ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Çeşmə başı, sənə könül verəllər,
verəni biz olmarıq!
Ulu Göyçə! Səndə ömür sürəllər,
sürəni biz olmarıq!
Dünyaya fufan gələr,
Yandıran kim olsa da,
Yananı biz olarıq!
Dünyaya hicran gələr,
Donduran kim olsa da,
Donanı biz olarıq!
Dünyaya vulkan gələr,
Odunda, alovunda
Qaynayan biz olarıq!
Dünyaya heyvan gələr,
Buynuzunun ucunda
Oynayan biz olarıq!
Heç bilmədik yerdən gəldi, göydən gəldi,
Qardaş, tufan birdən gəldi.
Dünya xeyrə qurşananda
Bizimki də şərdən gəldi!
Müxənnətlər, qəlbidarlar
Yeridilər, yüyürdülər, tərlədilər,
Göydəndüşmə tarixləri, saxta-saxta kağızları
O tərəfə, bu tərəfə çevirdilər, hərlədilər.
Axır bizi tora salıb,
Axır bizi şərə salıb şərlədilər!
Mənim zəif damarımı tapdı düşmən,
Azərbaycan torpağını
Parça-parça qazdı, tökdü,
Qaya-qaya çapdı düşmən!
Eraların arxasından
Baş qaldıran mənəm! - dedi.
Torpaq əkən, saray tikən,
Daş qaldıran mənəm! - dedi.
Yer üzündə on birinci dövlət mənim dövlətimdi,


___________________Milli Kitabxana__________________
Bu dənizdən o dənizə şöhrət mənim şöhrətimdi.
Onun-bunun tarixini oğurladı oğru kimi,
Yalanları daşa yazdı
Gerçək kimi, doğru kimi!
Gündə bir əl pəhləvanı,
Gündə bir dil pəhləvanı,
Başa keçdi, taxta çıxdı.
Hər gələnin havasıyla
Təzə tarix yazdırdılar,
Ancaq yenə saxta çıxdı!
Bu bədxahlar bilmədi ki,
Bəmi çəkib zil eləmək tarix deyil!
Onun-bunun gözlərinə kül ələmək tarix deyil!
Tarix - xalqın kökündədir, zatındadır,
Tarix - xalqın açılmamış neçə-neçə qatındadır!
Tarix - xalqın yaşatdığı həqiqətdə, doğrudadır!
Tarix - xalqın yaşadığı əzabdadır, ağrıdadır!
Yaman qonşu!
Ayağımın altını qaz!
Tariximi tərsinə yaz!
Ancaq bil ki, bizə doğru tuşladığın silahları
Tarix sənə bağışlamaz!
Əl sınanda əlacı var,
Qol sınanda, bel sınanda əlacı var,
Vay o gündən ürək sına,
Qəlbi, ruhu kövrək sına!
Qəlbimizi yaman qırdın.
Daş sevərik, quş sevərik,
İt sevərik, qurd sevərik,
Yer sevərik, yurd sevərik,
Sənə sevgi bəsləmərik!
Xeyrə, şərə, toya, yasa bir gedərdik,
Daha səni çağırmarıq, daha səni səsləmərik.
Daha bizi çağırmağa üzün gəlməz,
Daha bizi səsləməyə dilin yoxdu.
Şər ocağı qalamısan,
Xeyir işdə izin yoxdu, əlin yoxdu!
Qocaları, uşaqları,
Yaşadığı doğma yurddan birdəfəlik ayırand;
Allahını unudanda, qılıncını sıyıranda,
Bilmədinmi səni tutar xalqın ahı?


___________________Milli Kitabxana__________________
İnnən belə dağ çayları min il axa,
Bulud dola, şimşək çaxa,
Gümüş göllər dalğalana, ləpələnə,
Gur yağışlar gen düzlərə səpələnə,
Yuya bilməz sən tutduğun bu günahı!
DOĞMA YURDDAN BİRDƏFƏLİK AYRILANDA
Ürəyinə bir xal düşür, ləkə düşür,
Baxışma bulud enir, kölgə düşür,
İnsan olan, bir görün nə kökə düşür,
Doğma yurddan birdəfəlik ayrılanda!
Odda yanar, suda batar, sel aparar,
İnsan saman çöpünə də əl aparar,
Bərəkəti dolu döyər, yel aparar,
Doğma yurddan birdəfəlik ayrılanda!
Yuvasmdan perik düşon quşa dönər,
Kodər gözdə bir qurumaz yaşa dönər,
İnsan dərdi çəkə-çəkə daşa dönər
Doğma yurddan birdəfəlik ayrılanda!
Ayrı düşdük isti-isti yuvalardan,
Ayrı düşdük sərin-sərin havalardan.
Ayrı düşdük ocaqların istisindən,
Ayrı düşdük bacaların tüstüsündən.
Doğma yurddan ayrı düşmək –
Hər gün göydən asılmaqdı!


___________________Milli Kitabxana__________________
Yetim kimi, yesir kimi
Bir tərəfə qısılmaqdı!
Dağ başından zil qaranlıq
Dərələrə sürüşməkdi!
Addımbaşı əcəl ilə,
Ölüm ilə görüşməkdi!
Damla-damla, gilə-gilə,
Zərrə-zərrə əriməkdi!
Parça-parça, damar-damar,
Buğum-buğum çürüməkdi!
Pencər kimi sıxılmaqdı,
İçəridən oyulmaqdı!
Diri-diri, qarış-qarış,
Təpə-dırnaq soyulmaqdı!
Şüşə kimi pul-pul olub tökülməkdi!
Əzilməkdi, əyilməkdi, bükülməkdi!
Doğma yurddan ayrı düşdün,
Gör arxanda nələr qaldı!
Neçə zirvə, neçə dərə,
Neçə yaylaq mələr qaldı!
Neçə-neçə külə dönmüş
Bir də heç vaxt alışmayan ocaq qaldı!
Ürəyində yaşayanlar gözlərindən uzaq qaldı!
Sinəsində yeridiyin çəhlim qaldı, cığır qaldı.
Şahin öldü, qartal susdu,
Geriyə boylanıb baxan,
Ürəyindən qanlar axan,
Neçə-neçə yazıq qaldı, neçə-neçə fağır qaldı!
Doğma yurddan ayrılanın əli işə-gücə yatmaz,
Gündüz səbri-qərarı yox, kirpik çalıb gecə yatmaz!
Əli işindən soyuyar, işi əlindən soyuyar,
Baxışından nur azalar, sözü dilindən soyuyar.
Əl uzatsa yurda sarı barmaq donar, əl üşüyər,
"Elim" desə, "obam" desə dodaq göynər, dil üşüyər.
Qürbət eldə xəzinə tap, doğma yurda əvəz deyil,
Hər şəhərdə bir qala yap, doğma yurda əvəz deyil!


___________________Milli Kitabxana__________________
Süd arxı çəkdir evinə, doğma yurda əvəz deyil
Aləm gülə, el sevinə, doğma yurda əvəz deyil!
Yeddi yerdən qulluğuna yeddi gözəl pay gətirə
Yeddi yerdən məlakələr sənə ulduz, Ay gətirə
Şahlar kimi taxtın ola,
Taxtın kimi baxtın ola
Doğma yurda əvəz deyil!
Doğma yurdun həsrəti var,
Hey incəldər, üzər səni.
Bu həsrətin zilləti var,
Basar, sıxar, əzər səni.
Bu xiffətin zilləti var,
Bu zillətin xiffəti var,
Kinli-kinli süzər səni.
Əjdahatək ağız açıb
Qucaqlayar məzar səni.
Yel əsəndə yellənərdik,
Sel gələndə sellənərdik,
Süzülərdik, göllənərdik,
Havamızı, suyumuzu
Bizə haram elədilər!
Boz atımız çullanardı,
Qır atımız nallanardı.
Şux gözəllər ballanardı,
Yasımızı, toyumuzu
Bizə haram elədilər!
Arzu sonsuz, ömür qısa,
Neçə toylar döndü yasa.
Başımızdan basa-basa,
Çinar kimi boyumuzu
Bizə haram elədilər!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə