Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə123/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   116   117   118   119   120   121   122   123   124

OLAVƏLƏR 
tə  olunmayan  məsələior  üzrə  müddəaları  özündə  əks  etdirməyən 
arbitraj qərarlarmın bir hissəsi tanına və ya icra edilə bİlər; yaxud 
ç)  arbitraj  orqanının  tərkibi  və  ya  arbitraj  prosesi  tərəflərin 
sazişinə uyğun olmamışdır və ya belə sazİş olmadığı halda arbitrajın 
keçirildiyi ölkənin qamınvericiliyinə uyğun olmamışdır; yaxud 
d)
 
tərəflər üçün qərar hələ Öz qəti qüvvəsinə minməmişdir və ya 
qərarın çıxarılmadığı ölkənin və yaxud qanunvericiliyi tətbiq edilən 
ölkənin  səlahiyyətli  hakimiyyət  orqanlarının  göstərişinə  əsasən 
qərarın icrası dayandırılmışdır. 
2, Arbitraj qərannın tanınmasına və icra edilməsinə, həmçinin o 
halda da etiraz edİlə bilər ki, tanınması və icra edilməsi tələb olunan 
ölkənin səlahiyyətli İcra hakimiyyəti orqanları müəyyən etsin ki: 
a)
 
mübahisənin  obyekti  bu  ölkənin  qanunvericiliyinə  əsasən 
arbitraj araşdırılmasının predmeti ola bilməz; yaxud 
b)
 
bu  qərarın  tanınması  və  icra  edilməsi  həmin  ölkənin  ictimai 
qaydalarına ziddir. 
VI
 
maddə 
V
 
maddənin  1-ci  bəndinin  "d"  yarımbəndində  göstərilən 
səlahiyyətli  hakimiyyət  orqanı  qarşısında  arbitraj  qərarı  icrasının 
ləğv edilməsi və ya dayandırılması barədə vəsatət qaldırıldığı halda 
bu qərarın tanınması və icra edilməsi barədə xahiş olunan hakimiyyət 
orqanı  məqsədəuyğun  hesab  etdiyi  halda  bu  qərarın  icra  edilməsi 
məsələsinin  həllini  saxlaya  bilər,  eyni  zamanda  bu  qərarın  icrasım 
xahiş  edən  tərəfin  vəsatəti  əsasında  digər  tərəfin  üzərinə  lazımi 
təminatın görülməsi öhdəliyini qoya bİlər. 
VII
 
maddə 
1. Mövcud Konvensiyanm qərarlan Razılaşan Dövlətlər arasında 
bağlanmış  arbitraj  qərarlarının  tanınması  və  icra  edilməsi  barədə 
ikitərəfli  və  ya  çoxtərəfli  sazişlərin  fəaliyyətinə  toxunmur,  habelə 
heç bir maraqlı tərəfi belə arbitraj qərarının tanınması və icra edil 
380 


Xarici Arbitraj Qərarlarının tanınması vo icra edilməsi barədə Konvensiya 
məsi  tələb  olunan  ölkənin  qanunlan  və  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrin imkan  verdiyi  qaydada və hədd çərçivəsində hər bir 
arbitraj qərarından faydalanmaq hüququndan məhrum etmİr. 
2.  Mövcud  Konvensiya  tərəflər  üçün  müəyyən  hədlər 
çərçivəsində  məcburi  hesab  edildiyi  vaxtdan  etibarən  arbitraj 
qeyd-şərtlə-  ri  haqqında  1923-cü  il  Cenevrə  protokolu  və  xarici 
arbitraj  qərarlarının  icra  edilməsi  barədə  1927-ci  il  Cenevrə 
protokolu  Razılaşan  Dövlətlər  arasında  öz  qanuni  qüvvələrini 
itirirlər. 
VIII
 
maddə 
1.
 
Mövcud  Konvensiya  Birləşmiş  Millətlər  Təşkilatının  hər  bir 
üzvü,  Birləşmiş  Millətlər  Təşkilatının  hər  hansı  bir  ixtisaslaşmış 
qurumunun üzvü olan və ya üzv olması gözlənilən istənilən dövlət, 
yaxud  Beynəlxalq  Məhkəmə  Statusunun  iştirakçısı  olan,  yaxud 
olması  gözlənilən,  həmçinin  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 
Assambleyası  tərəfindən  dəvət  olunacaq  hər  hansı  bir  dövlət  üçün 
1958-ci il 31 dekabr tarixinə qədər imzalanması üçün açıqdır. 
2.
 
Mövcud  Konvensiya  ratifikasiya  olunmalıdır  və  ratifikasiya 
etimadnamələri  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibində 
saxlanılır. 
IX
 
maddə 
1.
 
Mövcud  Konvensiya  Vlll  maddədə  qeyd  olunan  bütün 
dövlətlərin qoşulması üçün açıqdır. 
2.
 
Mövcud Konvensiyaya qoşulma Birləşmiş Millətlər Təşkilatı 
Baş  Katibinin  yanında  qoşulma  haqqında  etimadnamənin  təqdim 
edilməsi yolu ilə həyata keçirilir. 
X
 
maddə 
1. Hər bir dövlət mövcud Konvensiyaya qoşularkən və  ya onu 
təsdiq,  yaxud  ratifikasiya  edərkən  bəyan  etməlidir  ki,  mövcud 
Konvensiya  həmin  dövlətin  beynəlxalq  münasibətlərə  görə 
məsuliyyət 
381 


ƏLAVƏLƏR 
daşıdığı bütün və yaxud müəyyən ərazilərə şamİl edilir. Belə bəyanat 
mövcud  Konvensiyanın  qanuni  qüvvəyə  mindiyi  vaxtdan  qüvvəyə 
minir. 
2.
 
Yuxarıda qeyd edilənlərdən sonra hər hansı bir müddət ərzində 
Mövcud konvensiyanın şamil edilməsi Birləşmiş Millətlər Təşkilatı 
Baş  Katibinin  adına  bildiriş  göndərilməsi  yolu  ilə  həyata  keçirilə 
bilər və Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin  həmin bildirişi 
aldığı gündən etibarən doxsanıncı gün və yaxud hansı müddətin daha 
gec  qıırtamıasmdan  asılı  olaraq  müvafiq  dövlətə  münasibətdə 
mövcud  konvensiyanın  qüvvəyə  mindiyi  gündən  etibarən  qüvvəyə 
minir. 
3.
 
Bu  Konvensiyaya  qoşulduqda  və  ya  o,  təsdiq,  yaxud 
ratifikasiya  edildikdə  onun  fəaliyyət  dairəsinə  düşməyən  ərazilərə 
gəldikdə  isə,  hər  bir  maraqlı  olan  dövlət  göstərilən  ərazilərin, 
hökumət  strukturlarının  razılığı  ilə  mövcud  Konvensiyanın  həmin 
ərazilərə  aid  edilməsi  üçün  tədbirlərin  görülməsinin  mümkün 
olub-olmaması məsələsinə baxmalıdır. 
XI
 
maddə 
Federativ və qeyri-unitar dövlətlər üçün aşağıdakı qərarlar tətbiq 
edilir: 
a)
 
federativ  hakimiyyətin  qanunvericilik  yurisdiksiyasına  aid 
olan  mövcud  Konvensiyanın  maddələrinə  görə  federativ 
hakimiyyətin  öhdəlikləri  müvafiq  qaydada  federativ  dövlətlər 
olmayan Razılaşan Dövlətlərin öhdəlikləri həddindədir
b)
 
federasiya  konstitusiyası  sisteminə  görə  qanunvericilik 
tədbirləri  gönnək  hüququna  malik  olmayan  federasiya  təşkil  edən 
dövlətin  və  ya  əyalətin  qanunvericilik  yurisdiksiyasına  aid  olan 
mövcud Konvensiyanın maddələrinə gəldikdə, federal hökumət belə 
maddələri  dövlətlərin  müvafiq  hakimiyyətlərinə  və  ya  əyalətlərə 
imkan daxilində ən qısa müddət ərzində özünün zəmanəti ilə çatdırır. 
382 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə