ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

___________________Milli Kitabxana__________________
Dövlət yükü, millət yükü, şöhrət yükü,
Bu millətin içindəki zillət yükü,
Bu yüklərin altındakı zəhmət yükü,
Mən ürəyi ürək kimi saxlamadım.
Mən ürəyi çiçək kimi saxlamadım,
Hey əritdim, hey çürütdüm, qanatdım.
Yağ içində böyrək kimi saxlamadım,
Saxlamadım, saxlamadım, saxlamadım.
13 sentyabr 2004
GƏL, ŞƏKLİNİ ÇƏKİM, DÜNYA
Şəkil çəkmək istəyirəm,
Gəl, şəklini çəkim, dünya!
Rəssam olmaq təbim gəlib,
Gəl, şəklini çəkim, dünya!
Ruhum gəzsin ahəng ilə,
Əlim oynasın rəng ilə,
Çirkin ilə, qəşəng ilə,
Gəl, şəklini çəkim, dünya!
Pəncərə sən, baxan mənəm,
Sularında axan mənəm.
Rəngi rəngə yaxan mənəm,
Gəl, şəklini çəkim, dünya!
Gözündəki nəmi çəkim,
Qəlbindəki qəmi çəkim.
Tufan çəkim, gəmi çəkim,
Gəl, şəklini çəkim, dünya!
Can əriyib, taxta qalıb,
Papağa bax, mıxda qalıb.


___________________Milli Kitabxana__________________
Gönə bax, dabbağda qalıb,
Gəl, şəklini çəkim, dünya!
Quzğun kimi leş alansan,
Yeki verib, şeş alansan,
Beş verib, on beş alansan,
Gəl, şəklini çəkim, dünya!
Dəhnən ilə, arxın ilə,
Tez-tez dönən çarxın ilə,
Sevgin ilə, qorxun ilə,
Gəl, şəklini çəkim, dünya!
İblis-mələk, hüri-qilman,
Yarı insan, yarı heyvan.
Gah kafərsən, gah müsəlman,
Gəl, şəklini çəkim, dünya!
Bircə bəndə sevirmisən,
Çox saraylar devirmisən.
Məni şəklə çevirmisən,
Gəl, şəklini çəkim, dünya!
Namərd, yoxsa, mərd göstərim,
Yumşaq, yoxsa, sərt göstərim?
Özün boyda dərd göstərim,
Gəl, şəklini çəkim, dünya!
Səninlə əkə bilmirəm,
Bir könül tikə bilmirəm.
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya!


___________________Milli Kitabxana__________________
HAQDAN NEMƏT İSTƏDİM
Haqdan nemət istədim,
Göy çəməndə təravət,
Gur bulaqlar su verdi.
Haqdan nemət istədim,
Arıdan bal ayırdı,
Sürüdən quzu verdi.
Haqdan nemət istədim,
Yerlər gülü, gülşəni,
Göylər ulduzu verdi.
Haqdan nemət istədim,
İlahi sevgisindən
Tükənməz ruzi verdi.
27 sentyabr 2004
HAQQI DİNLƏMƏK GÖZƏL
Yerdəki çaxnaşmadan
Göydəki şimşək gözəl.
Dibçəkdə göyərəndən
Çöldəki çiçək gözəl.
Bağrımız zədan-zədan,
Uçar ruh, köçər bədən.
Min şirin əfsanədən
Bir acı gerçək gözəl.
Doyduq yalan yeməkdən,
Üzüldük inləməkdən.
İnsanı dinləməkdən
Haqqı dinləmək gözəl.
29 sentyabr 2004


___________________Milli Kitabxana__________________
QOY YATIM, YUXUDAN QALDIRMA MƏNİ
Qışda doğulmağım bəs elər mənə,
Məni öldürəndə, yaz öldür, Allah!
Dilim hansı gündü gedəcəyim gün,
Ölüm tariximi yaz, öldür, Allah!
Qoy yatım, yuxudan qaldırma məni,
Əcəlin cəngindən saldırma məni.
Zarıya-zarıya öldürmə məni,
Öldürə bilirsən, saz öldür, Allah!
Acı gülüşlərin ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım lal.
Alırsan, canımı birdəfəlik al,
Bu qədər ağrıyla az öldür, Allah!
29 sentyabr 2004
ALLAHA YAXINLIQ
Hamı görmək, götürmək,
hamı duymaq istəyir,
Harda varsa gözəllik
ora bir axın olur.
İnsan oğlu Tanrını
təbiətlə dərk edir,
Təbiəti duyanlar
Allaha yaxın olur.
5 oktyabrın


___________________Milli Kitabxana__________________
İKİ QAPI
İtaliyanın  Assizi  şəhərində bir  evə iki  qapı  qoyulur.  Qapının biri  hər  bir evdə
olduğu kimi giriş-çıxış qapısıdır. O biri qapını isə ancaq evdə adam öləndə açırlar
və cənazəni həmin qapıdan çıxarırlar.
Anar müəllimin dediklərindən
Burda belə qurulur,
belə yapılır yapı,
Bir mənzilə iki yol,
bir evdə iki qapı.
Biri qurub yaratmaq,
coşub-çağlamaq üçün,
Biri vida çağında
yanıb, ağlamaq üçün.
Durub dayanmağı yox,
biri hər gün işdədir,
Hey açılar, örtülər,
əbədi vərdişdədir.
Biri ölü sükutda,
Qaş-qabağı buludda,
meyli qəmdə, yasdadı.
Biri Ayla, ulduzla,
Günəşlə təmasdadı.
Birindən gülüş axır
içəriyə, bayıra,
O biri fürsət gəzir
Səni səndən ayıra.
Ucu biz xəncər kimi
biri qəlbə saplanır,
Biri nura, işığa,
həyata hesablanır.
Birində toy çalınar,
gəlin gələr içəri,
Biri bizə pıçıldar,
"köçərisən, köçəri".


___________________Milli Kitabxana__________________
Biri ömrün baharı,
biri ömrün şaxtası,
Biri beşik laylası,
biri tabut taxtası.
Biri qəmə, həsrətə,
dərdə, yasa açılır,
Biri eşqə, sevgiyə,
ehtirasa açılır.
Baş əyməmək olarmı
bu bölgüyə, bölümə,
Biri həyata açıq,
biri gora, ölümə!
7 oktyabr 2004
AYAQ SAXLAYAN OLSUN
Bir tabut aparırlar,
saxla maşını, saxla,
Qoy bizim diqqətimiz
dərdliyə həyan olsun.
Bu qəmli səhnəyə bax,
öz ömrünü varaqla,
Elə yaşa, dünyadan
Sabah sən də köçəndə,
ayaq saxlayan olsun!
8 oktyabr 2004
MƏN NƏYİNƏ LAZIMAM
Bəzən acığım tutur,
hirs dağıdır qafamı.
Kar olmaq istəyirəm
Səs-küyünə dünyanın.


___________________Milli Kitabxana__________________
Kor olmaq istəyirəm
hər şeyinə dünyanın.
Dirsək dizdə, əl üzdə,
can odda, baş qovğada,
Boylanmaq istəmirəm
yer-göyünə dünyanın.
Sındırmaq istəyirəm
çaldığım sazı belə,
Nə sazına baxıram,
nə neyinə dünyanın.
Aciz qalıb əlində
insanlar aça bilmir,
İşlərini kim salıb
sərt düyünə dünyanın.
Əlim sağ, ayağım sağ,
Min düyündən birini
aça bilməmişəmsə,
Mən nəyinə lazımam,
de, nəyinə dünyanın?!
8 oktyabr 2004
QARDAŞ KİMİ
Sən üyüdən dəyirman,
biz üyünən dən olduq,
Dünya, sənin əlində
biz oyuncaq, biz oyun.
Zəlzələdə, tufanda,
leysanda, qasırğada
Kimi tülkü, kimi şir,
kimi qoç, kimi qoyun.
İlk nöqtəsi doğumdu
dünyaya gələnlərin,
Son nöqtəsi ölümdü
hər kökün, əslin, soyun.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə