Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


“Beynəlxalq arbitraj haqqmda” Azərbaycan Respublikasının Qanunu



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə117/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

“Beynəlxalq arbitraj haqqmda” Azərbaycan Respublikasının Qanunu 
yəti  məsələsi  həll  edilənədək  arbitraj  baxışı  başlana  və  ya  davam 
etdirilə bilər və arbitraj qərarı qəbul edilə bilər. 
Maddə 9. Arbitraj sazişi və məhkəmənin təminedici tədbirləri 
Tərəflərin arbitraj baxışına qədər və yaxud arbitraj baxışı ərzində 
təminedici  tədbirlərin  görülməsi  haqqında  məhkəməyə  müraciət 
etmələri  və  məhkəmənin  belə  tədbirlərin  təmin  edilməsi  ilə  bağlı 
müvafiq qərar qəbul etməsi arbitraj sazişi ilə ziddiyyət təşkil etmir. 
Fəsil 111. 
Arbitraj məhkəməsinin tərkibi 
Maddə 10. Arbitriərin sayı 
1.
 
Tərəflər  öz  mülahizələrinə  uyğun  olaraq  arbitriərin  sayını 
müəyyən edə bilərlər. 
2.
 
Tərəflər bu sayı müəyyən etmirlərsə, belə halda üç arbitr təyin 
edilir. 
Maddə 11. Arbitriərin təyin edilməsi 
1.
 
Tərəflər  arasında  digər  razılıq  yoxdursa,  heç  bir  şəxs 
vətəndaşlığı  ilə bağlı arbitr kimi  iştirak etmə  hüququndan  məhrum 
edilə bilməz. 
2.
 
Tərəflər bu maddənin 4 və 5-ci bəndlərinə əməl etmək şərti ilə 
öz  mülahizələrinə  əsasən  arbitr  və  ya  arbitriərin  təyin  edilməsi 
prosedurunu razılaşma əsasında müəyyən edə bilərlər. 
3.
 
Bu barədə razılıq olmadıqda: 
a) arbitrajda üç arbitr olacağı halda, hər bir tərəf bir arbitr təyin 
edir,  təyin  edilmiş  iki  arbitr  isə  üçüncü  arbitri  təyin  edir.  Digər 
tərəfdən  bu  barədə  müraciət  almış  tərəf  30  gün  müddətində  arbitr 
təyin  etməzsə  və  yaxud  tərəflərin  təyin  etdiyi  ikİ  arbitr  təyin 
edildikləri gündən 30 gün müddətində üçüncü arbitrin seçilməsi haq 
361 


ƏLAVƏLƏR 
qında  razılığa  gələ  bilməmişlərsə,  tərəflərdən  hər  hansı  birinin 
müraciəti  ilə  arbitr  6-cı  maddədə  göstərilmiş  məhkəmə  tərəfindən 
təyin edilir; 
b)  təkbaşına  arbitr  ilə  olan  arbitrajda  arbitr  təyin  edilməsində 
tərəflər razılığa gələ bilmədikdə, hər hansı tərəfin xahişi ilə arbitr 6- 
cı maddədə göstərilmiş məhkəmə tərəfindən təyin edilir. 
4.
 
Tərəflərin 
əvvəlcədən 
razılaşdırdıqları 
təyinetmə 
prosedurunda: 
a)
 
tərəflərdən biri belə prosedura əməl etmirsə; və yaxud 
b)
 
belə prosedur ilə əlaqədar tərəflər və yaxud iki arbitr prosedura 
uyğun olaraq razılığa gələ bilmirsə; və yaxud 
c)
 
bu  prosedura  ilə  əlaqədar  təşkilat  (idarə)  da  daxil  olmaqla 
üçüncü şəxs prosedura uyğun üzərinə düşmüş hər hansı funksiyanı 
icra etmirsə, teyin etmə proseduru haqqında arbitraj sazişində digər 
qaydalar nəzərdə tutulmayıbsa, hər bir tərəf 6-cı maddədə göstərilmiş 
məhkəmədən zəruri tədbirlər görülməsini xahiş edə bilər. 
5- 6-cı maddədə göstərilən məhkəmə tərəfindən bu maddənin 3 
və  ya  4-cü  bəndlərinə  uyğun  olaraq  hər  hansı  məsələyə  aid  qəbul 
edilmiş qərar qətidir, ondan şikayət verilə bilməz. 
Məhkəmə  arbitr  təyin  edərkən  tərəflərin  gəldiyi  razılığa  uyğun 
olaraq arbitrin namizədliyinə dair bütün zəruri tələbləri, o cümlədən 
arbitrin  müstəqil  və  qərəzsizliyinə  aid  tələbləri  nəzərə  alaraq, 
təkbaşına  arbitr  və  yaxud  üçüncü  arbitr  təyin  edildiyi  hallarda 
tərəflərin  vətəndaşlığına  mənsub  olmayan,  digər  vətəndaşlığı  olan 
arbitrin təyİn edilməsinin arzu olunduğunu da nəzərə ala bilər. 
Maddə 12. Etiraz üçün əsaslar 
1.
 
Hər  hansı  bir  şəxsə,  onun  arbitr  təyin  edilməsi  ilə  bağlı 
müraciət  edilirsə,  həmin  şəxs  özünün  qərəzsizliyi  və  müstəqilliyi 
barədə  əsaslı  şübhələr  doğura  bilən  hallar  haqqında  məlumat 
verməlidir. Arbitr bu hallar haqqında tərəflərə əvvəlcədən məlumat 
verməmişdirsə, arbitr teyin edildiyi andan və arbitraj baxışı ərzində 
ləngitmədən belə hallar haqqında tərəflərə məlumat verməlidir. 
362 


“Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respiibükasmın Qanunu 
2. Arbitrə etiraz yalnız o halda verilə bilər ki, onun qərəzsizliyi 
və müstəqilliyi barəsində əsaslı şübhələr vardır və yaxud o, tərəflərin 
sazişində şərtləşdirilmİş ixtisasa malik deyildir. Tərəf özünün təyin 
etdiyi və ya təyİn olunmasında iştirak etdiyi arbitrə yalnız onun təyin 
edilməsindən sonra məlum olmuş səbəblərə görə etiraz edə bilər. 
Maddə 13. Etiraz proseduru 
1.
 
Tərəflər bu maddənin 3-cü bəndinin müddəalarına əməl etmək 
şərti ilə öz mülahizələri əsasında arbitrə etirazın proseduaı haqqında 
razılığa gələ bilərlər. 
2.
 
Tərəflər  arasında  belə  razılaşma  olmadığı  halda,  arbitrə 
etirazını  bildirmək  istəyən  tərəf  arbitraj  məhkəməsinin  təşkili  və 
yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən hər cür halları bildiyi 
vaxtdan 15 gün müddətində etirazın səbəblərini yazılı surətdə arbitraj 
məhkəməsinə bildirməlidir. 
Etiraz edilmiş arbitr vəzifəsindən imtina etmirsə və yaxud digər 
tərəf  imtina  ilə  razılaşmırsa,  etiraz  haqqında  məsələ  arbitraj 
məhkəməsi tərəfindən həll edilir. 
3.
 
Tərəflər  arasında  razılaşdırılmış  hər  hansı  bir  prosedurun  və 
yaxud  bu  maddənin  2-ci  bəndində  nəzərdə  mtulmuş  prosedurlann 
tətbiqi  zamanı  etiraz  haqqında  ərizə  (müraciət)  təmin  edilmirsə, 
etirazla müraciət  etmiş  tərəf etirazın  rədd edilməsi haqqında qərarı 
aldığı  gündən  30  gün  müddətində  6-cı  maddədə  göstərilmiş 
məhkəmədən etiraz edilmə ilə bağlı qərar qəbul edilməsini xahiş edə 
bilər; belə qərar qətidir və ondan heç bir şikayət verilə bilməz. Belə 
xahiş baxılıb müvafiq qərar qəbul  edilənə kimi arbitraj məhkəməsi 
etiraz edilmiş arbitr də daxil olmaqla, arbitraj baxışını davam etdirə 
və arbitraj qəran qəbul edə bilər. 
Maddə 14. Hərəkətsizlik və yaxud hərəkət mümkünsüzlüyü 
1. Arbitr öz fiınksiyalanm yerinə yetirmək iqtidarında deyilsə və 
yaxud  digər  səbəblərdən  əsassız  olaraq  uzun  müddət  fəaliyyət 
göstərmirsə və ya arbitr Ö
2
di vəzifəsindən imtina edirsə və yaxud tə 
363 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə