ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Alovlanan, çıraqlanan,
Hay deyəndə yaraqlanan,
Kitab kimi varaqlanan
Əslimizi, soyumuzu
Bizə haram elədilər!
Qaçaq Kərəm!
Sən düşdüyün Soyuqbulaq yaylağına
İndi gəlib yağı düşüb.
Düşmən vurub qılıncını, qolumuzun sağı düşüb.
Nənələrin dillərinə
Təzə-təzə layla düşüb, təzə-təzə ağı düşüb!
Gözəldərə yaylağına Tovuz eli çıxmır daha!
Biz dağlara çox baxırıq, dağlar bizə baxmır daha!
Dürlü bulağın başına Bozalğanlı getmir daha,
Qara-qara qayaların ətəyində
Qara sazlar ötmür daha!
Fikir-xəyal qanadlanıb Topaşandan aşmır daha,
Nisgilimiz aşıb-daşır, sevincimiz daşmır daha!
Toğlucalı cığal Həsən! Toğluca son görən deyil,
İnnən belə o dağlardan əsən yellər
Azərbaycan qızlarının saçlarını hörən deyil!
Sən Göyçənin loğmanıydın, Hacı Nağı,
Sən dərdlərin dərmanıydın, Hacı Nağı!
Ağrıların yarasıydın,
Yaraların məlhəmiydin, könüllərin həmdəmiydin.
Min bir dərdə olac olub, min bir dərman tapasıydın.
Sınıq əli, sınıq qolu, sınıq könlü yapasıydın!
Hacı Nağı... Hacı Nağı...
Sağalası deyil daha sinəmizin Göyçə dağı!
Ulu loğman yerdən qalxa, məzarından baş qaldıra,
"Zülmün ağır zəncirini gözdən axan yaş qaldıra".
*
Unudula, yaddan çıxa bütün dərdlər, bütün qəmlər,
Yadımızdan çıxan deyil gördüyümüz bu sitəmlər!
Misra Rəsul Rzanındı


___________________Milli Kitabxana__________________
Göyçə, səndən ayrı düşdüm,
"Mənim səndə nəyim qaldı?!"
Qayaların qucağında
Səsim qaldı, küyüm qaldı.
Yazı, yayı qarlı, buzlu,
Hər neməti dadlı, duzlu,
Gül-çiçəkli, ay-ulduzlu
Yerim qaldı, göyüm qaldı.
Qara geysin bəduğuru,
Oddan, sudan çıxdı quru.
Nə gözümdə həyat nuru,
Nə dizimdə heyim qaldı.
Gərək daş olasan ki, duymayasan həsrəti,
Gərək kar olasan ki,
Eşidə bilməyəsən yer titrədən dəhşəti.
Gərək kor olasan ki,
Görməyəsən gözünə dolan acı tüstünü,
Gərək dağ olasan ki,
Dayanasan yerində sel kəsəndə üstünü.
Soruşma kiməm, nəçiyəm,
Dərdli sözündən tanınar.
Xəbər verər baxışları,
Yetim gözündən tanınar.
Sinəsini oxlar deşən,
Qürbət eldə bağrı bişən,
Torpağından ayrı düşən,
Solan üzündən tanınar.
Hey yandırar gözümü yaş,
Gözümdə yaş, başımda daş.
Közərirəm yavaş-yavaş,
Ocaq közündən tanınar.


___________________Milli Kitabxana__________________
Hansı ocağın közüyəm,
Hansı nəğmənin sözüyəm,
Hansı bulağın gözüyəm,
Mən bilmirəm, ellər desin!
Oldum zədən-zədən, yandım!
Külə döndü bədən, yandım!
Niyə yandım, nədən yandım!
Qoy yanıqlı tellər desin!
Göydən zülüm yağa-yağa,
Keçdim sola, qaçdım sağa.
Niyə düşdüm dağdan-dağa?
Məcnun gəzən çöllər desin!
CİLLİ AŞIQ MÜSEYİB
Cilli Aşıq Müseyib!
Sənin sazın dil açıb Cildən oxumaz daha,
Bəmdə dinər, danışar, zildən oxumaz daha!
Bülbül kimi ötərdin, dilliydin, dilsiz oldun,
Köç-köç oldu barxanan, elliydin, elsiz oldun.
Coşub-daşan bir eşqin seli dağlarda qaldı,
Çaldığın havaların gülü dağlarda qaldı.
Hanı o qumrovlu səs, hanı o şirin avaz,
Telləri kökləməyə nə güc qalıb, nə həvəs.
Dindi Aşıq Müseyib, dindi, amma nə dindi,
Neçə əsr dil açdı, neçə qərinə dindi.
Danış deyirsən, oğul,
Pozdular pərənimi, elimdən nə danışım?
Nə danışsam ağırdı,
Nə danışsam ölümdü, ölümdən nə danışım?
İçim məni yandırır,
Görən yoxdu tüstümü, çölümdən nə danışım?
Heç yadımdan çıxarmı


___________________Milli Kitabxana__________________
Evimdən, eşiyimdən son dəfə çıxdığım gün,
Göz açdığım torpağa son dəfə baxdığım gün!
Boylananda dağlara kimlər yadıma düşdü,
Neçə bəxti, taleyi kəmlər yadıma düşdü!
Qayalar titrədərdi Aşıq Əsədin səsi,
Qulaqlardan gedərmi Nəcəfin zənguləsi!
Yeddi dildə danışan Mirzə Bəylər varıydı,
Neçə qılınc oynadan ər oğlu ər varıydı.
Yatır Miskin Abdalım, Məmmədsöyün oyanmaz,
Bu ağrıya hər ürək tab gətirib dayanmaz!
Ucuz ölüm olmadı, ölüb orda qalaydım,
Payımı, qismətimi bölüb orda qalaydım.
O yerdə qazılmasa od tutar qəbrim yanar,
Dözməyi bacarmaram, dözümüm, səbrim yanar!
Uşaqlıq orda qaldı, cavanlıq orda qaldı,
Ömrə, günə, həyata heyranlıq orda qaldı!
Hardan-hara gətirdim gərəksiz qocalığı,
Qalıb ancaq ömrümün beş-on günlük qalığı!
Ha çağırdım oyanmadı,
Qalxan bəxtim yatan oldu.
Tale qoydu sapandına,
Eldən-elə atan oldu.
Tapılarmı itən səsim,
Hər diyara yetən səsim.
Qumru kimi ötən səsim
Birdən-birə batan oldu.
Sənətin xan aşığıydım,
İşıqlı dan aşığıydım.
Mən gündoğan aşığıydım,
Qismətim günbatan oldu.
Get mənsiz o dağların
Sağalmaz dağına bax!
Qışda qışlağını gör,
Yayda yaylağına bax!


___________________Milli Kitabxana__________________
Üstümə gün doğardı,
Bəxtimə nur yağardı.
Bir gecədə ağardı
Saçımın ağına bax!
Gəl qaçqının yanına,
Qorxu hopub canına.
Saralmış bostanına,
Üzülmüş tağına bax!
Eşqini çəkib zilə,
Dərdini salıb zilə.
Qəribin gilə-gilə
Əriyən yağına bax!
Üzü gülməz baxtımın,
Yazı gəlməz vaxtımın.
Şahlığımın, taxtımın
Çevrilən çağına bax!
Tez-tez gözlərin dolur, əl atırsan yaylığa,
Qoca dünya çox belə getməz, Aşıq Müseyib!
Yenə bülbüllər gələr, öz yerinə, yurduna,
Bayquşlar başa kimi ötməz, Aşıq Müseyib!
Az özünü darıxdır, az qəlbini əz daha,
Sazla gəzdiyin yeri xəyalınla gəz daha.
Yüz fikir bircə borcu ödəyə bilməz daha,
Bu elə nisgildi ki, bitməz, Aşıq Müseyib!
Avazdan mayalanıb, nəfəsdən mehrlənib,
Sənətin qüdrətiylə könüllər sehrlənib.
Ələsgərlə, Alıyla bərkiyib, möhürlənib,
İzimiz o torpaqdan itməz, Aşıq Müseyib!
Dahi Füzuli kimi neçə bəxti kəm olsa,
Qurbani, Abbas, Kərəm, bir məclisə cəm olsa,


___________________Milli Kitabxana__________________
Göydə süzən quşların lələyi qələm olsa,
Bu dərdi yazmaq üçün yetməz, Aşıq Müseyib!
Göyçə dərdi - heç vaxt yaddan çıxmayan,
Zaman-zaman qarşımıza çıxan dərd!
Qəlbimizi kaman kimi inlədən,
Ruhumuzu bir yay kimi sıxan dərd!
Qaranəfəs qasırğanı andıran,
Bizə çox-çox mətləbləri qandıran,
Üzümüzü şillə kimi yandıran,
Başımızda şimşək kimi çaxan dərd!
Bir mahalı bir gecədə kürüdən,
Ömrümüzü gilə-gilə əridən,
Oğulları ağac kimi çürüdən,
Kişiləri qaya kimi yıxan dərd!
Kül içində his bağlamış kömürdü,
Yağış döyən, sel aparan ömürdü.
Daşqın oldu, bizi yıxdı, yömürdü,
Çaylar kimi üstümüzə axan dərd!
Zaman bizlə nəs gətirdi, nəsdi, nəs,
Haqq bilir ki, haqqın səsi səsdi, səs!
Min illərin sonrasına bəsdi, bəs,
Min illərin əvvəlindən baxan dərd!


___________________Milli Kitabxana__________________
MÜNDƏRİCAT
ŞEİRLƏR
Mənim bircə dinim var, dinimin adı sevgi
Mənim bircə dinim var, dinimin adı sevgi…………….......................................7
Dünyanın nə gözəl vaxtı görüşdük……………………………………………..9
Könlüm………………………………………………………………………….9
Dəyməyin……………………………………………………………………...10
Düşüb………………………………………………………………………….11
Bəs nədir………………………………………………………………………12
Gözlərin………………………………………………………………………..12
Qalardım……………………………………………………………………….13
Gözəllər………………………………………………………………………..14
Toy günüdür…………………………………………………………………...14
Gözləyirəm…………………………………………………………………….15
İtirərsən, tapammazsan………………………………………………………...16
Gəlin…………………………………………………………………………...16
Allah, gözlərə bax……………………………………………………………..17
Mən onda bildim………………………………………………………………18
Gözəl dünya, gözəllərin var olsun……………………………………………..19
Arzu……………………………………………………………………………20
Bacarmalısan…………………………………………………………………..21
Çatasıyam……………………………………………………………………...21
Sevgi…………………………………………………………………………22
Çin qızı, Çin gözəli……………………………………………………………22
Küsmə məndən………………………………………………………………...24
İstanbul qızı……………………………………………………………………25
Ay Kərəm……………………………………………………………………...26
Bu yaşıl ağacın altı bizimdi……………………………………………………27
Dedilər, məclisdə bədnəzər olar……………………………………………….28
Gözəldi………………………………………………………………………...29
Səni sevmək üçün gəldim dünyaya……………………………………………29
Sevərmiş……………………………………………………………………….30
Dəli olmağıma bir addım qalıb………………………………………………..31


___________________Milli Kitabxana__________________
Bu axşamı sən gətirdin………………………………………………………...32
Bu qız niyə havalanıb görəsən…………………………………………….......33
"Sarıtel" oxuyan qaratel gözəl…………………………………………………34
Bircə məni xatırla……………………………………………………………...35
Qayıdaq əvvəlki xatirələrə…………………………………………………….36
Gəlmişəm, qoynunda sığınacaq ver…………………………………………...37
Gedirəm bir qəlbi sevindirməyə………………………………………………33
Ürəyim köksümü yarıb çıxardı………………………………………………..39
Sən gəlməmişdin………………………………………………………………39
Döymək olmur pəncərəni……………………………………………………...40
Bu qız gəlin olmağa hazırlaşır deyəsən…………………………......................41
Söhbət baxışlarm, söz əllərindi………………………………………………..42
Biz niyə sevməyək bir-birimizi………………………………………………..43
Allah səni pənahında saxlasın…………………………………………………44
Xətrinə dəymə…………………………………………………………………45
Şairin sözünə yalandır demə…………………………………………………..45
Kərəm yalan oldu, mən gerçək oldum………………………………………...46
Mən sənin qəlbinə necə yol tapım…………………………………………….47
Mənim bu kölgədə bir xatirəm var……………………………………………48
Sevgi yağışlarına tutacağam dünyanı………………………………………….49
İlahi, min şükür yaratdığına…………………………………………………...50
Gözlərimi özün qapa…………………………………………………………..51
Sevgi adlı şaha qurban ………………………………………………………...52
Gəlmişəm mən sənin ziyarətinə……………………………………………….52
Mənə xoşgəldin de, əlvida demə……………………………………………...53
Sevmə məni, sən Allahı sevərsən……………………………………………...54
Bir gözəl öldürdü məni………………………………………………………..55
Çəkər…………………………………………………………………………..55
Nifrətə çevirmə məhəbbətimi………………………………………………….56
Böyük sevgilər………………………………………………………………...57
Könlüm………………………………………………………………………...57
Mən getdim, məni gözləmə……………………………………………………58
Gəl, sənə şeir oxuyum…………………………………………………………59
Sevənlər həmişə möhtərəm olur……………………………………………….60
Allahdan qorxmasaydım………………………………………………………61
Mənə dünya bağışla…………………………………………………………...62
Göylərə varan mənəm…………………………………………………………62
Çəmən olsan, çiçəyini dərərdim……………………………………………….63


___________________Milli Kitabxana__________________
Gözümə az dəyir qarapapaqlar
Vətən…………………………………………………………………………..64
Gözümə az dəyir qarapapaqlar………………………………………………..64
Yaşa……………………………………………………………………………66
Qəriblər………………………………………………………………………..67
Bu qatarla mən gedəsi olmadım……………………………………………….70
Görüş………………………………………………………………………….70
Çəkə-çəkə……………………………………………………………………...71
Qoruya bilmədik məzarınızı…………………………………………………...72
Borçalı deyilən………………………………………………………………...74
Kərkük…………………………………………………………………………76
Dərdin dastanı…………………………………………………………………78
Qalasıyam……………………………………………………………………...80
Dözmürəm bu dağın yıxılmağına……………………………………………..80
Necə barışdırım küsənləri mən………………………………………………..81
Səndən dili bilən olmaz………………………………………………………..83
Günahlar yuyulmaz göz yaşlarıyla…………………………………………….84
Qəbirqazan…………………………………………………………………….85
Düz gəlib, düz gedən adam……………………………………………………86
Layla, Xocalım, layla………………………………………………………….87
Bu gecə yuxuma girmişdi Şuşa………………………………………………..89
Kəlbəcərdən gələn qarı………………………………………………………..90
Dünya, dərdin çəkiləsi dərd deyil……………………………………………..93
Torpaq kimi……………………………………………………………………94
Dünya………………………………………………………………………….95
Təbrizdən ayrılanda…………………………………………………………...96
İlahi……………………………………………………………………………97
Bakıdan gəlmişəm, Şəhriyar babam…………………………………………...98
İtki-qazanc……………………………………………………………………100
Xocalım, ay Xocalım………………………………………………………...101
Dərd…………………………………………………………………………..103
Canımız………………………………………………………………………104
Günahsız gəlirik……………………………………………………………...104
Bazar yolu……………………………………………………………………105
Könülsüz dərviş………………………………………………………………105
Narazı………………………………………………………………………...106


___________________Milli Kitabxana__________________
İtirdiyim "dost"a ərməğan……………………………………………………106
Suç mənim……………………………………………………………………107
Vaxtsız döymə qapımı……………………………………………………….108
Haqlısan şairdən gileylənməyə………………………………………………109
Ağdam Qarabağın toy otağıydı………………………………………………110
Olmaz………………………………………………………………………...112
Gecikmiş etiraf……………………………………………………………….114
Ya rəbbim, ürəkdə nələr var imiş…………………………………………….115
İlk andımız, son andımız Turandı…………………………………………....118
Divar və çay………………………………………………………………….119
Torpaq yanğısı………………………………………………………………..120
Yeldağı haqqı………………………………………………………………...123
Mənim Borçalıda qalan illərim……………………………………………....125
Zarafat eləmə………………………………………………………………....126
Gətirəcəksən……………………………………………………………….....128
Kimdi səni bu qapıdan buraxan……………………………………………...129
Mərdimiz-dərdimiz…………………………………………………………..130
Ağrı…………………………………………………………………………..131
Sən allah, dilinə qeybət gətirmə……………………………………………...132
Füzuli heyrəti, Sabir qeyrəti
Nizami dünyası………………………………………………………………134
Yunus İmrəyə………………………………………………………………...135
Dünyanın yaxşı şeri…………………………………………………………..136
Şeyxim mənim, şahım mənim, şairim mənim………………………………..137
Məhəmməd Füzuliyə…………………………………………………………139
Görüş-ayrılıq…………………………………………………………………140
Füzuli-Sabir…………………………………………………………………..142
Aşıq Ələsgərə………………………………………………………………...142
Cavid Əfəndi…………………………………………………………………143
Kişi…………………………………………………………………………...144
Ələsgər ocağında oxunan nəğmələr………………………………………….145
Sənə bağlı xatirələr…………………………………………………………...148
Kəlbəcərdə oxunan nəğmələr………………………………………………...150


___________________Milli Kitabxana__________________
Hüseyn Arif haqqında xatirə şeirləri…………………………………………154
Məmməd Araz işığı…………………………………………………………..158
Məmməd Araz var…………………………………………………………...160
Xəlil Rzaya ağı………………………………………………………………162
Serimiz……………………………………………………………………….166
Pir kimi baxdım………………………………………………………………167
Şairlik………………………………………………………………………..168
Mən hardan bilərdim şairlik nədir……………………………………………170
Mən sözün anası……………………………………………………………...171
Şair qələmiylə işin olmasın…………………………………………………..171
Dadaloğluna………………………………………………………………….173
"Bəhmən Vətənoğluna məktublar" silsiləsindən…………………………......174
Nə təmiz yaradıb…………………………………………………………….175
Kimdi………………………………………………………………………...176
Aşıq Kamandara……………………………………………………………...177
Məmməd Aslana……………………………………………………………..178
Habil………………………………………………………………………….179
Öldürür…………………………………………………………………….....179
Gətirə…………………………………………………………………………180
Qan damlatsan, can bitər……………………………………………………..181
Haqqı axtara-axtara…………………………………………………………..182
Kim nə bilərdi………………………………………………………………..184
Gənc şairə…………………………………………………………………….185
Allah və şair………………………………………………………………….185
Günay Zəlimxanqızına………………………………………………………186
Duyğular... Düşüncələr...
Bethoven torpağında dost sazı dillənirdi……………………………………..187
Atatürk köşkündə keçən günlərim…………………………………………...192
Gəlmişəm…………………………………………………………………….194
Yol…………………………………………………………………………..195
Get…………………………………………………………………………….196
Görə bilirsənsə……………………………………………………………….197
Mən zamanı zamanında yaşadım…………………………………………….198


___________________Milli Kitabxana__________________
Göllər bəxtəvər olub………………………………………………………….193
Yoxdu bu dərdin dərmanı……………………………………………………199
Mələklər belə yaşayır………………………………………………………...200
Yalan şeydir əbədiyyət……………………………………………………….200
Ölüm məndən vaz keçdi……………………………………………………..201
Hünəri çatmaz………………………………………………………………..202
Allah deyə-deyə böyüyür insan……………………………………………....202
Yetimlik……………………………………………………………………..203
Cenevrə düşüncələri…………………………………………………………205
Gözəllik duyulan yerdə………………………………………………………206
Çiçəkli yer……………………………………………………………………207
Göylərə çağırış var…………………………………………………………...208
Xəbərim yox özümdən……………………………………………………….208
Gözəllik dəlisi………………………………………………………………..209
Bu ağacın bar gətirən vaxtıdı………………………………………………...209
Baş götürüb əlli beşə gedirəm……………………………………………….210
Tökülər……………………………………………………………………….211
Torpaq ətri……………………………………………………………………211
Mən ürəyi ürək kimi saxlamadım……………………………………………212
Gəl, şəklini çəkim, dünya……………………………………………………213
Haqdan nemət istədim……………………………………………………….215
Haqqı dinləmək gözəl………………………………………………………..215
Qoy yatım, yuxudan qaldırma məni…………………………………………216
Allaha yaxınlıq……………………………………………………………….216
İki qapı……………………………………………………………………….217
Ayıq saxlayan olsun………………………………………………………….218
Mən nəyinə lazımam…………………………………………………………218
Qardaş kimi…………………………………………………………………..219
Can deyir, can eşidir………………………………………………………….220
Özün yazdın hər qisməti……………………………………………………..221
Öldürür……………………………………………………………………….221
Rahat ölüm…………………………………………………………………...222
Düdü………………………………………………………………………….222
Həyəcan………………………………………………………………………223
Sən demə……………………………………………………………………..223
Ağaca çiçək ver, çiçəyə bar ver……………………………………………...224


___________________Milli Kitabxana__________________
Vaxtsız ayrılmasın durna qatardan…………………………………………...225
Qəbrə apardığım sirr…………………………………………………………225
Oxuya bilmədim axıra qədər…………………………………………………226
Qoşa sətirlər………………………………………………………………….227
POEMALAR
Borçalıda qalan izlər…………………………………………………………237
Göyçə dərdi…………………………………………………………………..252


___________________Milli Kitabxana__________________
Buraxılışa məsul:
Əziz Güləliyev
Nəşriyyat redaktoru:
Əlişirin Şükürlü
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Rəvan Mürsəlov
Korrektorlar:
Cəmilə Məcidova
Elsevər Muradov
Yığılmağa verilmişdir 27.04.06. Çapa imzalanmışdır 24.05.06.
Formatı 60x90
1
/
16
. Fiziki çap vərəqi 18. Ofset çap üsulu,
Tiraj 25000. Sifariş 65.
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə