ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Biryolluq "sağ olun" - deyib getmədi,
Dünyanı sevincə bələdi, getdi.
Bir qismət çörəyi yeyib getmədi,
Çoxunu çörəkli elədi, getdi!
Dildə tükənməyən sözü, söhbəti,
Eldə naxışları, izləri qaldı.
Çəkilməz olsa da şair həsrəti,
Təsəlli, yadigar sözləri qaldı!
Arzular, diləklər döndü bir neyə,
Ölüm ürəklərin eşqini qırdı.
"Vurğunu dağlara çağıraq" - deyə
Başkeçid görüşə hazırlaşırdı!
Danışım hansını, deyim hansını,
Dünyada dünyalar tapardı Vurğun!
Bəlkə də, "Borçalı" poemasını
Qəlbində torpağa apardı Vurğun!
SON SÖZ
Vurğun deyib saf duyğular göz açar,
O, tarixdən, tarix ondan söz açar.
Yaddaşlara cığır salar, iz açar,
Borçalıda qalan izlər pozulmaz!
Qarlı qışın sərt tufanı qopsa da,
Dəli şimşək sal qayam çapsa da,
Yağış olub göylər yerə hopsa da,
Borçalıda qalan izlər pozulmaz!
Belə görüş, belə söhbət, belə saz,
Hər torpağın qismətinə yazılmaz.
Vurğun olub Borçalının vurğunu,
Borçalıda qalan izlər pozulmaz!!!


___________________Milli Kitabxana__________________
GÖYÇƏ DƏRDİ
Göyçə dərdi göyüm-göyüm göynəyən,
Sızım-sızım sızıldayan yaramdı.
İnnən belə kirpik çalmaz gözlərim,
Bundan sonra yuxu mənə haramdı!
Göyçə dərdi döndü coşqun sellərə,
Bilən bilir, kim axıtdı, kim axdı.
Hey fikirləş, sonu yoxdu bu dərdin,
Zaman-zaman çözələnən yumaqdı!
Göyçə dərdi talan olan varımız,
İlxı yoxdu, sürü yoxdu, naxır yox!
Bu torpağın yaddaşında, yadında,
Bizdən ötrü əvvəl vardı, axır yox!
Göyçə dərdi Aşıq Abbas dərdidi,
"Yaylaq yeri çəmən olmuş, ay olmuş.
İnnən belə mən sağlığı neylərəm,
Yar ləbini əmən olmuş, ay olmuş!"
Göyçə dərdi köç-köç olan bir elin
Yerə-göyə sığışmayan harayı.
Neçə qəlbin daşa dəyən arzusu,
Neçə ömrün dağıdılan sarayı!
Göyçə dərdi dilimizin ağısı,
Ölən aşıq, sınan pərdə, susan saz.
Göyçə desəm, göz yaşımın önündə
Dağlar belə bənd almağı bacarmaz!
Göyçə dərdi bu dərdlərin yanında
Qalan dərdlər yalan oldu, ay haray!
"Göyçəgülü" havasına od düşüb,
Xallar, güllər talan oldu, ay haray!


___________________Milli Kitabxana__________________
GÖYÇƏM-GÖYÇƏYİM LAYLA
Qızılı əlimizdən külçə-külçə aldılar,
Torpağı elimizdən ölçə-ölçə aldılar.
Kəhrizimiz soğuldu, bulağımız qurudu,
Qurtum-qurtum içdilər, dolça-dolça aldılar.
Göyçəm-göyçəyim layla,
Solan çiçəyim layla.
Ah çəkən ağsaqqalım,
Qarabirçəyim layla!
Gözü qanlı cəllada bax,
Qan tökər, silah götürər.
Anaların fəryadından
Yer üzünü ah götürər.
İstəyirsən, başını əz,
İstəyirsən, dilini kəs.
Günahkar geri çəkilməz,
Gündə min günah götürər.
Yağar gözdən gur yağışlar,
Qanla dolanda baxışlar.
Bunu nə bəndə bağışlar,
Nə göydə Allah götürər.
Allah götürərdimi dünyanın düz vaxtında,
Göy yaylağın başında, ucalığın taxtında,
"Çıx" - deyənin əlindən qulağımız dəng ola!?
Dağda, daşda, qayada millət pələsəng ola!?
Allah götürərdimi
İnsan isti yuvasız, doğma beşiksiz qala!?
Nəyi var əldən çrxa, evsiz-eşiksiz qala!?
Günahsız körpələrin boynu bükülü qala!?
Alışan ocaqların yerində külü qala!?


___________________Milli Kitabxana__________________
Ət dırnaqdan ayrıla,
Kök budaqdan ayrıla.
Külü göyə sovrula,
Köz ocaqdan ayrıla!
Ağacını sulayıb, torpağını əkdiyin,
İstəkli bala kimi qayğısını çəkdiyin,
Kərpicini, daşını göz bəbəyi sandığın,
Bir gündə min-bir dəfə başına dolandığın,
Malın, mülkün, sarayın, xanimanın dağıla,
Həqiqətin çevrilə əfsanəyə, nağıla!
Düşməndə sənə qarşı dağlar boyda kin ola,
Rahat durduğun yerdə adın didərgin ola!
Daşınmaz qayğıların, çəkilməz dərdin ola,
Mərdi qaçaq salalar, dünya namərdin ola!
Öz evinin içində səni qonaq sayalar,
Bu ahdan, bu ağrıdan
Sarsılmazmı zirvələr, yıxılmazmı qayalar?!
Adı qaçqın olanlar
Danışır yana-yana zülmünü, sitəmini.
Sakit dinləmək olmur
Elindən ayrılanın həsrətini, qəmini.
O zamandan özümə gələ bilmirəm qəti,
Sinəma dağlar çəkib bir qaçqının söhbəti.
Danışdıqca elə bil,
Öz içini yeyirdi,
Qaçqın belə deyirdi:
Qaçdıq, qaçqm dedilər!
Köçdük, köçkün dedilər!
Küsdük, küskün dedilər!
Susduq, miskin dedilər!
Hamı ağ günə çıxdı,
Bizə pis gün dedilər!
Hər nəyi dedilərsə,
Yaman kəskin dedilər!
Bizə "gəlmə" dedilər,
Bizə "yamaq" dedilər!


___________________Milli Kitabxana__________________
Evimizin içində
Bizə qonaq dedilər!
Dindik, qapaz qazandıq,
Fağır, maymaq dedilər!
Hər nəyi dedilərsə,
Qardaş, nahaq dedilər!
Vallah, nahaq dedilər!!!
Bizi üzdən saldılar,
Bizi gözdən saldılar.
Yurda talan gələndə,
Yolu bizdən saldılar!
Azaldıqca azaldıq,
Milyon idik, min olduq.
Dada çatan olmadı,
Axır didərgin olduq.
Dözəmmirəm bu söhbətə, dedim bəsdir, dayan, qardaş,
Bu gün sənin həsrətindir ürəyimi oyan, qardaş!
Qazancımız böhtanla şər, Möhürümüz "didərginlər"!
Yaş gəzdirər giləsində,
Ev daşıyar şələsində.
Tapa bilməz dayağını,
Daşlar döyər ayağını.
Həsrət yükü ürəyində,
Kəndir izi kürəyində,
Bağrı olar dəlik-dəlik,
Sınan qəlbi neytək inlər.
Ömrü boyu yol yeriyər,
Yolda qalar didərginlər!
Durub insanın qəsdinə,
Dünya dönüb Fələstinə.
Dizlərini daş aparan,
Gözlərini yaş aparan,


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə