ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

___________________Milli Kitabxana__________________
Bu gün Başkeçidim baş ağrısıdı,
Torpaq ağrısıdı, daş ağrısıdı.
Bütün ağrıların baş ağrısıdı,
Mənim Borçalıda qalan illərim.
Göyü soraqlayır, yeri çağırır,
Oğulu səsləyir, əri çağırır.
Gedən oğulları geri çağırır,
Mənim Borçalıda qalan illərim.
Göz yaşı gözümdə şeh kimi qaldı,
Ağrısı canımda ah kimi qaldı.
Ömrümün taxtında şah kimi qaldı,
Mənim Borçalıda qalan illərim.
Adım yaddaşında azarmı, görən,
Bir həsrət məzarı qazarmı, görən?
Məni yaddaşına yazarmı, görən
Mənim Borçalıda qalan illərim?
Ondan ayrılmağım haqsızmı, haqmı,
Günahkar imkanmı, talemi, vaxtmı,
Bilmirəm, mənimlə barışacaqmı
Mənim Borçalıda qalan illərim?
ZARAFAT ELƏMƏ
Zarafat eləmə, qurbanın olum,
Bu dünya zarafat meydanı deyil.
Qarışqa yerişi rahat yerişdi,
Bu meydan köhlən at meydanı deyil.
Oynadıb çox şeyi umar, oynama,
Etsə də ruhunu xumar, oynama.
Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya.


___________________Milli Kitabxana__________________
Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq.
Sanma yaşamağın asan olacaq
Zarafat gəlməsin sənə bu dünya.
Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqaca hörməti yoxdu.
Zarafat gəlməsin sənə bu dünya.
Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq.
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.
Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq.
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.
Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sonə bu dünya.
Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə,
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.
Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya
Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var.


___________________Milli Kitabxana__________________
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.
Üreyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü.
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.
Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eyləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya!
26 may 1996
GƏTİRƏCƏKSƏN
Könül, nə yanırsan, nə yandırırsan,
Xalqı bir yönəmi gətirəcəksən?
Dilsiz qayaları, səssiz daşları,
Səsəmi, ünəmi gətirəcəksən?
Aldılar əlindən yağlı, yavanı,
Çəkdilər canından suyu, havanı.
Yerinə qaytarıb yurdu, yuvanı,
Dağlara binəmi gətirəcəksən?
Nə ad düşündürür, nə san milləti,
Çoxalır asdıran, asan milləti.
Qayğılar başından basan milləti
Kölgədən günəmi gətircəksən?
Yaşadın dərd yeyib, qəm uda-uda,
Çağırdın, dadına çatmadı xuda.
Yağışsız buludda, axarsız suda
Sünbülü dənəmi gətirəcəksən?


___________________Milli Kitabxana__________________
Ürək min parçadı, könül min para,
Qarışıb, seçilmir ağ ilə qara.
Allahdan danışıb allahsızlara,
Dinsizi dinəmi gətirəcəksən?
Bir dərdin həyatda min yazarı var,
Dünyanın nə behi, nə bazarı var.
Taleyin nə qədər dərd-azarı var,
Yığışıb mənəmi gətirəcəksən?
KİMDİ SƏNİ BU QAPIDAN BURAXAN
Bir  nazirliyin  qapısında  gözünün  yaşını  yağış  kimi  yağdıran  qoca bir  kişi
gördüm. Şikayəti Allahın yanına çıxsa da, yuxarıda oturanın yanına çıxa bilmirdi.
Bu qapıdan yollar gedir, ay qoca,
Süd arxından qollar gedir, ay qoca.
Zər daşınır, pullar gedir, ay qoca,
Kimdi səni bu qapıdan buraxan?
Bu bazarda nə işi var lütlərin,
Yeri deyil "maymaqların, kütlərin".
Qulluğunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?
Bu qapının gədələri bəylənər,
Kişiləri harınlaşar, səylənər.
Gündə burda neçə karvan əylənər,
Kimdi səni bu qapıdan buraxan?
Nə olsun ki, qəlbin qəmnən oyuqdu,
Nə olsun ki, bəxtin batan qayıqdı.
Görmürsənmi, mərmər buzdan soyuqdu,
Kimdi səni bu qapıdan buraxan?
Sünbül elə, dənnən keçir dərdini,
Tanrıya bax, dinnən keçir dərdini.


___________________Milli Kitabxana__________________
Bura gəlmə, gennən keçir dərdini,
Kimdi səni bu qapıdan buraxan?
Düyməsi var, tilsimi var, zəngi var,
Bir deyil ki, yetmiş yeddi rəngi var.
Talelərlə qovğası var, çəngi var,
Kimdi səni bu qapıdan buraxan?
Ağlar gəlib, ağlar qalıb gedən var,
Dağəridən, daşüyüdən bədən var.
Cangüdənin özünü də güdən var,
Kimdi səni bu qapıdan buraxan?
Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var.
Kimdi səni bu qapıdan buraxan?
Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətlə qəsdi var
Kimdi səni bu qapıdan buraxan?
Get özünə ayrı iş tap, ay qoca,
Ayrı dil tap, ayrı diş tap, ay qoca.
Xaçpərəst ol, bir keşiş tap, ay qoca
Kimdi səni bu qapıdan buraxan?
MƏRDİMİZ - DƏRDİMİZ
Qurd yedi, taladı bu ağacları,
Nə qədər ağac var qurdun içində.
Çaqqal var, tülkü var, it var, pişik var,
Didir bir-birini yurdun içində.
Kökünü qazıdı dərd adamların,


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə