Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

baxmayaraq, Azərbaycanın bu vilayətinin taleyi bu məsələnin həlli ilə
bağlıdır. İndiki vaxtda Qarabağ məsələsinin həll edilməsinin mənim cav-
abdehliyimdə olduğunu nəzərə alaraq xahiş edirəm ki, hərbi hissələri
Qarabağın general-qubernatoruna tabe edilməsi haqqında qərar verəsiniz,
ya da mənim istefamı qəbul edib, hərbi hissələri ona tabe etməklə digər
bir şəxsi mənim yerimə təyin edəsiniz. Mən bu haqda bəyanat verərkən
tamamilə vətənpərvərlik hisslərindən çıxış edirəm. Nə üçün? Ona görə ki,
vilayətdə hərc-mərclik olmasın, vilayət özbaşına buraxılmasın,
Hökumətin Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi
vəziyyətlə, mövcud qanunlarla bəraət qazandırılmayan  qeyri-müəyyən
və anlaşılmayan münasibət bəsləyən ermənilərin hakimiyyətinə ver-
ilməsin...” Xosrov bəy növbəti məktublarında Hərbi nazirliyə tabe olan
hissələrdəki əsgərlərin ayaqqabı, geyim, patron çatışmazlığından, hətta
itaətsizliyə gətirib çıxaran vəziyyətin kəskinliyindən, neçə aydır şəxsən
ona vəd olunan patronları almadığından yazır, Qarabağ, Zəngəzurdakı
vəziyyətin böhranlı həddə çatdığını, Qarabağ qubernatorluğuna aid
ərazilərin məsələsinin birdəfəlik qəti həlli üçün hərbi sursatla 2 min əs-
gərin onun tabeliyinə keçirilməsini, əks təqdirdə istefaya buraxılmasını
israrla təkid edir. Xosrov bəy israrında tamam haqlı idi. O, yeni yaran-
maqda olan Milli Ordu hissələrinin Zəngəzurda Andranik, Njde, Dro ko-
mandanlığında nizami qoşunlara qarşı kortəbii, cəsarətsiz, pərakəndə
savaşlarının şahidi idi, təlim keçməmiş, silahla davranmağı bilməyən, re-
gionun sərt iqliminə, dağlıq relyefinə bələd olmayan bığ yeri təzəcə
qaralmış əsgərlərin qırılmasını da, bir çoxu rus, ingilis, ermənilərlə əlbir
olan zabitlərin xəyanəti, səriştəsizliyi sayəsində yerli partizanların tut-
duqları strateji yüksəkliklər ağır itkilərlə ermənilərə verilməsini də
görürdü (general-leytenant Sulkeviç, general Yadigarov (Sultan bəyin
təşkil etdiyi kürd partizanlarının əlində olan strateji yüksəkliklərdə
möhkəmlənmək üçün göndərilən Yadigarov əməliyyatı pozduğuna,
Qaragöl və digər ərazilərin yenidən ermənilərin əlinə keçməsinə imkan
verdiyinə  görə hərbi nazir Mehmandarov tərəfindən komandan müavin-
liyindən azad edilib qərargah zabitliyinə endirilmişdi) polkovnik Tuqanov,
polkovnik Levestman, ştabs-kapitan Stolbb, praporşiklər Vidadov, Vaç-
nadze və.b). Xosrov bəyin Qarabağdakı müsəlman əhalinin, eləcə də yay-
laqlara köçən aran maldarların təhlükəsizliyini qorumaq üçün tabeliyində
olan az sayda “xalq milisi”nin gücü ilə nə qədər işlər gördüyü də


sənədlərdə, raportlarda qalır. 
AXC Nazirlər Şurasının sədri  Nəsibbəy Yusifbəyli Xosrov bəyin
bu məktubu ilə bağlı Hökumətin 1919-cu il 19 aprel iclasında şəxsən
məruzə edir, qızğın  müzakirə keçirilir və məsələ həllini tapmır, səbəb
(bəhanə) Xosrov bəy hərbçi deyil. Onun “Azərbaycan” qəzetinin 5 aprel
nömrəsindəki müsahibəsi də vəziyyətin kritikliyini aşkar göstərsə də,
Hökumət və Parlamentdəki müəyyən qüvvələr müxtəlif bəhanələr, arqu-
mentlərlə, əsas da ingilis nümayəndəliyinin təzyiqi qarşısında geri çək-
ilərək Qarabağda vəziyyətin birdəfəlik Azərbaycanın xeyrinə həllinə mane
oldular.
“Наше время» qəzeti 1919-cu il 13 iyun tarixli nömrəsində
yazırdı: “...8 iyunda Qarabağda qanlı hadisələrə dair Van kilsəsi yanında
mitinqdə aşağıdakı qətnamə qəbul edilmiş, Müttəfiq Dövlətlərə, beynəlx-
alq təşkilatlara müraciət qəbul edilmişdir:...3. Qarabağda daimi olaraq
sakitliyi və qayda-qanunu pozan məşhur Türk agenti və Azərbaycan gen-
eral-qubernatoru Xosrov bəy Sultanov və bütün Azərbaycan hərbi
hissələri Qarabağdan çıxarılsın...”  
Mayın 25-də Şuşanı tamam ələ keçirən Erməni Milli Şurasının
silahlı qüvvələrinə  qarşı əməliyyata başlayan Xosrov bəyə atəşi
dayandırıb dərhal Şuşadan geri çəkilmək barədə İngilis nümayəndəliyinin
ultimatumu çatdırılır.  Xosrov bəy Azərbaycan hökumətinə tabe olan dinc
erməni əhalisinin can, mal varlığına təminat verib, bütün erməni əsgər-
lərini tərksilah edir, onların tutduqları kazarmaları boşaldıb AXC əsgər-
lərini yerləşdirir, 10 iyunda təkcə ermənilər, 27 iyunda isə müsəlman və
erməni əhalisi Şuşada qurultay çağırıb AXC Hökumətinə tabe olduqlarını
bəyan edən qətnamə qəbul edirlər, barışıq komissiyası yaradırlar. 29-30
iyulda Baş nazir Yusifbəyli, Gəncə qubernatoru Rəfibəyov, Hərbi nazir
Mehmandarov Şuşada erməni, müsəlman əhali ilə, məscid və kilsə
qarşısında görüşüb çıxış edirlər,  avqustun 20-də Qarabağ ermənilərinin
7-ci qurultayında seçilmiş 20 nəfər nümayəndənin imzası ilə Xosrov bəyin
iştirakı ilə 26 maddəlik “Dağlıq Qarabağ ermənilərinin Azərbaycan
Hökuməti ilə müvəqqəti müqavilə”si imzalanır, 28 avqustda Bakıya gəlib
Yusifbəyli ilə görüşürlər, AXC hökumətinə tabe olduqlarını bildirirlər.
Aclıqdan əziyyət çəkən ermənilərə 100 pud un payladır.
3 ay davam edən sakitlikdən sonra 1919-cu il 23 noyabrda Tiflisdə
Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təm-


silçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə müqaviləyə qol çəkir-
lər. 
Dekabrın ilk günü gələn dəhşətli xəbərlər Qarabağ, Zəngəzur əhal-
isini yenidən yer-yurdundan silib süpürür, türk-müsəlman qana susamış
ermənilər kəndləri qan gölünə döndərir.
Qarabağın general-qubernatoru Xosrov bəy Njde və Dronun
nizami qoşunlarının Zəngilana hücumu başlanan kimi 1919-cu il dekabrın
7, 8, 11-də AXC hökumətinə və Xarici İşlər Nazirliyinə göndərdiyi tele-
qramlarda ermənilərin noyabrın 23-də imzaladıqları sazişi kobudcasına
pozaraq amansız hücuma keçdiklərini, tabeliyində heç bir hərbi qüvvə ol-
madığını bildirir və təcili kömək istəyir. Dekabrın 13-də az qala yalvaraq
Zəngilan əhalisini qorumaq üçün ona çox yox, yaxınlıqdakı Qaryagində
(Füzuli) hazırda heç bir təhlükə gözlənməyən İranla sərhəddə dayanmış
3 zabitlə 600 türk əsgəri, 2 pulemyot təcili göndərməyi rica edir, əlavə
kömək gələnə qədər hələlik bu güclə ermənilərin qabağını alacağını
bildirir. Yenə də yardım gəlmir.
23 aylıq mövcudluğu ilə haqlı olaraq qürur duyduğumuz Azərbay-
can Xalq Cümhuriyyətinin mədəni, savadlı, intelligent, sülhpərvər, bir çox
hallarda sadəlövh, yumşaq xarakterli rəhbərləri acı təəssüflər olsun ki,
xaricdən gəlib Tiflis, İrəvan, Bakı, Gəncə, Şuşa, Gorusda lövbər salmış
polkovnik, general, diplomat libaslı xristian emissarların diqtəsi ilə er-
mənilərlə Zəngəzurda, Qarabağda, Bakıda da “pişim-pişim”lə danışmağı
üstün tutur, onların nazı ilə oynayırdılar. Bu da nəticəsi...
SSRİ DTK-sının arxivlərində Dro Kanayanla birlikdə dinc sakin-
ləri qətlə yetirmiş ermənilərin, təbii ki, əski daşnakların ifadələri
saxlanırdı. Həmin məlumatlara görə, “Dro Kanayan Qubadlı bölgəsində
100-dən artıq azərbaycanlı kəndinin talanına rəhbərlik etmişdir. Talandan
sonra həmin kəndlər tamam yandırılmışdır. Bu kəndlərin ən irisi Şurnuxu
(şirnax-gur şəlaləli yer anlamındadır-H.N) adlanırdı.”
Çox qəribə, həm də məntiqli uyğunluq var 1918-20-ci il hadisələri
ilə 1992-93-cü il hadisələri arasında. Təkcə zaman, şəxslər fərqli idi. Milli
Qəhrəman Əliyar Əliyevlə birlikdə  Qubadlıda ilk özünümüdafiə bataly-
onlarının qurucu rəhbərlərindən və Rayonu Müdafiə Şurasının 12
üzvündən biri olaraq bunları yenidən xatırlatmalıyam; düşmənlə 130 kilo-
metr üzbəüz dayanan Qubadlıya top, raket mərmiləri yağır, hücum olur,
erməni mövqelərinə artilleriya cavab zərbəsi endirmək üçün Beyləqandakı


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə