növbəti
cədvəldə verilmişdir.
Dostları ilə paylaş: |