ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

___________________Milli Kitabxana__________________
NARAZI
Neyləsin boz səhrada, dəvəsi ölmüş ərəb?
Kimi ölmüş dəvədən, kimi atdan narazı.
Biri gözündə nisgil, biri gözündə giley,
Tərs gələn, bəd gətirən bir saatdan narazı.
Fələklərə ol açan yetişmir muradına,
Olur göy üzündəki yeddi qatdan narazı.
Fikri üst-üstə düşmür oğul ilə atanın,
Zat əsildən narazı, əsil zatdan narazı.
Dözə bilmir zamanın zərbəsinə, zülmünə,
Çat ürəkdən narazı, ürək çatdan narazı.
Barmaq ilə sayılır Allahından razılar,
Hamı bir nəfər kimi bu həyatdan narazı!
İTİRDİYİM "DOST"A
ƏRMƏĞAN
Yoxsulluq əlindən göz açmayaydım,
Kasıb doğulaydım, kasıb öləydim.
Gəlməsə, Allahın ucuz ölümü
Qeyrət damarını kəsib öləydim,
Kaş sənə həyatda rast gəlməyəydim!
Heç nəyi zamandan gizlətmək olmur,
Vaxtın üzü belə, astarı belə.
Çəkir imtahana salır sınağa
Bax, bclə tanıdır dostları, belə!
Un kimi, dən kimi dost da, düşmən də,
Ələnir xəlbirdən, keçir ələkdən.
Həqiqi məhəbbət, həqiqi sevgi
Beləcə ayrılır küydən, kələkdən.
Mən haqqı tanıyan adamam, qardaş,
Yersiz nə küyüm var, nə kələyim var.
Zamanı gələndə, vaxtı çatanda,
Mənim öz şadaram, öz ələyim var.


___________________Milli Kitabxana__________________
Sən şeytan yoluyla qazandığını
Mən Allah yoluyla çoxdan almışam.
Boynumda heç kəsin minnəti yoxdur,
Mənə nə verilib, haqdan almışam!
Otuz il əlimdə qələm işlədi,
Varağa bir kəlmə qeybət düşmədi.
Əsdi mən tərəfdən sevda yelləri,
Heç kəsin payına nifrət düşmədi.
Deyərəm Allahın öz işləridi,
Göynəsə ürəyim, sızlasa yaram.
Sənin pisliyinlə enib zirvədən,
Qələmi çirkaba bulaşdırmaram!
Dostluğun sarayı neçə pilləli,
Kim taxta ucaldı, kim endi taxtdan.
Kiminki sevgidi, kiminki tamah,
Qoy Allah ayırsın haqqı nahaqdan.
Mən elə bilirdim sənsən sirdaşım,
Ruhuma doğmasan, könlümə yarsan.
Mən sənə dağlardan nəğmə gətirdim,
Dedim, dağlar kimi uca durarsan!
Ən böyük düşmənsən özün-özünə,
Suçu nə məndə gör, nə də xalqında,
Bir zirvə vermişdi yaradan sənə,
Dayana bilmədin o ucalıqda!!!
SUÇ MƏNİM
Aldanmışam sərvətinə dünyanın,
Ömrüm-günüm, yalan mənim, puç mənim.
Nahaq yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.


___________________Milli Kitabxana__________________
Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.
Qəlom alsın başdaşımı yazanlar,
Bel götürsün mozarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim
VAXTSIZ DÖYMƏ QAPIMI
Yenə nə taqqıltıdı?
Vaxtsız döymə qapımı.
Nə axşamdı, nə sabah,
Vaxtsız döymə qapımı.
Oğul toyu, qız toyu,
Yol gəlir illər boyu.
Yaşamaqdan kim doyu?
Vaxtsız döymə qapımı.
Oğul gözümün ilki,
Ömrün sərvəti, mülkü.
Otuz yeddi deyil ki,
Vaxtsız döymə qapımı.
Polad gördüm əyilmiş,
Dəmir gördüm yeyilmiş.
Ay qapısı döyülmüş,
Vaxtsız döymə qapımı.
Səndə ətək, məndə ol,
Adın amansız əcəl.
Gəlirsən, vaxtında gəl,
Vaxtsız döymə qapımı!..


