ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

___________________Milli Kitabxana__________________
Nə qədər adam var dərdin içində.
Həyatdan küsən var, candan bezar var,
Nə qədər ağrı var, dərd var, azar var,
Kimsəsiz ölü var, qərib məzar var.
Mərdin sinəsini açın, göstərin,
Nə varsa, aydınca görəcəksiniz,
Nə varsa, yer salıb mərdin içində!
AĞRI
Üstümə gələn şikayətçilərə
Ürək ndir, zərif tel, incələrin incəsi,
Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi.
Hər gün üzünə durur həyatın işgəncəsi,
Səni necə qurtarım ağrıların əlindən?
Fikrində ümid yeri, gözündə yaş gəlirsən,
Ürəyində qəm yükü, bağrında daş gəlirsən.
Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən,
Səni necə qurtarım ağrıların əlindən?
Yol dolaşıq, cığır dar, zaman çətin, vaxt ağır,
Əngəllərin əlində qalmısan mağmın, fağır.
Baxışından üstümə qalaq-qalaq qar yağır,
Səni necə qurtarım ağrıların əlindən?
Torpağın yad əlində, özün çadırda əsir,
Ayaz vurur, qar döyür, şaxta vurur, qar kəsir.
Hər kəs öz ocağına, öz evinə tələsir,
Səni necə qurtarım ağrıların əlindən?
Üzün payız yarpağı, alnın qırış-qırışdır,
Qəlbin qəmlər əlində gah küsdü, gah barışdı.
Ağladın, göz yaşların göz yaşıma qarışdı,
Səni necə qurtarım ağrıların əlindən?


___________________Milli Kitabxana__________________
Dodağım yandıran haraydımı, ündümü?
Kərpic-kərpic sökülən ömürdümü, gündümü?
Bu bulanlıq suları durultmaq mümkündümü?
Səni necə qurtarım ağrıların əlindən?
Allahı çağırırsan, eşqin Allaha çatmır,
Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır,
Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır,
Səni necə qurtarım ağrıların əlindən?
Nə şaham, nə Allaham, nə peyğəmbər, nə sultan,
Qəlbindən keçənləri yaratmağa yox imkan.
Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan,
Səni necə qurtarım ağrıların əlindən?
Sən millətin övladı, mən millətin vəkili,
Ürəyim cadar-cadar, yuxum ərşə çəkili.
Əlim göyə uzalı, gözüm göyə dikili,
Səni necə qurtarım ağrıların əlindən?
26 noyabr 2000
SƏN ALLAH,
DİLİNƏ QEYBƏT GƏTİRMƏ
Ulduzdan danışaq, Aydan danışaq,
Çeşmədən, dənizdən, çaydan danışaq,
Sevgidən, sevincdən, toydan danışaq.
Palıd qətiyyətli oğullar görüb,
Çinartək ucalan boydan danışaq,
Sən allah, dilinə qeybət gətirmə!
İşığam, sən məni zülmətə çəkmə,
Aşkaram, sən məni xəlvətə çəkmə.
Ayna ürəyimi, duru könlümü
Kinə, küdurətə, nifrətə çəkmə,
Sən allah, dilinə qeybət gətirmə!


___________________Milli Kitabxana__________________
Əlvan çiçəklərin baxışına bax,
Çəməndə güllərin naxışına bax.
Günəşin tərtəmiz şəfəqlərinə,
Buludun dumduru yağışına bax.
Yağışdan təmizlən, Günəşdən durul,
Sən allah, dilinə qeybət gətirmə!
Məğrur sarayları yıxdı, dağıtdı,
Yurdun axırına çıxdı, dağıtdı.
Qeybət ürəkləri sıxdı, dağıtdı,
Sən allah, dilinə qeybət gətirmə!
Hər könül mülkündən bir sərvət gətir,
Ruzu, qismət gətir, bərəkət gətir.
Yerdən genişlik al, göydən ucalıq,
Dinəndə, dilinə təravət gətir,
Amandı, dilinə qeybət gətirmə.
21 mart 2000


