Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


“Ucyttnlxalq arbitraj haqqınıla” Azurbaycan Respublikasının Qarıuıuı



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə121/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   116   117   118   119   120   121   122   123   124

“Ucyttnlxalq arbitraj haqqınıla” Azurbaycan Respublikasının Qarıuıuı 
Fəsil VII. 
Arbitraj qərarından şikayət verilməsi 
Maddə 34. Arbitraj qərarının ləğvi haqqında vəsatət verilməsi 
1.
 
Arbitraj  məhkəməsinin  qərarından  şikayət  verilməsi  yalnız 
həmin  qərarın  ləğv  edilməsi  haqqında  bu  maddənin  2  və  3-cii 
bəndlərinə uyğun surətdə vəsatət  verilməsi  yolu  ilə həyata keçirilə 
bilər. 
2.
 
Arbitraj qərarı 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən 
aşağıdakı hallarda ləğv edilə bilər: 
a)
 
əgər vəsatət qaldıran tərəf sübutlar təqdim etsə ki: 
i)
 
7-cİ maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu 
və  ya  digər  dərəcədə  fəaliyyət  qabiliyyəti  olmayan  olmuşdur  və 
yaxud  arbitraj  sazişi  tərəflərin  onu  tabe  etdirdikləri  qanuna  görə, 
sazişdə  bu  barədə  göstəriş  olmadıqda  isə  Azərbaycan 
Respublikasının qanunvericiliyinə görə etibarsızdır; və yaxud 
ii)
 
arbitrin təyin edilməsi və yaxud arbitraj baxışı haqqında lazımi 
qaydada  xəbərdar  edilməmiş  və  yaxud  başqa  səbəblərdən  öz 
izahatlannı təqdim edə bilməmişdir; yaxud 
iii)
 
qərar  arbitraj  sazişində  nəzərdə  tutulmayan  və  ya  onun 
şərtlərinə  aid  olmayan  mübahisə  üzrə  çıxarılmışdır;  yaxud  qərar 
arbitraj  sazişinin  bəndlərindən  kənara  çıxan  məsələləri  əhatə  edir 
(belə  halda  arbitraj  sazişinin  predmetinə  aid  olmayan  məsələləri 
əhatə  edən  arbitraj  qərannın  müvafiq  hissələri  ləğv  edilə  bilər);  və 
yaxud 
iv)
 
arbitraj  məhkəməsinin  tərkibi  və  ya  arbitraj  prosedurası 
tərəflərin bağladıqları sazişə uyğun olmamışdır (belə saziş tərəflərin 
yerinə  yetirməyə məcbur olduqları bu Qanunun müddəalarına zidd 
olmasa) və yaxud tərəflər belə sazişi  bağlamadıqları halda, arbitraj 
məhkəməsinin  tərkibi  və  yaxud  arbitraj  prosedurası  bu  Qanuna 
uyğun olmamışdır; və yaxud 
b)
 
əgər məhkəmə müəyyən etsə ki: 
i)
 
Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisə 
obyekti arbitraj baxışının predmeti ola bilməz; və yaxud 
373 


ƏLAVƏLƏR 
ii)
 
arbitraj 
qəran 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə ziddir. 
3.
 
Qərann  ləğv  edilməsi  haqqında  vəsatət,  vəsatəti  verən 
tərəfin  arbitraj  qərarını  aldığı  gündən  başlayaraq  3  aydan  gec 
qaldınla bilməz, müraciət 33-cü maddəyə uyğun verilmişdirsə  - 
arbitraj  məhkəməsi  tərəfindən  bu  müraciətlə  bağlı  qərar 
çıxanidığı gündən başlayaraq 3 aydan gec vəsatət verilə bilməz. 
Arbitraj  qərarını  ləğv  etmək  xahişi  ilə  müraciət  olunduğu 
halda məhkəmə, əgər lazım bilərsə və əgər tərəflərdən biri xahiş 
edərsə,  arbitraj  məhkəməsinə  arbitraj  baxışını  bərpa  etmək  və 
ya  arbitraj  məhkəməsinin  fikrincə,  arbitraj  məhkəməsinin 
qəranmn  ləğv  edilməsi  üçün  əsaslan  aradan  götürməyə  imkan 
verən digər hərəkətlərə əl atmaq imkanı vermək üçün ləğvetmə 
məsələsi üzrə icraatı özünün müəyyən etdiyi müddətə dayandıra 
bilər. 
Fəsil VIII. 
Arbitraj qərarlarının tanınması və icra edilməsi 
Maddə 35. Tanınma və icra edilmə 
1.
 
Hansı  ölkədə  çıxanimasından  asılı  olmayaraq,  arbitraj 
qəran-  nın  icrası  məcburidir  və  səlahiyyətli  məhkəməyə  yazılı 
vəsatət  verildikdə  bu  maddənin  və  36-cı  maddənin  müddəalan 
nəzərə alınmaqla icra edilir. 
2.
 
Arbitraj qəranna əsaslanan və yaxud onun icra edilməyinə 
dair  vəsatət  verən  tərəf  arbitraj  qəranmn  təsdiq  edilmiş 
nüsxəsini  və  ya  belə  nüsxənin  lazımi  qaydada  təsdiq  edilmiş 
surətini,  həmçinin  7-ci  maddədə  göstərilmiş  arbitraj  sazişinin 
əslini və ya onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim 
etməlidir. 
Əgər  arbitraj  qərarı  və  ya  arbitraj  sazişi  xarici  dildədirsə, 
tərəf bu sənədlərin lazımi  qaydada təsdiq olunmuş Azərbaycan 
dilinə tərcüməsim təqdim etməlidir. 
374 


“Beynəlxalq arbitraj haqqında” A/ərbaycan Respublikasının Qitnunu 
Maddə 36. Tanınmaqdan və ya icradan imtina edilməsi üçün 
əsaslar 
1. Arbitraj qərannm hansı ölkədə çıxanlmasmdan asıit olmayaraq 
onun  tanınmasından  və  ya  icra  edilməsindən,  yalnız  aşağıdakı 
hallarda imtina edilə bilər: 
a)
 
zərərinə  qərar  çıxanimış  tərəf  tanınma  və  ya  icra  haqqında 
ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etsə ki
i)
 
7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu 
və  ya  digər  dərəcədə  fəaliyyət  qabiliyyəti  otmayan  olmuşdur  və 
yaxud  arbitraj  sazişi  tərəflərin  onu  tabe  etdirdikləri  qanuna  görə, 
sazişdə  belə  göstəriş  olmadıqda  isə  qərarın  çıxarıldığı  dövlətin 
qanununa əsasən etibarsızdır; və yaxud 
ii)
 
zərərinə  qərar  çıxanimış  tərəf,  arbitrin  təyin  edilməsi  və  ya 
arbitraj  baxışı haqqında lazımi qaydada xəbərdar olunmamış və  ya 
başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; yaxud 
iii)
 
qərar  arbitraj  sazişində  nəzərdə  tutulmayan  və  ya  arbitraj 
sazişinin şərtlərinə aid olmayan mübahisə üzrə çıxanlmışdır və yaxud 
qərar  arbitraj  sazişinin  hədlərindən  kənara  çıxan  məsələləri  əhatə 
edir,  arbitraj  sazişi  ilə  əhatə  edilən  məsələlərə  aid  olan  arbitraj 
qərarının həmin hissəsi bu qərardan ayrılmaqla tanına və ya icraya 
yönəldilə bilər; yaxud 
iv)
 
arbitraj  məhkəməsinin  tərkibi  və  ya  arbitraj  proseduru 
tərəflərin  arbitraj  sazişinə  uyğun  olmamışdır  və  yaxud  belə  sazİş 
olmayıbsa  arbitrajın  keçirildiyi  dövlətin  qanununa  uyğun 
gəlməmişdir; və yaxud 
v)
 
qərar tərəflər üçün hələ qəti olmamışdır və yaxud qərarın çı- 
xanldığı dövlətin qanununa uyğun olaraq məhkəmə tərəfindən ləğv 
edilmiş və yaxud icrası dayandınimışdır; yaxud 
b)
 
məhkəmə müəyyən edərsə ki: 
i)  mübahisəli  obyekt  həmin  dövlətin  qanununa  görə  arbitraj 
baxışının predmeti ola bilməz; və yaxud 
375 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə