Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə114/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   110   111   112   113   114   115   116   117   ...   124

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 
465.1.1.
 
işə  baxılması  Azərbaycan  Respublikası  məhkəməsinin 
müstəsna səlahiyyətinə aiddirsə
465.1.2.
 
işdə  iştirak  edən  şəxs  işə  baxılması  barədə  bildirişin 
vaxtında  və  lazımi  qaydada  ona  verilməməsi  nəticəsində  prosesdə 
iştirak etmək imkanından məhrum olmuşsa; 
465.1.3.
 
eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar 
üzrə  Azərbaycan  Respublikası  məhkəmələrinin  qanuni  qüvvəyə 
minmiş  qətnaməsi  varsa  və  ya  digər  dövlətin  məhkəməsində  iş 
qaldırılmazdan  əvvəl  Azərbaycan  Respublikası  məhkəmələrinin 
icraatında  eyni  şəxslər  arasında,  eyni  predmet  barəsində  və  eyni 
əsaslar üzrə qaldınlmış iş varsa; 
465.1.4.
 
qətnamə,  ərazisində  həmin  qətnamə  çıxarılan  dövlətin 
qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə
465.1.5.
 
qətnamənin 
icrası 
Azərbaycan 
Respublikası 
qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil 
edirsə; 
465.1.6.
 
xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 
465.2.
 
Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında 
eyni  tərəflər  arasında,  eyni  predmet  barədə  və  eynİ  əsaslarla  olan 
mübahisə  barədə  iş  başlanmışdırsa,  məhkəmə  qətnamənin  məcburi 
icrası  və  tanmrnası  barədə  ərizəyə  baxılmasını  dayandırır. 
Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi 
halda,  məhkəmə  iş  üzrə  icraata  xitam  verir.  Əgər  ərizə  rədd 
edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır. 
Fəsil 48 
Xarici dövlətin məhkəmə 
qətnamələrinin məcburi icrası 
Maddə 466. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi 
icrası barədə ərizə 
466.0.
 
Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  icrası 
barədə ərizəyə aşağıdakılar əlavə edilir; 
351 


ƏLAVƏLƏR 
466.0.
 
1. xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə 
minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə 
qətnamə çıxanimış  və məhkəmə prosesində iştirak etməyən tərəfin 
işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini 
təsdiq edən sənəd
466.0.
 
2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq 
edilmiş surətləri. 
Maddə 467. Ərizəyə baxdması 
467.1.
 
Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınması  və 
məcburi  İcrası  barədə  ərizəyə  işdə  iştirak  edən  şəxslərə  ərizəyə 
baxılmasının  vaxtı  və  yeri  barədə  xəbər  verilməklə  açıq  məhkəmə 
iclasında baxılır. 
467.2.
 
Bildiriş  vərəqəsinin  ona  verilməsi  barədə  məhkəmədə 
məlumat  olarsa,  İşdə  iştirak  edən  şəxsin  üzrlü  səbəblər  olmadan 
məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. Əgər işdə 
iştirak edən şəxs ərizəyə baxılmasının başqa vaxta keçirilməsi barədə 
xahişlə  məhkəməyə  müraciət  edərsə  və  həmin  xahiş  məhkəmə 
tərəfindən  üzrlü  hesab  edilərsə,  məhkəmə  işə  baxılmasını  başqa 
vaxta  keçirir  və  borclunu  yeni  məhkəmə  baxışının  vaxtı  barədə 
xəbərdar edir. 
467.3.
 
Ərizəyə  baxılarkən  məhkəmə  xarici  dövlətin  məhkəmə 
qətnaməsini  tanımaqdan  və  icra  etməkdən  imtina  etdikdə  bu 
Məcəllənin  465-ci  maddəsi  ilə  nəzərdə  tutulan  əsasların 
olub-olmamasını yoxlayır. 
467.4.
 
Məhkəmə  ərizə  üzrə  xarici  dövlətin  məhkəmə 
qətnaməsinin  məcburi  icrası  və  ya  bundan  imtina  edilməsi  barədə 
qərardad çıxarır. 
Maddə 468. Qətnamənin icrası 
468.1.
 
Xarici  dövlətin  məhkəmə  qətnaməsi  və  Azərbaycan 
Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin 
352 


Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 
məcburi qaydada icra edilməsinin həil olunması haqqında, məhkəmə 
qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir. 
468.2.
 
Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  qaydada 
icra  edilməsi  barədə  hərəkətlər  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar 
tərəfindən edilir. 
Fəsil 49 
Xarici dövlət məhkəmələrinin 
qətnamələrinin tanınması 
Maddə 469. Ümumi qaydalar 
Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə 
qətnamələri,  maraqlı  şəxs  tərəfindən  buna  qarşı  etiraz  daxil 
olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. 
Maddə 470. Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məc- 
burUiyi 
470.1.
 
Əgər  xarici  dövlətin  məhkəmə  qətnaməsi  ilə  nikah 
pozulmuşsa,  etibarlı  və  yaxud  etibarsız  hesab  edilmişsə,  bu 
qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali 
Məhkəməsi  tərəfindən  tamnması  tələb  olunur.  Bu  halda  tanınma 
xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. 
470.2.
 
Əgər  ər-arvadın  hər  ikisi  qətnamə  qəbul  edilən  zaman 
nikahı  pozan  orqanın  aid  olduğu  dövlətin  vətəndaşı  olmuşsa, 
qətnamənin tanınması tələb olunmur. 
Maddə 471. Tanınmaya qarşı etiraz 
İşdə  iştirak  edən  şəxs,  xarici  dövlətin  məhkəmə  qətnaməsinin 
daxil olmasını bildiyi 1 ay müddətində bu qətnamənin tanınmasına 
353 


ƏLAVƏLƏR 
etiraz  barədə  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə 
müraciət edə bilər. 
Maddə 472. Etiraza baxdma 
472.1.
 
Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı 
işdə  iştirak  edən  şəxsin  etirazına  işdə  iştirak  edən  şəxslərə  bu 
Məcəllədə  göstərilən  qaydada  bildirməklə  açıq  məhkəmə  iclasında 
baxılır. 
472.2.
 
Çağırış  vərəqəsinin  ona  təqdim  edilməsi  məhkəməyə 
məlum  olduqda,  işdə  iştirak  edən  şəxsin  üzrsüz  səbəbdən 
məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur. 
472.3.
 
Əgər  şəxs  etiraza  baxılması  vaxtının  başqa  vaxta 
keçirilməsinə  dair  məhkəməyə  müraciət  edərsə  və  bu  xahİş 
məhkəmə  tərəfindən  üzrlü  hesab  edilərsə,  onda  məhkəmə  baxışı 
başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir. 
472.4.
 
Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı 
etiraza baxılanda məhkəmə qərardad çıxanr. 
Maddə  473.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin 
tanınmasının rədd edilməsi 
473.1.
 
Məcburi  icra  edilməli  olmayan  xarici  dövlətin  məhkəmə 
qəmaməsinin  tanınmasının  rədd  edilməsinə  bu  Məcəllənin  465-ci 
maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir. 
473.2.
 
Qərardadın  surəti  onun  çıxanidıgı  gündən  3  gün 
müddətində  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  çıxarılması 
barədə ərizə vermiş şəxsə və ya onun nümayendəsine və qətnamənin 
tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir. 
354 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə