ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

___________________Milli Kitabxana__________________
Bizə tarix yazan kəs
bizdən xəbərsiz yazır,
Hər sevincin sonu qəm,
sonu yasdı hər toyun.
Arada ölən də biz,
ortada qalan da biz,
Həyat - ölüm həmişə
qardaş kimi qolboyun!
10 oktyabr 2004
CAN DEYİR, CAN EŞİDİR
Ruhumun təbiətlə
yaman tutur söhbəti,
Hara uçub qonursa,
can deyib, can eşidir.
Səsi eşidilməyən
qarışqa səsini də
Ürəkdə tellər duyur,
damarda qan eşidir.
Bu böcək, bu kəpənək,
bu qarışqa, bu arı,
Kövrək duyğularımın
yaxın sirdaşı, yarı.
Gecələr dodağımda
gəzən pıçıltıları
Qaranlıq əzbər bilir,
sökülən dan eşidir.
Azaldır ağrısını
qovğalar çəkən başın,
Təbiətdi məlhəmi
ağlın, huşun, yaddaşın.
Ruhum hopur canına
dağın, qayanın, daşın,
Bir Zəlimxan can deyir,
min Zəlimxan eşidir.
11 oktyabr 2004


___________________Milli Kitabxana__________________
ÖZÜN YAZDIN HƏR QİSMƏTİ
Bu öy mənim öyüm deyil,
Özünsən öyün sahibi.
Tikən də sən, yıxan da sən,
Bu kəndin, köyün sahibi.
Oddan eşqin, nurdan üzün,
Tərəfisən haqqın, düzün.
Quranın, kitabın, sözün,
Əlifin, beyin sahibi.
Sümüyə bürüdün əti,
Özün yazdın hər qisməti.
Dizimdən alma qüvvəti,
Dizimdə heyin sahibi.
Qara bəxtim, qaraçuxam,
Sənin əlin, mənim yaxam.
Mən kiməm ki, şərik çıxam?
Sənsən hər şeyin sahibi.
Gecə-gündüz çəkər ahı,
Zəlimxandır dərdin şahı.
Bağışla, varsa günahı,
Ey yerin-göyün sahibi!
30 iyul 2004
ÖLDÜRÜR
Bəxtinə yazılıb insan oğlunun,
Hərəni bir həsrət, bir ah öldürür.
Açıb-bükə bilmir günahlarını,
Çoxunu batdığı günah öldürür.


___________________Milli Kitabxana__________________
Üzülür piltəsi, əriyir şamı,
Sökülür sarayı, yıxılır damı.
Səssiz güllələrdi yıxan adamı,
Silahsız olanı silah öldürür.
Harınlar qarındı, qarınlar harın,
Onəlli yapışıb kökündən varın.
Gözü bu dünyadan doymayanların
İçini kin yeyir, tamah öldürür.
Yerdən də, göydən də silinir izi,
Dizli kişilərin qırılır dizi.
Qıran özümüzük bir-birimizi,
Kim deyir adamı Allah öldürür?!
31 iyul 2004
RAHAT ÖLÜM
Bu gün bir xəstə gördüm, xəstəlik, nə xəstəlik,
İynələrin ucunda bədəni dəlik-dəlik.
Durmaq olmur yanında fəryadından, ahından,
Asan ölüm istəyir ölümsüz Allahından.
Ölüm hələ yoldadır, dərə keçir, düz gəlir,
Əcəl istəyən kəsə əcəl könülsüz gəlir.
Gözəl olan şeyləri bir-bir salıram yada,
Rahat ölümdən gözəl heç nə yoxdu dünyada!
DÜŞDÜ
Gülə döndüm, güllər kimi açım, dedim,
Yaz olmamış payız gəldi, sazaq düşdü.
Ağac oldum, yeri-göyü qucaqladım,
Budağımdan gündə neçə yarpaq düşdü.
Kitab kimi öz ömrümü varaqladım,


___________________Milli Kitabxana__________________
Kötüyündən silkələndi, varaq düşdü.
Dedim, durum saçlarıma sığal çəkim,
Telim getdi, əllərimdən daraq düşdü.
Mən dünyaya gör, nə qədər yaxın oldum,
Dünya məndən gör, nə qədər uzaq düşdü!
HƏYƏCAN
Ürək yazıq neyləsin!
Əbədi yükə dönür bir anın həyəcanı.
Dərin dərələr salır, qara yarğanlar açır,
Zəlzələnin, zərbənin, tufanın həyəcanı.
Dərddən betər öldürür xəstənin ümidini
Gəzdikcə tapılmayan dərmanın həyəcanı.
Ağrı külək, ömür şam, əsən kimi söndürür,
Zamanlara sığışmır zamanın həyəcanı.
Qanlı təpə, qanlı düz, qanlı meydan görmüşük,
Getməz gözdən, könüldən bu qanın həyəcanı.
Bitib tükənən deyil ömrün sonuna qədər
Duyan, görən, düşünən insanın həyəcanı!
SƏN DEMƏ
Yüyürürəm arxasından,
Sallanıram çuxasından,
Yapışıram yaxasından,
Zamanı saxlamaq olmur,
Vaxt axar suymuş, sən demə!
Göz açmağa aman verməz,
Addımbaşı ağrı-azar.
İki daşın arasında,
Yazdığını fələk yazar.
Baha alar, ucuz satar
Öz başına dəysin bazar.


___________________Milli Kitabxana__________________
Aç gözünü, yum gözünü,
Bu gün beşik, sabah məzar.
Gördüm illər əldən çıxıb,
Ömür yuxuymuş, sən demə!
Ömür birlə yüz arası,
Qayğı dağla düz arası.
Ortada bir oğlan durar,
Eşq oğlanla qız arası.
Qızılgüllər solub getdi,
Bir də çətin qızarası.
Zaman mənə "yığış", - deyir,
Göz də vurur sözarası.
Nə yatdım, nə yuxu görəm?
Yaşamaq buymuş, sən demə!!!
AĞACA ÇİÇƏK VER, ÇİÇƏYƏ BAR VER
Bulağı gözündən eləmə, Tanrım,
Gözü qurudusa, kor deyəcəklər.
Ocağı közündən eləmə, Tanrım,
İşığı söndüsə, qor deyəcəklər.
Duyğusuz, təpərsiz eləmə, Allah,
Təpərsiz ürəyə boş deyəcəklər.
Sinənin altında qanadlanmasa,
Adına ürək yox, daş deyəcəklər.
Heç kəs qurumasın kökünün üstə,
Ağaca çiçək ver, çiçəyə bar ver.
Ürək yaşamaqda, könül həvəsdə,
Hər ömrə əbədi bir yadigar ver.


___________________Milli Kitabxana__________________
VAXTSIZ AYRILMASIN DURNA QATARDAN
Bu şair ömrüdü, qıyma sən, Allah,
Ruh bədəndən çıxsm, canda can ölsün.
Vaxtsız ayrılmasın durna qatardan,
Nə qanad qırılsm, nə insan ölsün.
Dünyadan dünyatək gedir hər gedən,
Kim qaçıb dord adh bir düşərgədən?
İnsandı ayrılıb gedən cərgədən,
Nə fərqi, ya nökər, ya bir xan ölsün.
Dən gətir, dənimi, xırmanımı ver,
Dərd kimə gərəkdi, dərmanımı ver.
Yüz il yaşatmağa fərmammı ver,
Qoyma bu yaşmda Zəlimxan ölsün.
1 avqust 2004
QƏBRƏ APARDIĞIM SİRR
Batmış haraydı, ündü,
Ən ağlamalı gündü.
İçimdə bir düyündü
Qəbrə apardığım sirr.
Daşa dəymiş oxumdu,
Haram olmuş yuxumdu,
Cücərməz bir toxumdu,
Qəbrə apardığım sirr.
Dərdim şişər, fil olar,
Ölümüm qəfil olar,
Məzarda qıfıl olar,
Qəbrə apardığım sirr.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə