Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

ağlına gətirmədiyi olur, Bakıya çatan kimi onların yeddisinə də ölüm
hökmü kəsilir, qardaşı Şükür də aralarında olmaqla 6-sı güllələnir. Baba
mərdanə adam idi, kişi idi, bu düşüncə ilə yaşamışdı, başqalarını da öz
arşını ilə ölçürdü və düşünməzdi ki, onun bu xoş niyyəti belə qəddar
alçaqlıqla sonuclanacaqdır, O, bu hökumətin nə qədər iyrənc, qaniçən
olduğunu indi anladı, nə qədər böyük səhvə yol verdiyini başa düşdü,
ancaq gec idi və bu günahı onu ömrü uzunu incidəcəkdi. Hansısa müəm-
malı əlin hökmü ilə Dyakov və Volınski adlı 2 müstəntiqin məxfi məktubu
ilə Babanın ölüm cəzası son anda 10 illik həbslə əvəz edilir. O isə hər an
güllələnməyə aparılanların arasında öz adının çəkilməsini gözləyirdi. 
Bütün bunlar haqqında məlumatlar MTN-nin arxivində 14261 N-
li istintaq işinin materialları içində ətraflı yazılıb, üstəlik səsinin lent yazısı
ilə birlikdə saxlanılır. Qəribədir ki, NKVD-nin rus müstəntiqi Babanın
doprosunu lentə alıb və özü də Babadan rus dilini harda belə təmiz
bildiyini də soruşur. Qardaşı Şükürün də həbsdə müstəntiqlə sorğu-sualını
o tərcümə edib. 
İstedadlı qələm dostum, dəyərli eloğlum  Xeybər Göyyallının
1996-cı ildə nəşr etdirdiyi “Baba Məmmədov” kitabında bütün bunlar
barədə ətraflı yazılıb və mən də müəllifin izni ilə yazımda  bu kitabdan
yararlanmışam.
Baba həbsdə olarkən bir nəfəri də ələ vermir, əksinə həbsdəkilərin
bir çoxun iti ağlı ilə ölümdən xilas edir. Fərcandan İrana keçməsinin də,
qaçmasının da səbəbin elə bununla izah edir: -mən gedib onlara qoşul-
masaydım özümlə qaytarıb gətirib təhvil verə  bilməzdim. 
Bayıl türməsində Baba onunla bir yerdə yatan yoldaşına xəlvətcə
deyibmiş ki, sərhəddə İranlılarla atışmada yaralananda gətirildiyi zas-
tavada gördüyü bir rus zabiti istintaqda gizli işarə ilə onu tanıdığını
bildirir, yəqin o kömək etmiş olar, çünki o vaxt demişdi, Mamedov sən
əsil qəhrəmansan, mən sənin necə vuruşduğunu görürdüm, ona xeyli silah,
iranlı əsir də təhvil vermişdim, indi onun rütbəsi artıq general imiş, tür-
mələrə nəzarət edirmiş. 
Bağırov hərdən gəlib türmədə bir çox dustaqları özü danışdırar,
cəzasın da elə burda kəsərmiş, cəbhəyə göndərməyə azadlıqda adam qal-
mamışdı, Moskva əsgər istəyirdi, nemesin qabağına göndərməyə, planı
verməyə əlac türmədəkilərə qalmışdı, hamı sıraya düzülüb, Bağırov
təsadüfən sırada dayanmış Babanı görür, əllərinin geyişməsi tutur, gözləri


səyriyir, qəzəbindən səsi titrəyir:-Mamedov, sən sağsan hələ?!-deyib
türmə rəisinə baxır, həmin gün rəislikdən azad edirlər onu. Babanın gül-
lənməyinə sayılı saatlar qalır, ancaq yenə bir möcüzə baş verir, gecəynən
Baba Bayıl türməsindən qaçırılır, buna ayrı ad vermək olmaz, bu tür-
mədən digər qəhrəmanımız ilk hərbi nazirimiz, Qarabağın general-quber-
natoru Xosrov bəy Sultanov da qaçırılmışdı, özbaşına burdan qaçmaq
mümkünsüz idi. NKVD-dən qabaq gəlib çatır Fərcana, daha həbsxanaya
düşməyəcəyinə qərar vermişdi. Yayın qızmarı imiş, yalnız gecələr gəzir-
miş, ailəsinin yarısın kənddə, qalanların Qafanın başı üstündəki Oğlannıca
yaylağında tapır. Ömür-gün yoldaşı Güldənə xanımla, balaları ilə görüşür.
Öyrənir ki, onun izinə düşüblər, sərhəddə əlavə qüvvə yerləşdiriblər,
Bağırov cilov gəmirir, tapşırıq çox ciddi verilmişdi. Gecəynən Zəngilanın
Bartaz kəndi tərəfdən keçir İrana, Bağırovun qəzəbinə bir neçə milis rəisi,
sərhədçi də güdaza gəlir.
Təbrizdə yaşamaq istəyi baş tutmur, İranda izini itirməyi bacaran
Baba Türkiyəyə keçir, gizli adlarla yaşayır, İstanbula gəlir, bir silah fab-
rikinin açıldığın öyrənib iş üçün müdirin yanına girməyə nail olur. Baba
Nuru Paşanı görəndə gözlərinə inanmır, öpüşüb görüşürlər, çay süfrəsinə
bir nəfər daha çağırılır, bu da Xosrov bəy Sultanovdur. –Babanı sənə
tapşırıram, ev tap, elə et ələ keçməsin, ömürlük gözükölgəli qalarıq, onsuz
da çox qiymətli adamlar itirmişik. Baba bu diqqətdən razı qalsa da, İstan-
bulda qalmaq fikrində olmadığını, burda çox sıxıldığını söyləyir:-mən
Vətənə-Azərbaycana yaxın yerdə dağlı, meşəli yerdə olmaq istəyirəm ki,
yurdumun havasının dadın, tamın hiss eliyim. Oralarda Zəngəzur,
Qarabağdan da çox sayda mühacir, köçkün, həmməsləki vardı, nə qədər
risqli, təhlükəli olsa da, sərhəddin o tayı ilə gizli əlaqələr də saxlanırdı.
İki paşa bir gün Babanı yenə məsləhətə çağırırlar, Nuru paşa deyir:-
görürəm çox fikir çəkirsən burda, təklik pis şeydir, mənim də başım çəkib,
sənin tənha yaşayan vaxtın deyil, baxanın olmalıdı, çay-çörəyini verən
olmalıdı yanında, ayrılıq da Allahın bir  qədəridir. Sənin Azərbaycana
yaxın olmaq arzunu da anlayıram. Bizim Ərzurumda bir çərkəz dostumuz
vardı, vəfat edib, bir gəlini qalıb, orda tənhaydı deyə gəlib burdakı qo-
humlarına sığınıb, bir az da torpağı, mülkü var orda, gəl evlən onunla get
Ərzuruma, rus-erməni agentləri çoxdu İstanbulda, iyini alıblar. 
Razılaşır. Babanın vətəndə 1905-ci ildə Zəngilanın Ağkəndindən
aldığı Güldənədən olan 3 qızının 3-ü də təhsil almışdı, “Lenin” ordenli


Münəvvər Zəngəzurda ilk ali təhsilli qadın, həm də təyyarəçi olub. Böyük
oğlu Məhəmməd “xalq düşməni” oğlu olduğu üçün Qazaxıstana sürgün
edilib, qayıdıb 59 yaşında vəfat etmişdi. Kiçik oğlu Rəsulun da türmələrdə
canı çürüyür, Sultan bəyin uşaqları ilə bir vaqonda anası ilə birlikdə 36
gün gecə-gündüz sürgünə sürülür, çox sayda əzizləri də onun ucbatından
güdaza gedir, həbsdən, sürgündən yayınanları da müharibə udur. Ali
Sovetin sədri Nəzər Heydərova çatdırırlar ki, Babanın uşaqları sürgündə,
bir yarısı buralarda ağır gündədirlər. Köhnə dostu Babanın Zəngəzur ca-
maatı üçün elədiklərini yadına salır, onlara kömək üçün yollar axtarır və
bəzi şeylər edə bilir. 
Əzizlərinin çoxu Çanakkalada Şəhid olmuşdu
Babanın Türkiyədə  ilk işi uşaq vaxtı dayılarına qoşulub gələn qar-
daş-bacılarını axtarmaq olur, aldığı xəbərdən həm içi göynədi, həm qürur-
landı; cavanların, kişi qisminin hamısı Çanakkalada Şəhid olmuşdular.
Nəslin budağının biri qurumuşdu. Baba burda olsaydı, yəqin o da ya Qazi,
ya Şəhid olmuşdu indi.
Osman Əli hekayəti
İl 1918. Ermənilər rus-türk davasında əldə etdiyi xeyli silah-sursat,
topladıqları 10 minlik nizami ordu ilə Zəngəzurda müsəlmanların qanın
axıdırlar, Osmanlıdan kömək istəyənlərdən biri də Baba olur, Türk qoşun-
larından bir bölük Zəngəzura gəlir, Baba da bunlarla birlikdə öz dəstəsi
də öndə olmaqla savaşır, əməliyyatı da özü qurur, bələdçilər ayırır. Hər
iki tərəfdən çoxlu can verilir, erməni tam bir il  Qafan tərəfdən hücum et-
məyə ara verir. Ağır savaşdan sonra dincini alan türk dəstəsindəkilərin
pərişan halı Babanın gözündən yayınmır. Öyrənir ki, türk qoşunu
içərisində Osman adında bir əsgər varmış ki, Osmanlıdakı erməni qırğın-
larında bütün ailəsi, qohum-əqrəbası, kəndi amansızlıqla məhv edilibmiş,
tək körpə oğlu gözdən yayınıb salamat qalıbmış, savaşdan geri dönən
əsgər oğlunu da götürüb Qafqaza yardıma gələn Qafqaz İslam Ordusuna
qoşulur,  oğlunu gözündən uzaq qoymur, bu dəfə də özü ilə birlikdə imiş.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə