ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

___________________Milli Kitabxana__________________
GÖZ YAŞI
Yanağımı göz yaşı, qəlbimi qəm izlədi,
Ağladım, günahımı göz yaşım təmizlədi.
GÜNAH
Göylərə bülənd olub tüstüləri, ahları,
Qat-qat çoxdu savabdan insanın günahları.
VAY, O GÜNDƏN
Vay o gündən, haqlı dura, haqsız olanlar danışa,
Haqqın gözü baxa-baxa xalqa yalanlar danışa.
DƏRS
Kim xalqa qənim olub, görsə işin tərsini,
Vaxtın geci-tezi var, tarix verər dərsini.
OVÇU
Ovçunun ürəyinə şikar düşər, ov düşər,
Ov bərəyə gəlincə saçlara qrov düşər.
NƏFS
Bir günü azad olsa, beş günü əngəldədi,
Nəfsə nökər olanın boğazı cəncəldədi.
ALLAH-DİN
Son gündo eşq Allahım, məhəbbət dinim olsun,
Bir "Ruhani" havası mənim yasinim olsun.
NİYƏ
Niyə tutqunsan gözəl, qəlbin niyə qəm çəkib,
Sənin ki, qaşlarına İlahi qələm çəkib?!


___________________Milli Kitabxana__________________
NƏ VAXT
Dünya nə vaxt dağılır? Nahaq haqqı dananda,
Oğruların sözünə doğrular inananda.
İŞIQ-YARAŞIQ
Bizi məhrum eləsə günəş boyda işıqdan,
Göy üzü gözdən düşər, yer üzü yaraşıqdan.
ŞAİR EŞQİ
Şerimin atəşiylə əritmişəm buzları,
Göylərdən çiçək kimi dərmişəm ulduzları.
KƏRBƏLA
Bizi tapır Allahın hər dərdi, hər bəlası,
Hər kəndin bir çölü var, hər çölün Kərbəlası.
ALLAH ADAMI
Yaxın qoymaz qeybəti, gözü, könlü durular,
Yerə baxar sevinər, göyə baxar vurular.
TANRI PAYI
Tanrı payı olmasa mərdlik, qətiyyət, vüqar,
Nə Əlidən ər olar, nə qılıncdan Zülfüqar.
MUĞAMLAR, ŞİKƏSTƏLƏR
Elin bağrından qopub muğamlar, şikəstələr,
Bu xalqın nəğməsini Allah özü bəstələr.
QAÇQIN OCAQLARI
Canımda bir od yanır, istili, bürkülüyəm,
Qaçqın ocaqlarının tüstüsüyəm, külüyəm.


___________________Milli Kitabxana__________________
POEMALAR


___________________Milli Kitabxana__________________


___________________Milli Kitabxana__________________
BORÇALIDA QALAN İZLƏR
Dağa arxalandı, düzə can atdı,
Şəlalə səsini qayadan aldı.
Hər kim bir sehrli aləm yaratdı,
Gücünü xalq adlı mayadan aldı.
Güvəndi gücünə, istedadına,
Vətəndən, torpaqdan mayalı Vurğun!
Bir gün Borçalını saldı yadına,
Qədəmi hər yerdə sayalı Vurğun!
Başından aşsa da qayğısı, işi,
Xəyal köhlənini min yerə sürdü.
Onu Borçalının ulu keçmişi,
Bugünkü taleyi düşündürürdü.
Xalqın hər sevinci, şərəfi, şanı,
Xalqın hər kədəri onun yasıydı.
Qəlbitək sevirdi Azərbaycanı,
Borçalı qəlbinin bir parçasıydı!
O ağır yerişi, o dağ duruşu
Görənin heyrətdən baxışı dondu.
Gəzdi göy üzündə bir dövlət quşu
Faxralı kəndinin çiyninə qondu!
Şeirsiz özünü xoşbəxt sanmayıb,
Nəğmədir torpağı, daşı bu kəndin.
Tarixi illərlə hesablanmayıb,
Şeirlə ölçülüb yaşı bu kəndin.
Arzular tükənməz, arzular şirin,
Vurğunla bu yerdə ellər görüşdü.


___________________Milli Kitabxana__________________
Baharda dünyaya gələn şairin
Uğuru baharlı bir elə düşdü.
Sənət çırağına, sənət oğluna
Gözündə nur kimi baxdı Borçalı.
Görüşlər, vidalar çatmadı sona,
Sellər, sular kimi axdı Borçalı!
Gəldi Kəpənəkçi, gəldi Borçalı,
Qoçulu, Qaçağan döndü karvana.
Saraclı yeridi köklü, budaqlı,
Doğma oğul bildi onu hər ana.
Bir uşaq doğmaca atası kimi
Özünü şairin üstünə atdı.
Uşağın bir damla xoş təbəssümü
Vurğunun qəlbində ümman yaratdı!
Dağlardan güc alan el məhəbbəti
Dünyanı başına yığa bilərmiş.
Nələrə qadirmiş eşqin qüdrəti
Bir mahal bir kəndə sığa bilərmiş!
Şairi görməyə can atdı hamı,
Şöhrəti çağırdı doğmanı, yadı.
Faxralı kəndində payız axşamı
Vurğunlu məclislər belə başladı.
Heyrətlə boylandı silsilə dağlar,
Mübarək yoluna axdı bulaqlar.
Kiridi nəğməli, neyli dodaqlar
Şairin səsini eşitmək üçün.
Sanki cilovlandı, çaylar axmadı,
Buludlar dayandı, şimşək çaxmadı.
Kimlər boylanmadı, kimlər baxmadı,
Şairin səsini eşitmək üçün.


___________________Milli Kitabxana__________________
Belə bir qonağı kim sevməzdi, kim,
Diləklər qovuşdu ən xoş çağına.
Xoşbəxtlər xoşbəxti Hacı müəllim
Açdı qollarım öz qonağına!
O ağır danışıq, o ləngərli səs,
Hələ də çoxunun qulağındadır.
İşığa çevrildi doğma bir nəfəs,
İstisi hamının ocağındadır!
Şair heç olarmı yollar yorğunu,
"Yoruldum" sözünü dilə gətirməz.
Tale yetirmişdi bizə Vurğunu,
Tale yetirəni tarix itirməz!
Vurğunlu saatlar, Vurğunlu anlar,
Ömrün də, günün də qızıl anları.
Heç yaza bilərmi tarix yazanlar
Bir xalqın qəlbinə yazılanları?!
Söhbət od alırdı candan, ürəkdən,
Səhər şəfəqiydi, dan işığıydı.
Çəkirdi şirəni güldən, çiçəkdən,
Danışıq Vurğunun danışığıydı!
Ürək kövrələndə, gözlər dolanda
Uşaqlıq çağları tez xatırlanır.
Keçdiyin yollara nəzər salanda,
Cığır yada düşür, iz xatırlanır.
Baş vurur uşaqlıq xatirəsinə,
Qazax, Qarayazı düşür yadına.
Dostlar səs verəndə onun səsinə,
Yenidən güc gəlir qol-qanadına.
Çıraq öləziyir, işıq sozalır,
Azalmır, tükənmir sözü Vurğunun.


___________________Milli Kitabxana__________________
Getdikcə geconin ömrü azalır,
Daha da nurlanır gözü Vurğunun!
Duyğular sel kimi axır qanında,
Deyir: - Dayağımdı bu el, bu Vətən.
"Hələ yer üzündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən!"
Söz sözə qovuşur, söhbət söhbətə,
Məclis hey özünə çəkir şairi.
Ürəkdən bağlanır bu məhəbbətə,
Düşüncə şairi, fikir şairi.
Sevinən görəndə aşıb-daşardı,
Sünbüllü, saçaqlı zəmiydi Vurğun.
Qəmlənən görəndə ağırlaşardı,
Qəm yükü daşıyan gəmiydi Vurğun!
Göz gözə bağlanıb, söz də ki, sözə
Şeir qıfıl olub, söz kəmənd olub.
Söhbət bir ovsundu, məclis möcüzə,
Duyan sehrlənib, görən bənd olub!
İnsafmı saatlar tez gəlib keçə?
Şair könüllərə yaz gətirib, yaz.
Faxralı kəndinin bir yanı köçə,
Xəbəri vaxtında bilən tapılmaz!
Hacının anası Sənəm qarının
Bu gün qapısında toy-bayramıydı.
Evində əyləşən qonaq-qaranın
Hər biri gözündə yanan şamıydı!
Sığışmır sevinci bir belə kəndə,
Axşamdan bəridir almır dincini.
Analar belədir, qonaq gələndə
Bölər, bölüşdürər öz sevincini!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə