BABURNAMƏ
11
xə 105 vərəqdir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xoca Übey-
dullah Əhrarın «Risaleyi-validiyyə»sini əhatə edir.
İkinci əlyazma Parisdə Milli Kitabxananın türkcə əlyazmalar kollek-
siyasında (kataloq nömrəsi 1230) saxlanır. Cəmisi 50 vərəqdir, haşiyələrdə
türkcə və farsca xeyli qeydlər var. Buradakı şeirlərin sayı universitet əlyaz-
masındakından xeyli azdır: cəmi 87 qəzəl və digər janrlarda qələmə alınmış
əsərlər var.
Topqapı sarayındakı əlyazma da (nömrəsi R.741) həcmcə kiçikdir (55
vərəq). Sərlövhədə əsərin adı «Divani-sultanül-əzəm Babur Mirzə əleyhir-
rəhmətü vəl-ğürfan» şəklində yazılmışdır. Burada şairin 111 qəzəli və başqa
şeirləri toplanmışdır.
Digər bir nüsxə İstanbulda 100-cü il Atatürk bələdiyyə kitabxanasında
qorunur. Müəllim Cövdət (əl)yazmaları kataloqunda K. 332 nömrəsi ilə qey-
də alınan bu nüsxə «Divani-Babur Mirzə» adlanır. 74 vərəqdir. Həcminə və
burada verilmiş əsərlərin (82 qəzəl və başqa şeirlər) sayına baxaraq bu nüs-
xənin Topqapı nüsxəsindən köçürülmüş olduğu ehtimal edilir.
Hindistanın Rampur şəhərindəki Nəvvab kitabxanasında saxlanan nüs-
xə cəmisi 20 səhifədir. Burada Xoca Übeydüllah Əhrarın «Risaleyi-validiy-
yə»sinin tərcüməsi və Baburun özünün bir qəzəli, bir neçə məsnəvisi, rübai-
si və mətləsi, «Əruz risaləsi»ndən bir parça, farsca bir neçə rübai, qitə və
mətləsi verilmişdir. Bu nüsxənin yeganə özəlliyi odur ki, buradakı bir rübai
Baburun öz xəttilə yazılmışdır. Bu barədə Cahan şahın haşiyədə xüsusi qey-
di var.
Tehranda Səltənət kitabxanasında qorunan nüsxə isə, əslində, bir kül-
liyyatdır. Bu külliyyat 5 bölümdən ibarətdir. Birinci bölümdə (s. 1-186) şai-
rin tövhid, nət və dini şeirləri yer alır. İkinci bölümdə (s. 187-377) vəzn və
bəhrlər haqqında mənzum və mənsur qismlər, üçüncü bölümdə (s. 379-455)
şeir vəznləri haqqında mənsur hissə, beşinci bölümdə (s. 457-1012) Baburun
xatirələri (farsca tərcüməsi ilə birlikdə) verilmişdir. Son bölümdə isə (s.
1013-1036) şairin bəzi qəsidələri və bir risaləsi var.
Məşhur baburşünas Dr. Bilal Yücəl «Babur divanı» kitabında (Ankara,
1995) bütün nüsxələri ətraflı təsvir etmişdir. Türk aliminin bu kitabı dərin
elmi məzmununa və faktların dəqiqliyinə görə seçilir. Türkmən alimi Rə-
himməmməd Kürənov «Babur divanı»nı (Aşqabad, 2005) məhz Bilal Yücə-
lin kitabı əsasında hazırlamışdır. Biz bu iki kitabla yanaşı şairin Özbəkis-
tanda nəşr olunmuş «Seçilmiş əsərləri»ndən də (Daşkənd, 2008) faydalandıq.
Ədalət naminə demək lazımdır ki, Bilal Yücəlin kitabı baburşünaslıqda ən
mötəbər mənbədir.
Bilal Yücəl bütün nüsxələri tutuşdurmaqla Baburun divanında 122 qə-
zəl olduğunu ortaya çıxarmışdır ki, onlardan biri çarpaz qəzəldir. Şairin bu
anda elm aləminə 18 məsnəvisi, 216 rübaisi, 1 müəmması, 19 qitəsi, 15 tü-
Zəhirəddin Məhəmməd BABUR
12
yuğu, 79 mətləsi, 7 məsnu şeiri, 16 natamam qəzəli, 3 nəzmi, 16 müsərrə
beyti, 11 müfrədi, 4 kiçik mənsur parçası məlumdur. Divana daxil edilən bu
mənsur parçalar şairin başqa əsərlərindən alınmışdır. Bunlardan başqa, onun
farsca yazdığı 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur parça var. Be-
ləliklə, Baburun divanında 600-dən artıq əsər vardır. Biz Baburun «Seçilmiş
əsərləri» kitabına farsca yazıları daxil etmədik, türkcə şeirlərdən 56-sı başqa
şairlərə aid olan müəmmaları, 4 kiçik mənsur parçanı və bəzi beytləri çıx-
maqla 500-dən çox əsəri müasir dilimizə uyğunlaşdıraraq verdik. Əlavə ola-
raq, Baburun «Etiqadiyyə» risaləsini və şairin tərcümə etdiyi «Risaleyi-vali-
diyyə»ni də həmin kitaba saldıq.
Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik: əvvəla, di-
vanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar və di-
gər janrdakı əsərlər ərəb əlifbasına uyğun olaraq alfabetik ardıcıllıqla deyil,
gəlişigözəl düzülmüşdür, hətta çox zaman bir-birinə qarışmışdır.
Biz həmin kitabı hazırlayarkən orijinala imkan daxilində sədaqət gös-
tərdik, şeirlərin azərbaycanca yaxşı səslənməsi və rahat anlaşılması üçün
«köp» və «ana» tipli sözləri qafiyə kimi işləndikləri məqamlar xaricində as-
sosiasiya yaratmamaları üçün «çox» və «ona» şəklində verdik, bəzi yerlərdə
isə -ay, -əy tipli şəkilçiləri anlaşıldığı üçün olduğu kimi saxladıq. Qəzəl, qis-
mən də qəsidə, rübai və tüyuğlar bölməsində səhifə altında qəliz ərəb-fars
sözləri lüğətini yerləşdirdik, çünki mütaliəni yarımçıq kəsib bu və ya digər
sözün mənasını kitabın sonundakı lüğətdə axtarmağın nə qədər xoşagəlməz
iş olduğu hamımıza məlumdur. Hər ehtimala qarşı sonda böyük bir lüğət
verməyi də lazım bildik.
Baburun poeziyası mövzu baxımından çox əlvandır. Onun ən əsas
mövzusu, təbii ki, eşq və məhəbbət, həsrət və hicrandır. Lakin bununla ya-
naşı şairin bir çox lirik əsəri avtobioqrafik məzmun daşıyır. Burada hərbi
yürüşlərə, içki məclislərinə, dostlarına, məmurlarına və yaxın adamlarına,
zövcələrinə, özünün şəxsi qüsurlarına həsr etdiyi şeirlər də az deyil. Babu-
run şeirləri sanki tənha bir guşədə düşünülərək yazılmamış, söhbət əsnasın-
da, hamının yanında bədahətən söylənmişdir. Onlarda sonsuz bir sadəlik və
təbiilik müşahidə olunur.
Baburun şux və oynaq qəzəlləri, ictimai-fəlsəfi məzmunlu rübailəri,
tüyuğları, məsnəviləri, qitələri, mətlələri barədə «Seçilmiş əsərləri»nə yazdı-
ğımız ön sözdə geniş məlumat verilmiş, onlar müxtəlif ədəbi yönlərdən ye-
tərincə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:
Xəttin ara üzarın – səbzə içində lalə,
Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.