ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

___________________Milli Kitabxana__________________
FÜZULİ - SABİR
Gözəlliyə, gözələ könlüü bağlayanda,
Füzuli "Heyrət!" - dedi.
Millətinin halına güləndə, ağlayanda,
Sabirim "'Qeyrət!" - dedi
Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,
Bu ölümlü dünyada bir ölməzlik tapdılar!
Hər biri bu həyatda həyat qədər qalası,
Azərbaycan şerinin
Biri heyrət qalası!
Biri qeyrət qalası!
AŞIQ ƏLƏSGƏRƏ
Könlümdə yaşadıb könül varımı,
Sazımı eşqinlə çalmışam, ustad!
Aylarla oxuyub qoşmalarını,
İllərlə xəyala dalmışam, ustad!
Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qaça bilmirəm.
Bağlama demisən, bircə bəndinə
Bir ömür qoymuşam, aça, bilmirəm.
Ürəyin yanğısı tellərə düşüb,
Cinas ilmələnib, təcnis toxunub.
Yazıya düşməmiş dillərə düşüb,
Ellərin dilində əzbər oxunub.
Sən elə qatmısan balı qaymağa,
Dadan ləzzətindən doymur, ay ustad!
Sözün şöhrətini elə, oymağa
Hamı sənin kimi yaymır, ay ustad!
Baxdım yaratdığın misraya, bəndə,
Nə memar işidir, nə zərgər, dedim.
Dilim söz tutanda, ağlım kəsəndə
Ələsgər çağırdım, Ələsgər dedim!


___________________Milli Kitabxana__________________
CAVİD ƏFƏNDİ
Bu nə şadlıq, bu nə bayram, bu nə görüş, bu nə həsrət
Görüşümüz uzun çəkdi, gec oldu, Cavid Əfəndi!
Dillər yandı, tellər susdu, güllər soldu, bellər sındı
Ayrılığın bu millətə güc oldu, Cavid Əfəndi!
Nə təhqirdən, nə zəncirdən, nə kəndirdən aman yoxdu
Allahsızda Allah yoxdu, imansızda iman yoxdu.
Kim getdisə, dedilər ki, qayıtmağa güman yoxdu,
Gör nə qədər günah oldu, suç oldu, Cavid Əfəndi!
Qələm qırdı, barmaq kəsdi, bilək sıxdı, qol bağladı,
Haqq deyənin qarşısında çəpər çəkdi, yol bağladı.
Qan üstündə bir taxt qurdu, zülmə, zora bel bağladı,
Səni yıxan imperiya heç oldu, Cavid Əfəndi!
Sənət üçün qorxu deyil buz baxışlar, buz nəfəslər,
Sənət üçün qorxu deyil qanlı əllər, dar qəfəslər.
Hardan bilsin, nədən bilsin ağlı topal olan kəslər?
"Topal Teymur" səhnəmizdo tac oldu, Cavid Əfəndi!
Yandı ürək, coşdu könül, düşündü baş, yaratdı əl,
Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl.
Nurun Günəş, qəlbin atəş, gözün ocaq, sözün məşəl,
Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!
İnam səndə, şərəf səndə, dözüm səndə, səbir səndə,
Sən qürbətdə, sən Sibirdə, qürbət səndə, Sibir səndə.
Qırx illik bir yoldan gəldi, quşa döndü qəbir səndə,
Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi!
Nə yandıran, nə dağıdan, nə də ki uçuran qaldı,
Yaddaşlarda yaşa döndü, yazan qaldı, quran qaldı,
Bir nəsildən sağ-salamat ancaq bircə Turan qaldı,
Neçə-neçə xoş arzular puç oldu, Cavid Əfəndi!


___________________Milli Kitabxana__________________
Qarşıda qarlı aşırım, arxada uçurum, dərə,
Tutdu böhtan yağışına, atdı oda, satdı şərə.
"İblis"ə min lənət deyib, üz tutsan da "peyğəmbər"ə
Fələk səndən zaman-zaman öc aldu, Cavid Əfəndi!
Ulu qüdrət olan yerdə yoxdu yeri dərd-azarın,
İşığına yığışmışıq bir türbədə üç məzarın.
Sən Allahın dostusanmış, son nəfəsin, son güzarın,
Vətən adlı Məkkə oldu, Hac oldu, Cavid Əfəndi!
Çaxnaşmalar caynağında neçə qış getdi, yaz gəldi,
İliyini şaxta vurdu, sümüyünə ayaz gəldi.
Ərtoğrulun harayına Cavidlə Müşginaz gəldi,
Bu yerdə bir məzar vardı, üç oldu, Cavid Əfəndi!
KİŞİ
Məhəmməd Əmin Rəsulzadənin
məzarı başında düşüncələr
Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.


___________________Milli Kitabxana__________________
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi?
Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar quran düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!" – deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz, xalqın kökü dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində.
Aylar, illər keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, Əmin kişi!
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
Ankara, 1991
ƏLƏSGƏR OCAĞINDA
OXUNAN NƏGMƏLƏR
I
Ən müqəddəs bir istəyə can verib,
Sazın, sözün ocağına gəlmişəm.
Bir anadı, qollarını gen açıb,
Bala kimi qucağına gəlmişəm.


___________________Milli Kitabxana__________________
Könül verdim bir günəşli səhərə,
Dan atmamış hazırlaşdım səfərə.
Neçə gündü vida deyib şəhərə,
Bir ustadın oylağına gəlmişəm.
Belə həvəs görməmişəm yaşımda,
Çiçək açıb torpağım da, daşım da.
"Göyçəgülü" havası var başımda,
O havanın sorağına gəlmişəm.
Söz bəzədi sarayını, taxtını,
Söz güldürdü taleyini, baxtını.
Görəmmədim Ələsgərli vaxtını,
Bu vaxtına, bu çağına gəlmişəm.
Qovrulmuşam harayında, ünündə,
Olmamışam ən gərəkli günündə.
Dayanmışam bir məzarın önündə,
Səcdə üçün ayağına gəlmişəm.
Havasında zil olmağa dəyərmiş,
Bağçasında gül olmağa dəyərmiş,
Atəşində kül olmağa dəyərmiş,
Pərvanəyəm, çırağına gəlmişəm.
Gənclik eşqi həvəsimi bol verib,
Uçmaq üçün qanad vürib, qol verib.
Qarlı dağlar sinəsindən yol verib,
Qədim Göyçə torpağına gəlmişəm.
II
Unudulmaz el bəzəyi, el oğlu,
Hər gün onu saz dinlədi, saz andı.
Yaratdığı gəraylıda, qoşmada,
Yüz il, min il şair ömrü uzandı.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə