Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

Saldat da bir yandan yaman bəladı.
Üçtəpə düzündən qopubdur sazaq,
Düzülüb qarovul saldatla kazak.
Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Həcər xanım heç Nəbidən doymadı.
Bu davada Nəbi tufan eylədi
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi
Erməni Ginkuru bidad eylədi 
və sair.
“Nəbi qardaşını öldürən ermənilərdən Mehdinin intiqamını almaq
üçün çox çalışdı, ancaq onu öldürənlər çar hökumətinə bağlı naçalnik,
pristavların təhriki ilə aradan çıxmışdılar.
Bəhlul Bəhcətin “Qaçaq Nəbinin fəaliyyətinin yekunu”nda gəldiyi
qənaətlər eynən başqa bir müasiri-Azərbaycan istiqlal məfkurəsinin və
dünyəvi, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu
M.Ə.Rəsulzadənin “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsindəki
dəyərləndirmələri ilə üst-üstə düşür: ” Azərbaycanda qaçaq hərəkatı
əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində
meydana gəlmişdir....Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər
idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi.
Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İs-
tismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara
xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin
edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur,
sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı
yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda
qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kər-
baladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində
rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.
Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını
əks etdirən dastanlar söylənilir” 
(www.rasulzade.org).
Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə etdiyi sənədlər, yazış-
malardan da nümunələr gətirir, Nəbinin artıq Rusiya və İranın başağrısına
çevrildiyini faktlarla göstərir.


Həcərin Nəbidən sonrakı həyatı
“Həcər Nəbini İranda el adətiylə dəfn edib Zəngəzura geri dönür,
qohumlarının yardımı ilə bir müddət gizli yaşayır, sonra üzə çıxıb Aşağı
Molluda Nəbinin yaxın qohumu olan Həmzə adlı gənc bir çobanla ailə
qurur, yaşayır, Nəbidən övladı olmamışdı, Həmzədən övladı olur. Həcər
bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu”. Bu
məlum fakt tədqiqat, araşdırma kitabında bir neçə dəfə yada salınır. Qeyd
edək ki, Həcər 1914-cü ildə 54 yaşında dünyasın dəyişib. Başdaşına əksi
həkk olunmuş məzarı Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında du-
rurdu. Nəvəsi Əliş kişi Böyük Vətən Müharibəsində igidliklər göstərib
sinəsi orden-medallarla dolu qayıtmışdı, 93-cü il avqustun 31-də
Qubadlını müdafiə etməli olan (!) 7 batalyon bütün silah, döyüş sursatı
ilə bərabər yuxarıdan verilmiş əmrlə açıq-aşkar xəyanətlə rayon
ərazisindən çıxarılandan sonra kəndlərdə qalıb ermənilərlə döyüşlərdə
Şəhid olanlardan biri də Həcər yadigarı Əliş kişi idi. Çoxlu övladları var.
1988-ci ildə “Aydınlıq” qəzetində çıxmış “Elin bu günündə gələydin,
Nəbi” başlıqlı, “Gənclik” jurnalının may 89-cu il nömrəsində “Yaddaş”
başlıqlı yazılarımdan üzübəri “Qubadlısız 16 il” (“Nurlan”, 2009)
kitabımda da gedən, Həcərin 80-ci illərə qədər sağ-salamat yaşayan
həmyaşıdları, onu görüb tanıyan qonum-qonşularını dinləyib yazdığım
bu sətirləri eynən buraya köçürürəm: “...Nəbidən sonra da köhnə düşmən-
lər 30 yaşlı Həcəri rahat buraxmırdı, hələ də gəncliyini, şuxluğunu özündə
saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif  böhtan, şər-şəbətə
uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur.
Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür-gün yoldaşı
rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında
qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan
gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli
qadın necə deyirsə,  elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə,
qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev
sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah
şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da
gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim,
görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər,
təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-


sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin
iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu
yetimlərin analığı, Həmzənin halalı”. Həcərin Həmzədən bir qızı da olur.
Nəvəsi, 2-ci dünya müharibəsinin veteranı, əlili olan, orden-medallı Əliş
kişi doğma kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini götürüb öz məh-
ləsindəcə erməniləri gözləyir, öldürür də, özü də şəhid olur – 93-ün 30
avqustunda. O rəhmətliklə “Qaçaq Nəbi” kolxozunda taxıl təhkimçisi
olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona
da danışmışdım, demişdi ki, hamısı düzdü, elə deyilən kimidi...”
Məhəmməd Əmin Rəsulzadə yazır: “Çar idarəsinin qaçaqların
ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı.
Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun ar-
vadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıx-
mayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin
təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə “Azər-
baycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə
məlumat vermişik”( www.rasulzade.org). Əlavə şərhə ehtiyac varmı?!
Xəyanət davam edir...
Həcər xanımın 20 ildən bəri əsirlikdə, qəriblikdə qalan biz Azər-
baycan kişilərindən onsuz da incik ruhunu son illərdə əvvəl bir rəhmətlik
şairimiz incitdi, düzdü sonra nə qədər yanlış səhvə, günaha batdığın an-
layıb üzürün xalqdan dilədi. Ancaq bu lafı bu yaxınlarda boyu iddiası,
ağlı gödəni ilə tərs mütənasib yazıçımız radio çıxışında təkrar elədi; guya
Həcər Nəbidən sonra erməniyə ərə gedibmiş... Təəssüflər olsun ki, Azər-
baycanda bu gün səsi gur çıxanların bir çoxu elə Nəbi-Həcər kimi qeyrətli
vətən övladlarının qəsdinə duran, sifariş alan, imkan düşən kimi arxadan
vuran rus Slovenski, fars Əmir Bahadır, erməni Arzumanyan, sapı
özümüzdən olan baltalar-var-dövlət hərisi Şahhüseyn kimilərinin dop-
doğmaca törəmələridir. Nə edək, biz də belə qövmük, ona görə də cəza-
mızı çəkirik!
...Nəhayət Peterburqdan Tiflisə gələn qəti təlimat üzrə içində fars,
rus casusları, başda salmaslı Arzumanyan olmaqla bütün qüvvələr birləşir,
həlqə daralır, xəyanət öz işini görür, əvvəlcə ən yaxın, sadiq silahdaşları


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə