Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


“Beynolxalq arbitraj haqqında" Azərbaytan Respublikasının Qanunu



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə119/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   116   117   118   119   120   121   122   123   124

“Beynolxalq arbitraj haqqında" Azərbaytan Respublikasının Qanunu 
olmadıqda  arbitraj  məhkəməsi,  arbitraj  baxışında  istifadə  ediləcək 
dili və yaxud dilləri müəyyən edir. Belə razılıq və yaxud bu barədə 
məhkəmənin qərannda digər hal nəzərdə tutulmayıbsa, tərəflərin hər 
hansı bir yazılı müraciətinə, iş üzrə dinləməyə, hər hansı bir arbitraj 
qərarına və yaxud arbitraj məhkəməsinin digər sənədlərinə aid edilir. 
2.
 
Arbitraj məhkəməsi sərəncam verə bilər ki, istənilən sənədli 
sübutlar  tərəflərin  razılaşdıqları  və  ya  arbitraj  məhkəməsinin  təyin 
etdiyi dilə və ya dillərə tərcümə ilə birlikdə təqdim olunsun. 
Maddə 23. İddia ərizəsi və iddia üzrə etiraz 
1.
 
Tərəflərin  razılaşdıqları  və  ya  arbitraj  məhkəməsinin  təyin 
etdiyi  vaxt  ərzində  iddiaçı  öz  iddia  tələbini  təsdiq  edən  cəhətlər 
haqqında,  həll  edilməli  olan  məsələlər  haqqında  və  öz  iddia 
tələblərinin  məzmunu  haqqında  bəyanat  verməli,  cavabdeh  isə  bu 
səbəblər üzrə öz etirazlarını bəyan etməlidir, bu şərtlə ki, tərəflər belə 
bəyanatların  zəruri  rekvizitləri  barəsində  digər  şərt  kəsməmiş 
olsunlar. 
Tərəflər  öz  bəyanatları  ilə  birlikdə  işə  aid  olduğunu  güman 
etdikləri bütün sənədləri də təqdim edə bilər, yaxud sonradan təqdim 
edəcəkləri sənədlərə və ya digər sübutlara istinad edə bilərlər. 
2.
 
Əgər  tərəflər  arasında  digər  razılıq  yqxdursa,  arbitraj 
baxışının gedişində tərəflərin hər hansı biri öz iddia tələblərini və ya 
İddiaya dair etirazlannı dəyişdirə və ya tamamlaya bilər, bir şərtlə ki
arbitraj  məhkəməsi  yol  verilmiş  ləngiməni  nəzərə  almaqla  bu  cür 
dəyişikliyə  və  ya  əlavəyə  icazə  verilməsini  qeyrİ-məqsədəuy-  ğun 
saymasın. 
Maddə 
24.
 Şifahi işəbaxma və yazılı araşdırma 
1. Tərəflərin hər hansı digər razılaşmasına riayət etmək şərti ilə 
arbitraj məhkəməsi sübutların təqdim edilməsi üçün şifahi işəbaxma 
və ya digər şifahi müzakirələr keçirib-keçinnəmək, yaxud 
367 


ƏLAVƏLƏR 
yalnız sənədlər və digər materiallar əsasında araşdınna apanb-apar- 
mamaq haqqında qərar qəbul edir. Lakin tərəflər şifahi işəbaxmanın 
keçirilməməsi  haqqında  şərtləşdikləri  haldan  başqa  arbitraj 
məhkəməsi tərəflərin hər hansı biri xahiş edərsə, araşdırmanın lazımi 
mərhələsində şifahi işəbaxma keçirməlidir. 
2.
 
Arbitraj məhkəməsinin mallara, digər əmlaka və ya sənədlərə 
baxış  keçirmək  məqsədi  ilə  təşkil  etdiyi  hər  hansı  şifahi  işəbaxma 
haqqında  və  ya  məhkəmə  iclası  haqqında  tərəflərə  kifayət  qədər 
vaxtında xəbərdarlıq göndərilməlidir. 
3.
 
Tərəflərdən birinin arbitraj məhkəməsinə təqdim etdiyi bütün 
ərizələr, sənədlər və ya başqa informasiya digər tərəfə verilməlidir. 
Arbitraj  məhkəməsinin  öz  qərarını  çıxararkən  əsas  götürə 
biləcəyi bütün ekspert rəyləri və ya sübut xarakterli başqa sənədlər də 
tərəflərə verilməlidir. 
Maddə 25. Sənədlərin təqdim edilməməsi və tərəflərin gəlməməsi 
Tərəflərin digər razılaşmaları yoxdursa, üzrlü səbəblər olmadığı 
hallarda: 
a)
 
iddiaçı 23-cü maddənin 1-ci bəndinə müvafiq olaraq öz iddİa 
ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi baxışa xitam verir; 
b)
 
cavabdeh  23-cü  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  iddia 
üzrə  etirazlannı  təqdim  etmədikdə,  arbitraj  məhkəməsi  belə  halı 
iddiaçının  tələblərinin  təsdiqi  kİmi  qəbul  etmir  və  arbitraj  baxışını 
davam etdirir; 
c)
 
hər  hansı  tərəf  dinləməyə  gəlmədikdə  və  yaxud 
sənədləşdirilmiş  sübutlar  təqdim  etmədikdə,  arbitraj  məhkəməsi 
baxışı  davam  etdirə  bilər  və  ona  təqdim  edilmiş  sübutlar  əsasında 
müvafiq qərar çıxara bilər. 
Maddə 26. Arbitraj məhkəməsinin təyin etdiyi ekspert 
1. Tərəflərin arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi: 
368 


“Beynəlxalq arbilraj haqqında" Azərbaycan Respublikasının Qanunu 
a)
 
arbitraj  məhkəməsi  tərəfindən  müəyyən  edİIən  konkret 
məsələlərə  dair  ona  mənizə  edilməsi  məqsədilə  bir  və  ya  bir  neçə 
ekspert təyin edə bilər
b)
 
tərəflərdən  iş  üzrə  hər  hansı  məlumatı  və  işə  aid  olan 
sənədlərin, malların və digər əmlakın ekspertə təqdim edilməsini və 
ekspert tərəfindən öyrənilməsi üçün şərait yaratmağı tələb edə bilər. 
2. Tərəflər arasında dİgər razılıq  yoxdursa, tərəflərin biri xahiş 
edərsə və yaxud arbitraj məhkəməsi zəruri sayarsa, ekspert yazılı və 
ya şifahi rəyini təqdim etdikdən sonra dinləmədə iştirak edə bilər. Bu 
halda  tərəflərə  ona  suallar  vermək  imkanı  verilir  və  mübahisəli 
məsələlər üzrə ifadə vermək məqsədi ilə tərəflər şahidləri ekspertlərə 
təqdim edə bilərlər. 
Maddə 27. Sübutların əldə edilməsində məhkəmənin köməyi 
Arbitraj məhkəməsi və ya tərəf arbitraj məhkəməsinin razılığı İlə 
6-cı maddədə göstərilmiş məhkəməyə sübutların əldə edilməsi üçün 
köməklik  barəsində  müraciət  edə  bilər.  Məhkəmə  sübutlann  əldə 
edilməsi  qaydalarına  uyğun  olaraq  səlahiyyətləri  daxilində  bu 
müraciəti yerinə yetirə bilər. 
Fəsil VI. 
Arbitraj qərarının çıxarılması və icraatın xitamı 
Maddə 28. Mübahisənin mahiyyəti üzrə tətbiq edilən normalar 
1.  Arbitraj  məhkəməsi  mübahisəni  hüququn  elə  normalarına 
uyğun  həll  edir  ki,  tərəflər  bu  normalan  mübahisənin  mahiyyətinə 
tətbiq edilə bilən normalar kİmi seçmiş olsunlar. 
Əgər  başqa  niyyət  ifadə  etmirsə,  hər  hansı  bir  dövlətin 
hüququnun və ya hüquq sisteminin istənilən göstərişi həmin dövlətin 
kolliziya  normalarına  deyil,  onun  maddi  hüququna  bilavasitə 
istiqamətləndirən göstəriş kimi təfsir olunmalıdır. 
369 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə