_____________
Milli Kitabxana________________
63
Bu beytlərin misraları arasında məntiqi əlaqə azdır. Onları
bir – birinə bağlayan yalnız qafiyələrdir.
“İnəklər–iməklər”, ilanlar–dil anlar”, “sərçələr-əl çalar”, ağ
atlar – çay adlar”, “meyvələr – evlənər”, “daylaqlar –oynaqlar”
kimi qafiyələnən bu sözlərin bir – biri ilə məntiqi bağlılığı yoxdur.
Məhz həmin məntiqsizlik hər bir beytin yumoristik olmasını
şərtləndirir. Oxşamalar da ana qəlbində başlayan ilkin sevgi
duyğularının çox dərin olduğundan xəbər verir. Bu sevgi getdikcə
güclənir. İndi ərinə olan məhəbbətin bir hissəsi uşağa verilmişdir.
Bu sevgi ananın humanist duyğularını qanadlandırır. Bu xoşbəxtliyi
ana hamıya arzu edir. Arzu edir ki,
bu xoşbəxtlik göydə uçan
quşlara, qarıyıb qalmışlara, ərinin qədrini bilməyib tənha qalan
arvadlara nəsib olsun.
Ay allah bundan beş dənə ver,
Göydə uçan quşlara ver.
Qarıyıb qalmışlara ver,
Həsrətin çəkmişlərə ver.
Dağda darılar,
Sünbülü sarılar
Qoca qarılar,
Bu balama qurban.
Dağdakı atlar,
Atlar göy otlar.
Ərsiz arvadlar
Bu balama qurban.
Valideyn
hiss edir ki, onun uşağı bir qədər də böyümüşdür.
Daha oxşama dinləmək vaxtı deyil. İndi uşağa ritm öyrətmək, söz
sənətinin başqa sirlərindən onu agah etmək vaxtıdır. İki yaşdan beş
yaşa qədər olan uşaq folkloru zəngin bir xəzinənin qapısını onun
üzünə açmaq lazımdır. Həmin xəzinədə xüsusi bir ritmə malik olan
janr düzgüdür. Bəzən folklorşünaslar onu sanama da adlandırır.
_____________
Milli Kitabxana________________
64
Ruslar ona sçitalka deyirlər. Adından
göründüyü kimi burada
sayma, sıralama, düzülmə kimi qaydalar əsas yer tutur.
Bir, iki, bizimki
Üç, dörd qapını ört.
Beş, altı daşaltı,
Yeddi, səkkiz firəngiz
Doqquz, on qırmızı don.
Bu misalda rəqəmlərin ardıcıl düzülməsi var.
Altıda alma
Yeddidə bölmə.
Səkkizdə sərçə
Doqquzda dolça
Onda oraq
On birə qonaq.
Göründüyü kimi hər rəqəmin ilk hərfinə uyğun bir
meyvənin, quşun, əşyanın adı çəkilir. Xalq bu tipli
düzgülərləuşaqlara hərfləri öyrədir. Eyni səslərin təkrarı onu uşağın
yaddaşında möhkəmləndirir.
Birə, birə
İkiyə iynə.
Üçə üzük.
Dördə döşək,
Beşə beşik.
Altıya alma,
Yeddiyə yemiş.
Səkkizə sərçə,
Doqquza dolça,
Ona oraq,
Biz ona qonaq.
Maraqlı budur ki, rəqəmlərə əsaslanan
və çox zaman
sanama hesab olunan düzgülərdə rəqəmlər 10-u adlamır. Xalq bir
pedaqoq kimi başa düşür ki, beş yaşına qədər uşağa rəqəmləri on
dairəsində öyrətmək kifayətdir. Həm də bu rəqəmlərdən yuxarı
keçilsə uşaq beynində hər şey qarışar və heç nə öyrənə bilməz.
_____________
Milli Kitabxana________________
65
Düzgülərin xeyli hissəsi oyundan əvvəl uşaqların söylədiyi
şeir parçalarıdır. Həmin
şeirlərlə ortada qalan uşağı
müəyyənləşdirirlər. Amma həmin şeirlərdə də yuxarıda dediyimiz
əlamətlər qorunub saxlanır:
Biri bizdə
İkisi sizdə
Üçü üzdə
Dördü düzdə
Beşi bəstə
Altısı asta
Yeddisi yüzdə
Səkkizi səsdə
Doqquzu dosta
Onu sonu
Başa vur, çəkil,
Dur burdan əkil.
Oyun sözlərində həmin prinsipin
gözlənilməsi çox böyük
əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, oyunda iştirak edən uşaqlar
“qalan” ın kim olacağını həyəcanla gözləyirlər. Ona görə də sözlərə
xüsusi diqqət yetirirlər ki, onu söyləyən adam saxtakarlıq etməsin.
Bu
diqqətin nəticəsi o olur ki, uşaqların hamısı həmin sözləri
əzbərləyir və nəticədə təkrar olunan səsləri eşidir, onu düzgün
tələffüz edirlər. Misal gətirdiyimiz şeirin sonundakı “Dur burdan
əkil” sözləri kimin payına düşürsə həmin uşaq incimir. Çünki onun
bəxtinə “yatmamaq” , sıradan çıxmaq düşmüşdür. Əslində həmin
misra uşağa sən qalib gəldin sözlərinin təsirini bağışlayır.
Düzgülər yumoristik keyfiyyətinə görə də seçilir. Lakin
burada yaranan yumor nizamsız, bir–biri ilə yalnız
səslərin eyniliyi
ilə bağlanan, əslində isə heç bir məntiqi əlaqəsi olmayan sözlərdən
ibarətdir.
Əl, əl, ənərək
Əldən çıxdı kəpənək
Kəpənəyin yarısı,
_____________
Milli Kitabxana________________
66
Yumurtanın sarısı
Yumurtalar hindədi
Əldə durmaz kündədi
Kündə təndir içində
Təndir kəndir içində
Kəndiri ver çərçiyə
Çərçi satsın çəpiyə
Çəpik çalan dardadı
Burda duran qarğadı.
MOTAL MOTAL
Motal – motal
Tərsə motal
Yağ atar
Qaymaq tutar
Ağ quşum
Ağarşınım.
Göy quşum
Göyərçinim
Qarğa qara
Durna qara
Çilmə çəlik
Bircə ərik.
Qənbər çarıq
Biz də varıq.
Siz poetik nümunələri oxuyarkən bunları onların oyunlarına
daxil edərkən ciddi iş görürsünüz. Amma elə güman etməyin ki,
onlarda nəsə təzə bir qabiliyyət yaradırsınız. Şeirin, ritmin,
musiqinin yumorunu duymaq qabiliyyəti uşaqlarda anadangəlmə
olur.