___________________Milli Kitabxana__________________
HAQLISAN ŞAİRDƏN
GİLEYLƏNMƏYƏ
Söz güllə, söz mərmi, söz qurşun gərək,
Söz millət, söz ordu, söz qoşun gərək.
Qoruya göyləri yad nəfəsindən,
Burnu qanamaya bir quşun gərək.
Xalqın namusuna göz dikənlərin
Şair cəsarəti, şair qeyrəti
Tökə boğazına qurğuşun gərək.
Göz yaşı, el dərdi, ana fəryadı
Dönməsə qəlbində sızlayan neyə,
Haqlısan, min dəfə haqlısan, anam,
Haqlısan şairdən gileylənməyə.
Bu necə şairdi şəhid olmadı?
Bu necə şairdi əsgər olmadı?
Əlindən torpağın yarısı getdi,
Qocası, cavanı, qarısı getdi.
Sözü çevrilmədi qızıl gülləyə,
Masası çevrilib səngər olmadı.
Yağı tapdağına dönəndə torpaq
Niyə bir çaxnaşma salmadı yerə?
Niyə bir titrətmə salmadı göyə?
Haqlısan şairdən gileylənməyə.
Füzuli sultanım, Xətai şahım,
Nəsimi inadı "mənəm Allah"ım.
Sözün qılıncını saldıq kəsərdən,
İçimi göynətdi amanım, ahım.
Şerin qibləsinə gətirəmmədik,
Kimi səyə üz tutdu, kimi də bəyə.
Haqlısan şairdən gileylənməyə.
Başda qapaz ola, yanaqda şillə,
Dildə xəncər ola, dodaqda güllə.
Sərhəddə dağ ola, torpaqda qaya,
Canda təpər ola, qeyrətdə maya.


___________________Milli Kitabxana__________________
Tərpədə dünyanı tufan gücündə,
Qabara, çəkilə ümman gücündə.
Söz gərək düşmənin qəddini əyə!
Əyə bilmədisə namərd qəddini,
Haqlısan şairdən gileylənməyə.
Demək, sözümüzdə el gücü yoxmuş,
Demək, səsimizdə sel gücü yoxmuş.
Obalar çökdüsə düşmən önündə,
Demək, dilimizdə fil gücü yoxmuş.
Döyüş meydanına çıxarmaq üçün
Nə pələng var imiş, nə şir var imiş.
Vətənin gözünə kül üfürməyə
Yalançı bir haray, həşir var imiş.
Baqqallar, darğalar daha çox imiş,
Tülkülər, qarğalar daha çox imiş.
Oğlun əsirdisə, günahkar mənəm,
Qızın girovdursa, günahkar mənəm.
Torpağın ən böyük faciəsinə
Gözü kor, beyni küt, qəlbi kar mənəm.
Şair harayına, şair səsinə
Ordular ayağa qalxa bilmədi.
Şair güvənmədi öz imkanına,
Milləti özünə arxa bilmədi.
Bu gün bir millətin yurdu, yuvası,
Olubsa çamırlıq, olubsa deyə,
Haqlısan, min dəfə haqlısan, anam,
Haqlısan, min dəfə haqlısan, atam.
Haqlısan şairdən gileylənməyə,
Haqlısan şeirdən gileylənməyə!
AĞDAM QARABAĞIN TOY OTAĞIYDI
Hər şirin zəngulə, hər şirin nəfəs,
Yeni bir dünyaydı, təzə bir həvəs.
Arifin içindən gəlirdi bu səs,
Ağdam Qarabağın toy otağıydı.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə