BABURNAMƏ
19
Dünya tarixinə türk adını öz kəskin qılıncı və zərif qələmi ilə qızıl
hərflərlə yazmış Zəhirəddin Məhəmməd Baburun bugünə qədər ölkəmizdə
yalnız bir kitabı nəşr edilmişdir. Mütəxəssislər xaricində onun sənəti ilə
çox az adam tanışdır. Bu acı gerçəklə üzləşmək mümkündür, ancaq onunla
barışmaq olmaz. Ona görə də biz Baburun «Seçilmiş əsərləri»ndən sonra
onun məşhur «Baburnamə»sini də ana dilimizə tərcümə və nəşr etməyi qə-
rara aldıq. Ürəkdən inanırıq ki, Azərbaycan oxucuları və ədəbi ictimaiyyət
Baburun bu kitabını da böyük rəğbətlə qarşılayacaq, bu azman şair-hökm-
darla bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddət-
dən bəri mövcud olan boşluq, gec də olsa, doldurulacaqdır.
Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TürkSOY kitabxanası
seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su
sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inki-
şafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyə-
tə kiçik bir töhfə verdiyimizə inanırıq.
Burada bir məsələni növbəti (on ikinci!) dəfə vurğulamaq istəyirik:
TürkSOY kitabxanası seriyası layihəsi bütünlüklə könüllülük əsasında hə-
yata keçirilir. Layihədə iştirak edən hər kəs, o cümlədən kitabı türkcə və
rusca tərcümələrindən istifadə etməklə orijinalından ana dilimizə çevirən,
ön sözün, qeyd və izahların müəllifi bəndəniz Ramiz Əskər, redaktoru hör-
mətli Prof. Dr. Hüseyn İsmayılov bu işi türklüyə bir xidmət olsun deyə heç
bir məvacib və honorar almadan təmənnasız yerinə yetirmişlər. Tərcümə
zamanı mənə Ankaradan müxtəlif elmi ədəbiyyat göndərən, bir sıra texniki
məsələlərin həllində kömək edən əziz dostum, Avrasiya Yazarlar Birliyinin
orqanı «Qardaş qələmlər» jurnalının redaktoru Ömər Məhmətoğluna və bu
kitabdakı farsca şeirlərin sətri tərcüməsinin hazırlanmaslnda əməyi keçən
dostum İlqar ƏIfioğluna, xüsusilə tərcümə üzərində işlədiyim zaman mənə
hər cür şərait yaradan, mənəvi cəhətdən dəstək olan həyat yoldaşım Solmaz
xanıma sonsuz təşəkkürümü bildirirəm.
Ramiz ƏSKƏR.
Bakı, 24 mart 2011-ci il.
Zəhirəddin Məhəmməd BABUR
20
I. FƏRQANƏ
FƏRQANƏ - 899 (12 OKTYABR 1493 - 2 OKTYABR 1494)
SƏKKĠZ YÜZ DOXSAN DOQQUZUNCU ĠLĠN HADĠSƏLƏRĠ
(1 b) Tanrı-təalanın inayəti, həzrəti-sərvəri-kainatın şəfaəti və çahar-
yari-basəfaların himməti ilə
1
899-cu il ramazan ayının 5-də
2
(=10 iyun
1494) çərşənbə axşamı on iki yaşında Fərqanə vilayətində padşah oldum.
FƏRQANƏ VĠLAYƏTĠNĠN TƏSVĠRĠ
F ə r q a n ə vilayəti
3
beşinci iqlimdədir
4
və məmurənin kənarındadır.
Şərqi Kaşğar, qərbi Səmərqənd, cənubu isə Bədəxşanın sərhəddi olan dağ-
lardır. Şimalında əvvəllər Almalıq, Almatu və Yengi (kitablarda Otrar kimi
yazılır) kimi şəhərlər varmış, lakin onlar moğol və özbəklər tərəfindən xarab
edilmiş və bugün artıq heç bir abadlığı qalmamışdır. Kiçık bir vilayətdir.
Taxılı və meyvəsi boldur.
Ətrafı dağlıqdır, yalnız Səmərqənd və Xocəndin yerləşdiyi qərb tərə-
fində dağ yoxdur. Qışda o tərəfdən başqa heç bir yerdən düşmən gələ bilməz.
Xocənd çayı adı ilə də bilinən Seyhun çayı (2 a) bu ölkənin şimal-şərqindən
gəlir və içindən keçərək qərbə tərəf axır; Xocəndin şimalından və bugün
Şahruxiyyə
5
adı ilə bilinən Fənakətin cənubundan keçib təkrar şimala dö-
nərək Türküstana doğru gedir. Türküstandan xeyli aşağıda bu çay heç bir
1
Cümlənin bu qismi türkcə və rusca nəşrlərdə yoxdur, özbəkcə nəşrindən aldıq.
2
Babur olayları müsəlman hicri təqvimi ilə verir. 899-cu il miladi tarixlə 1493/94-cü ilə
uyğun gəlir (bundan sonra miladi tarixlər bərabərlik işarəsi ilə mötərizədə göstəriləcək).
3
Hazırda beş vilayətdən ibarət olan tarixi Fərqanə (təxminən 20 000 kv km) üç qonşu
dövlətin tərkibindədir: Fərqanə, Əndican və Nəmənqan Özbəkistana, Xocənd Tacikistana,
Oş isə Qırğızıstana daxildir.
4
Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru yeddi iqlimə ayrılır və
üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa əlverişlidir.
5
Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hücumu zamanı
xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu Şahruxun şərəfinə Şahruxiyyə
adlandırmışdı. Hazırda xarabalıqları qalır.
BABURNAMƏ
21
çaya qarışmadan qumlar arasında tamamilə itir.
Fərqanə vilayətinin beşi Seyhun çayının cənubunda, ikisi də şimalında
olmaqla yeddi şəhəri vardır.
Ə n d i c a n güney tərəfdəki şəhərlərdən biri olub mərkəzdədir. Bu şə-
hər Fərqanə vilayətinin paytaxtıdır. Taxılı çoxdur, meyvəsi boldur, qovunu
və üzümü yaxşıdır. Qovun yetişən mövsümdə bostandan qovun satmaq adəti
yoxdur. Əndican naşpatisindən daha yaxşı naşpati
1
tapılmaz.
Bütün Mavəraünnəhr bölgəsində Səmərqənd və Keş kurqanlarını çıx-
maqla Əndican kurqanından daha böyük kurqan
2
yoxdur. Üç qapısı vardır.
Ərki
3
güney tərəfindədir. Maraqlıdır ki, buraya doqquz tarnovdan
4
su girdiyi
halda heç bir yerdən çıxmır. Qalanın ətrafındakı xəndəyin kənarında daş dö-
şənmiş böyük bir yol var. Qalanın ətrafı məhəllələrlə çevrilmişdir. Bu mə-
həllələr qaladan bu xəndək və onun yanından keçən böyük yolla ayrılır.
Ov quşu çoxdur. Qırqovulu (2 b) hədsiz ətli olur. Rəvayət edirlər ki,
bir qırqovulu dörd adam yeyib qurtara bilmirmiş.
Əhalisi türkdür. Şəhərdə və bazarda türkcə bilməyən yoxdur. Xalqın
danışıq dili yazı dilinə uyğundur. Bu səbəblə Mir Əlişir Nəvai Heratda nəş-
vü nüma tapdığı halda, əsərlərini bu dillə yazmışdır. Camaatın dili poetikdir.
Əhalisi arasında gözəllər çoxdur. Musiqidə məşhur olan Xoca Yusif əndi-
canlıdır. Havası rütubətli olduğu üçün səhhətə zərərlidir, payızda qızdırma-
ya tutulanlar çox olur.
O ş şəhəri Əndicanın cənub-şərqindədir. Şərqə doğru Əndicandan
dörd ağac
5
məsafədədir. Havası gözəl və suyu boldur. Baharı çox gözəl olur.
olur. Oşun gözəlliyinə dair bir çox rəvayət vardır.
Kurqanının cənub-şərqində təbiətlə ahəng içində olan bir dağ vardır.
Bərakuh adlı bu dağın təpəsində [Baburun dayısı, moğol xanı] Sultan Mah-
mud xan bir köşk tikdirmişdir. Bu köşkdən bir az aşağıda, dağın çıxıntılı,
dik bir yerində 902-ci ildə (=1496/97) mən də eyvanlı bir köşk tikdirdim.
Onun köşkü mənimkindən daha yüksəkdə olsa da, mənimki daha gözəl bir
yerdədir; bütün şəhər və məhəllələr ayaq altındadır (3 a).
Əndican çayı Oş məhəllələrinin içindən keçərək Əndicana axır. Bu ça-
yın iki tərəfi boyu bağlar uzanıb gedir. Buranın bənövşəsi çox lətafətlidir.
Axar suları vardır. Baharı çox gözəl olur; bir çox lalə və gül açır.
Bərakuh dağının ətəyində, çay ilə bağların arasında Cövza adlı kiçık
bir cami var. Caminin dağ tərəfindən böyük bir çay axır. Bu caminin lətif
yoncalarla örtülü bayır həyəti bir az meylli, hər tərəfi kölgəli və səfalı bir
1
Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya armud növü.
2
Kurqan: qala deməkdir. Orijinal mətndə bu sözlə verildiyi üçün saxladıq.
3
Ərk: içqala, bürc, qala içində qala.
4
Arx, yaxud tarnav: su kanalı.
5
Ağac: dövrə və bölgəyə görə dəyişən, təxminən 6 km olan bir uzunluq ölçüsüdür.
Dostları ilə paylaş: |