Zəhirəddin Məhəmməd BABUR
26
Çox cömərd və cömərd olduğu qədər da xoşxasiyyət idi; yaxşı təbiətli,
gözəl və şirindil bir adamdı. Cəsur və mərddi. Bir dəfə Axsi qapısında və bir
dəfə də Şahruxiyyə qapısında olmaq üzrə iki dəfə bütün igidlərdən
1
daha
yaxşı qılınc çaldı. Oxu orta dərəcədə atırdı. Yumruğu çox qüvvətli idi, onun
yumruğundan yıxılmayan yoxdu. Ölkəsini genişləndirmək ehtirası üzündən
bir çox sülh müqaviləsi savaşa, dostluqlar isə düşmənçiliyə çevrildi.
Əvvəllər çox içirdi. Sonralar yalnızca həftədə bir-iki dəfə məclis qur-
du. Xoşsöhbət bir adamdı, yerində və gözəl beytlər oxuyurdu. Sonralar daha
ziyadə məcun atmağa başlamışdı, məcun atanda özündən gedirdi. Zəngin ol-
maqla birlikdə təvazökardı. Həmişə nərd, bəzən də qumar oynayırdı.
Meydan müharibələri: üç meydan müharibəsi elədi. Birincisi [öz
qaynatası] Yunus xan ilə Əndicanın şimal (8 a) tərəfində və Seyhun çayı sa-
hilindəki Təkə-Səkritgü adlı yerdə elədiyi müharibədir. Bu çay dağ ətəyində
çox dardır, rəvayətə görə, buradan bir təkə atlamış və bu ad da bunun üçün
verilmişdir. Bu müharibədə yenildi və yaxalandı, ancaq Yunus xan yaxşılıq
edib onu buraxdı. Müharibə burada olduğu üçün Təkə-Səkritgü müharibəsi
bu vilayətdə bir tarix olmuşdur.
İkincisi Türküstanda, Araş (Urs) çayının sahilində Səmərqənd ətrafını
yağmalayan özbəklərlə elədiyi müharibədir. Araş çayını buz üzərindən ke-
çərək onları möhkəm əzişdirdi, əsirlərini və mallarını geri alıb hamısını sa-
hiblərinə qaytardı. Özü heç bir şeyə tamah salmadı.
Üçüncüsü isə [böyük qardaşı] Sultan Əhməd Mirzə ilə Şahruxiyyə və
Ura-Təpə arasındakı Xas adlı kənddə etdiyi və yenildiyi müharibədir.
Torpaqları: atası ona Fərqanə vilayətini vermişdi. Bir müddət Daş-
kənd və Sayram da onun əlində idi. Buraları ona böyük qardaşı Sultan Əh-
məd Mirzə vermişdi. Şahruxiyyəni də hiylə ilə alaraq bir müddət əlində sax-
ladı. Son zamanlarında Daşkənd və Şahruxiyyə əlindən çıxmışdı. Fərqanə
vilayəti, Xocənd və Ura-Təpə -əsil adı Usruşnadır, amma Usruş da deyirlər-
əlində idi. Xocəndi bəziləri Fərqanə (8 b) hesab etmir. Sultan Əhməd Mirzə
Daşkəndə moğol üzərinə qoşun çəkib Çir çayının sahilində məğlub olmuşdu
və Ura-Təpədə Hafiz [Məhəmməd] bəy Dulday vardı, buranı Ömər Şeyx
Mirzəyə verdi və o zamandan bəri Usruşna onun idarəsində idi.
UĢaqları: üç oğlu və beş qızı qalmışdı. Bütün oğullarının ən böyüyü
mən Zəhirəddin Məhəmməd Baburam. Anam Qutlu(ğ) Nigar xanımdır.
Digər bir oğlu, məndən iki yaş kiçık olan Cahangir Mirzədir, amma
onun anası moğolların tümən bəylərindən Fatma Sultan [ağa]dır.
Digər bir oğlu da məndən dörd yaş kiçık olan Nasir Mirzədir, anası
əndicanlı Ümid adlı bir cariyədir.
Qızlarının ən böyüyü mənim doğma bacım olan Xanzadə bəyimdir.
Məndən beş yaş böyükdür. Səmərqəndi ikinci dəfə aldığım zaman [=1501]
1
İgid: hökümdarın və ya bir bəyin yanında şəxsi tapşırıqlar məmuru; zabit.
BABURNAMƏ
27
Sərpüldə yenilməyimə baxmayaraq gəlib qalanı beş ay müdafiə elədim. An-
caq ətrafdakı padşah və bəylərdən heç bir kömək gəlmədiyi üçün çarəsiz qa-
lıb çıxdım. O fətrətdə Xanzadə bəyim Məhəmməd Şeybani xanın əlinə düş-
müşdü. Ondan Xürrəm şah adlı bir oğlu oldu. Yaxşı oğlan idi. Atası Mə-
həmməd Şeybani xan Bəlx vilayətini ona vermişdi. (9 a) Atası öldükdən bir-
iki il sonra o da Allahın rəhmətinə qovuşdu. Şah İsmayıl özbəkləri Mərvdə
yenəndə Xanzadə bəyim də oradaydı. Mənim sayəmdə xoş rəftar edib gön-
dərdilər və Qunduzda gəlib mənə qoşuldu. Bir-birimizi görməyəli on il ol-
muşdu. Onları görməyə mən və Məhəmməd Göyəldaş getdik. [Xanzadə] bə-
yim və yanındakılar məni tanımadılar, ancaq adımı söylədikdən sonra tanıya
bildilər. Ömər Şeyx Mirzənin qızlarının ikincisi Nasir Mirzənin doğma ba-
cısı və məndən iki yaş böyük olan Mehribanu bəyimdir.
Şəhribanu bəyim də Nasir Mirzənin doğma bacısıdır və məndən sək-
kiz yaş kiçıkdir. Digər bir qızı Yadigar Sultan bəyimdi, onun anası Ağa Sul-
tan adlı bir cariyədir. Digəri isə Qaragöz bəyim deyilən Ruqiyyə Sultan bə-
yimdir, onun anası Məxdumə Sultan bəyimdir. Hər ikisi Mirzənin ölümün-
dən sonra dünyaya gəlmişlər. Yadigar Sultan bəyimi nənəm İsən Dövlət bə-
yim böyütmüşdü. Şeybani xan Əndican və Axsini alanda Yadigar Sultan bə-
yim Həmzə Sultanın Əbdüllətif Sultan adlı oğlunun əlinə düşmüşdü. Mən
Həmzə Sultan komandanlığındakı sultanları Xutlan vilayətində yenərək Hi-
sarı alanda [=1511/12] mənə qoşuldu. Fətrət dövründə isə Ruqiyyə Sultan
bəyim Canibəy Sultanın əlinə düşdü. (9 b) Bir-iki oğlu oldu, amma yaşama-
dılar. İndi özünün isə Allahın rəhmətinə qovuşduğu xəbəri gəldi.
Qadınları və cariyələri: Qutlu Nigar xanım Yunus xanın ikinci qızı
və Sultan Mahmud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan
isə Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslindəndir: Yunus xan, Veys
xan, Şirəli Oğlan, Məhəmməd xan, Xızır Xoca xan, Tuğlu Teymur xan, İsən
Buğa xan, Duva xan, Baraq xan, Yisün Təvə, Mötügən, Çağatay xan, Çingiz
xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək.
ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT
Yunus xan və İsən Buğa xan Veys xanın oğulları idi. Yunus xanın
anası Türküstanlı qıpçaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx
Nurəddin bəyin qızı və ya nəvəsidir. Veys xanın ölümündən sonra moğol
ulusu bir qismi Yunus xan, əksəriyyəti İsən Buğa xan tərəfində olmaq üzrə
ikiyə ayrıldı.
Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir-
zə Yunus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb-
lə barin tüməninin bəylərindən İrzen və Çıras (Hırmas) (10 a) tüməninin
bəylərindən Mirək Türkmən üç-dörd min ailəlik moğol ulusuyla birlikdə