BABURNAMƏ
7
baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı
bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir.
Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Baburilər, Böyük
moğollar və ya Gürganilər dövləti adlandırılan imperiyanın sonrakı tarixi
haqqında da qısa məlumat vermək istəyirik. Baburdan sonra onun böyük
oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıxmış, lakin 1540-cı ildə qardaş-
ları ilə girişdiyi iqtidar mübarizəsində məğlub olaraq Səfəvilərə sığınmış,
yalnız 1555-ci ildə onların köməyi ilə Dehlini alaraq hökmdar olmuşdur.
Onun yerinə keçən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hin-
distan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iq-
tisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Səfəvilər, özbəklər və portuqaliya-
lılarla siyasi əlaqələr qurmuşdur. Onun oğlu Səlim Cahangir şah dönəmində
(1605-27) ingilislər Hindistana ayaq açmışlar. Cahan şahın hakimiyyəti illə-
rində (1628-58) ölkədə mədəniyyət, xüsusilə memarlıq sahəsində böyük
uğurlar qazanılmış, dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahal məq-
bərəsi tikilmişdir. Övrəngzib Aləmgir şah dövründə (1658-1707) imperiya
inkişaf etsə də, ondan sonra tənəzzül, daxili çəkişmə, taxt qovğaları və üs-
yanlar başlamışdır. Şahi-Aləm Bahadır şah (1707-12), Cahangir İskəndər
şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-
cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat şah və II Cahan şah qısa
müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakit-
lik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə
yenidən xaosa sürüklənmişdir. Əhməd Bahadır şah (1747-53), II Aləmgir
şah (1753-59) və III Aləm Şah (1759-1806) zamanı ingilislər çox fəallaşmış
və 1766-cı ildə imzalanan Allahabad müqaviləsi ilə ölkənin idarəsini öz
əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Bahadır şahın (1837-58)
hakimiyyəti formal xarakter daşımışdır. 1858-ci ildə Baburilər səltənətinə
son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə
Viktoriya Hindistanın kraliçəsi elan edilmişdir.
* * *
Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanması bir sıra amil-
lərlə bağlıdır. Hər şeydən əvvəl, ulu tanrının inayəti ilə hökmdara xas olan
bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə
uyğun olan ilahi mənşəli xarizmadır. Onun Çingiz xan və Əmir Teymur nəs-
linə mənsub olması türklərdə hökmdara bağlılıq duyğusu ilə birləşərək xalq-
da Babura, Baburda isə özünə sarsılmaz bir inam aşılamışdır. On yaşından
etibarən dövlət idarəçiliyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi
olması onun bütöv şəxsiyyət kimi yetişməsində, xarakterinin formalaşma-
sında mühüm rol oynamışdır. Buna fitrətdən sahib olduğu iti zəka, analitik
ağıl, parlaq istedad da əlavə edilincə, ortaya düha səviyyəsində mükəmməl
bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təh-
Zəhirəddin Məhəmməd BABUR
8
sil almağa vaxtı olmayan bir insanın elmin müxtəlif sahələrində bu qədər
dərin bilik qazana bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq ça-
lışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, dincəldiyi zaman
çadırında, arxayın vaxtlarda saraydakı kitabxanasında daima kitab oxumuş,
yazı yazmışdır. Özünün qeydlərinə görə, bir dəfə çadırında yazı yazmaqla
məşğul olarkən qəfildən gur yağmur yağmış və qopan fırtına çadırı sovur-
muş, onun əlyazmaları və kitabları islanmışdır. Babur sabaha qədər yatma-
yaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.
Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oy-
natmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memar-
lıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya,
coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə dərin bilik sahibi, eyni za-
manda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, mu-
siqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az
adama nəsib olmuşdur.
Polad iradəli Babur qorxu nə olduğunu bilməmiş, gözünü budaqdan
əsirgəməmiş, prinsiplərindən əsla vaz keçməmişdir. Düşmənin adı-sanı, hər-
bi qüdrəti qarşısında titrəməmiş, zəiflik göstərməmişdir. Mülkü, vilayətləri,
torpaqları bir neçə dəfə əlindən çıxsa da, onları geri qaytarmaq uğrunda
əzmlə mübarizə aparmışdır. Üstəlik, bütün savaşlarda komandan olmaqla
yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfələrlə yaralanmışdır. Bu hərə-
kət ordunu ruhlandırmış, onun şəxsiyyəti ətrafında bir əsrar haləsi yaratmış-
dır. Hətta bir yürüşdə şiddətli qar fırtınasına yaxalananda yaxındakı mağa-
raya sığınmaq barədə israrlı təklifləri qəbul etməmiş, hamı kimi çuxur qa-
zaraq qar altında gizlənmişdir. Səfərlərdə əsgərlərlə bərabər yemək yemiş,
bütün məhrumiyyət və məşəqqətlərə onlarla birlikdə qatlanmışdır.
Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevilməsinin bir səbə-
bi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sərkər-
dələrin və əsgərlərin adı ilə bağlamasıdır. Babur ətrafındakı insanların kön-
lünü fəth etməyi bacarmış, hər kəsin məziyyətlərini, xidmətlərini layiqincə
qiymətləndirmiş, bəzi silahdaşlarına şeirlər həsr etmiş, onları öymüşdür.
Babur ədalətli bir şah kimi haqsızlığa qarşı həmişə barışmaz olmuş,
yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını,
mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli
təbəənin bir küpə yağını zəbt etdiyi üçün öz əsgərini ölüncəyə qədər şallaq-
latmışdır. Baburun bu xasiyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əs-
gərləri də eyni aqibətə uğramışlar.
Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth et-
diyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri,
hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların bir qismini
şəxsən özü layihələndirmiş, memarların və mühəndislərin çalışmalarına da-