___________________Milli Kitabxana__________________
Füzuli heyrəti,
Sabir qeyrəti
NİZAMİ DÜNYASI
Ağlın genişliyi, qəlbin səsidir,
Varlığın ən böyük xəritəsidir.
Fikrin qollarıyla qucub cahanı,
Beş əsər dünyanın beş qitəsidir!
Könül dünyasında söz heykəlləşər,
Yayınmaz gözlərdən nə xeyir, nə şər.
Minlərlə xəzinə doldu, boşaldı,
"Sirlər xəzinəsi" tanıyır bəşər!
Saralmaz bağçası xəzan əlində,
Pozulmaz nizamı pozan əlində.
Tilsimlər, əfsunlar sındıran qələm
Hər şeyə qadirmiş yazan əlində!
Fərhad məhəbbətdə dünyada təkdi,
Şirinin rəsmini daşlara çəkdi.
Nizami şerindən söhbət açmağa
Allah ucalıqda şair gərəkdir!
Yandı söz adlanan gur ocaq üçün,
Eşqi çiçəkləndi bu torpaq üçün.
Yeddi şair ömrü çatmaz bəlkə də,
Tək "Yeddi gözəli" yaratmaq üçün!
Tanrısı ölümsüz təbiət oldu,
Qəlbində tükənməz min hikmət oldu.
Gecələr ulduzla dindi, danışdı,
Gündüzlər Günəşlə həmsöhbət oldu!


___________________Milli Kitabxana__________________
Üzdü, inciləri dərində tapdı,
Fikri məqamında, yerində tapdı.
İsgəndər axtaran "abi-həyat"ı,
Nizami sözündə, şerində tapdı!
Kolamı alışıb yandı zor kimi,
Böyüdü dünyası üfüqlər kimi.
Batmadı əsrlər qaranlığında,
Parladı on aydın şəfəqlər kimi!
Sirdaşdır qocaya, gəncə Nizami,
Nizami Gəncədir, Gəncə Nizami!
Əyləşib dahilər səltənətində
Bütün şairlərdən öncə Nizami!
YUNUS İMRƏYƏ
Məni məndə gəzmə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
Yunus İmrə
Heç gərək yoxuymuş səni görməyə,
Əllərim toxunan budaqdasanmış.
Yaşıl zəmilərə baxdım, düşündüm,
Səpilən dən kimi torpaqdasanmış!
Səhrada, çəməndə, güldə, çiçəkdə,
Barda, bərəkətdə, duzda, çörəkdə,
Ulu sevgi kimi canda, ürəkdə,
Şirin nəğmə kimi dodaqdasanmış!
Od kimi baxışda, nur kimi üzdə,
Qan kimi damarda, güc kimi dizdə,
Ruh kimi bədəndə, gün kimi gözdə,
Səs kimi könüldə, qulaqdasanmış!


___________________Milli Kitabxana__________________
Qəlbimə sirdaşsan, könlümə yarsan,
Hayana boylandım, hər yerdə varsan.
Gülsəm, dodağımda çiçək açarsan,
Ağlasam, yaş kimi yanaqdasanmış!
Yağdın varlığıma qarla, yağışla,
Hopdun iliyimə nurlu baxışla.
Bağışla, Yunusum, məni bağışla,
Mən elə bilirdim uzaqdasanmış!!!
DÜNYANIN YAXŞI ŞERİ
Ulu ozanımız Yunus İmrəyə
Nurlu gözdə bəslənir, odlu canda yaranır,
Çaxır şimşəklər kimi, bircə anda yaranır.
Gah qanlı davalarda, gah zindanda yaranır,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Xəzinəsi tükənməz ağır eldi, obadı,
Dilqəmin məktubunu öpən badi-səbadı.
Şəhriyarın dilindən qopan "Heydərbaba"dı,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Dünən dərin bildiyin bu gün dayaz görünür,
Yazdığın yazılarda nə qış, nə yaz görünür.
Zəiflər bolluğunda yaxşılar az görünür,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!
Oğulsan, axarına, zərbəsinə qarşı dur,
O, zülmə, ədavətə, xəyanətə qarşıdır.
Məhməd Akif Ərsoyun sərt "İstiqlal marşı"dır,
Dünyanın yaxşı şeri hər gün yazılan deyil!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə