ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   42   43   44   45   46   47   48   49   50

___________________Milli Kitabxana__________________
Təzə-tər çiçək oğlu!
Ocaq oğlu, pir oğlu!
Məclislərin şir oğlu!
Arxadan səs gəlirdi "Səni öldürəcəklər"!
Yoldan, izdən, cığırdan,
Qayadan səs gəlirdi "Səni öldürəcəklər"!
Səslərin vahiməsi ona əzab verirdi,
Pıçıltıyla dillənib, səsə cavab verirdi:
"Yox! Məni öldürməyə heç kəsin əli gəlməz,
Sənətkarı susdurub, sənəti öldürələr,
Heç bir zaman dünyaya belə bir dəli gəlməz"!
Ancaq o bilmirdi ki,
Heç kəsi bağışlamır düşmən qəddar olanda,
Nalələr eşidilmir qulaqlar kar olanda!
Görən gözü kor olur,
İnsanların çəkdiyi amana, aha baxmır!
Başının üstündəki böyük Allaha baxmır!
Elə bilir dünyada
Yaradan da özüdür, öldürən də özüdür.
Ağladan da özüdür, güldürən də özüdür.
Öz gözündə fil olur, özgəni milçək sanır,
Özünü Allah bilir, yer üzündə tək sanır.
Düşünür öz-özünə:
Məndən sonra da mənəm, məndən əvvəl də mənəm,
Düşünən baş-beyin də, yaradan əl də mənəm!
Dil yoxdu bu dünyada, mənim dilimdən özgə,
El yoxdu bu dünyada, mənim elimdən özgə!
Adəm mənim yanımda lap dünənki uşaqdır,
Həvva qədimliyindən danışırsa, nahaqdır!
Qəlbindən keçənlərə
Şübhə də var, inam da.
Öz-özünə düşünür: mən nə dedimsə, haqdır!
"Yan!" - deyib yandırdılar,
"Sın!" - deyib sındırdılar,
Samovar bağladılar Nəcəfin kürəyinə!
Dağ çəkdilər Bülbülün ruhuna, ürəyinə!


___________________Milli Kitabxana__________________
Şırıl-şırıl axdı su,
Yandırdı su, yaxdı su!
Samovar cızıldadı köz üstə kabab kimi,
Dünya əzab görməyib
Mənim xalqım çəkdiyi dərd kimi, əzab kimi!
Bu qaynar sudan betər
Düşmənin baxışları aşığı yandırırdı,
Rəzilliyin dəhşəti ağanı dondururdu.
Ovu vaxtında vurdu, keçirmədi bərədən,
Yağılar ləzzət aldı bu qanlı mənzərədən.
Yandıran şirin-şirin
Yanana baxa-baxa, "aşıq, oxu" deyirdi,
"Sənin payına düşsün dərdin çoxu" deyirdi.
İliyinə, qanına od yeriyə-yeriyə,
Qan tökülə-tökülə, piy əriyə-əriyə
Oxudu Aşıq Nəcəf!
Amma yaman oxudu!
Yaralı durna kimi
Dağda duman oxudu!
Oxudu Aşıq Nəcəf, oddan, közdən oxudu,
Hər nəyi oxudusa, ancaq bizdən oxudu!
Yerə-göyə sığmayan dərdimizdən oxudu!
Ay amandı,
Xalların nə yamandı.
Namərd mərdə güc gəlir,
Qoymayın, ay amandı!
Nə bağışlar,
Dost dosta nə bağışlar?
Başım cəllad əlində:
Nə kəsər, nə bağışlar!
Məni bu dərdə qoyma,
Yurdu namərdə qoyma.
Varsansa, ulu Tanrı,
Qanımı yerdə qoyma!


___________________Milli Kitabxana__________________
Əzizinəm, odumu,
Dağdan gələn odumu.
Su od söndürən olur,
Su yandırdı odumu.
Əzizinəm, yüz yalvar,
Əlli bələn, yüz yal var.
Namərd imdada yetməz,
Tut ətəyin, yüz yalvar!
Qala yerdə,
Bürc yerdə, qala yerdə.
Qorxuram qərib öləm,
Cənazəm qala yerdə.
Göyçəli Səməd ağa
Dözəmmədi bu zülmə, dözəmmədi bu dağa!
Dözəmmədi aşığın bu yanıqlı səsinə,
Dözəmmədi düşmənin bu qəfil zərbəsinə.
Ağa heç gözləmirdi
Qarşısında dayanan bu qədər qansız ola,
Allahını unuda, dinsiz, imansız ola.
Ağanı da vurdular,
Ruhunu təhqir edib, qəlbini susdurdular!
Axır ki, üzə çıxdı müxənnətin paxırı,
Bu da barışıq günü, bu da işin axırı!
O zamandan Göyçənin dərdi birə on oldu,
Axırına çıxdılar, axır oldu, son oldu!
Qaya-qaya yardılar! Damar-damar qırdılar!
Qurtum-qurtum sordular! Yorta-yorta yordular!
Xıncım-xıncım əzdilər!
Qıyma-qıyma kəsdilər!
Loğma-loğma uddular!
Qarış-qarış tutdular!!!


___________________Milli Kitabxana__________________
ÇƏKİLMƏZ DƏRD
Qazan altda köz qoydular, ocaq çatdılar,
Bu qazanı qaynatdılar daşana qədər.
Qovan qovdu, əməlindən ol götürmədi,
Qaçan qaçdı, yeddi bələn aşana qədər.
Düşmən deyən doğru çıxdı, yalan olmadı,
Heç bir şəhər könlüm kimi talan olmadı.
Bu daşqının qarşısını alan olmadı,
Bir çay kimi havalanıb daşana qədər.
Bu meydanda duruş tapıb durmaq olardı,
Xəyanətin sədlərini yarmaq olardı.
İnadkarın inadını qırmaq olardı,
Düz yolunu əyri gedib çaşana qədər.
Soyuq-soyuq baxışları görənlər
Yavaş-yavaş əkilməyə başladı.
Rahatlığı əlimizdən aldılar,
Yuxu gözdən çəkilməyə başladı.
Göz oxşayan yaşılıydı, alıydı,
Bərəkəti-pətəyiydi, balıydı.
Gözəl Göyçə min naxışlı xalıydı,
İlmə-ilmə sökülməyə başladı.
Qara gəldi hər həftəsi, hər ayı,
Yer titrətdi könüllərin harayı.
Rahatlığın, xoşbəxtliyin sarayı
Kərpic-kərpic sökülməyə başladı.
Köç yolunda oğul itdi, ər itdi,
Zaman çox-çox ağlayanı kiritdi.
Qara tale insanları əritdi,
Palıd qəddi bükülməyə başladı.


___________________Milli Kitabxana__________________
Al yanağın alı getdi,
Bal dodağın balı getdi.
Qaçaqaçda, köçəköçdə
Köhlənlərin nah getdi.
Bəxtimizə gör nə düşüb gözümüzü açanda,
Sərt yoxuşlar, sərt döngələr, aşırımlar, bələnlər.
Öz evindən ayrı düşmək ölümdən də betərmiş,
Duyar məni doğma yurdun qiymətini bilənlər.
Ələ fürsət keçən kimi düşmən qansız olurmuş,
İtirib insafı, dini, lap imansız olurmuş.
Birdən-birə qalxan tufan çox amansız olurmuş,
Ağlımıza heç gəlməzdi başımıza gələnlər.
Ayrılanda nalə qopdu neçə qızdan, qadından,
Hamı daddı ayrılığın ləzzətindən, dadından.
Zaman-zaman çıxan deyil heç bir kəsin yadından
Oğul, uşaq, qoca, cavan, yarıyolda ölənlər.
Dərk edəndə dərdlərimi, gördüm dağdan yekəymiş,
Fil dərdini insanlar yox, gərək fillər çəkəymiş.
Aman Allah! Mənim yurdum gör, nə yağlı tikəymiş,
Baxıb-baxıb ləzzət alır böldürənlər, bölənlər!
Qaynar bulaq, sularından içəllər,
içəni biz olmarıq!
Qədim körpü, sinən üstdən keçəllər,
keçəni biz olmarıq!
Göy biçənək, payız səni biçəllər,
biçəni biz olmarıq!
Yay gələndə göy yaylağa köçəllər,
köçəni biz olmarıq!
Dağ ətəyi, səndə süfrə sərəllər,
sərəni biz olmarıq!
Yaşıl çəmən, səndə çiçək dərəllər,
dərəni biz olmarıq!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə