Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

Birlik gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi, milli qürur hislərinin
gücləndirilməsi, xalqımızın şərəfli döyüş, qəhrəmanlıq tarixinin
öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq belə əsərlərin nəşrini davam
etdirəcəkdir.
QHT müsabiqəyə yekun vurdu: 
Xosrov bəy və Sultan bəy haqqında kitab çıxdı 
“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbay-
canın Xalq qəhrəmanı Sultan bəy Sul-
tanovun anadan olmasının 140 ilinin tamam
olması ilə bağlı elan etdiyi müsabiqəyə
yekun vurub.
Bununla bağlı sentyabrın 7-də Birliyin yay-
dığı məlumatda deyilir: “İşğal altında olan
Qarabağ-Zəngəzur və digər bölgələrimizdəki torpaqlarımıza qayıdış
xalqımızın milli mənlik, heysiyyət, qürur, vətənpərvərlik və hərbə hazırlıq
duyğularının oyanışından keçir. Bu yolda Sultan bəyin komandanlıq,
qəhrəmanlıq və xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığı tarix-
imizin ən ibrətli örnəyidir. Bunları nəzərə alaraq, Sultan bəy haqqında ən
yaxşı kitab, məqalə, teleradio materiallarının müsabiqəsi keçirilmişdir.
Təqdim olunmuş materiallar arasında professor Ziyadxan
Nəbibəylinin   “Bütöv Azərbaycan ”, “Təzadlar” və digər qəzetlərdə gedən
silsilə məqalələri Sultan bəyin ömür yoluna həsr olunmuş ən uğurlu
yazılar hesab edilərək, müəllifə elmi- tarixi əhatə dairəsin
genişləndirməklə kitab şəklində hazırlamaq tövsiyyə olunub. 
Birliyin maddi dəstəyi ilə 176 səhifəli “ Sultan bəy və Xosrov bəy
qardaşları” kitabı “ Nurlar” Nəşriyyat – Poliqrafiya Mərkəzində işıq üzü
görüb. 
Kitabda Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurda hər
5 nəfərdən birini xüsusi qəddarlıqla məhv edərək özünü “ Zəngəzur qu-
bernatoru” elan etmiş Andranikin qoşunlarına Sultan bəyin tutduğu divan,
qardaşı- Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri, Gəncə və
Qarabağın general – qubernatoru Xosrov bəyin erməni daşnaklarına qarşı
mücadiləsi əsas yer tutur. Kitabda həmçinin Sultanov qardaşlarının təmsil


olunduğu Qarabağ- Zəngəzurun və onun Laçın bölgəsinin etno- mənəvi
dəyərlər tarixindən ətraflı bəhs edilir.
Kitabdakı 100 – dən çox rəngli foto- şəkil qəhrəmanların yurd yerləri
haqqında da zəngin təəssürat yaradır.   mediaforum.az
Zəngəzurun sonuncu  Qazısı Bəhlul Behcət 
və onun “Qaçaq Nəbi tarixi” kitabı
22.06.2011, 525-ci qəzet
Zəngəzurun sonuncu qazısı, is-
lamşünas, tarixçi, folklorşünas Bəhlul
Bəhcətin 1930-cu illərdə yazdığı, 80
ildən bəri arxivdə saxlanan “Qaçaq
Nəbinin tarixi” (vəsiqə və sənədlər
üzrə)” kitabı çapdan çıxıb. 290 səhifəlik
bu tədqiqat əsərinin müəllifi 1918-ci
ildə Cihad Bəyannaməsi ilə xalqı rus
bolşevik və erməni daşnaklarına qarşı mübarizəyə qaldırıb, özünün
yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Laçınlı Sultan bəylə çiyin-çiy-
inə Rusiya, ABŞ, Fransa, İngiltərənin silahlandırıb dinc, əliyalın müsəl-
manların kütləvi qırğınlarına rəvac verdikləri Andronikin 30 minlik
qoşununa qarşı əlində silah mücadilə aparıb, 24-cü ildə tutularaq birinci
dəfə tam 10 il Bayıl həbsxanasında saxlanıb, M.C.Bağırovun şəxsi israrına
rəğmən sovet hakimiyyətini qəbul etməsə də, həbsxanada onun zəkasın-
dan istifadə edilib, ərəb, fars, rus dillərini kamil bildiyindən elmi-fəlsəfi,
siyasi ədəbiyyatlardan tərcümələr etməyinə şərait yaradılıb, 1934-37-ci
illərdə Azərnəşrdə və Az.RAİ-nin ədəbiyyat bölməsində çalışıb, bu illərdə
Quranı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib, 1922-ci
ildə Tehranda fars dilində, ötən il isə Azərbaycan dilində nəşr edilən
“Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi” kitabını yazıb, “Qarabağ
tarixi”, “Nizami və Qafqaz folkloru” və digər fundamental tədqiqatları
tamamlayıb, Sarı Aşıq, Nəbati yaradıcılığını toplayıb tədqiq və nəşr et-
dirib. Təəssüf ki, Bəhcətin Azərbaycan tarix və ədəbiyyatına dair əlyaz-
malarının bir çoxu itib-batıb, tərcümələri özgə adlarla çıxıb. Hüseyn
Cavid, Salman Mümtaz, Əli Nəzmi, Əmin Abid, Əhməd Cavad, Əlağa


Vahid və bir çox müasirləri ilə sıx ünsiyyətləri olan, ziyalılar arasında adı
hörmətlə Bəhlul Əfəndi deyə çağırılan ədib (Bəhcət təxəllüsüdür, ərəbcə
“gözəllik”, “nəciblik” mənalarını verir) 15 mart 1938-ci ildə 3 aylıq həb-
sdən sonra kamil iman əhli olaraq əqidəsindən dönmədiyinə,
sovetləşməyə qarşı olduğuna, Zəngəzur camaatını Cihada çağırdığına görə
NKVD üçlüyünün qərarı ilə güllələnib. Məzarının yeri bəlli deyil.   
Qaçaq Nəbi olduğu kimi
Azərbaycan xalqının ən çox sevdiyi, vəsf etdiyi Qaçaq Nəbinin
həyatı və mübarizəsini əks etdirən ən etibarlı, bitkin, dolğun mənbə, heç
şübhəsiz, Bəhlul Bəhcətin bu əsəridir. Ona görə ki, müəllif Qaçaq Nəbinin
müasiri, həmyerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından
tanıyan, görüşüb söhbətləşən, mübarizəsinin məramını yaxşı bilən müdrik
insandır. Bəhlul Əfəndinin araşdırıcı kimi tədqiqat subyektinə yanaşma
metodu, mövqeyi bir çox müasirlərindən fərqli olaraq tamamilə
düzgündür, inandırıcıdır, obyektivdir: “Qaçaq Nəbi tarixini müxtəsər də
olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan-yanlış və qeyri-
təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır...Biz
Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə
quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan
sərgüzəştlər” qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi “Don
Kixot” kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləriylə
mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat-mübarizə
tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik”.
55 başlıqda verilmiş fakt, detalın hər biri Qaçaq Nəbi hərəkatının
mahiyyətini, fərdi şücaətinin, igidliyinin konkret bir səhifəsidir: “Qaçaq
Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”,
“Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli
bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan
kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda
Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”,
“Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”, “Çətəndaşda
savaşı və Telli Qaranın vurulması”, Güllü Pir, Qoparandağ, Qısırdağ
davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər
savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə