Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

yardım əlini uzatmışdı. Zəngəzur qartalı Sultan bəy Sultanov və qardaşı-
AXC-nin ilk hərbi naziri Xosrov bəyin təşəbbüsü ilə bir süvari dəstəsi
düzəldilərək Laçın, Zəngəzur, Naxçıvan dağlarından keçməklə Qarsa yola
salınmışdı. Hacı Zeynalabdin Tağıyev o illərdə Türkiyənin nicatı bizim
nicatımızdır, məhvi bizim məhvimizdir, düşüncəsi ilə Anadoluya yardım
üçün "Qardaşlıq köməyi" adlı bir yardım kampaniyası başlatmış, şox
gərəkli, sanballı yardım düzənləmişdi. Azərbaycan Xalq Komissarları
Sovetinin sədri N.Nərimanov 23 mart 1921-ci il tarixdə Atatürkə yazdığı
məktubunda böyük səmimiyyət və hörmət hissi ilə etiraf edirdi: "Paşam,
1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!" Qurtuluş savaşından
zəfərlə çıxan Türkiyə ağır maliyyə böhranı keçirirdi. Atatürk 3 may 1920-
ci ildə Şərq ordusu komandiri general Kazım Qarabəkirə göndərdiyi mək-
tubda həmin əsil ürək kövrəldən ərklə, göz yaşardan qardaşlıq duyğusu
ilə yazırdı: "Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək
istəməyə ümid də yoxdur. Başqa çıxış yolu tapana qədər Azərbaycan
hökumətindən borc almağınızı rica edirəm". Kazım Qarabəkir Atatürkün
xahişini birbaşa Nəriman Nərimanova çatdırır. Nərimanov 19 avqust
1920-ci ildə Atatürkə cavab məktubu göndərərək belə yazır: ”…qardaş
qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qar-
daşıq və hər zaman əlinizdən tutacağıq…Müsəlman kommunistlər sizin
istəyinizə catmağınız üçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz
məğlub olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün
qurtuluş yolu qalmayacaq". ( Doğan Avcıoğlu "Milli qurtuluş tarixi", 2-
ci cild, səhifə 430) "Cənab general, bizim Türk millətində qardaş qardaşa
borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və
hər zaman əlinizdən tutacağıq" (A.Şəmsəddinov "Qurtuluş savaşı illərində
Turkiyə-Sovet İttifaqı əlaqələri," səhifə 66). Azərbaycan hökuməti çox
keçmir ki, 500 kiloqram qızılı Türkiyəyə göndərir. Qardaş köməyi
bununla bitmir. Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl rublu da
Türkiyəyə ünvanlayır. 23 mart 1921-ci ildə isə Türkiyənin müraciətini gö-
zləmədən Azərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern
benzin, 8 sistern yağ göndərir. Yardımların arası kəsilmir. Çox keçmir ki,
62 sistern neft də göndərilir. Atatürk Azərbaycanın Türkiyə üçün önəmini
çox yüksək dəyərləndirərək Bakıya bir səfir göndərir. Diplomat olmaqla
yanaşı yaxşı bir yazıcı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nəri-
manovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşür. Hətta, Hacı Zey-


nalabdin Tağıyevin xanımını da ziyarət edir. Azərbaycan da ilk səfirini -
İbrahim Əbilovu Ankaraya gondərir. İ. Əbilovun 1921-ci ilin oktyabr
ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur. Səfirlik binasını
Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağını yüksəldir. Bu Azərbay-
can Sovet Sosialist Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında ilk
rəsmi diplomatik əlaqənin qurulması demək idi.b Atatürkün ən yaxın
adamlarından olmuş Dr. Riza Nur xatirələrində yazır ki, İ. Əbilov sonralar
Atatürkün ən inanılmış, etibarlı adamlarından biri olur.
1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud
Hüseynovu yanına mağıraraq Atatürkə 1 və 2-ci İnönu döyüşlərində
qazandığı zəfər münasibətilə bu məzmunda bir teleqram vurmağı tapşırır:
“Qazanılan bu böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet
Sosialist Respublikası adından təbrik edirik.” 
Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya göndərir,
Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. Nə-
rimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi
ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq
görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu
bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtin-
skini də yardım üçün onlara qoşur. Dediyi kimi də olur, nümayəndələri
Stalin qəbul edir, Atatürkün istəyi gercəkləşir, Rusiya Türkiyəni 1-ci
olaraq tanıyır, Qars müqaviləsinin şərtləri razılaşdırılır. Dr.Riza Nurun
xatirələrində Azərbaycan oxucusu üçün maraqlı, yeni olan bir çox məqam-
larla birlikdə bu epizod da diqqət çəkir: Türkiyəyə geri dönmək üçün
Bakıya qayıdan nümayəndələrin vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur,
ancaq onlar çətinliklə də olsa, bu hədiyyədən imtina edə bilirlər. Azərbay-
can və Anadolu insanları Osmanlı Türklərinin Azərbaycana etdiyi yardım-
ları yaxşı bilsələr də, Azərbaycanın Türkiyəyə etdikləri bu kimi köməkləri
bilmirlər. 
Azəri türklərindən Sovetlər İttifaqında ən yüksək vəzifədə çalışmış
- SSRİ Xalq Komissarlar Sovetinin sədri  Nəriman Nərimanovun (30
dekabr 1922 - 19 mart 1925) 20-ci illərdə Azərbaycan hökumətinin sədri
olarkən Zəngəzur və Qarabağ məsələsində göstərdiyi prinsipsizliyi,
qətiyyətsizliyi yaddan çıxarmayaraq, onun Türkiyəyə sözdə və əməldə
münasibətindəki prinsipiallığı, əsil türk qardaşlığı mövqeyi nümayiş et-
dirməsi hər zaman hörmətə layiqdir.


Çanakkalada Azərbaycandan ürəyinin istəyi ilə gəlib Qurtuluş savaşına
qatılmış 18 yaşlı İbrahimin məzarı durur. Osmanlı tabeliyindəki Balkan-
larda başlayan savaşda Osmanlıya ilk dəstəyi verən Bakı aydınları ol-
muşdu. 1912-ci ildə İstanbulda çıxan “Səbilur-Rəşad” məcmuəsində
Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar!
Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal
və tərəqqisindədir!”
Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivində saxlanılan aşağı-
dakı bu sənəddə həmin qardaşlıq duyğuları əksini tapmışdır: 
“Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmət Paşa
cənablarına!
Türk ordusunun Azərbaycanı azğın düşmənlərin caynağından
xilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türk tor-
paqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşə verilərək
işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan da ingilis əsgərləri
tərəfindən işğal edilmişdi. Bütün qəlblərin sızladığı, qan ağladığı bir
məqamda Azərbaycanın fədakar övladları 23 mart 1920-ci il tarixində
baharın gəlişi münasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardım
kampaniyası təşkil etmişdir. Miqdar baxımından çox olmasa da, “Anadolu
günü” yardım kampaniyasında bolşeviklərin işğalına məruz qalmış Azər-
baycandan Anadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl
toplanmışdır.
Bakı Yardım Komitəsinin adından bank hesabınıza köçürülmüş
3000 ingilis funt sterlinqini qəbul etməklə yardım etmək istəyən vətən-
daşlarımızın öz vicdanları qarşısında borcunu ödəməyə imkan vermənizi
rica edirik.
Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri
Abdulvasi,   Bakı, 10 dekabr 1920-ci il” 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə