ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

___________________Milli Kitabxana__________________
Coşar bəstəçilər, dinər bəstələr,
Nə muğam susardı, nə şikəstələr.
Kəmərə sığmazdı kəmərbəstələr,
Ağdam Qarabağın toy otağıydı.
Qədirin dəryada gəmisi vardı,
Hələ biçilməmiş zəmisi vardı.
Hamı atalıydı, hamı arxalı,
Hamının dayısı, əmisi vardı,
Ağdam Qarabağın toy otağıydı.
Tək-tək yox, coşardı hər adam belə,
Közə çevrilərdi qar adam belə.
Xan qızı dinəndə, Xan oxuyanda,
Saraya dönərdi qara dam belə,
Ağdam Qarabağın toy otağıydı.
Sevənlər dodağa söz əridərdi,
Qızlar oda dönər, buz əridərdi.
Baharın günəşi əritməyəni,
Bircə baxışıyla qız əridərdi,
Ağdam Qarabağın toy otağıydı.
Nə qızıl üzəngi, nə gümüş yəhər,
Nə çapan oğul var, nə qaşqa kəhər.
Yediyi zəhrimar, içdiyi zəhər,
Ağdam Qarabağın yas otağıdı.
Ocağı alışmır, odu görünmür,
Qavalı, kamanı, udu görünmür.
Zeynal yaman küsüb, Xudu görünmür,
Ağdam Qarabağın yas otağıdı.
Yığılın bir səmtə, araya gəlin,
Bir məlhəm axtaraq yaraya, gəlin.
Ay Famil, ay Şahmar, haraya gəlin,
Ağdam Qarabağın yas otağıdı.


___________________Milli Kitabxana__________________
Bəxt tərsə fırlanan təkərə dönüb,
O boyda məmləkət şikara dönüb.
Şahbulaq şaha yox, nökərə dönüb,
Ağdam Qarabağın yas otağıdı.
Qəlbimə bir qəmli dastan gəlibdi,
Ağrısı düşməndən, dostdan gəlibdi.
Hələ ki bizimki yasdan gəlibdi,
Ağdam Qarabağın yas otağıdı.
Min-min qonağının biri Zəlimxan,
Seçmir öz gözündə tiri Zəlimxan.
Bu ağır həsrətdən utanıb ölmür,
Hələ də diridi, diri Zəlimxan,
Ağdam Qarabağın yas otağıdı.
OLMAZ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.
Gördüyüm hər gözəllik
heyrətə salır məni.
Min qat gözəl olsa da
heyrətdən Vətən olmaz.
Saçına sığal çəkib,
rəğbət bəsləsələr də
Ömrü beş-on gün olar,
rəğbətdən Vətən olmaz.
Allah evi Məkkədə
evimçün darıxmışam,
Evdən-eşikdən ötrü
ürəyimi sıxmışam.
Həsrətin sınağından
dağlar yarıb çıxmışam,
Adında ayrılıq var,
həsrətdən Vətən olmaz.


___________________Milli Kitabxana__________________
Çəkilən ağrı bilər
sızıldayan iç nədir,
Səfərə çıxan bilər
yolda qalan köç nədir.
Adın göylərə çıxsa,
yadlar üçün heç nədir,
Vətəndən şöhrət olar,
şöhrətdən Vətən olmaz.
Çırpınar intizarda,
qəlbin, ruhun qısılar,
Oğul-uşaqdan ötrü
canın göydən asılar,
Adına, taleyinə
qərib möhrü basılar,
Ancaq onda bilərsən
qürbətdən Vətən olmaz.
Dünyanın çəkmədiyi
ağrısı, azarı yox,
Ağrı nə qədər çəkər,
behi yox, bazarı yox.
Qərib yerdə ölənin
yatmağa məzarı yox,
Zülümdən bir yurd-yuva,
zillətdən Vətən olmaz.
Qəriblərin saçında
qırova bax, qara bax,
İnildəyən kamana,
sızıldayan tara bax.
Cəhənnəmə dönsə də,
cənnətimdi Qarabağ,
"Tehran cənnətə dönsə",
cənnətdən Vətən olmaz!!!
Almaniya, Bilefeld, 8 noyabr 2004


___________________Milli Kitabxana__________________
GECİKMİŞ ETİRAF
Dünyanın gözəl yerlərini gördük zor və
silah gücünə əlimizdən alınan gözəlliklərin
itkisi məni dəhşətə gətirir.
Arımı yemişəm, ar itirmişəm,
Bir dağam, zirvəmdən qar itirmişəm.
Qarabağ görkəmdə dünya gözəli,
Şuşa yaraşıqda yar itirmişəm.
Öldürün, öldürün, öldürün məni.
Üstə duz səpilmiş yaramdı dünya,
Mənə yas, düşmənə bayramdı dünya.
Tək bircə Kəlbəcər gedibsə əldən,
Mənim kimisinə haramdı dünya.
Öldürün, öldürün, öldürün məni.
Günah işlətmişəm, səhv eləmişəm,
Səhvimlə özümü məhv eləmişəm.
Torpaq unudulub, yurd yaddan çıxıb,
Qaniçən düşməni əfv eləmişəm.
Öldürün, öldürün, öldürün məni.
Qatil sifətinə şilləm olmadı,
Cəllad sinəsinə gülləm olmadı.
Fürsəti boşuna verdim əlimdən,
Ağlım işləmədi, kəlləm olmadı
Öldürün, öldüriin, öldürün məni
Kərəmim ağılsız, Əslim günahkar,
Lələm tərbiyəçim, nəslim günahkar.
Qələbə çalanı bəyənməsək də,
Məğlub günahkardı, təslim günahkar.
Öldürün, öldürün, öldürün məni.
Torpaq itirəni torpaq götürməz,
Ancaq igidlərə yer versin Vətən,


___________________Milli Kitabxana__________________
Ancaq şəhidlərə yer versin Vətən.
Qarabağ dərdinə dərman yoxdusa,
"Qaytarın!" Hökmündə fərman yoxdusa,
Ölmürsə ruhuma qənim olanlar,
Mənim olmadısa mənim olanlar,
Sabahı görməyən gözdədir günah.
Səndədir, məndədir, bizdədir günah
Öldürün, öldürün, öldürün məni.
İstanbul, 4 noyabr 2004
YA RƏBBİM, ÜRƏKDƏ NƏLƏR VAR İMİŞ
Verilən dərmandı, inləyən mənəm,
Danışan həkimdi, dinləyən mənəm.
Həsrətdən saralmış varaqlar kimi
Dərdi üst-üstünə çinləyən mənəm.
Canımdan tökülən ağrılarımı
Don kimi yığşıran, dənləyən mənəm.
Özümdən xəbərim yox imiş mənim,
Min qəlbə sığmayan kədər var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Məni qaya kimi yıxanda gördüm,
Qəlbimin içinə baxanda gördüm,
Ağrı var, azar var, haray var, ün var.
Qubarı qat-qatdı, qabarı çat-çat,
Hər qara nöqtədə bir dağ-düyün var.
Ömür kitabında baş-başa verən
Neçə yaslı gecə, yaralı gün var.
Ulduz parıldamaz, Ay dada gəlməz,
"Günəşi tutulmuş səhər"
*
var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Səməd Vurğunun misrasına işarədir.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə