Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

lüğünde) çalışmış və buradan əməkli-təqaüdçü  olmuşdur.
Taki Aran, çox hissiyatlı, atəşli nitq söyləyən, milli davasına bağlı
və Azərbaycanın bağımsızlığı üçün mücadilə edən insan olub. Buna
görədir ki, Azərbaycanın bağımsızlığı üçün Türkiyədə fəaliyyət göstərən
bütün qurum və quruluşun yanında yer almışdır. Bunlar arasında Azər-
baycan Kültür Dərnəyi, Azərbaycan Milliyətçilər Dərnəyi, Azərbaycan
Yardımlaşma Dərnəyi sayıla bilir.
Taki Aran ahıl yaşına rəğmən, son günlərinə qədər hər toplantıya,
hər hərəkətə qoşulmuş, Azərbaycanda böyük olayların yaşandığı 20 yan-
var 1990-cı il gecəsi göz yaşları içində ağlayaraq şahidlərin yanında bu
qətliamı törədənlərə nifrətlər yağdırmışdır. Vətənində baş verən hadisələri
diqqətlə izləmişdir.
9 dekabr 1991-ci ildə gözlərini həyata əbədi  yummuşdur.
Mehmet Gengerlinin “Taki Aran vefat etdi” yazısında onun vətən
sevgisi  təsirli dillə qələmə alınıb (“Azerbaycan Dergisi”, noyabr-dekabr
1993-cü il ).
Xələcli istiqlalçı Əhəd  Ural 
Əhəd (Ahet) Ural 1903-cü ildə Zəngəzur qəzasının
Qubadlı nahiyəsinə bağlı Xələc (Türkiyə mən-
bələrində Hallaç) kəndində doğulmuşdur. Bu kənd
öz əsilli-köklü, adlı-sanlı, sınanmış seyid ocaqları
ilə tanınırdı. 
Ötən əsrin əvvəllərində Zəngəzurda baş verən
hadisələri, qanlı qırğınları ilk dəfə gördüyü kimi
“Zəngəzur” romanında böyük cəsarətlə qələmə alan
Nəzər Heydərov yazırdı:”Xələc kəndində seyidlər
çox olduğuna görə qaçaqlar orda gizlənirdilər, ona görə ki, o kəndi heç
kim qorxusundan gedib yoxlamazdı.”
Qaçaq Nəbi-Həcər dəstəsinə ən ağır günlərdə bu kəndin cəsarətli
sakinləri arxa, dayaq olublar.
Əhəd də belə bir seyid ocağında doğulduğundan adının qarşısında
və sonunda titulu var idi: Mir Əhəd Ağa. Atası  Məşədi Teyyub İsfahan
və Xorasanda ali dini təhsil alıb vətəninə qayıtmış, yaxın-uzaq kəndlərdə


müəllimlik, mollalıq etmiş, elmin,
maariflənmənin təbliğatçısı ol-
muşdu.
İlk təhsilini Qubadlıda alan Əhəd,
Birinci Dünya Savaşının başla-
ması ilə təhsilinə ara vermək
zorunda qalmışdır. 28 May 1918-
ci ildə Azərbaycan Cümhuriyyə-
tinin qurulmasından sonra Şuşa
şəhərində Pedaqoji kurslarda təhsilini bitirən Əhəd müxtəlif  kəndlərdə-
Cibikli, Fərcanda müəllimlik və müdirlik etmişdir. Şəhərcikdən qayıdanda
bir dəfə ayı ilə əlbəyaxa olur, ayını boğub öldürsə də, özü də xeyli yara
alır, Məşədi Qara hazırladığı həblərlə, dərmanlarla bu xalq müəllimini
sağaldır.
Ermənilərin Zəngəzurda törətdikləri qırğınlar ara vermirdi, müsəl-
man türk və kürdlərin səsinə harayına yetişən Osmanlının Qafqaz İslam
Ordusu əsgərlərinin bir qrupu da Qubadlıdan keçib Qafanın başı üstündəki
“Qızıl daş”a gedirmişlər. Əhəd ağa bir neçə ağsaqqalla Türk əsgərlərini
qarşılayır, heyvanlar kəsilir, yemək süfrələri açılır, əlavə ərzaq tədarükü
də görülür, imkan dairəsində əsgərlərin geyimləri dəyişdirilir, istilənir, at-
ları yemlənir, yorulub əldən düşənlərin əvəzinə gümrahları verilir. Türk
paşası gənc Əhədin bu diqqət, qayğısından, el-oba arasında cavan yaşda
belə xətir-hörmət qazanmasından çox məmnun qalı deyir:-Nə vaxtsa sənin
bu xəcalətindən çıxsam, elə bilərəm ki, Allah qarşısında borcumun birin
də vermiş olaram. 
Əhəd qardaş yardımına gəlib çatan, gəlişi ilə də erməni daşnak or-
dusunun canına vəlvələ salan türk ordusuna şükranlıq borcunu ödəmək
üçün bunların çox az bir şey olduğunu söyləyir.  
Hər cür fərqli düşüncəyə, xüsusilə millətçi görüşlərə malik, Azər-
baycanın müstəqilliyi üçün çalışmış insanlara qarşı bolşeviklərin başlat-
dığı qırmızı terrorun onun üçün də həbs qərarı verdiyini öyrənincə 1928-ci
ildə gənc Əhəd qaçmağı bacarır,  Zəngəzurun, Qubadlının hər keçidinə,
kahasına, qayasına bələd olduğu əlçatmaz dağlarında gizlənir. 2 il rus-er-
məni təqiblərindən yayınıb özü kimi dağlara pənah aparan əqidə dostları
ilə birlikdə dəvətsiz, məkrli niyyətlərlə torpaqlarımızı işğal edən ruslara
qarşı bəzən açıq, bəzən gizli hücumlar etmiş, onları xeyli itkiyə də uğrat-


mış, bu yerlərdə Şura hökumətinin gəlişindən sonra da dağların əsil sahibi
olan qaçaqlara qoşulmuşdur. Atası Məşədi Teyyub Ağa bu üzdən illərlə
bu ocağa sədaqət göstərən yaxın-uzaq kəndlərdə gizlədilir, hətta hökumət
nümayəndəsi belə onu ot tayası içində tapanda bu mötəbər insanı həbs
eləməyə cəsarət etmir, el töhmətindən, bir də bu nəslin ağır seyid
nəfəsindən qorxub çəkinir. Çox sayda qohumları həbs olunur, hər yerə
səpələnirlər, əzablı işgəncələr çəkirlər. 
Fərcanlı Yüzbaşı Babanın MTN-nin arxivində saxlanan istintaq
materiallarında Məşədi Teyyubun da adı keçir: “1927-ci ilin aprelində
Ağbulaq kəndində Xələc kənd sakini Məşədi Teyyubun rəhbərliyi ilə
keçirilən məxfi iclasda Baba Məmmədov da iştirak edir və ona İrandan
aldığı direktivləri çatdırır...”  
Qaçaqların cəsur mübarizəsi 15 ildən çox bu yerlərdə sovetlərin
tam hakimiyyət qurmasına imkan verməmişdir. Onların günbəgün nəzarəti
artırdığını görən bolşevik hökuməti qəti hücuma keçir, xəyanətkarlar dağ-
daşlara salınır, güclü silahlı hərbçilər dəstəsi bölgəyə göndərilir. Qaçaqlar
günahsız insanların, yaxın qohum əqrəbalarının da xeyli itki verdiyini,
uğur qazanmağın mümkünsüz olduğunu görüb İrana keçməyi qərara alır-
lar. Ancaq rus sərhədçiləri onları ələ keçirmək üçün planlar qurmuşdu,
Araz boyu sərhədlərin mühafizəsini bu məqsədlə xeyli gücləndirmişdi.
Hətta, bir neçə sərhəd zastavasına tank və hərbi vertolyotlar da gətirmişdi.
Onların izinə düşən qırmızılarla döyüşə-döyüşə Cəbrayılın Araz boyu
kəndlərinə girən qaçaqların bir çoxu həyatlarını itirsələr də qolundan ağır
güllə yarası alıb xeyli qan itirən Əhəd Arazı keçib İranın Səfərli kəndinə
yetişməyi bacarır. Bu yara onu ömürlük şikəst edir. Əhəd və səngər
yoldaşları İranda da təqib edildiklərini görüb  Türkiyənin İran Kon-
soloslarından Ziya Beyin yardımları nəticəsində 21 dostu ilə birlikdə
Türkiyəyə keçib girməyi bacarırlar və Van şəhərində yerləşirlər.
Türkiyədə Ahet Ural adı ilə yaşayır, Vanda zabit katibliyi və
“Erkek Sanat Enstitüsü”ndə mühasib olaraq çalışır, İstanbula köçür. Üç
oğlan və iki qız atası olan Ahet bey 20 dekabr 1977-ci ildə Vanda həyata
gözlərini yummuş və buradakı Akköprü məzarlığında dəfn edilmişdir.
O, Türkiyədə də Azərbaycan təşkilatlarında fəallıqla çalışmış,
doğma Vətəninin bir zamanlar yenidən istiqlalına qovuşacağına ürəkdən
inanmış, bu yolda əldə silah mücadilə aparmağa hər zaman hazır olduğunu
söyləmişdir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə