ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Zorla, güclə, kələklə
Əllərindən alalar dağını, aranını,
Əzələr mənliyini, qaraldalar qanını.
Qayaların döşündən pozalar naxışım,
Yaman günə qoyalar baharını, qışını.
Qoymayalar qalmağa daş üstündə daşını,
Silələr tarixini, alalar yaddaşını.
Torpağına göz dikib, yurduna qəsd edələr,
Yeridiyin yerdəcə səni şikəst edələr.
Danışmaq istəyəndə dilini bağlayalar,
Yerimək istəyəndə yolunu bağlayalar.
Özünü xilas üçün
Əl-qol atmaq istəsən, qolunu bağlayalar!
Onda qalxır şikayət,
Onda qopur qiyamət.
Onda çəkilir göyə
Gözdə nur, dizdə taqət.
Nə zaman ki, böhtan gülür,
Şər yeriyir, ayaq tutur,
Nə zaman ki, başa keçib
Haqq yerini nahaq tutur,
Nə zaman ki, əyri düzlə,
Yaxşı pislə calaq tumr,
Bax, o zaman Lələ köçür,
Kərəmi ağlamaq tutur!
İLLƏR YAMAN DƏYİŞDİ
Bir vaxt gözəl Göyçənin gözəl günləri vardı,
Çal-çağırı, şadlığı, toy-düyünləri vardı.
Dəliqanlı igidlər köhlənlər çapardılar,
Qayalar sinəsində xəznələr tapardılar!
Çinarboylu oğullar gözəllər seçərdilər,
könüllər yapardılar!
Ürək təmiz, könül saf, baxış büllur olardı,
Təbiət başdan-başa alışan nur olardı!


___________________Milli Kitabxana__________________
Çalınardı zurnalar, səslənərdi, "Cəngi"lər,
Səslənərdi ayaqda gümüşü üzəngilər!
Kişilər bir-birinin əlini sıxardılar,
Gümüş qaşlı yəhərdə,
Qızıl yallı kəhərdə,
Sərin mehli səhərdə
Düzləri meydan seçib yarışa çıxardılar!
Yarışda bilinərdi
Kiminki Qırat oldu,
Kiminki Dürat oldu.
Kiminki mağrım, fağır,
Kiminki kür at oldu.
Mənzilə tez çatanın yetişərdi nəməri
Bağlanardı belinə xoşbəxtliyin kəməri!
Məclislərin sirdaşı "İrovan çuxuru"ydu,
"Göyçəgülü" havası baxışlarm nuruydu!
Göyçənin öz nağılı, öz dastanı varıydı,
Hər havanın ruhunda elin canı varıydı.
Göyçənin öz havası, öz laylası varıydı,
Xeyri, şəri, bayramı, toyu, yası varıydı!
Obaların hamısı doğma, yaxın, dost, tanış,
Zod, Ağkilsə, Ağbulaq, Cil, Babacan, Ardanış!
Ncçə-neçə kənd adı, saymağa yox ehtiyac,
Sazlı-sözlü bir diyar, şöhrətdən başında tac!
Burda meydan açanın gücü torpaqdan gəlib,
Sazını çalanın da, Sözünü qoşanın da,
Döyüşlər meydanında qaynayıb coşanın da,
Səsi, eşqi, vergisi taledən, haqdan gəlib!
Bir vaxt gözəl Göyçənin gözəl də günü vardı,
Çal-çağırı, şadlığı, toyu, düyünü vardı!
Onda bulanmamışdı, sular hələ duruydu,
Göz yaşı tanımırdı, yanaqlar qupquruydu!
Saçlara sığal çəkən xoşbəxtliyin əliydi,
Könüllər havalıydı, dodaqlar nəğməliydi!
Hələ çevrilməmişdi İrəvan Yerevana,
Hələ çevrilməmişdi Göyçə gölü Sevana!


___________________Milli Kitabxana__________________
Hələ ki Basarkeçər Vardenis olmamışdı,
Düz tərsinə çevirib, yaxşı pis olmamışdı.
Torpağın halal qızı, halal oğlu varıydı,
Onda Gümrü varıydı, Calaloğlu vanydı!
Neçə kəndin, şəhərin,
Neçə çayın, çeşmənin
Sehrli mənzərənin adı dəyişməmişdi,
Ətri, rəngi, şirəsi, dadı dəyişməmişdi!
Zaman verdi hökmünü, illər yaman dəyişdi!
Döndü kin yuvasma, gözlər yaman dəyişdi,
Dişlər yaman qıcandı, üzlər yaman dəyişdi.
Adam vaxtı dəyişdi, vaxt adamı dəyişdi,
Kəsilən çörəklərin dadı-tamı dəyişdi.
Ürəklərdə sevgilər nifrətə, kinə döndü,
Çevirdilər taxtını, dünya tərsinə döndü!
Yandıranlar sevinib, yananlar ah çəkirdi,
Qonşu öz qonşusunun üstə silah çəkirdi.
Soyuqlaşdı salamlar, əllər yaman dəyişdi,
Dəyişdi öz səmtini, sellər yaman dəyişdi.
Pay verib pay alanlar sanki peşiman oldu,
Aralığa qan düşdü, ortalıqda qan oldu.
Eşidənlər çox olub fəryadını, səsini,
Zodlu usta Abdulla
Bəlkə o zaman qoşub bu qəmli nəğməsini:
"Yandım, yetirən olmadı,
Mətləb bitirən olmadı.
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında!"
Bu ahı, bu naləni
Əsən qəmli küləklər dağa-daşa çatdırıb,
Yazıq kişi ağlayıb,
Bu dərdlərin içində ömrü başa çatdırıb!


___________________Milli Kitabxana__________________
QANLI TARİX
Durdu gözüm önündə
Yenə qanlı tarixin qanlı faciələri.
Arxaya boylananda xatırladım nələri...
Unudarmı nəsillər
18-ci ilin qar-boranlı qışını,
Məkxli düşmənlərin kin dolu baxışını.
Göyçəli Səməd ağa, yanında Aşıq Nəcəf,
Qam dayandırmağı özünə sayıb şərəf.
Qışın oğlan çağında
Dostun da, düşmənin də gözünün qabağında,
Barışmağa gedirlər
Erməni Ağacanın qançanağı evinə.
Gərək elə çıxalar bu söhbətin içindən
Nə dostlar qan ağlaya, nə düşmənlər sevinə!
Arxadan səslər gəlir:
Getmə, ay Səməd ağa, səni öldürəcəklər!
Getmə, ay Aşıq Nəcəf, səni öldürəcəklər!
Ürəkləri göynədir sızıltılar, acılar,
"Getmə" deyir analar, "getmə" deyir bacılar.
Sizsiz nə qiyməti var bu obanın, bu elin,
"Getmə" deyir oğullar, "getmə" deyir qız, gelin.
Yurdunun, yuvasının sitəmini görən kəs
Ölümün üstə belə "getmirəm" deyə bilməz!
Getməmək olardımı el güdaza gedəndə,
Doğmaların qəlbini qasırğalar didəndə?!
Ona qıymaq olarmı, haşa Ölümdən, haşa!
Gedirdi Aşıq Nəcəf, boy-buxunu tamaşa.
Heç ölüm gələrdimi xəyalına, ağlına,
Heç qıymaq olardımı elin gözəl oğluna!
Səs Allah vergisiydi, avaz Allah vergisi,
Yazılmışdı bəxtinə Allahın şah vergisi!
Yerişi yerə şöhrət, baxışı göyə şöhrət,
Gedirdi Aşıq Nəcəf!
Göyçənin göyçək oğlu,
Çal-çağırı, çalğısı kamana, neyə şöhrət.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə