Zəhirəddin Məhəmməd BABUR
28
Yunus xanı Uluğ bəy Mirzənin yanına gətirdilər; məqsədləri ondan kömək
alıb moğol ulusunu təkrar ələ keçirmək idi. Amma Mirzə qəddarlıq göstərdi,
onların bir qismini əsir etdi, digərlərini isə başqa vilayətlərə dağıtdı. İrzen
iğtişaşı moğol ulusunda bir tarix olmuşdur.
Yunus xanı İraq tərəfinə göndərdilər, xan oraya gedib bir ildən artıq
Təbrizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Barani
idi. Sonra Yunus xan oradan Şiraza keçdi. Şirazda Şahrux Mirzənin ikinci
oğlu İbrahim Sultan Mirzə hakim idi. Beş-altı ay sonra İbrahim Sultan
Mirzə vəfat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin
xidmətinə girən Yunus xan on yeddi-on səkkiz il Şirazda və o tərəfdəki vila-
yətlərdə qaldı.
Uluğ bəy Mirzə və oğullarının arasındakı qovğa zamanı İsən Buğa xan
fürsət taparaq Fərqanə vilayətinə hücum etdi, Kənd-Badama qədər gəldi və
Əndicanı alıb əhalisini tamamən əsir etdi. Amma qovğaların ardından [Ba-
burun babası] Sultan Əbu Səid Mirzə taxta keçdikdən sonra qoşun çəkərək
Yenginin o tərəfində olan İsfərada və Moğolistanda (10 b) İsən Buğa xanı
tar-mar etdi. Bundan sonra bu qarışıqlığı ortadan qaldırmaq üçün Sultan
Əbu Səid Mirzə əvvəlcə Əbdüləziz Mirzə ilə evli olan [Yunus xanın] böyük
bacısı Xanım ilə evlənməsi münasibətilə Yunus xanı İraq və Xorasandan
gətirtdi. Düyünlər edib dost oldular və Yunus xanı moğol ulusuna xan təyin
edib göndərdi.
Tam bu əsnada Sağarıçı tüməninin bəyləri İsən Buğa xandan şikayətlə
Moğolistana gəlmişdilər. O zamanlar Sağarıçı bəylərinin böyüyü Şir Hacı
bəy idi. Yunus xan bunların arasına getdi və Şir Hacı Bəyin qızı İsən Dövlət
bəyimlə evləndi. Moğol adətincə Yunus xan ilə İsən Dövlət bəyimi ağ keçə
üzərində yuxarı qaldırıb xan elan etdilər.
Yunus xanın İsən Dövlət bəyimdən üç qızı oldu; bunların ən böyüyü
Mehrinigar xanımdır. Sultan Əbu Səid Mirzə onu ən böyük oğlu Sultan Əh-
məd Mirzəyə almışdı. Mirzədən heç uşağı olmadı. Sonra fətrət dövründə
Şeybani xanın əlinə düşmüşdü. Mən Kabilə gəldiyim zaman Şah bəyimlə
birlikdə o da Səmərqənddən Xorasana, oradan da Kabilə gəldi. Şeybani xan
Qəndəharda [Baburun kiçık qardaşı] Nasir Mirzəni mühasirəyə alanda mən
də Ləmğana getdim. Xan Mirzə [Sultan Veys Mirzə] də Şah bəyim və Meh-
rinigar xanımla birlikdə Bədəxşana getdi. Mübarək şah (11 a) Xan Mirzəni
Qaleyi-Zəfərə çağıranda Əba Bəkr Kaşğarinin axınçılarına rast gəldilər. Şah
bəyim, Mehrinigar və onlarla birlikdə olanların ailələri əsir düşərək o mər-
həmətsizin əsarətində fani dünyaya vida etdilər.
[Yunus xan və İsən Dövlət bəyimin] ikinci qızı mənim anam Qutlu
Nigar xanımdı. Qazaxlıq və fətrət zamanlarında əsasən mənimlə birlikdə idi.
Kabili aldıqdan beş-altı ay sonra, 911-ci ildə [=1505] Allahın rəhmətinə qo-
vuşdu.
BABURNAMƏ
29
Üçüncü qızları Xub Nigar xanımdı, onu Məhəmməd Hüseyn Gürgan
Duğlata vermişdilər. Ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Übeyd xan
almışdı, sonra mən Buxara və Səmərqəndi alanda o qız bir yerə gedə bilmə-
yib orada qalmışdı. Sultan Səid xanın əmisi Seyid Məhəmməd Mirzə Sultan
Səid xan adından Səmərqəndə mənə elçi olaraq gəldiyi zaman onunla birlik-
də Kaşğara getdi və orada Sultan Səid xanla evləndi. Oğlu Heydər Mirzə idi.
Atası özbəklər tərəfindən öldürüldükdən sonra gəlib üç-dörd il mənim xid-
mətimdə oldu. Sonra izin istəyərək Kaşğara xanın yanına getdi.
Baz gərdəd be əsli xud həmə çiz,
Zəri-safiyu nüqreyi-ərziz.
Hər şey, istər saf altın, istər gümüş,
istər qalay olsun, axırda öz əslinə dönər.
Deyilənə görə, indi tövbə etmiş və yaxşı yola girmişdir. Əlindən yazı
yazmaq, rəsm çəkmək, ox, mizraq və yay atmaq kimi hər şey gəlir. Şeir yaz-
maq qabiliyyəti (11 b) də var. Mənə bir ərizəsi gəlmişdi, inşası da pis deyil.
[Yunus] xanın qadınlarından biri də Şah bəyimdi. Başqa qadınları olsa
da, uşaqlarının anaları bu ikisi idi. Şah bəyim Bədəxşan şahı Şah Sultan Mə-
həmmədin qızı idi. Dediklərinə görə, bu Bədəxşan şahlarının soyları İskən-
dər Filkusa [Makedoniyalı İskəndər] çatırmış. Bu şahın digər bir qızını -ki,
Şah bəyimin böyük bacısıdır- Sultan Əbu Səid Mirzə almış və ondan Əba
Bəkr Mirzə doğulmuşdur.
[Yunus] xanın Şah bəyimdən iki oğlu və iki qızı olmuşdu: Sultan
Mahmud xan, digər üçündən böyük və daha əvvəl haqqında danışılan [İsən
Dövlət bəyimdən olan] üç qızdan kiçıkdir. Səmərqənd və o ətrafda ona bə-
zən Xanikə xan deyirlər. Digər oğlu olan və Alaca xan adıyla şöhrət qaza-
nan Sultan Əhməd xan isə Sultan Mahmud xandan kiçıkdir. Alaca adının
verilməsinə səbəb budur: kalmık və moğol dilində qatilə alaçı deyirlər. Kal-
mıkları bir neçə dəfə məğlub edib bir çox adamlarını öldürdüyü üçün alaçı
demişlər və çox işlənə-işlənə alaca olmuşdur. İrəlidə bu xanlardan sıra ilə
təkrar bəhs ediləcək, başlarına gələnlər haqqında danışılacaq.
[Yunus xanın Şah bəyimdən olan qızı] Sultan Nigar xanım digərlərin-
dən kiçık və bir qızından böyükdü. (12 a) Onu [Baburun əmisi] Sultan Mah-
mud Mirzəyə vermişlər və ondan Sultan Veys adlı bir oğlu olmuşdu və [bu
Mirzədən] yeri gələndə bəhs ediləcəkdir. Sultan Mahmud Mirzə öldükdən
sonra [Sultan Nigar xanım] oğlunu da alıb heç kimə xəbər vermədən Daş-
kəndə, böyük qardaşının yanına getmişdi. Bir neçə il sonra onu Çingiz xanın
böyük oğlu Çuçinin nəslindən və qazax sultanlarından olan Ədik Sultana
verdilər. Şeybani xan xanları məğlub edib Daşkənd və Şahruxiyyəni alanda
isə Sultan Nigar xanım xidmətində çalışan on iki moğoluyla birlikdə qaçıb
Ədik Sultanın yanına getmişdi. Ədik Sultandan iki qızı oldu, birini Şeyban
sultanlarından birinə, digərini isə Sultan Səid xanın oğlu Rəşid Sultana ver-